84
larının əksəriyəti çoxalıb artdıqca, yaşadığı ərazilər onların dolanışığına
yetmirdi»
.
268
Yeni torpaqların əldə edilməsi üçün aparılan savaşların və öl-
kənin qorunması üçün aparılan torpaq savaşı idi. Çin qaynağı Metenin
yararsız bir torpaq parçasını qorumaq üçün böyük savaşa başladığını yazır.
Türklər yalnız xarici qüvvələrlə, başqa xalqlarla deyil, vaxtaşırı bir-
biri ilə də müharibə etmişlər. Müxtəlif səbəblər üzündən baş verən bu
daxili savaşlar bəzən çox dəhşətli sonluqla başa çatırdı. Belə ki, tarixdə
qamər boyları arasında, saqalarla qamərlər arasında, göytürklərdə Moyun
Çor ilə Bilgə-tay arasında, İç-oğuzla Dış-oğuz arasında (KDQ), Cavanşir
ilə hun başbuğu Alp İltəbər arasında iç savaş olayları bəllidir.
Qaynaqlara görə, pers-rum savaşlarında hansı tərəfin daha çox qızıl
pul verməsindən asılı olaraq, hun atlı alayı gah perslərin, gah da rumların
tərəfində vuruşa qatılırdı.
269
İki ayrı-ayrı qüvvənin savaşına qoşulub, tərəf-
lərdən birinə kömək edən belə yardım savaşı bəzən türk elinə
və
ya türk
boylarına qarşı olurdu.
Belə ki, hun başbuğu Uldız 406-da Roma şəhərini
xarabaya çevrilməkdən qorudusa, bir neçə əsr
sonra böyük ödənc müqa-
bilində rumlulara yardım edən 40 minlik kuman qoşunu da Bizansı çök-
dürməkdə olan soydaşları peçeneqləri məhv etdi.
Göründüyü kimi, türk boyları qədim çağlardan İslamaqədər azadlıq
savaşından tutmuş, el qurma, torpaq, öcalma, bacalma (yağma), yardım və
cahan savaşları kimi müxtəlif müharibələr aparmış, bu savaşlarda ayrı-ayrı
döyüş
taktikasından
istifadə etmişlər.
Bəzən türk boyları bir neçə ölkənin
ərazisində
gedən cahan
savaşına cəlb
olunurdu.
Beləliklə,
qədim
türklərin
müxtəlif səbəb və məqsədlə apardığı savaşların çeşidli növləri vardır:
Savaş növləri Savaşın səbəb və məqsədi
azadlıq savaşı
qurd savaşı
el qurma savaşı
torpaq savaşı
öcalma savaşı
bacalma savaşı
yağma savaşı
yardım savaşı
cahan savaşı
müstəqilliyi qorumaq və ya əldə etmək
müxtəlif məqsədli savaşda bir döyüş taktikası
yeni torpaqlar tutub, bölgədə hökmranlıq etmək
iç və ya dış boylarla bölgə və ya otlaq yeri üstündə
əcdadların qəbrini təhqir edənlərə qarşı
vergi verməkdən boyun qaçıranlara qarşı
var-dövlət əldə etmək üçün düzənlələn akın
başqa dövlətin savaşına ödənc ilə qatılma
bir çox dövlətin torpağında gedən hərbi aksiya
268
Неру, I, 1981, 129.
269
Пигулевская, 1941, 149-150.
85
Adətən,
turklərin ordu sistemindən danışan uzman-
lar daha çox bozqır boylarının ordu qurumunu göz
önündə tuturlar. Halbuki, türklərin savaş tarixi və
ilkin ordu
atributları oturaq türklərlə başlanmışdır.
Hələ m.ö. III minilin ortalarından
görünən Subar
və Aratta hərbi-siyasi qurumları oturaq türklərə aid
idi. Sonralar ortaya çıxan Qut eli, Turuk bəyliyi və daha sonralar Mana
və Alban elləri oturaq türklərin qurduğu dövlətlər idi. Sonrakı bölmədə bu
dövlətləri quran türk boylarının apardığı savaşlar haqqında bəhs olunacaq.
Hələlik isə istər oturaq, istərsə köçəri və ya yarımköçəri türk etnosunun
ordu sistemində ümumi dəyərlərə köklənən cəhətlər üzərində durmaq
lazım gəlir. Hər şeydən öncə, türk toplumunda qurulan el hərbi qüvvəyə,
gücə (erklik) dayanıqlı idi və bu gücü isə xalqın silah tutub, savaşa bilən
üzvləri təşkil edirdi.
Ordu
sisteminin
quruluşu
xalqın
yaşam
durumu
ilə bağlı
idi.
Oturaq türklərin hərbi qüvvəsi daha çox
müdafiə məqsədli sistem düzəninə uyğun formala-
şırdı.
Bu sistemdə xalqın
əli iş tutan üzvləri müdafiə
istehkamları, qalalar və xəbərdarlıq bürcləri tikirdi.
Qalaya hücum edən düşmən əsgərlərinə yuxarıdan
ox-nizə
atılır,
başlarına
daş parçası
yağdırılırdı. Subar
bəyliyində m.ö. 673-də asurlardan müdafiə olunan
subarların qalaya yaxınlaşan düşmənin başına neft
töküb
yandırması bəllidir.
270
Bozqır türklərinin hərbi
qüvvələri isə həm müdafiə, həm də hücum taktikası
üçün münasib olan quruluşa yönəlik idi.
271
Tarixboyu bozqır türklərinin mərkəzləşmiş hakimiyəti olan dövlətə
nisbətən, boy birliklərinin konfederasiyası şəklində qurulan siyasi-hərbi
birlikləri daha çox və vaxtaşırı yaranmışdır. Lakin tarixi qaynaqlar daha
çox Qut, Saqa, Mana, Hun, Göytürk, Xəzər, Alban və Uyğur dövlətləri
kimi mərkəzi hakimiyəti olan ellərin ordu sistemindən bəhs etmiş, kiçik
bəyliklərin və boy konfederasiyalarının yaratdığı yüzlərlə hərbi birliklər
çox
vaxt
diqqətdən kənarda qalmışdır.
Oturaq
türklərdə
insanlar sənətkar,
əkinçi, tacir və sair peşə-sənət məşğuliyətinə görə ayrı-ayrı sahələr üzrə
qruplara ayrılırdısa, yarımköçəri heyvandar türk boylarında hər kəs hər işi
270
ARAB, II,
§
599; АВИИУ, №67 (e).
271
Uyğur xaqanı Moyun-Çorun müdafiə qalaları tikdirməsi bəllidir.
Türklərin
ordu sistemi