86
bacarmalı idi.
Bozqır türk boylarında həm də hamı hər kəs üçün, hər kəs
hamı üçün prinsipi vardı. Bu prinsip isə özlüyündə xalq və ordu birliyini
ortaya çıxarmışdı. Ordu-xalq birliyi toplumun bütün sosial-siyası qurumla-
rını əhatə edirdi. Bu mənada, köçünü arabalarda daşıyan köçəri türklərin
arxa və ön cəbhə bölgüsü yox idi: belə toplumun özü bütovlükdə həm bir
elat, həm də bir ordu idi. İstər yarımköçəri, istərsə oturaq türklərdə daima
savaşa hazır durum vardı, çünki hər kəs dinc vaxtlarda gördüyü işə uyğun
orduda yer tuturdu. Belə ki, dinc vaxtlarda ov etmək üçün lazım olan təd-
birləri görən ovçubaşı savaş vaxtı da ordunun ərzaq təminatı ilə məşğul
olurdu. Savaşa gedən əsgər art-el adlanan arxa cəbhədən arxayın idi.
272
Çünki türk törəsinə görə, qazi və özəlliklə, şəhid ailəsinə qayğı göstər-
məyə böyük önəm verilirdi. Əsgərlərin adı və azuqəsi yazılan dəftərə ay
bitigi deyilirdi.
273
Hər an savaşa hazır olmaq üçün
türklər müxtəlif idman yarışlarına və
ovçuluğa böyük önəm verirdilər. «Av
avlamaq» bir tərəfdən ərzaq təminatı
ilə bağlı idisə,
digər tərəfdən qarşıdakı
savaşlar üçün bir məşq növü idi. Belə
məşqlərdə silahlar da sınaqdan keçiri-
lirdi.
Azərbaycanda at üstündə ov etmə
səhnələri hələ Qobustan qaya rəsmlə-
rində öz əksini tapmışdır. Maraqlıdır
ki, bu rəsmlərdə yaba və nizəyə nisbə-
tən, yay-ox az yer tutur, həm də çox
bəsit formada verilir:
Savaşa hazırlıq güləş və oxatma
yarışlarında, cıdır meydanlarındakı at
yarışlarında gedirdi. Hər bir təcrübəli
əsgər bir neçə gəncə savaş fəndləri öyrədirdi. Türklər ovçuluq edəndə də
savaş vaxtı
lazım olan uzaqdan oxatma bacarığını məşq
edirdilər. «Yata-
yata yanımız ağrıdı, dura-dura belimiz qurudu» deyərək, Qazan xan belə
hərəkətsizlikdən bezən oğuz bəylərini ova çağırır: «Yürüyəlim, a bəylər!
Av avlayalım».
274
At üstündə dördnala çapan döyüşçü irəli, sağa, sola və
272
Rus dilindəki «artel» sözü də buradandır (Шипова, 1976, 39).
273
Donuk, 1988, 94.
274
KDQ, 1962, 28.
87
hətta arxaya çevrilib ox atmağı bacarmalı idi. Bunu bacarmayanlar türk
savaş taktikası üçün yaramırdı. Hər bir gənc həm də göstərdiyi müəyyən
igidliyə
görə
ər
adı alırdı. Uruzun onaltı ya-
şına çatmasına baxmayaraq, heç bir igidlik
göstərməməsini özünə böyük dərd sayan
Qazan xan oğlunu acı sözlərlə qınayaraq
utandırır.
Oturaq türklərdən fərqli olaraq,
bozqır türkləri ata minib, ox atmağı uşaq-
lara 3-4 yaşından öyrədirdilər. Qaynaqların
verdiyi bilgiyə görə, azyaşlı uşaqları qoça
mindirib,
çöl siçanına ox
atdırırdılar. Dö-
yüş məşqləri ilə böyüyən dəliqanlılar hər
an ər adını almaq yanğısı ilə savaşa can
atırdı. Herodot mad gənclərinin savaşmağı saqalardan öyrəndiyini qeyd
edir ki, bu da iç oğuz - dış oğuz boylarının qovuşduğu çağlar idi.
Hər hansı bir dövlətin, ölkənin və ya bölgənin hərbi gücü savaşda
düşmənə qarşı çıxarılan qoşundakı əsgərlərin sayı ilə ölçülürdü. Kseno-
fonta görə, Mada eli m.ö.VI əsrdə döyüşə 60 min piyada, 10 min süvari,
Ərmən ölkəsinin əhalisi isə 20-40 min arasında piyada və 4-8 min süvari
çıxara bilirdi.
275
Strabonun vaxtında Atropaten ölkəsinin 40 min piyada,
10 min atlı ordusu vardı.
276
Təbəri, İbn əl-Əsir və Gevond qeyd edirdi ki,
730-cu ildə xəzərlər 300 minlik qoşunla Azərbaycanda ərəblərə qarşı
vuruşurdular.
277
Türk ordu sistemindəki özəlliklərdən biri də, dövlət adamlarının,
məmurların orduda uyğun vəzifə daşıması idi. Belə ki, taleyüklü böyük
savaşlarda dövlət başçısı özü orduya komandanlıq edirdi, ikinci dərəcəli
275
Ксенофонт, 1976, II. I. 2-6; III. I. 33.
276
Strabon, XI. 13. 2.
277
Áöíéàäîâ, 1989, 108.
88
savaşlarda isə dövlətdə yüksək vəzifə tutub, yüksək hərbi rütbəsi olanlar
ordu və qoşuna komandan ( başbuğ) olurdu.
278
Dövlət məmurları da savaş
vaxtı orduda uyğun vəzifə daşıyırdılar. Beləliklə, dövlət-ordu birliyində
görünən bu özəlliyi təxminən belə təsəvvür etmək olar:
Hakimiyətdə görəv
Orduda görəv
yanzi, xaqan, elbəy,
yabğu, bilgə, atabəy
tarkan, şad, eltəbər
tiqin, inal
buyuruq
çavuş
yasavul, qorçi
baş komandan
ordu başçısı (başbuğ)
ordu//qoşun başçısı (başbuğ//sübaşı)
qoşun, bölmə başçısı
qvardiya başçısı
qoşunun sıralanmasına məsul olan
mühafizə, qaravul başçısı
Türk ordularının çevik manevr imkanı, süvari alayları, savaşda isti-
fadə olunan hərbi taktika bu ordularla qarşılaşan dövlətlərin, xalqların da
ordu sisteminə təsir etmişdir. Belə ki, hələ m.ö.
I minilliyin ortalarından
sonra türk-monqol hərbi birliklərinin vaxtaşırı hücumlarının qarşısını al-
maq üçün dünyanın 7 möcüzəsindən biri sayılan Çin səddinin tikilməsi də
bu türk-monqol qarışığı olan hunların akınlarını durdura bilmədi. Bunu
görən çinlilər nə qədər mühafizəkar
olsalar da, ordu
sistemində reforma
etməyə məcbur oldular və yeni ordu sistemində ilk dəyişiklik süvarilərə
manevr
etmə imkanı verən türk
geyimlərinə keçmək
oldu.
Türklərin ordu
sistemindən doğuda çinlilər yararlandığı kimi, batıda da Avropa xalqları
bu ordunun bəzi özəlliklərini, xüsusilə süvari alayları sistemini öz ordu-
larında tətbiq etməyə çalışmışlar.
Türk hərbi rütbələri sırasında onbaşı, yüzbaşı, minbaşı, tümənbaşı
terminləri göstərir ki, qoşunlar onluq sistemi üzrə qurulmuşdur.
279
Dədə
Qorqud boylarında seçmə atlı alayı anlamında «bin bögdüz başı» deyimi
işlənmişdir. Çin qaynaqlarına görə, Metenin ordusundakı atlar rənglərinə
görə sıralanırdı.
Ümumiyətlə, türk ordu sistemində sıralanma və qoşun
düzəni savaşın qələbə ilə bitməsində mühüm rol oynayırdı.
Rəşidəddinin qələmə aldığı «Oğuznamə» variantını rus və azər
dillərinə çevirən Rəhilə xanım Şükürova Britaniya muzeyində saxlanan
bir əlyazmada Oğuz ordusunun düzümü ilə bağlı bir parçanı da tərcümə
278
«Kutadğu Bilig»də dövlət məmurları haqqında bilgi üçün bax: ßñêÿð, 2003, 92-94.
279
«On min başı» və «on min» anlamında tümən sözü rus (témnik), pers (tūmān) və sair
dillərə keçmişdir (Шипова, 1976, 318; Çÿðèíÿçàäÿ, 1962, 243); Elam çarının m.ö.VII
əsrin ortalarında Teuman adlanması da diqqəti çəkir (АВИИУ, ¹76).
Dostları ilə paylaş: |