96
Herodot Spartada 20-30 yaşlı döyüşçülərin iren (ərən) adlandığını
qeyd edir.
303
Turklərin bu qədim ərən sözü hələ sumer çağından bəllidir.
Sumer yazılarında «əsgər» anlamı ERİN yazılışı ilə verilir.
304
Türk dillə-
rinin əksərində işlənən alp sözünün hələ prototürk çağında «alplıq» kultu
ilə bağlı yarandığını düşünmək olar.
Qədim türk abidələrində qəhrəman,
bahadır, igid anlamı ilə görünən bu əsgəri termindən alpağu, alpər sanı
da törəmişdir. «Xaqanın mühafizə olunmasında alpağulara xüsusi üstün-
lük verilirdi… Onlar təkbaşına düşmən qoşunu içərisinə girir və onlarda
qorxu yaradırdılar».
305
Düşmən sıralarını, müdafiəsini yaran igidləri tüp-
dağıdan, halaypozan, sökmən epiteti ilə də yad edirdilər və bunlardan
sökmən sonralar əsgəri sana çevrildi. Özəlliklə, azər türklərində yalnız
dialekt fərqi ilə görünən eyni anlamlı ərən (aran) və alpan etnonimlərini
daşıyan boylar Quzey
Azərbaycanda Aran//Alban dövlətini quranlardır.
Alp kultu gələnəyi ilə bağlı
alp sanı alan ərənlər, alp-ərənlər,
alp-ərlər öləndə onlara bengü-daş
qoyulur, ağıtlar deyilir, dastanlar
qoşulurdu. İlk alp sanı alanlardan
biri də Alpər Tunqadır.
306
Onun
ölümünə deyilmiş ağıtı minillərlə
saxlayan xalqın söz yaddaşından
yazıya M.
Kaşğari köçürmüşdür.
307
Ərənlərin öldürdüyü düşmənlərin
sayı qədər «balbal» qoyulurdu.
308
Sadəcə, insan fiquruna oxşadılan
kobud yonma ilə düzəlmiş balbal-
dan fərqli olaraq, «daşbaba» adlı
bəngü daşlar isə bu şəkillərdən də
göründüyü kimi,
əlində
kasa tutan
ərənlərin özünü təsvir edirdi:
303
O, saqa (skit) dilində də «ər» anlamlı eor sözünü qeyd edir (Herodot, IX, 85; IV.110).
304
Tosun-Yalvaç, 1989, 306.
305
ßñýÿð-Ãûï÷àã, 1996, 55.
306
Təbəriyə görə, perslərin Əfrasiyab adlandırdığı Alpər Tunqa m.ö. XIII-XII əsrlər-
də Xızır və Musa peyğəmbərlə eyni çağda yaşamışdır (Taberi, II. 533, 648-652).
307
MK, I. I 41, 160, 486.
308
Бичурин, I. 230.
97
Türk əsgəri haqqında çin qaynağında «Göytürklər savaşda ölməyi
şərəf sayırlar, xəstələnib ölməkdən isə utanırlar» deyimi işləndiyini xa-
tırladan L. Rasonyi pers qaynağından da bu örnəyi verir:
309
«Yabançı bir ölkəyə gedən qəribi
fəna aqibət
gözləyir,
bunun əksinə
türklər bir müsəlman ölkəsinə getdiyi zaman orada sayqı görür; əmir və
ya orduya komandan olur.
Həzrəti Adəmdən bugünə qədər para ilə satın
alınan əsirin sultan olduğu heç bir yerdə görünməyib, türklərdən başqa».
Türk ordu sisteminin başucalığı onun əsgəri ilə bağlı idisə, əsgərin
də güvənci silahında idi. Türk dilində silah anlamında kur, tolum, yaraq-
yasaq terminləri işlənmişdir. Türk əsgərinin yaraq-yasağı da çoxçeşidli
olub, gözəl epitetlərlə tanınmışdır. KDQ-da bunlardan bəzisi belə sada-
lanmışdır:
310
Koñur atıñ vergil maña,
Altmış tutam göndəriñi vergil maña,
Ap-alaca kalkanıñı vergil maña,
Qara polad üz qılıcıñ vergil maña,
Sadağında səksən oxuñ vergil maña,
Ağ tozluca qatı yayıñ vergil maña.
Əgni bərk demür tonuñ maña vergil,
Yiñ yakalar dögdürəyim səniñ üçün.
Qara polad üz qılıcıñ maña vergil,
Qafillücə başlar kəsəyim səniñ üçün.
Qarğutalı süngüñü maña vergil,
Köksündən ər sancayım səniñ üçün.
Ağ yelekli oxun maña vergil,
Ərdən-ərə keçirəyim səniñ üçün.
Türk
ordusunda yaraq-yasaq kulturunun
forma-
laşması çox qədim çağlardan başlanmışdır.
Şəkildə
lulu elbəyinin yay-ox və kəmərinə taxdığı tunc balta
ilə silahlandığını görmək olur.
Hələ
daş
dövründə
sü-
mük, ağac və daşdan hazırlanmış bəzi yaraq-yasağın adı sonra mis, tunc,
dəmir və polad silahların adına keçmişdir. Belə ki, süngü, sancaq, balta
sözləri prototürklərin daş dövründə işlətdiyi alət
adlarından qalmadır.
309
Rasonyi, 1996, 65-66.
310
KDQ, I. 104, 221; 1962, 34, 127.
98
Eneolit çağından üzübəri bir-birinin ardınca zaman-zaman mis, tunc,
dəmir və polad kimi metalların kəşfi silahların keyfiyətini xeyli artırdı.
Yuxarıda bəzi türk boylarının metalişləmə sənətində irəli gedib, mahir
dəmirçi və zirehçi kimi tanındıqlarından bəhs etmişdik. Metalla bağlı bir
sıra sözlər Qıpçaq Çölü ilə kontaktı olan xalqların dilinə Ön Asiyadan bu
sənəti doğu və quzey yönlərə daşıyan türklərdən keçmişdir. Rus alimləri
yazır ki, «çuqun tökmə sənətini, həm də əla keyfiyətlə, Avropada başqa
xalqlardan öncə
bulqarlar
mənimsəmişdi».
311
Dəmirin ortaya
çıxmasından
öncə metal anlamında işlənən dəmir sözü sumer (tibira) və çin (tieh-fan)
dillərinə də keçmişdir.
Güney Azərbaycanda yaranan polad sözü isə bir
sıra xalqların dilinə keçib, sözyaradıcılığında aktiv işlənir.
312
İkiçayarasında artıq IV minildə metal bıçaq, balta vardı.
Tunc çağı
metalişləmə sənəti III-II minillərdə Azərbaycanın əksər bölgələrində
görünür. Özəlliklə, bu çağlarda Luristan və Talış bölgəsində hazırlanan
silahlar daha təkmil idi.
O. A. Daniyelyan
Xocalı-Gədəbəy kultu-
runa aid m.ö. II minilin
ortaları və m.ö. I minilin
əvvəllərində hazırlanan
xəncərləri doqquz tipə
ayırmışdır.
313
Təəssüf
olsun ki,
bu kulturu əks etdirən
kurqanlardan
çıxarılmış
silahların çoxunu Gədə-
bəyin misəritmə zavo-
dunda işləyən V. Belk
XIX əsrdə Almaniyaya
göndərmişdir:
314
311
Арцеховский, 1955, 234.
312
Меликишвили 1968, 124; Bu baxımdan, qədim subarların quzey bölgəsində Teburzi
və Cudi dağdakı Tumur toponimləri diqqəti çəkir (ТУ, 182, 190). «Quran » (57-ci surə)
dəmiri göy cismi adlandırır. Doğrudan da, çağdaş elmə görə, qədimdə lazım olan istilik
dərəcəsi ilə alına bilməyən dəmir külçələri zaman-zaman göydən düşən Meteorit parça-
larıdır. Koroğlunun Misri qılıncı motivi də həmin görüşlə bağlıdır.
313
Даниелян, 1987, 22-34.
314
Qalakənd, 1985; (1999).
Dostları ilə paylaş: |