112
Prototürk Atayurdunun Güney Qafqaz bölgələri paleolit çağı yaşayış
məskənləri ilə daha çox önəm daşıyırdı, lakin ilk dövlət qurumları onun
batı və güney-batı bölgələrində yarandı.
Ona görə də Ön Asiyanın sosial,
iqtisadi durumu,
mədəniyəti
fonunda 8-10 minil öncə əkinçi-heyvandar
təsərrüfatın
yayıldığı
Güney-Doğu
Anadolu,
Batı Azərbaycan
və İkiçayarası
bölgələrindəki arxeoloji kulturları diqqətə almaq lazım gəlir:
Mütəxəssislərin tərtib etdiyi bu xəritədən göründüyü kimi, Aralıq-
dənizi yaxaları boyunca Çatalhöyük-İerixon arasında formalaşan qədim
əkinçi-heyvandar kulturu Türk Atayurdunun sınırı dışında qalır, lakin İki-
çayarasından Dərbəndə qədər uzanan sahələr bu sınırın içindədir.
Kərkük
bölgəsində
yaranıb,
m.ö.VII-VI
minillərdə ətraf bölgələrə
yayılan
Carmo
kulturu Zaqros dağlarında qut və lulu boylarının ulu əcdadları sayılan
və əsasən heyvadarlıqla məşgul olan prototürk boylarına aid idi:
113
Daş özül üzərində çiy kərpiçdən tikilmiş, ağac qapılı evləri olan bu kul-
turun buluntuları təkcə Carmoda deyil, Şimşar,
Sorabtəpə,
Qurantəpə və
sair abidələrdə aşkar edilmişdir.
Mosul bölgəsindən Elam sınırına qədər
uza-
nan
Carmo kulturunun daşıyıcı-
ları
dəmyə əkinçiliyi ilə
də məşğul
olub, mərcimək və arpa əkirdilər.
3
Dağlıq
yerlərdən Dəclə ya-
xalarına enib sonralar «çay adamı»
adı ilə tanınan subar boyları
keçi-
qoyun saxlamaqla yanaşı,
əkinçi-
liyə
daha
çox
üstünlük verir,
tədri-
cən şəhərləşmə yaşamına keçirdi-
lər.
Heyvandar-əkinçi boyların İki-
çayarasında məskunlaşması olayı
öncə quzey bölgələri əhatə edirdi.
Əvvəllər Bağdaddan aşağı bataq-
lıq olan ərazilər isə yaşayış məs-
kəninə sonralar çevrilsə də, bura-
da şəhərləşmə
sürətlə inkişaf etdi;
möhtəşəm məbədlər
tikildi,
şəhərlər
salındı, süni suvarma arxları
çəkildi.
Artıq m.ö.
III minillikdə
İkiçayarasının
quzeyi
güneydəki
şəhərləşmə
mə-
dəniyətdən
xeyli geri qalırdı.
4
Beləliklə, m.ö.VI-IV minillər arasında əkinçi-heyvandar boyların
məskəninə çevrilən İkiçayarasının quzeyində öncə Xasun və Xalaf, sonralar
Ubeyd kulturunun quzey variantı yarandı. Ubeyd kulturunun Urmu gölü ya-
xalarına uzanması arxeologiyada (Püştəlitəpə, Göytəpə)
sübut
olunmuşdur.
5
Mosulun güneyində m.ö. 5800-cü illərdə formalaşan Xasun kulturu daha
geniş ərazilərə yayılaraq, yuxarıda Diyarbakırın batısına keçir, aşağıda isə
Bağdada qədər uzanıb Dəclədən doğudakı bölgələri də əhatə edirdi:
6
Vaxtilə, A. L. Perkins bu kulturun Sincar və Cəzirə yaylalarında möv-
cud olduğunu yazırdı.
7
Rus-İraq arxeoloqlarının bu bölgədə birgə üzə çıxar-
dıqları I,
II və III Yarımtəpə kompleks abidələri həmin fikri bir daha təsdiq
3
АЗА , 1986, 24-26; Maccoн, 1989, 41; Заблоцка , 1989, 30.
4
АЗА, 1986, 70.
5
Eyni qaynaq, 105-106.
6
ИДВ, 1983, 66.
7
Perkins, 1957, 43-45.
114
etdi. Burada geniş tədqiqatla qiymətli bilgi əldə edən rus arxeoloqları
yazır: «Xasun kulturu İkiçayarasının quzeyində aktiv inkışafda olmuş
qədim istehsalçı təsərrüfat üzərində yaranmışdır».
8
Əkinçi-heyvandar Carmo kul-
turu
üzərində
formalaşan və bükülü
ölübasdırma gələnəyini davam etdi-
rən Xasun kulturu çağında yardım-
çı və yaşayış tikililəri, təsərrüfat və
bəzək əşyaları, alətlər, keramika
xeyli təkmilləşdi. İctimai
münasibət-
lərdə yeni çalarlar yarandı və bu
çağ-
da prototürk dili və dialektləri yüksək
inkişaf mərhələsini yaşadı. Boyalı
qablar daha bəzəkli çeşidlə hazırlan-
dı. Xasun
kulturunun
lokal variantı
kimi Samara
qablarında
gözəl na-
xışlı dönərgə simvolu hərəkət
dina-
mıkasının
stilizə
olunmuş
dörd hey-
van fiqurunda aydın görünür:
Dəclə çayının
doğu yaxalarında subar boylarının ərsəyə
gətirdiyi bu
kultur,
güneydə Samara və Savana şəhərləri İkiçayarasının
güney Ubeyd
kulturunun yaranmasına böyük təsir etmişdir. İkiçayarasının quzeyindəki
Xasun kulturu VI-V min
illərin qovuşuğunda Xa-
laf kulturu ilə əvəzlənir.
Bu əvəzlənməni təkmil-
ləşmə ilə bağlayan mütə-
xəssislər
qeyd edir ki, I
Yarımtəpə abidəsi VI
minilin Xasun kulturunu
əks etdirirsə, artıq II Ya-
rımtəpə (4710 ± 40 il)
abidəsində Xalaf kulturu
sərgilənir.
9
8
Мунчаев-Мерперт, 1981, 150 (və 85, 144-146).
9
Eyni qaynaq, 1981, 153-154.