89
etmişdir.
280
Oğuzun
ordusunda urun, ünüş, sav-
rum, küşük, solqay bölmələri olduğunu vurğu-
layan bu əlyazmada ordunun qaravul, yeravul,
qol,
ciqdavul (və ya
ökcə),
buxtarma adlanan
hissələrinin qarşı tərəfə doğru ardıcıl düzümü,
başbuğun
və tuğun
olduğu və
qol adlanan əsas
orta bölümun isə sağ qol və sol qol ilə əhatə
olunması qeyd olunmuşdur:
Əlbəttə, ordunun belə düzümü türklərin
savaş taktikasından, döyüş yerindən və qarşı
tərəfin durumundan asılı olaraq,
hər bir
konkret
savaşda
dəyişrdi.
Lakin bu
düzümün dəyişməz
qaydaları da vardı ki, bunlardan biri də protokola görə, xaqanın sağında
duranlar, savaş vaxtı ordunun sağ qol, solunda duranlar isə sol qol bö-
lüklərində yer tuturdular. Belə ki, dövlət düzənindəki duruş yeri orduda
da təkrar olunurdu və hər kəs orduda öz yerini öncədən bildiyi üçün sıra-
lanmaya əlavə vaxt sərf olunmurdu. Protokol üzrə sağ-sol sıralanmasın-
dan başqa, böyük türk dövlətlərində ölkə də sağ-sol bölgələrinə ayrılır,
biri xaqan, digəri onun təyin etdiyi canişin (yabqu, şad) tərəfindən idarə
olunurdu.
Göründüyü kimi, türk ordu sisteminin əsasında xalq və dövlətlə iç-
içə olan birliyi dururdu. Qaynaqlarda işlənmiş terminlər türk ordusunun
daxili quruluşu, düzəni haqqında bilgi verir. Belə ki, türk süvari bölükləri
alay, müəyyən sayda əsgəri bölük taqım, müdafiə istehkamının arabalarla
qurulması tabur, qoşunun mərkəzi tüp, bütöv qoşun sü, əsgərin, qoşunun
280
R. Şükürova bunu «Oğuznamə»nin şərhlər bölməsində vermişdir: «Oğuzun ordusu
yeddi hissəyə bölünürdü. Birinci hissə monqolca bulçunqar, türkcə isə qaravul adla-
nırdı.
O,
ordunun əsas qüvvələrinin başında dururdu. İkinci hissə monqolca manqolay,
türkcə yeravul, ərəbcə isə müqəddimət əl-ceyş adlanır, gənc və igid döyüşçülərdən
təşkil olunurdu.
Üçüncü
hissəni
Olcay
xan
monqolca
baranqar,
türkcə ön qol adlandırır
ki, bu da ərəbcə
maymana (sağ cinah)
deməkdir.
Dördüncü hissəni
Olcay xan monqolca
cuvanqar, türkcə
sol qol adlandırır ki, bu da ərəbcə
maysara (sol cinah) deməkdir.
Beşinci hissə ordunun gözüdür. O, qol adlanır və ordunun sağ və sol cinahları arasında
yerləşdirilir. Ordunun komandanı və bayrağı (tuğ) burada olur. Altıncı hissə küçüngər
adlanır və beşinci hissənin (qol) arxasında durur. Ona türkcə ciqdavul, bəzən isə ökcə
deyilir.
Yeddinci hissə monqolca bustinqar, türkcə isə
buxtarma adlanır,
altıncı
hissənin
(küçüngər) arxasında yerləşir. Onların ərəbcə adları yoxdur. İki ordunun rastlaşdığı
yerə qarşu deyilir» (Ðÿøèäÿääèí, 1992, 68, 96-cı qeyd).
90
toplanış məntəqəsi tirilgü yer
adlanırdı.
Belə terminlərin bəzisi sonralar
məna
dəyişikliyinə uğramışdır.
281
Məncə, alay (atlı bölük) və alaman (yağma, talan) sözlərinin hərbi
termin anlamları, m.ö. I minilin əvvəllərindən
tez yarana bilməzdi, çünki
sonralar yalnız cığatay dilində görünən bu sözlərin saqa-qamər boylarının
qayıdışı ilə bağlı Azərbaycanda yaranmış hərbi termin anlamları doğuya
miqrasiya etmiş digər türk boylarının dilində yoxdur. Alay sözündə polk,
batalyon, taqım, qoşunun ön sırası anlamları isə atlı bölüklərin qoşundakı
yeri və sayı ilə ortaya çıxmışdır.
282
Mada çarı Kiaksar da yüngül yaraqlı
saqa-qamər atlı alaylarına uyğun qoşun növü yaratmışdı.
283
Əgər
süvari
sözü ehtimal
etdiyim kimi,
suvar
boyadı
ilə
bağlı
deyilsə,
onda hun çağından bəlli olan sü sözundən yarandığını güman etmək olar.
«Bəg yağıka sülədi» (bəy yağıya qarşı vuruşdu) deyimini və «Yağıng taba
titrü bakıp bükdəñ bilə, Oğrap kalı kəlsə saña karşu sülə» (Yağıya diqqət
et, xəncərini itilə, sənə qarşı gələndə onu sülə) beytini örnək verən M.
Kaşğari bu sözün əslində süv olub, «v» səsinin düşdüyünü yazır.
284
Qaynaqlarda qoşun çıxarmaq,
ordunu irəli aparmaq anlamında süle,
sület,
sü elt sözləri işlənmişdir.
285
Bu sözdən
sübaşı, subay (zabit) terminləri
də
yaranmışdır. Göytürklərdə Sübaşı İnel kağan 711-də baş komandan idi.
Asur yazılarında batı subar boylarından olan kumuqlarla döyüşə aid bir
mətndə karâšu termini işlənmişdir. Uzmanlar asurca olmayan bu sözün
qoşun və ya hərbi düşərgə anlamında işləndiyini söyləmişlər.
286
Türk
dilində
karasu deyiminin «piyada qoşun» anlamında işlənməsi şübhə
doğurmur, bugün də Türkiyə ordusunda eyni anlamda «kara kuvveleri»
281
Bugün türk və azər ordusunda işlənən taqım termini tağ (hissə, dəstə) sözü ilə bağlı
idi.
Bizans ordusunda 200-400 nəfərlik bölük VI-VII əsrlərin qovuşuğunda
taqım termi-
ni ilə taqm (τό τάγμα) bildirilmiş və taqımbaşı taqmatarx (ταγμά-ταρχος) adlanmışdır.
Taqım daxilində daha kiçik bölüklərlə bağlı hekatontarx (yüzbaşı), dekarx (onbaşı) titul-
ları da işlənirdi
(Симокатта, I. XIV.5; səh. 200, 55-ci qeyd); Qoşunun mərkəzi sayılan
tüp termini dastanlarda «hoy deyəndə ağır tüplər dağıdan» kimi deyimlərdə qalmışdır.
282
Sonralar
alay sözü bir çox xalqların dilinə
də
keçmişdir: pers, ərəb (ﯼﻻا , ﯼﻵﺁ), yunan
(׳αλλάγιον) və b.
283
Herodot, I. 103.
284
MK, III. 271-272.
285
Donuk, 1988, 103.
286
Mətndə ordu anlamında işlənən karâšu termini «voysko» və «polevoy laqer»
kimi tərcümə edilmişdir (АВИИУ, №42, 2-ci qeyd).