99
Mütəxəssislər m.ö. II-I minillərin qovuşuğunda Güney Qafqazın
batı bölgəsindən başqa, əksər bölgələri ilə Güney Azərbaycan silahlarının
eyni olduğunu yazırlar.
315
Protoazər boylarının
etnik birliyini sərgiləyən
bu fakt həm də həmin boyların bir-birilə yaxın əlaqəsini və metalişləmə-
nin inkişafını göstərir. Gədəbəydən Almaniyaya aparılan silahlar içində
bu tip xəncərlər vardı:
Saqa (skit) dilində xən-
cər anlamlı ακινάκης (akinak)
sözü hər iki tini iti olan
kınqı-
rak (qəmə) və m.ö.
çin
dilinə
keçən
kung-lu (qılınc),
sonralar
rus dilinə keçən kinjal (xəncər)
sözləri ilə bağlı ola bilər. Azər
dilində
xəncər
sözülə adlanan
bu silahı bəzi türk qaynaqları
bögde və bükte sözülə verir:
«anı bükdələdi» (onu xəncər-
lədi).
316
Hunlar düz, göytürklərsə
əyri
qılıncdan istifadə edirdi.
Qılınc-xəncər qabı
qın, qılıncın
qəbzəsi balçaq, qılınc asılan kə-
mər
karaçur
adlanırdı. Azərbay-
canda hələ dəmir xəncər-qılınc-
dan öncə mükəmməl tunc xən-
cərlər vardı:
«Altın-arıq» adlı xakas
eposunda fit verən deşikli və
üçpərli ox ucu sır çöme, dəri-
dən tikilən” oxqabı saadak, bir
qarışa yaxın dəmir ucluqlu cida
süüm sini çıda deyimlərilə yanaşı,
xara molat xılıs (qara polad qılıc)
ifadəsi vardır. Qılıncla bağlı bu son deyim Dədə Qorqud kitabında «qara
polad üz qılıc» şəklində çox işlənir. Burada fit verən ox haqqındabəlgə də
315
ИИГК, 1971, 190-197.
316
MK, III. 352; Monqolca qılınca kituqa, oxa num (
<
numun), tunqusca qılınca komo,
oxa barq deyilməsi də bu dillərin türklərdən fərqli arealda formalaşdığını göstərir.
100
çin qaynaqlarında Metenin fit verən ox düzəltməsi məlumatını təsdiq edir.
Fit səsi çıxarmaq üçün oxa bağlanan üç yanı deşikli hissəni bildirən sokım
terminini M. Kaşğari belə izah etmişdir: «Bir ağac parçası cam qozası şək-
lində kəsilərək içi oyulur, üç tərəfindən deşik açılaraq oxun üzərinə bər-
kidilir».
317
Əvvəlki oxlardan daha uzağa yeni ox atışı çuram, buynuzdan olub,
yayın iki bağlanan yerinə, ipin altına qoyulan hissə tuva dilində tenke adla-
nırdı. KDQ-da «ağ yeləkli ötkün ox», «üç yeləkli qayın ox», «ağca tozlu
qatı yay» deyimləri və ox ucluğunu bildirən dəmrən sözü vardır. Ümumi-
yətlə, yay-oxla bağlı yaranmış çoxlu terminlər qədim türk qaynaqlarında
işlənmişdir:
koğuş
kovşama
karvi
toz
bağır
başak
gez
yök, yüg, yüng
dəmrən, təmrən
temürgen
tili
çırquy
kesme
katutluq
ulun, kalva
azak, azuk
ayrıc
çığılvar
sadaq, okluq
bilük (belik)
kurukluq
keş (kış)
kış kurman
yasık, gedeleç
ox qayırmaq üçün kəsilən ağac
koğuşun yağlanması
incə bir yay növü
yayın kirişi
yayın orta hissəsi
ox və nizə ucluğu
oxun kirişə taxılan kəsik, kərtik yeri
ox yeləyi
ox ucluğu
ox ucluğu, dəmrən
dəmrən üzərindəki sarğı
dəmrənin qabarıq hissəsi
dəmrəni enli ox
dəmrəni zəhərli ox
dəmrənsiz ox
haradan atıldığı bəlli olmayan (azmış) ox
iki çatallı ox
balaca ox
ox qabı
ox qabı
ox qabı
ox qabı
yay-ox qabı
yay qabı
317
MK, I. 397-398; Yunan qaynaqlarında «ox» anlamında saqitta (Xerson epiqrafik
yazılarında
saqit) sözünün işlənməsi skit (saqa) boylarına məxsus ox ilə bağlı ola bilər.
101
Türk dövlətçilik gələnəyində hakimiyətin (
yay) və hakimiyətə tabe
olanın (ox) simvolu kimi önəm daşıyan yay-ox həm də
inanc sistemində
yer tutur. Belə ki, türk toplumunun bəzi boylarında qılınc və yay-ox kultu
vardı.
318
«Altay-kişi, teleut, şor və xakas mərasimlərində istifadə olunan
yay-ox simvolu uşaqların himayəçisi işıqlı tanrı Humayla assosiasiya olu-
nur».
319
Turk yaraq-yasağı içində qılınc-xəncərlə yanaşı, xeyli deşici-kəsici
silahlar vardır:
sancaq, qarmaq, cida (nizə),
yarınca (mızraq),
göndər və
süngü.
Bunlardan yalnız cida sözü türk və
moqol-tunqus
(cida/qida)
dillə-
rində paralel işlənir. Qısa mızrağa,
cidaya kaçut deyilmişdir. Hunlar qısa,
göytürklərsə uzun cidadan istifadə edirdilər.
320
Qarğı, sur, almas və altun
təyinləri ilə işlənən cida türk döyüşçüsünün əsas silahlarından idi. Cida
sözü macar (dsida), slavyan dillərinə (djida) də keçmişdir.
321
«Kütəlmiş
cida» deyimi onun sürəkli işləndiyini göstərir. Mızraq, qarğı anlamında
gönder termini də işlənmişdir: «Altmış tutam ala gönderin koltuğ(una)
kısdı, Aruza bir gönder vurdu».
322
KDQ-da «ağ sancaqlı alay» deyimində göründüyü kimi, sancaq həm
də ucuna tuğ-bayraq asılan savaş bəlgəsi idi.
Ucluğu öncə sümük (süñük)
olduğu üçün
süngü şəklində işlənən bu qədim silahın adı azər
dilində bu-
günəcən qalmışdır. Türk dillərində
süñü, sünüg, süngü şəklində işlənən
bu söz cida, mızraq, nizə sözlərinin sinonimidir. M. Kaşğari başlığı olan
süngünün «başaklığ süngü» adlandığını qeyd edir.
323
Görünür, «sancaq» və «bayraq» anlamında sumercə badara sözün-
dəki ilkin sancmaq//batırmaq anlamına uyğun türk dillərində bayrağın da
*badıraq variantını praforma saymaq lazım gəlir. Daş dövründən işlənən
daş balta, sonra metal balta yaraq-yasaq sırasında önəmli yer tutmuşdur.
İki ağızlı metal təbərzin (sekira) isə sonra ortaya çıxmışdır. IV-III minil-
lərdə metal balta İkiçayarasından geniş areala yayıldı və türkcənin balta,
balqa sözü sumercə balaq, akadca pilaqqu şəklində işləndi, het dilində
isə malatti «döyüş silahı» anlamı qazandı.
324
Görünür, «təbərzin» anlamı
318
Bu barədə geniş bilgi «Qılınc kultu» adlı məqalədə verilmişdir (Úÿëèëîâ, 1989 à).
319
Гричан, 1987, 196.
320
Bu baxımdan, «cidanı çuvalda gizlətmək olmaz» deyimi diqqəti çəkir.
321
Этимология, 1975, 94.
322
KDQ, I. 250.
323
MK, I. 497.
324
Friedrich, 1952, 133.