A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə30/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   26   27   28   29   30   31   32   33   ...   226

 

62

Bugün Kərkük bölgəsindəki türkman (turuk-man) boylarının adını 



daha qədim formada (turuq) həmin bölgədə m.ö.

 

XIX-XVIII əsrlər boyu 



asurlarla vuruşan turuqlarda görürük, yaxud həmin bölgəyə yaxın ərazidə 

yaşayan və adı m.ö. IX-VII əsrlərə aid sənədlərdə keçən bauri (börü

boyundan olan bəylər bir də Atabəylər çağında Börülər sülaləsi şəklində 

ortaya çıxır. Bəllidir ki, Orta Asiyadan qayıdan oğuzlar XII-XIII əslərdə 

Hələbdə at oynadırdılar, lakin Hələb civarında oğuzların yurdu anlamı 

ilə «Oğuz evi» (Bit-Aquzi) deyimi hələ m.ö. IX-VII əsrlərdə işlənirdi və 

həmin çağda belə «Oğuz evi» Güney Azərbaycanda da vardı. Belə oxşar 

durumu «9 Bitik» boyunca sistem şəklində  əks etdirən

 

yüzlərlə  bəlgəni 



burada təkrar etməyə ehtiyac yoxdur. «Tarix təkrar olunur» deyimini isə 

burada bir daha təkrar etməli oluruq. 

Toplumun ən bədbəxt hissəsini «dövlətini itirmiş» (elsirəmiş) boy-

ları sayan qədim türklər təşkilatlanma işinə ciddi yanaşırdılar. Oğuz epos-

larında siyasi qurumların təşkilatlanıb formalaşmasının örnəyini görmək 

olur. Böyük Toy (qurultay) çağırıb, altun ev qurduran Oğuz kağan eldə 

sağ qolu təşkil edib,

 

yüksək yer tutması üçün hakimiyət simvolu



 

(imi)

 

kimi 


yay verdiyi üç oğlunun uruqlarını Boz-oq, eldə sol qolu təşkil edib, haki-

miyətə tabe olma simvolu kimi ox verdiyi oğullarının uruqlarını da Üç-oq 

adlandırır

 



 

«biz hamımız bir kökdənik

 

və hamı orduda da öz



 

yerini, rüt-

bəsini bilməlidir» deyir.

189


 Bu eposun uyğur variantında o, Toy törəni ke-

çirilən yerdə sağ və sol tərəflərdə qırx qulac ağac dikəldib, birinin başına 

altun toyuq, ayağına isə ağ qoyun, digərinin başına gümüş toyuq, ayağına 

da qara qoyun bağlayır və sağda boz-oqları, solda üç-oqları oturdur.

190

  

Oğuz Kağan 



(Ordu “qərargah”)  

Batı  


sol  

ok  


üç-ok  

(iç-oğuz) 

ini  

gümüş toyuq 



qara qoyun 

Doğu  


sağ  

yay  


boz-ok  

(tış oğuz) 

ağa  

altun toyuq 



ağ qoyun 

                                                 

189

  Ðÿøèäÿääèí, 1992, 37-38. 



190

  Îüóçíàìÿëÿð, 1993, 33. 




 

63 


Göründüyü kimi, buradakı dövlət təşkilatlanması həm də protokol 

qaydalarını müəyyənləşdirir. Gələnəyə çevrilən bu qaydalar toplumda da 

oturuşmuş bir nizam-intizam ovqatı yaradır, toplumda hər kəs «öz yerini 

bilir».


191

 Türk dövlətçilik gələnəyində «hər kəs bacarığına görə» tutduğu 

vəzifə və aldığı sana uyğun sırada durur. Dövlət protokolu Dədə Qorqud 

kitabında belə verilir: 

Sağda oturan sağ bəylər,  

Solda oturan sol bəylər,  

Eşikdəki inaqlar,  

Dibdə oturan xas bəylər,  

Qutlu olsun dövlətiniz! - dedi. 

192


 

Çin qaynağı yazır ki, hun dövlətini m.ö.

 

209-da Batı və Doğu qol-



lara ayıran Mete ölkəni 24 tümənbaşı ilə idarə edirdi.

193


 Belə ikili bölgü 

türk toplumunda müəyyən antonim əlaMete söykənirdi: böyük-kiçik, sağ-

sol, qara-ağ və sair. Müxtəlif bölgələrdə yaşayan eyni boyun adına rəng 

bildirən sözün qoşulması da bu gələnəklə bağlı

 

idi. Belə ki,



 

qara,

 

ağ,

 

sarı 

epitetləri aşağıdakı etnonimlərdə rəng deyil, coğrafi yön anlamında işlən-

miş və müəyyən çağda həmin boyun yerləşdiyi məkana işarə etmişdir: 

qara-hun (qarkın?) 

qara-bulqar 

qara-xəzər 

qara-qıpçaq 

qara-kuman 

qara-qoyunlu 

qaralı  


qaracalı 

qara-türgiş 

qaralar 

aq-hun  


aq-saqa (axısqa) 

aq-xəzər 

aq-qıpçaq 

aq-kuman 

aq-qoyunlu  

aqca-bud 

sarıcalı 

sarı-türgiş 

sarı-uyqur 

Qaynaqlarda belə ikili bölgülərə rast gələn bəzi tədqiqatçılar yanlış 

olaraq, türk dövlət gələnəyində dövləti iki elbəyin (cifte krallıq) idarə 

etdiyini yazmışlar.  Əlbəttə, bu yozumun yanlış olması «Türkmənlərin 

soykökü» kitabında aydın görünür. Burada deyilir ki, Oğuz soyundan və 

Bozoq oğullarından hökmdar bir kişi ola bilər, iki kişini taxta çıxarmaq 

                                                 

191


 

Belə protokol qaydalarına toplumun sayqısını göstərən faktlardan biri də bugünəcən 

yaşayan «evlənmə törəni» toyda bəyin yanında sağdış//soldış duruşu gələnəyidir.  

192


 KDQ, 1962, 62. 

193


 Бичурин, Û. 48-49. 


 

64

olmaz, belə ki, xan tək olursa, dövlət düzəlir, iki olursa pozulur, keçmiş 



bilgələr «bir qına iki qılıc, bir ölkəyə iki törə sığmaz» demişlər. 

 Türk  dövlət gələnəyində hakimiyətə seçilmə imtiyazı olan boylar 

vardı. Qut almış başçının mənsub olduğu soy (boy) imtiyazlı sayılmış, bu 

münasibət gələnəksəl olaraq, davam edib törə halını almışdır. Bu törənin 

pozulması ilə qurulan yeni xanədan legitim sayılmamışdır. Ona görə də, 

barlas boyundan olan Əmir Teymur faktiki olaraq imperator (acun bəyi) 

olduğu halda, ölənə qədər xan, xaqan titullarını qəbul etməmiş və törəyə 

görə belə titulları ala bilən Süyurqutmuşu «xan», özünü isə ondan bir qat 

aşağı olan «uluq bek» (bəylərbəyi) titulu ilə tanıtmışdır.

194

 Qaynaqların 



verdiyi bilgiyə görə, bu boylardan olanlar dövlət başına keçə bilərdi:  

tu-ku  - Hun  

aşina - Göytürk, Xəzər 

yağlakar - Uyğur 

ajih  - Qırğız 

boz-ok (sağ qol) - Oğuz  

kanqar - Peçeneq 

kabar  - Macar 

dula  - Bulqar  

Türk toplumunda dövlət quran boy başqa qardaş boyların qayğısını 

da çəkməli idi. Əks təqdirdə türk ulularının qınağına rast gəlirdilər, necə 

ki, hakimiyət başına keçən səlcuqlar dövlətin idarə olunması üçün türk-

lərdən çox, irandilli məmurları işə cəlb edirdilər. Ona görə də, Əbülqazi 

Bahadır xan yazırdı: «Səlcuqlar - türkmənik, sizin qardaşınızıq - dedi, nə 

elə, nə xalqa bir faydası dəymədi».

195


  

Doğrudur, klassik boy

 

qurumu


 

Azərbaycanda üç minil öncə

 

dağıldı 


və ərazi-bölgə birliyi önə keçdi, lakin boy qurumunun bir çox özəlliyi 

(ocaq,


 

soy,


 

qandaş


 

bağlılığı,

 

başçıya, ağsaqqal-ağbirçəyə hörmət-ehtiram) 



bugünəcən yaşayır.

 

Türklərin dünyagörüşündə El (



xalq


 + 

dövlət 


+

 ölkə) 


modeli xalq ilə iqtidarın işbirliyilə gerçəkləşə bilirdi.

 

Ona görə də, hansı 



soydan-boydan olmasından asılı

 

olmayaraq,



 

elbəy dövlətin qurulmasında, 

siyasi təşkilatlanmada iştirak edən, dövlətin sınırları içində yaşayan hər 

kəsə eyni qayğı ilə yanaşmalı idi. «El tutmaq» dövləti idarə etmək idisə, 

«əl tutmaq» da toplum üzvlərinə yardım etmək idi. 

 Xalqın iradəsilə

 

dövlət başına keçən türk



 

elbəyləri

 

idarəçilikdə ilk 



meyar kimi ictimai rəyə əsaslanırdı, çünki onun hakimiyəti xalqdan asılı 

idi. Göytürk yazılarından da bəlli olur ki,

 

xaqanın əsas görəvi «ac,



 

çılpaq, 


                                                 

194


 Togan 1981, 64; Rəşidəddində imtiyazlı oğuz boyları: kayı, yazır, eymür və beqdeli.   

195


 Şecere-i Terākime, 1996, 206. 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə