93
başına taxıldığı kimi, atları da onlarla bəzəyirdilər. Bayraq ucuna taxılan
ipək-qumaş tanğuk, mızrağın ucundakı tuğ örpək adlanırdı. Son vaxtlara
qədər türk toplumunda davam edən damğa gələnəyi bəzi bayraqlarda da
görünür. Əvvəllər tuğların sayı dövlət və ordunu təşkil edən boy, bodun
sayını bildirirdi. Sonralar isə bu say simvolik olaraq 3, 6, 9 tuğla davam
etmişdir. 744-də uyğurlar «üç tuğlu türk» ordusunu yenmişdi. Orduya qa-
tılmış hər boyun özünəməxsus simvolu onun bayrağının forması, damğası
və rəngi idi. Göytürklərə məxsus qurdbaşlı bayrağın görünməsi kifayət
idi ki, onu görənlərin canlarına üşütmə düşsün.
Saqa (skit) adlanan bəzi türk boylarında isə savaş bəlgəsi kimi bay-
rağın «ilan-əjdaha» şəklində olması haqqında tarixi bilgilər vardır. Belə
ki, II əsr yazarı Flavi Arrian «Taktika» (35. 3-5) başlıqlı yazısında həmin
bayrağın forma və mənasını belə təsvir edir:
«Mızrağın uzunluğuna uyğun onun başındakı əjdaha formalı yelək
saqaların (skit) hərbi bəlgəsi sayılır. Bu yeləyin qorxunc ilana oxşaması
üçün başından tutmuş quyruğuna qədər ona alabəzək parça qırıqları tiki-
lir.
Bu düşüncənin məqsədi belədir: neçə ki, atlar
sakit durub, yalnız mız-
raqdan sallanan alabəzək bir örpək görürsən, elə ki, atlar hərəkətə gəlir və
külək bu örpəyin içinə dolub onu yelləndirir və atların sürəti artdıqca
içinə dolan havanın uğultusu artır, onda bu bəlgənin yaratdığı mənzərə
təkcə maraq və
ya
qorxu hissi aşılamaqla bitmir,
həm də
onunla hücumun
yönünü müəyyənləşdirmək baxımından və ayrı-ayrı bölüklərin bir-birinə
saldırmaması üçün əhəmiyətlidir»
.
295
Türk ordu sistemində savaş musiqisinin və hərbi marş gələnəyinin
uzun tarixi vardır. Hələ ovçuluq dönəmində Qobustan qaya rəsmlərində
əks olunmuş
ov öncəsi ritual yallını bu gələnəyin başlancığı saymaq olar.
İnsanı cuşə gətirən havalar,
ritmik-melodiya tarixboyu
savaşa gedənlərin
döyüş ovqatını yüksəltməyə yönəlik
gələnəklərdəndir. Bugünəcən yaşa-
yan güləş öncəsi rəqs etmə gələnəyi
də
keçmişdə savaş öncəsi icra edilən
ritualdır.
Koroğlunun
da
savaş öncəsi
silahdaşlarına sazla döyüş ovqatı aşı-
laması bəllidir.
Qədm türklər savaş iyələrindən
uğur
diləyib,
döyüşə
gedirdilər.
İslamı
qəbul etmiş
türklərin də savaş öncəsi
295
АИОСК, 1990, 132.
94
«adı görklü Məhəmmədə salavat götürməsi» (KDQ) bəllidir. Altaydakı
Kudırge məzarından tapılan daş üzərindəki cizgi rəsmində savaşa gedən
əsgərlərin atdan düşüb,
savaş iyələri qarşısında diz
çökərək uğur diləməsi
aydın təsvir olunmuşdur:
296
Orduda qopuz, nağara, zurna
ilə başlanan çalğı alətlərinin sayı
sonralar davul, gərənay, sinc, kös,
boru (şeypur) və başqa alətlər ilə
artdı. Belə ki, artıq Osmanlı ordu-
sunda çalınan mehtər marşı dünya
savaş tarixində əvəzi olmayan bir
qürurverici möcüzə idi.
Beləliklə,
qaynağını ən uzaq
keçmişdən alan savaş musiqisinin
türk ordu sistemində özəl yeri var-
dır.
Döyüş vaxtı müəyyən manevr
və taktiki gedişlər də davul, boru
səsilə tənzimlənirdi. Lakin çalğı
alətlərinin orduda klassik rolu savaş öncəsi ritualla bağlıdır. Belə ki, Dədə
Qorqud bahadırları hər dəfə savaş öncəsi bu gələnəyi təkrar etməli olur:
«Gümbür-gümbür naqaralar dögildi,
burması altun tuc borılar çalındı».
297
Türklər yalnız savaş üzrə deyil, müdafiə ilə bağlı da möhkəm mü-
hafizə sistemi yaratmışdılar. Oturaq türklərdə müdafiə, əsasən, qalaların
mühafizəsi ilə bağlı idisə, bozqır türklərində xaqan köşkünün və yurdun
qorunmasında görəvli olan özəl bölüklər bu işi həm də orduda görürdü-
lər. Türk dövlətçilik və ordu sistemində təkcə mühafizə və gözətçilərlə
bağlı xeyli termin vardır: mühafizə alayı yortuq, sarayı və xaqanı gündüz
qoruyanlar turgaq, gecə mühafizəçiləri yatqaq, iki saatlıq növbə vaxtı isə
küzet adlanırdı. Çin qaynaqlarına görə, Göytürk kağanının mühafizə dəs-
təsində olanlara, kağanı qoruyanlara börü deyilirdi
.
298
Qədim türk dilində
növbə vaxtı oyanıq olma anlamında işlənən sakçı (sak-sak) deyimi azər
296
Elmi ədəbiyatda savaş tanrısı ( iyəsi) kimi verilən teonim və demonimlər haqqında V
Bitikdə bilgi verilmişdir. Özəlliklə, savaşla bağlı qədim lulu və sonra hun boylarında
görünən Kiur//Kuər teonimi, sonrakı türklərdə Humay və Bozqurd mifləri geniş izah
olunmuşdur.
297
KDQ, I. 114.
298
Ögel, 1991, VI. 19.
95
dilində
səksəkə formasında qalmışdır. Sarayda protokol qaydalarını tən-
zimləyən, toya gələnləri yerbəyer edən, savaş vaxtı isə orduda qaravul-
başı olan yasavul termini bir sıra xalqların dilinə də keçmişdir
.
299
Bəkçi,
karakçı, gözətçi, qaravul terminlərindən son ikisi azər dilində qalmışdır.
M. Kaşğariyə görə, savaşda qoşunun sıralanması ilə məşğul olan ça-
vuşlar
dinc vaxtlarda əsgəri zülm etməyə buraxmayan nəzarətçilər idi.
300
Çin qaynaqlarında ço-pi-şe (P. Pelliot) şəklində yazılan çavuş titulu azər
dilində bugünəcən işlənir. Qaynaqlarda çavuşun elçi statusu ilə başqa
dövlətə göndərilməsi də qeyd olunmuşdur. Görünür, çavuş da yasavul
kimi protokol qaydalarına nəzarət edən məmur tituludur. Türklər savaş
vaxtı agenturadan da istifadə edirdilər. Bu iş kəşfiyatçı, agent anlamında
olan körüklərə tapşırılırdı. Tonyukuk yazısındakı «Türkiş kağanta körük
kəlti» deyimində söhbət xəbər gətirən kəşfiyatçıdan gedir.
Türk ordu sistemində onbaşıdan tutmuş tümənbaşıya qədər onlarla
titul vardır və bu titulları daşıyanlar layiqli hərbçilərdir. Lakin ordunun
zabit tərkibi nə qədər zəngin
olsa da,
türk ordusunun
gücü türk əsgəri idi.
Ordu mənasında cərik sözü sıralanma, cərgələnmə, düzülüş anlamından
törəyən «əsgər» anlamlı çəri//çeri sözündən yaranmışdır, yeniçəri, çerik-
başı, çeribaşı sözü də buradandır. «Qara-Göne çeri başı oldu”».
301
Yeniyetmə yaşlarından əsgəri təlim-tərbiyə ilə böyüyən, döyüşdə
şəhid olmağı şərəf bilən türk əsgərinə dastanlar qoşulmuş, igidliyi öyül-
müşdür. Bu öygülər təkcə türk dilində deyil, asur, yunan, latın, çin, ərəb,
rus və başqa dillərdə yazılmış tarixi qaynaqlarda da əks olunmuşdur.
Vaxtilə Misir fironu öz ordusunda qaşqay döyüşçülərini görmək istədiyi
kimi, sonralar Bizans, Çin, Pers, Ərəb hökmdarları da türk əsgərlərindən
çox yararlanmışlar. 591-də pers şahı Xosrov döyüşdə əsir aldığı bir qrup
xristian türkü «qələbə» ərməğanı kimi imperator Mavrikiyə göndərmiş-
dir.
302
Bir sözlə, türk əsgəri ərdəmli idi. Göytürklərin Altıngöl yazısında
«ərdəmli millət güclü olur» deyimi əsgərə güvəncdən doğmuşdu. Türk
əsgərinin alp, ərən, alpər, bahadır epitetləri çox qədim çağlardan bəllidir
və bu igidlik sanları bir sıra qonşu xalqların dilinə də keçmişdir.
299
Bəzi dialektlərdə yasavur şəklində də görünən yasavul sözünün praforması *yasaq-ul
ola bilər.
300
MK, I. 368; Yunandilli yazılarda τζαούσης və τζαούς şəklində keçən bu titul kuryer
(xəbər aparan) anlamında da işlənmişdir (Moravcsik, II, 308-309).
301
KDQ, I. 239.
302
Симокатта, V. X. 13-15.
Dostları ilə paylaş: |