A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə37/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   33   34   35   36   37   38   39   40   ...   226

 

78

Qədim  Ordu-balık,  Kuz-ordu adlarında olduğu



 

kimi,  ordu sözünə  

Arazın solunda Ordubad  şəhərinin və Arazın sağında m.ö.VIII əsrə aid 

qaynaqda qeyd olunmuş Sardur-ordu qalasının adında rast gəlmək olur. 

Bu qədim qalanı Təbrizlə Naxçıvan arasında urartuların zəbt etdiyi zəngi 

boylarının (sanqi-but) bölgəsində Urartu çarı Sardur tikdirmişdi.

 

Ətrafda 


57 yaşayış məskənini qorumaq üçün Sardur burada hərbi qarnizon yerləş-

dirmişdi. Ona görə də başqa urartu çarlarının adını daşıyan Arqiştixinili, 

Rusaxinili kimi şəhər-qala adlarından fərqli olaraq, yerli türklər bu qala-

nın urartuca Sardurixi adına ordu sözünü qoşub, onu Sardur əsgərlərinin 

qarnizonu, Sardurun qalası anlamında işlətmişlər. Mixi yazıda «o» səsini 

bildirən işarə olmadığından asur mirzəsi bu

 

adı asur


 

imlasına uyğun

 

olaraq 


URU

Sardurix-urda şəklində yazmış və Kişpal dağında yerləşən bu böyük 

qalanı asurların m.ö.715-ci ildə tutub dağıtdığını qeyd etmişdir.

248

  

Beləliklə, ordu sözündə «hökmdar köşkü» və «qoşun» anlamlarının 



qədim çağlardan paralel işlənməsi türk dövlətçilik sistemində özünü gös-

tərən bir sıra dövlət atributları ilə ordu atributları arasındakı paralelliyə 

uyğun olaydır.

 

Türk toplumunda sosial-siyasi qurumların fəaliyəti xalqın 



və dövlətin hərbi qüvvəsi sayılan ordu qurumuna yönəlik dövlətçilik gə-

lənəyinə köklənmişdi.  İbn Bəlxi (XII əsr) islamaqədərki hökmdarlardan 

birinin bu sözlərini verir: Ordusuz şahlıq (dövlət) olmaz, gəlirsiz ordu ol-

maz, dirçəlməyən əkinçilik gəlir verməz, ədalət olmayan yerdə əkinçilik 

dirçəlməz. 

Bozqır türklərinin ayrıca ordu yaratmasına ehtiyac yox idi, çünki 

hər bir elatın özü bütövlükdə bir ordu idi. Burada mərkəzləşmiş hakimi-

yəti olan dövlətdən daha çox, boy birliklərinin konfederasiyaları yaranır 

və belə birliklərə olan ehtiyac aradan qalxanda da dağılması  ağrı-acısız 

keçirdi. Oturaq türklərdə isə  fərqli durum vardı. Belə  fərqləri görmək 

üçün qaynaqların «ən savaşçı xalq» adlandırdığu suvar boylarının savaş 

tarixinə baxmaq kifayətdir. İkiçayarasının quzeyində və Azərbaycandakı 

oturaq subarların və onlardan ayrılaraq Sibirəcən gedib, bozqır yaşamına 

keçən subarların ordu qurumu arasında böyük

 

fərq yaranmışdı.  



Qüdrətli Urartu-Asur dövlətlərinin arasında yerləşməsinə baxma-

yaraq, m.ö. 673-də asurlar tərəfindən dağıdılana qədər iki əsrdən artıq 

bir müddətdə müstəqilliyini qoruya bilən Subar bəyliyinin öz ordusu və 

                                                 

248

 АВИИУ, №49 (199); ТУ, 167;  Asur qaynağının bu bölgədə qeyd etdiyi sanqi boyu-



nun və Kişpal dağının adları Təbriz-Əhər arasında indiki Zəngibar kəndinin adında və 

İridağ aşırımından quzey-doğuda olan Kisbe dağının (ﻪﺒﺴﮐ ﻩﻮﮐ) adında qalmışdır. 




 

79 


böyük müdafiə qalaları vardı.

249


 Qaynaqların verdiyi bəlgələrə görə, bu 

bəyliyin ordusunda oxçular (

GİŞ

kaşu), qalxan tutanlar (



GİŞ

a-ri-ti), zabitlər 

(rēşĕ), kəşfiyatçılar, zirehçilər vardı və elbəyin qvardiyasını

 

(kisir şarr



ū

ti

süvarilər, cəng arabaçıları təşkil edirdi. Orduya aid mətndə asurca mənası 

bilinməyən şaknute və elatsu terminləri işlənir.

250


 Bu sıralanmada nizami 

ordunun cizgiləri görünür. Subar əsgərlərinin qalaya hücum edən asurların 

başına yuxarıdan yanar neft (naptu) tökməsi də qeyd olunmuşdur. 

251


 

Göründüyü kimi, savaş vaxtı oturaq əhalinin qalalara çəkilib müda-

fiə olunması oturaq subar boyları üçün də xarakterik idi, lakin quzey və 

doğuya miqrasiya etmiş sonrakı subarlar bozqır türklərinin atlı ordusunun 

xarakterik cəhətlərini əks etdirir. Qədim oturaq subarlarla sonrakı atlı su-

varların ordusunda yalnız bir ortaq nöqtə var ki, o da bu subar//suvar boy-

larında inkişaf etmiş dəmirçilik sənətidir. Belə məlumatı qədim subarlar 

haqqında asur qaynağı, sonrakı suvarlar haqqında isə Bizans qaynağı ve-

rir. Asur qaynağı Subar bəyliyində metal silahlarla bərabər, cəng arabası 

üçün təkərlərin hazırlandığını da qeyd edir.

252

 Bizanslı yazar isə V əsrdə 



yazırdı ki, hələ də sabirlərin (subarların) icad etdiyi yaraq-yasağı nə İran 

nə də


 

Yunan sənətkarları düzəldə bilir.

253

 

Çeşidli silahlarla yaraqlanan atlı türk 



əsgəri  ən yaxın «dostu» saydığı atının da 

gözəl görünməsinə çalışırdı. Atın boynuna 

asıb, başına taxılan saçaqlı beçkem tuğlara 

taxılan ipək, qumaş, dağ keçisi və at tükün-

dən düzələn beçkemə  bənzədilirdi. Atın 

bəzəkli yəhəri, yüyəni, quşqunu, döşlük 

və alınlığı olurdu:  

                                                 

249

 

Azər xalqı, 2000, 129-134; Sonralar 583-də bu qalalardan birinin ΄'Ακβας (Akbaş) 



adlanması bəlli olur (Симокатта, I. 12. 1). 

250


 АВИИУ, №67 (ж, к); Саркисян, 1989, 74-75; Asurca «canişin» anlamında işlənən 

şaknu sözünün bu mətndə hərbi titul kimi «onbaşı» anlamında işlənməsi qeyd olunmuş-

dur (ВДИ, №3,1951, 223, 47-ci qeyd); Onluq sistemini də orduya türklər gətirmişlər. 

251

 ARAB, II,  



§ 

599; АВИИУ, №67 (е). 

252

 АВИИУ, №67 (j, к). 



253

 

Rasonyi 1996, 63; Mixi yazıda «oxçu» anlamında 



GİŞ

kaş-ti və «cəng arabası» anla-

mında 

GİŞ


GİGİR sözləri kimi konkret terminlərdən fərqli olaraq, ümumi şəkildə «silahlı 

adamlar» anlamında LU

MEŞ  GİŞ

TUKUL və ya «piyada əsgər və atlı

 

(cəng arabası)» anla-



mında ERİN

MEŞ 


ANŞE.KUR.RA

MEŞ  


tipli sumer yazısı ilə verilən sözlərdə konkret hansı 

əsgər və silah növünün nəzərdə tutulması yalnız tekstoloji analizlə bəlli ola bilir. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə