A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə36/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   32   33   34   35   36   37   38   39   ...   226

 

76

3. ORDU  VƏ  DÖVLƏT



 

 

Dövlət qurumunda olduğu kimi, türklərin ordu qurumu da bir sıra 



xalqların ordu sistemindən fərqlənir. Belə ki, türk dövləti xalq, ölkə və 

hakimiyət sintezindən yarandığı kimi, türk ordusu da xalq və dövlət

 

ilə 


bir medalın iki üzü idi.

 

Dövlət adamlarının eyni zamanda orduda müəyyən 



vəzifəsi vardı  və savaş vaxtı onlar hərbçilər sırasında öz yerini tuturdu. 

Türk hərb tarixində ordu düzəni və  bəzi savaş taktikası  gələnəyi azacıq 

fərqlə minillər boyu davam etdiyindən Ön Asiya xalqlarında türk ordusu 

əfsanəvi «qoq-maqoq» (yəcuc-məcuc) qoşunları sayılmış  və akad-asur 

qaynaqları bu ordunu «umman-manda» (manda qoşunu) adlandırmışdır.

 

Hətta «Tanrı



 

ordusu» mifinə uyğun,

 

günah edənləri cəzalandırmaq üçün 



tanrının göndərdiyi qoşun kimi dəyərləndirmişlər.  

Dünya xalqları kimi, prototürk etnosu da istifadə etdiyi yaraq-yasaq 

baxımından, silahın təkmilləşməsi yolunda insanoğlunun yaşadığı mərhə-

lələri keçmişdir. Hətta Orta əsrlərə  qədər türklərin icad etdiyi silah 

növləri başqa xalqlara örnək olmuşdur. Rusiyada ilk odlu silah da türk-

lərdə idi: «İtil bulqarlarının 1377-ci ildə odlu silahı vardı». 

240

  



Daş, sümük və ağac alətlərlə ov edən ilkəl insanların silahları bəsit 

olsa da, savaşlarda uzun müddət keçərli

 

olmuşdur.



 241

 

 



Belə ki, bəzi xalqlar 

hələ də yay-ox və balta-nizə ilə savaşa gedir, yaba və çomaq davaları isə

 

həmişəyaşar savaş növlərindəndir.



 

Qaba çomaqdan tutmuş, bıçaq,

 

nizə, 


balta və sapand kimi silahlardan yararlanan ilkəl toplumda yay-oxun kəşf 

olunması, neçə minil sonra isə odlu silahın ortaya çıxması hərb tarixində 

böyük dönüş yaratdı.

 

8 minil öncə eneolit (mis-daş) çağından daş-sümük 



silahlarla yanaşı,

 

metal silahlardan istifadə



 

olunması,

 

zaman-zaman onların 



təkmilləşməsi arxeoloji bəlgələrdə aydın izlənə bilir. 

Azərbaycanda

 

ilk


 

dəfə


 

bəzi savaş

 

terminləri, türk



 

hərbi əxlaqı,

 

ordu 


düzəni və savaş taktikası haqqında Əfzələddin Əsgər və Məmmədəli Qıp-

çağın birlikdə yazdığı «Türk savaş  sənəti» bitiyində bilgi verilmişdir.

242

 

                                                 



240

  Мавродин, 1946. 

241

  İlkəl insanın yalnız lazım olan qədər ərzaq əldə etmək üçün istifadə etdiyi silah sadə 



idisə  də, bugünkü sivil toplumun malik olduğu silahlardan daha insani idi. İnsanoğlu 

mədəniləşdikcə əldə etdiyi silah növlərinə görə daha «vəhşi» görünür. İlkəl insanın qur-

duğu cələyə-tələyə ətinə ehtiyacı olan heyvan düşürdüsə, bugün minaya düşən yüzlərlə 

günahsız insanın qanı, nə qədər paradoksal olsa da, sivilizasiyanın bəhrəsidir. 

242

 ßñýÿð-Ãûï÷àã, 1996. 




 

77 


Bu mövzuya Türkiyə və Avropada yazılan bir sıra tədqiqatlarda da geniş 

yer ayrılmışdır.

243

 Türk ordu qurumu ilə bağlı «Divanü lûğat-it-türk» və 



«Kutatğu Bilig» abidələrində verilən bəlgələrdə  və  Bəsrəli  ərəb yazarı 

Cahizin «Mənâqib Cund ül-Xilâfə və Fəżâ’il ül-Ətrâk» əsərində türk əs-

gərinin bənzərsiz öygüləri vardır.

244


 Çin və Bizans qaynaqları da bu cür 

bəlgələrlə boldur. Lakin sadalanan qaynaqlarda və  tədqiqat  əsərlərində 

türk ordusunun tarixi hunlarla başlanır, sanki hunlardan əvvəl türk etnosu 

olmamışdır. Halbuki

 

Ön

 



Asiya

 

qaynaqlarının



 

 



arxeoloji kulturun

 

verdiyi 



bəlgələrdə görünən türk savaş tarixi xalqın söz yaddaşından süzülüb qəhrə-

manlıq eposlarında (Oğuznamələr, Koroğlu və b.) sərgilənir. Bunları 

görmək üçün, sadəcə, türk etnosunun ilkin və sonrakı Atayurdlarını ob-

yektiv göstərən elmi-tarixi bəlgələrə biganə yanaşılmamalıdır.

245

   


Türk dillərində  hərbi düşərgə (qarnizon) və hökmdarın, başbuğun 

qərargahı

 

(ordugah)



 

anlamında işlənən ordu sözünün türk dövlətçiliyində 

həm

 



 

«qoşun»


 

anlamı daşıması qədim tarixə malikdir.

 

Belə


 

ki,


 

qədimdə 


müdafiə istehkamı anlamında dövrələmə qazılmış çuxura və tökmə torpağa 

or

 

deyilməsi, sonralar törə düzəninə görə



 

müəyyən olunmuş yerin orun 

(mövqe) adlanması və örgin, ornaq, orunluq sözlərinin xaqan taxtı anla-

mında işlənməsi  ordu sözünün etimologiyasına işıq tutur. Düzgün 

olaraq, uzmanlar bu sözün praformasını  *orut  (oru-t)  şəklində  bərpa 

etmişlər.

246

  Qədimdə türklərlə kontaktda olmuş bir çox xalqların dilinə 



ordu sözü hər iki anlamı ilə keçmişdir: «hökmdar köşkü» və «qoşun».

 

Fars



 

dilinə keçən ordu sözünü çoxlu qaynaqlar üzrə araşdıran G. Dörfer 

qədim çağda ordu sözünü türk dilindən alan monqolların da çox sonralar 

onu  orda  şəklində yenidən türklərə qaytardığını yazır.

247

 Lakin nəzərə 



almaq lazımdır ki, orta sözü kimi, orda forması da türk dillərinin özündə 

yarana bilərdi. 

                                                 

243


  Golden. 1980; Moravcsik, 1983; Rasonyi, 1996; Göyalp, 1976, 1977; Togan, 1981; 

Kafesoğlu, 1989; İA; Ögel, 1981, 1988, 1991; Donuk, 1988 və başqaları. 

244

  Əbû


 

Osmân


 

´Əmr b.


 

Bəhr Məhbûb əl-Câhiz 774-870-ci

 

illər


 

arasında yaşamışdır. 

245

  Çox dəyərli «Türk savaş sənəti» bitiyinin hər iki yazarına böyük sayqım olub, ərkim 



çatdığından

 

onların



 

tutduğu


 

yanlış


 

mövqeyi


 

də vurğulamalıyam.

 

Belə


 

ki,


 

«Altayda


 

arxeo-


loqlar VI-X əsrlərə dair dəmir yataqlarının izlərini tapıblar» deyə, türk dəmirçilik sənə-

tindən fəxrlə danışdıqlarını anlamaq olmur. Məgər bu dostlarım metalişləmə sənətinin 

Azərbaycanda çox qədim çağlardan bəlli olduğunu və burada dəmirin də Altaydan

 

azı 



1500 il öncə ortaya çıxdığını bilmirlər? Əlbəttə, bilirlər. Ancaq hunlarla başlanan «türk 

tarixi» gələnəyini daha üstün tuturlar. 

246

  ЭСТЯ, Û. 472. 



247

  Doerfer, II. 1965, 34-39. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə