82
bir yaşam mücadiləsi idi.
Belə ki,
m.ö.
XIX-XVIII
əsrlərdə
indiki
Kərkük
bölgəsinə
soxulan asurlara qarşı turuq boylarının savaşı, minil sonra pro-
toazər boylarının Mana elinə soxulan asur-urartu əsgərlərinə qarşı, daha
sonralar Alban-Aran elinə yürüş edən rumlulara qarşı, hətta, yarımonqol
olsa da, soydaşları hunlara qarşı apardığı müharibələr azadlıq savaşı idi.
Bəzən «üsyan» dediyimiz olayların da çoxu azadlıq savaşının bir çaları-
dır. Belə ki, Mada elini əhəməni soyundan geri alan Qam-Ata, çinliləri
vahiməyə salan Kür-şad, ərəblərə dirəniş göstərən Babək türklərin azad-
lıq uğrunda şəhid olan mücahidləri idi.
Hürr yaşamı hər şeydən üstün tutan türklər
əsir və
ya asılı
duruma
düşməyi böyük bədbəxtlik sayırdılar. V.
Radlova görə, «bozqır türk top-
lumunda elə bir hürriyət ovqatı vardı ki, ən kiçik ailə belə, başlı-başına
bir dövlət sayıla bilirdi».
262
Oturaq türklər də azadlığı hər şeydən üstün
tutur və müdafiə üçün qala və qalaçalar tikirdilər. Xalq arasında Oğuz və
Koroğlu qalası adı ilə bəlli olan belə müdafiə istehkamları Azərbaycanın
müxtəlif bölgələrində vardır.
Böyük
qüvvə
ilə
hücum edən yağılarla savaşdan bozqır türklərinin
qaçma imkanları vardı.
Oturaq türklər
isə
öz bölgələrini ətraf xalqların
və
dövlətlərin hücumundan qorumaq üçün yüksəkliklərdə müdafiə qalaları
və qaravul yerləri tikirdilər. Düşmən hücumu görünəndə belə yüksəklik-
lərdə od qalanır və tüstü ilə ətraf bölgələrə xəbər verilirdi. Azərbaycanda
m.ö. II minilin ortalarından belə müdafiə qalalarının sayı get-gedə artır.
Müdafiə yeri koruq, şəhər ətrafında savaş üçün hazırlanmış bürc ükek
(ükekliğ tam), qaravul qülləsi karğu (karğuy) adlanırdı. Çox güman ki,
Orta əsrlərdə bütöv Abşeronu əhatə edən qalalarda da xəbər vermə tüs-
tüsündən istifadə olunmuş-
dur:
Bozqır türk boylarının
otlaq yeri və yaylaq-qışlaq
bölgələri ümumi mülkiyət
sayılırdı və yığılan vergi də
ümumi
ehtiyaclara
yönəlirdi.
Lakin bəzən daxili vergilər
lazım olan ehtiyacları ödə-
məyəndə bu «büdcə» kəsiri
qonşu və yaxın bölgələrdə
262
İA, XII. (2), 224.
83
yaşayan
xalqlardan, böyük dövlətlərdən alınan vergi ilə doldurulmağa ça-
lışılır və yağma savaşları təşkil edilirdi. Bunun üçün mobil ordu yaratmaq
zərurəti ortaya çıxdığından yaxın boylar birlikdə belə ordunu qururdular.
Tarixboyu belə birliklər vaxtaşırı yaranmış, müəyyən çağdan sonra isə da-
ğılmışdır. Mərkəzləşmiş hakimiyəti olan turk elləri də ətraf ölkələrdən
və
böyük dövlətlərdən bac-xərac ilə yanaşı vergi də alırdılar. Belə ki, ətraf
xalqlardan bac-xərac və illik vergi alınması türk dövlətlərində Qut elindən
tutmuş islamaqədər türk ellərində davam etmişdir. Azərbaycanda dövlət
quran saqalar bütöv Ön Asiya xalqlarından vergi alırdı və verməyənlərin
isə üzərinə akınlar edirdi.
263
F. Simokatta yazır ki, hun (avar) xaqanı 583-də Roma imperatoru-
nun göndərdiyi qızıl taxtı bəyənmədi və «öncə təyin etdiyi 80 min qızıl
pul dəyərindəki vergiyə daha 20 min əlavə etdi».
264
Xəzər xaqanlığı qonşu
dövlətlərdən aldığı vergi hesabına muzdlu qoşun saxlayırdı. Güclü ordusu
olan türklər başqalarından vergi aldığı kimi, təbii ki, zəifləmiş türk elləri də
başqa dövlətlərə illik bac-xərac, vergi verirdi. Ancaq Qut elinə sumerlərin
vergi verməsi, turukların Asur dövlətilə sərhəd bölgələrdən vergi alması
və bu bölgələrə akınlar yapması haqqında tarixi bəlgələr qalmışdır
.
265
Ata kultuna böyük önəm verildiyi türk toplumunda əcdadların uyu-
duğu qəbirlərin dağıdılması ən
böyük təhqir sayılır,
bu işi
görənlərə qarşı
öcalma savaşı başlayırdı.
Saqa elbəyi Daraya deyir ki, əgər atalarımızın
qəbirlərini dağıtsaydınız, biz dərhal savaşa qatılacaqdıq.
266
Eyni durum
m.ö. 79-da bir monqol boyuna qarşı hunların apardığı öcalma savaşında
görünür. Atillanın ikinci Balkan yürüşünə səbəb də hun elbəylərinə aid
basırıqların Bizansın Marqos yepiskopunun açıb talan etməsi idi.
267
Yeni otlaqlara ehtiyacı olan heyvandar türk boyları başqa ölkələrin
torpağına girmək məcburiyətində idi və bu giriş çox vaxt qarşıdurma və
otlaq savaşı ilə müşayiət olunurdu. Cəvahirləl Nehru qızı İndira Qandiyə
məhbəsdən yazdığı məktubda vaxtilə türk boylarından olan saqaların
Hindistana gəlmə səbəbini belə izah edirdi: «Sən belə düşünmə ki, bu
köçlərin məqsədi buraları tutmaq və ya yağmalamaq idi. Bu xalqlara yeni
ərazilərdə məskunlaşmaq zəruri idi, çünki Mərkəzi Asiyada köçəri boy-
263
Herodot, I. 106.
264
Симокатта, I. III. 7-13.
265
Azər xalqı, 2000, 34-38, 124; Bu barədə geniş məlumat sonrakı bölmədə veriləcək.
266
Herodot, IV. 127.
267
İA, XII (2). 243; Priskos, 24-25 (fraqment 2).