Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə167/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   163   164   165   166   167   168   169   170   ...   176

 
348 
mətbuatı»  adlı  kitablarınız  çapdan  çıxmışdır. Bir  neçə  kitabınız  da  nəşrə  hazırdır. 
Siz  Azərbaycan  Jurnalistlər  Birliyinin  H.Zərdabi  adına  mükafatına  layiq 
görülmüsünüz.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetində  məsul  vəzifədə 
çalışırsınız. Birinci dərəcə dövlət qulluqçususunuz. 
Hörmətli Abid müəllim! 
Sizi  bir  daha  yubileyiniz  münasibətilə  təbrik  edir,  uzun  ömür,  cansağlığı, 
yaradıcılıq uğurları arzulayırıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     Azərbaycan Yazıçılar Birliyinin təbriki 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti», 2 dekabr 2005. 
 
 
 
Azərbaycan mühacirət mətbuatının  
yorulmaz tədqiqatçısı 
 
Ötən  əsrin  əvvəllərində  sürətlə  inkişaf  edib  formalaşan  Azərbaycan 
demokratik  mətbuatının  bir  çox  ənənələri,  istiqlalçılıq,  yurdsevərlik,  haqsevərlik 
kimi  xüsusiyyətləri  mühacir  soydaşlarımızın  müxtəlif  ölkələrdə  nəşr  etdirdikləri 
dövri  nəşrlərdə  yaşadılmış,  davam  etdirilmişdir.  Şərti  olaraq  1921-1991-ci  illəri 
əhatə edən və «Azərbaycan mühacirət mətbuatı» adlandırılan bu zəngin irs ölkəmiz 
dövlət  müstəqilliyi  qazandıqdan  sonra  milli  jurnalistikamızın  dəyərli  bir  sahəsi 
kimi öyrənilməkdədir. 
Tədqiqatçı-jurnalist,  filologiya  elmləri  doktoru  Abid  Tahirli  bu  sahədə 
yorulmaz fəaliyyəti ilə XX əsr Azərbaycan mühacirətinin Vətəndə tanıdılmasına və 
mühacir  mətbuatımızın  araşdırılmasına  sanballı  töhfə  vermişdir.  Həmkarımız  öz 
tədqiqatlarını  silsilə  kitablar  şəklində  vaxtaşırı  oxuculara  çatdırmış,  mühacirət 
tariximizlə  bağlı  boşluğu  doldurmağa  çalışmışdır.  A.Tahirlinin  bu  yaxınlarda  işıq 
üzü  görmüş  «Azərbaycan  mühacirət  mətbuatı  (1921-1991)»  soraq  kitabı  xaricdə 
işıq  üzü  görmüş  anadilli  dövri  nəşrlər  barədə  müasirlərimizdə  dolğun  təsəvvür 
yaradır. 
Kitabın  əvvəlində  müəllif,  haqlı  olaraq,  mühacirət  mətbuatımızı  milli 
jurnalistikamızın  tərkib  hissəsi,  mübariz  bir  istiqaməti  kimi  təqdim  edir.  Bu 
mətbuatın  ideya-sənətkarlıq  qaynağı  olaraq,  alim  demokratik  jurnalistikamızın 
meydana  gəlməsi  və  öz  ənənələrini  yaratması  prosesinə  nəzər  salır.  Sonrakı 
fəsillərdə  tədqiqatçı  mühacirət  mətbuatının  tarixi  barədə  illər  boyu  əldə  etdiyi, 
sistemləşdirdiyi  materialları  şərh  edir,  xaricdə  yaranmış  publisistikamızın  mövzu 
və peşəkarlıq xüsusiyyətləri barədə mülahizələrini açıqlayır. 
İstiqlal mücadiləsi tarixində mühacirət mətbuatının yeri və rolu, bu nəşrlərin 
yaradıcıları  və  xarici  müəllifləri  də  kitabda  əksini  tapmışdır.  Əlavə  bölmədə 
verilmiş  materiallar  mühacirət  mətbuatı  barədə  çağdaş  oxucuların  təsəvvürlərini 
tamamlayan maraqlı illüstrasiya və mətnləri əhatə edir. Sovet rejiminin mühacirətə 
qarşı  ideoloji  mövqeyini  əks  etdirən  bəzi  sənədlər  və  müəllifin  mövzu  ilə  bağlı 
tədqiqatları barədə məlumat da kitaba əlavə edilib. 


 
349 
Azərbaycan  mühacirət  mətbuatı  haqqında  belə  mükəmməl  bir  kitab  Abid 
Tahirlinin  ixtisasca  jurnalist  olmasından  və  uzun  illərdən  bəri  milli  diaspor 
hərəkatımızla  sıx  bağlılığından  qaynaqlanır.  Elmi-təcrübi  fəaliyyətində  bu  iki 
sahəni üzvi surətdə əlaqələndirən tədqiqatçı jurnalistin ömür yolu gərəkli axtarış və 
tapıntılarla müşayiət olunub. Artıq otuz beş ilə yaxındır ki, o söz cəbhəsindədir. 
Abid Tahirli Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1980-ci 
ildə  Bakı  Dövlət  Universitetinin  jurnalistika  fakültəsini  bitirib.  1988-ci  ildən 
«Vətən» Cəmiyyətinin orqanı olan «Odlar yurdu» qəzetində müxbir, məsul katib, 
redaktor  müavini  vəzifəsində  çalışıb.  1992-93-cü  illərdə  «Vətən»  Cəmiyyətində 
Avropa  və  Amerika  ölkələri  şöbəsinin  müdiri  kimi  fəaliyyət  göstərib.  1993-cü 
ildən  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  məsul  işçisidir.  Birinci 
dərəcəli  dövlət  qulluqçusudur.  H.Zərdabi  və  C.Məmmədquluzadə  mükafatlarına 
layiq görülüb. Yazıçılar və Jurnalistlər  birliklərinin üzvüdür. 
Abid  Tahirli  hələ  şagird  ikən  «Qalibiyyət»  (Qəbələ  rayon  qəzeti)  və 
«Azərbaycan  pioneri»  qəzetləri  ilə  yaxından  əməkdaşlıq  edib.  «Azərbaycan 
pioneri» jurnalının elan etdiyi Respublika yaradıcılıq müsabiqəsində «Sinoptiklər» 
hekayəsi ilə çıxış edib və müsabiqənin qalib sayılıb. Oğlunun bu peşəyə həvəsinin 
ötəri olmadığını görən Həmid kişinin nəsihəti belə olub: «Bala, sən elə bir peşənin 
arxasınca  gedirsən  ki,  deyəcəyin  və  yazacağın  hər  bir  sözün  sahibi  olmalısan!» 
Həmid baba özü də sözünün ağası olan kişilərdən idi. Elmə – təhsilə böyük maraq 
göstərirdi.  Zəkasına  və  yaddaşına  güvənən  Həmid  baba  50  yaşından  sonra  qısa 
müddətdə  ərəb-latın  əlifbasını,  türk  dilini  mükəmməl  öyrənmişdi  və  «Quran»ı 
sərbəst  oxuyurdu.  Əfəndi  adı  qazanmışdı,  xeyirxahlığı,  müdrikliyi  ilə  böyük 
hörmət-izzət  sahibi  idi.  Sariyə  ana  ilə  Həmid  Əfəndi  on  uşaq  böyüdüb,  tərbiyə 
etmişdilər.  Övladları  həkim,  müəllim,  iqtisadçı,  jurnalist  kimi  şərəfli  peşə  sahibi 
olublar. 
1989-1990-cı  illər  Azərbaycan  xalqının  tarixində  və  taleyində  həlledici 
məqamlar  idi.  Milli  şüurun,  özünüdərkin  oyanışı  ilə  bağlı,  xalqımıza  qarşı  edilən 
haqsızlıqları  dünyaya  çatdırmaq  üçün  Abid  müəllim  də  sözə  meydan  verdi.  O, 
«Vətən»  Cəmiyyətinin  xətti  ilə  Avropa  ölkələrinə  səyahətə  çıxıb  –  Türkiyədə, 
Belçikada, İsveçdə, Hollandiyada, İranda ilk üz tutduğu əsas ünvanlar kitabxanalar, 
arxivlər,  muzeylər,  redaksiyalar  olub.  Tarixi  keçmişimizə  dair  zəngin  arxiv 
materialları  və  sənədlər  toplayıb.  Hər  yerdə  Azərbaycan  həqiqətlərini  yayıb, 
xaricdə  yaşayan  soydaşlarımızın  taleyi  ilə,  onların  fəaliyyəti  ilə  yaxından 
maraqlanıb.  Bu  axtarışlar  çox  keçmədən  onun  yaradıcılığının  əsas  mövzusuna 
çevrilib. 
Bir  vaxtlar  Salman  Mümtaz,  qulam  Məmmədli  və  başqa  arxivşünaslara 
həsəd aparan Abid müəllim onların ənənəsini yaşadır və davam etdirir. Həyatının 
mənasını xalqına, Vətəninə xidmətdə görən və bütün fəaliyyətini bu müqəddəs işə 
həsr  edən  tədqiqatçı  onlarca  mühacir  soydaşımızın  yaradıcılığına,  taleyinə  işıq 
salıb. Azərbaycan mühacirət mətbuatının sanballı araşdırıcısı kimi uğurlar qazanıb. 
Mühacirətdə  çap  edilən  hər  bir  qəzetin,  jurnalın,  kitabın  nəşr  tarixi,  məramı, 
mövzusu,  naşiri,  yazarları,  dil-üslubu,  sənətkarlıq  xüsusiyyətləri  barədə  ətraflı 
araşdırmalar aparıb, onları təhlil edib. Zəngin qaynaqlar, gərgin axtarışlar əsasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə