Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə163/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   159   160   161   162   163   164   165   166   ...   176

 
340 
olunur.  «Mətbuat»  məqaləsində  isə  milli  mühacirətin  fəaliyyətində  önəmli  yer 
tutan  bu  sahənin  tarixi  və  bu  gününə  işıq  salınır,  əhəmiyyəti  və  problemləri  üzə 
çıxarılır. 
Kitabın  «Portretlər»  adlanan  ikinci  bölməsi  oxucunu  çağdaş  Azərbaycan 
mühacirətinin canlı mənzərəsi ilə tanış etmək niyyəti güdür. Abid Tahirli tanınmış 
jurnalistlərimizdəndir  və  tale  elə  gətirib  ki,  onun  bir  jurnalist  kimi 
məşhurlaşmasında  neçə  illər  çalışdığı  «Vətən»  cəmiyyəti,  «Odlar  yurdu»  qəzeti 
bilavasitə  rol  oynayıb.  1987-ci  ildə  yaranmış  cəmiyyətin  xaricdə  yaşayan 
həmvətənlərimizlə birbaşa, intensiv əlaqələr yaradılmasında rolu, fəaliyyəti bu gün 
artıq yaxın tariximizin bir səhifəsinə çevrilmişdir. Bu mövzuda əsasən 1988-1993-
cü illərdə mətbuatda dərc olunmuş çoxlu sayda müsahibə, oçerk, portret, icmal və 
şərhlərini  kitaba  daxil  etməklə  müəllif  nəinki  həmin  dövrdə  Vətənlə  mədəniyyət 
körpüsü qurmağa çalışan mühacir soydaşlarımızın yaddaqalan portretini oxuculara 
təqdim  etmiş  olur,  eləcə  də  «Vətən»  cəmiyyətinin  bu  mərhələdəki  tarixi  işini 
yazıya  gətirir.
 
Bir  çox  epizodlarla  yanaşı,  o  zaman  cəmiyyətin  sədri  kimi  gərgin 
fəaliyyət aparmış yazıçı Elçinlə «Beynə qida, gözə nur, dizə qüvvət» adlı söhbət də 
məhz bunun faktıdır. 
Onlar  –  Türkiyədə,  Avropada,  Amerikada,  Yaxın  Şərqdə  yaşayan 
məşhurlarımız,  Vətən  eşqi,  xiffəti,  Vətən  ruhu,  Vətən  adıyla  iş  görüb,  bir  araya 
gəlmək,  fəaliyyət  göstərmək  istəyən  mühacir  soydaşlarımız  kimlərdir?  Rəssamlar 
Davud  və  Əyyub  İmdadiyan  qardaşları,  İbrahim  Əhrari,  Fransa  kommunisti 
İbadulla  Əlimzadə,  fotoreportyor  Rza  Diqqəti,  professorlar  Qulamrza  Səbri 
Təbrizi,  Şapur  Ənsari,  İren  Melikoff,  naşir  İldırım  Dağyeli,  Azərbaycanın 
YUNESKO  təmsilçisi  Ramiz  Abutalıbov,  həkim  Nurəddin  Qərəvi, şair-tədqiqatçı 
Əbdüllətif  Bəndəroğlu,  yazıçı  Ümm-Ül-Banin,  onlarla  başqaları;  bir  çoxlarının 
fəaliyyəti bu gün də göz qabağında diqqət çəkir. Bəziləri haqqında bu gün kifayət 
qədər  məlumat  olmadığından  kitabın  oyatdığı  xatirələr  məxsusi  əhəmiyyət  kəsb 
edir. 
Abid  Tahirlinin  «Azərbaycan  mühacirəti»  kitabı  ən  yaxın  tarix  də  əks 
olunmaqla,  əsas  etibarilə  tarixi  mövzudadır.  Bu  baxımdan  kitabdakı  problem-
yazılar  məxsusi  diqqət  cəlb  edir.  Bunlardan  bəziləri  –  «Azərbaycan  mədəniyyət 
mərkəzlərinin İstanbulda keçirilən (1-3 noyabr 1990-cı il) beynəlxalq qurultayında 
məruzə» və bunun iziylə yazılmış «Qurultay qurtardı, lakin…», 1997-ci ildə dünya 
azərbaycanlılarının  Los-Ancelesdə  keçirilən  konqresinin  iziylə  qələmə  alınmış 
«Cəhdlər  niyə  boşa  çıxır,  yaxud  boş  cəhdlər  kimə  lazımdır»  məqalələri  birbaşa 
tarixin içindən yazılmışdır və milli mühacirətin ağrılı həqiqətlərini üzə çıxarır. Belə 
ki, ən yaxın tariximiz də göstərir ki, Azərbaycan mühacirətinin tarixi uzun olsa da, 
başlıca  problemi  –  milli  birlik,  həmrəylik,  vahid  bir  məqsəd  ətrafında  birləşib 
milləti  təmsil  etmək  amalı  aktual  olaraq  qalır.
 
Başqa  bir  yazı  isə  2001-ci  ildə 
qələmə  alınmışdır  və  «Mühacirət  mövzusunda  yazarkən…»  adlanır.  Burada 
müəllif  Azərbaycan  mühacirəti  barədə  yazan  səriştəsiz  qələm  əhlinin  asanca 
«diaspor»,  «lobbi»,  «lobbiçilik»  kimi  terminləri  işlətməsinə  təəccüb  ifadə  edir, 
gerçək həqiqətlərin daha acı, milli mühacirətin məzmununun mürəkkəb olduğunu 
göstərir. 


 
341 
Həqiqətən  də,  bu  günlər  şahidi  olduğumuz  Dünya  Azərbaycanlılarının  I 
qurultayı milli diaspor probleminin aktuallığını irəli sürdü, tarixdə ilk dəfə olaraq, 
dünya  azərbaycanlılarını  vahid  bir  ideya  –  azərbaycançılıq  ideologiyası  ətrafında 
bir yerə yığa bildi. Bizdə milli diaspor hərəkatının fəallaşması yalnız 1993-cü ildən 
sonra başlayır.  Azərbaycan  dövlətinin  dəstək  və səyləri nəticəsində  dünyanın  hər 
yerində  yaşayan  azərbaycanlı  icmalarının  təşkilatlanması,  bir  araya  gəlməsi, 
fəaliyyətini  genişləndirməsi  soydaşlarımızın  son  halda  tarixi  Vətənə,  I  qurultaya 
toplaşmaları ilə sonuclandı. 
Dünya  Azərbaycanlılarının  I  qurultayı  milli  diasporumuzun  problemlərinə 
aydınlıq  gətirməklə,  eyni  zamanda  çoxsaylı,  müxtəlif  tərkibli  Azərbaycan 
mühacirətinin  milli  birlik  ideyasını  irəli sürdü,  gələcək  həyat  və  fəaliyyət  yoluna 
işıq  saldı.  İnanıram  ki,  Azərbaycan  mühacirətinin  bu  yeni  səhifələri  Abid 
Tahirlinin  mühacirət  tariximizin  şərəfli  yoluna  həsr  olunmuş  sanballı  kitabının 
növbəti nəşrlərində əksini tapacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
       T.ƏLĠġANOĞLU 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti», 23 noyabr 2001 
 
 
 
Azadlık yolundan vesikalar 
 
20 yüzyılın sonları dünya tarihinde olduğu kadar Türk tarihi və Türk milleti 
için  de  çok  önemli  degişikliklere  sebep  olmuştur.  Yıkılmaz  denilen  demirperde 
ülkesi  Sovyetler  Birliğinin  1990-ların  başında  dağılması  neticesinde,  bir  anda 
bağımsız  Türk  devletlerinin  sayısı  çoğalıvermiştir.  Bugüne  kadar  bu  devletlerle 
ilgili  muhtelif  çalışmalar  yapılmıştır.  Şüphesiz  bundan  sonra  da  bu  çalışmalar 
devam edeceği gibi, zaman zaman biz de bunlar hakkında yazılar yazmaya qayret 
edeceğiz. 
Bu  yazımızda,  uzun  zamandır  okuyamadığımız,  okuyunca  da  bir  hayli 
etkilendigimiz Sözle Yarananlar, Sözü Yaşadanlar (Abid Tahirli, Bakı, 2001) adlı 
eserden  bahsedecegiz.  Azerbaycan  tarihinin  genç  araştırıcılarından  olan  Abid 
Tahirlinin,  1980-lerin  sonlarından  itibaren  Azerbaycanın  bağımsızlığı  uğrunda 
verilen  mücadelenin  degişik  yönlerini  ele  alarak  meydana  getirdigi  eseri  dört 
bölümden oluşmaktadır. 
Eserin en önemli bölümü birinci fasıl olup, milli hareket, milli ideologiya ve 
matbuat adını taşımaktadır. Bu faslın ilk makalesi olan Milli Azadlıq harekatı ve 
Odlar  Yurdu  qazeti  adlı  bölüm  adeta,  1988-1991  yılları  arasında,  Azerbaycan 
Türklerinin  İstiklal  için  verdikleri  mücadelenin  özeti  mahiyetindedir.  Burada, 
Azadlık  meydanına  çıkış,  oradakı  faaliyetler  ve  netice  degerlendirilmiştir.  Yine, 
gerek dönemin mücadele adamlarının ortaya koydukları faaliyetler və en önemlisi, 
Azadlık  hareketinin  başarısında  Odlar  Yurdu  qazetesi  degerlendirilerken 
vurgulanan  şu  cümle  bir  nevi  özettir:  Milli  Azadlık  hareketini  canlı  bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə