Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə159/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   155   156   157   158   159   160   161   162   ...   176

 
332 
Qeyd  etmək  lazımdır  ki,  məsələyə  belə  yanaşma  tərzi  oxucunu  daha  da 
bilgiləndirməyə,  mühacirət  mətbuatı  ilə  bağlı  problemlərə  daha  dərindən  nüfuz 
etməyə  xidmət  edirsə,  digər  tərəfdən  tədqiqatçının  elmi-nəzəri  hazırlığına,  onun 
ciddi mütəxəssis olduğuna dəlalət edir. 
Buradan  aydın  olur  ki,  ətrafında  Məmməd  Əmin  Rəsulzadə,  Mirzə  Bala 
Məmmədzadə,  Şəfi  bəy  Rüstəmbəyli,  Əhməd  Cəfəroğlu,  Xəlil  Xasməmmədov, 
Əmin Abid, Hilal Münşi, Əhməd Qaraca, Abdul Vahab Yurdsevər, Mustafa Haqqı 
Türkəqul, Süleyman Təkinər, Cəmil Ünal, Mir Yaqub Mehdiyev, Babazadə Sadıq 
və  digər  mühərrirləri  toplayan  mühacir  mətbu  orqanlar  Azərbaycan  milli 
istiqlalının  bərpa  edilməsi,  rus  bolşevizminin  iç  üzünün  açılması,  mühacir 
ziyalılarımızın  ümumi  amal  ətrafında  təşkilatlanması  uğrunda  mübarizə  aparmış, 
ədəbiyyatımızın,  mədəniyyətimizin,  tariximizin,  milli-mənəvi  dəyərlərimizin 
mühacirətdə qorunub saxlanılması və təbliği ilə məşğul olmuşlar. Lakin mühacirət 
mətbuatı  yalnız  bu  məsələlərlə  kifayətlənməmiş,  sovet  əsarətində  olan  bütün  türk 
xalqlarının  və  Qafqazın  ağrı-acılarını,  beynəlxalq  aləmdə  baş  verən  siyasi 
dəyişiklikləri də işıqlandırırdı. 
Kitabda  o  da  vurğulanır  ki,  bu  tipli  mövzular  daha  çox  «Yeni  Qafqasya» 
jurnalının əsas ideya istiqamətini təşkil edirdi: «Doğrudan da «Yeni Qafqasya»nın 
nəşri  ilə  mühacirlər  arasında  bir  canlanma,  fəallıq  yarandı.  İlk  nömrəsində  dərc 
olunan proqram məqaləsindən aydın olur ki, «Yeni Qafqasya» bir milli inamla işə 
başlayaraq  Azərbaycan,  Qafqaz  və  əsir  türklərin  milli  istiqlal  davasını  tanıtmağı 
özünün əsas vəzifəsi hesab etmişdir». 
Mühacir  mətbu  orqanlarımız  sırasında  ən  uzun  ömürlü  olan  və  nəşri 
günümüzə  qədər  davam  edən  «Azərbaycan»  jurnalı  A.Tahirlinin  bu  tədqiqatında 
daha çox müraciət etdiyi nəşr sayıla bilər. Tədqiqatçı, hətta digər məcmuələrdəki 
müəyyən məsələlərə izahat gətirməsi üçün bu jurnaldakı məqalələrdən həm də əsas 
mənbə  kimi  istifadə  etmişdir.  Zənnimizcə,  bu  amili  onunla  izah  etmək  olar  ki, 
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təsis etdiyi «Azərbaycan» jurnalı 
1952-ci ildən günümüzə qədər uzun bir inkişaf yolu keçmiş və bu jurnalın yazarları 
Azərbaycan  mühacirətinin  I  dalğasını  –  yəni,  1920-30-cu  il  mühacirətini  təmsil 
edən  aydınlarımız  idi.  Məhz  bu  baxımdan  «Azərbaycan»ın  səhifələri  1950-ci  ilə 
qədər  mövcud  olan  mühacirət  irsimizlə  bağlı  maraqlı  və  tədqiqatlarda  istifadəsi 
vacib olan dəqiq faktlara malikdir. 
A.Tahirli  jurnalın  bütün  fəaliyyət  dövrünü  izləyərək  məzmununa, 
mövzusuna, mübarizə əzminə görə onu şərti olaraq 4 mərhələyə bölür: 
I – 1952-1956, II – 1956-1986, III – 1986-1991, IV – 1991-ci ildən sonrakı 
illər. 
Bu  mərhələlər  üzrə  jurnalın  fəaliyyətini  dəyərləndirən  tədqiqatçı 
«…mühacirlərin  mücadilə  silahı  olan  «Azərbaycan»ın  bütün  nömrələri  bir  yerdə 
Azərbaycan  haqqında  ensiklopediyadır»  ifadəsi  ilə  jurnalın  Azərbaycan 
mətbuatındakı yerini və rolunu layiqli şəkildə qiymətləndirmişdir. 
Kitabda «İstiqlal» qəzeti, «Odlu yurd», «Azərbaycan yurd bilgisi» jurnalları, 
«Azərbaycan»  məcmuəsi,  bu  nəşrlərin  fəaliyyət  dairəsi,  müraciət  edilən  mövzu 
irəli  sürülən  ideya,  mühərrirləri  haqqında  olduqca  geniş  bilgilər  verilmişdir. 


 
333 
Xüsusilə  M.Ə.Rəsulzadə,  M.Bala,  H.Münşi,  Ə.Cəfəroğlunun  həyat  və 
yaradıcılığına, publisistik fəaliyyətlərinə dair çox maraqlı məlumatlara rast gəlinir. 
Diqqəti  çəkən  məqamlardan  biri  A.Tahirlinin  mühacirət  mətbuatımızda 
geniş  təhlil  edilən  erməni  soyqırımı  mövzusudur.  Xalqımızın  erməni  zülmü  ilə 
bağlı  qan  yaddaşını  daha  da  canlandırmaq  və  beynəlxalq  aləmin  diqqətini  bu 
məsələyə yönəltmək, inandırmaq baxımından tədqiqatın əhəmiyyəti çox böyükdür. 
Müəllif  insanı  dəhşətə  gətirən  fakt  və  materialları,  mühacir  aydınlarımızın  ürək 
sızladan  yazılarını  hal-hazırkı  erməni  işğalı,  erməni  zülmü  ilə  də  paralellər 
aparmışdır. 
Abid  Tahirlinin  araşdırmalarından  aydın  olur  ki,  erməni  separatizmi 
Sovetlərə  qarşı  istiqlal  mücadiləsini  mühacirətdə  davam  etdirən  bütün  Qafqaz 
xalqları  üçün  bir  problemə  çevrilmişdi.  Bu  məsələ  «Azərbaycan  mühacirət 
mətbuatı»  kitabının  2003-cü  ildə  nəşr  olunmuş  II  hissəsinin  «Mühacirət 
mətbuatında  Qafqaz  birliyi  mövzusu»  bölməsində  daha  qabarıq  şəkildə  qələmə 
alınıb. 
XIX  əsrin  30-cu  illərindən  Qafqaz  xalqlarının  Çar  Rusiyasına  qarşı 
apardıqları  mücadilələrindən  doğan  Qafqaz  birliyi  ideyası,  onun  təkamülü, 
qafqazlıların  milli  istiqlal  savaşlarında  oynadığı  rol,  bu  məsələnin  II  Dünya 
müharibəsindən  sonra  mühacirət  mətbuatında  yenidən  canlandırılması  müəllif 
tərəfindən çox uğurlu bir şəkildə təqdim edilib. Buradan aydın olur ki, Azərbaycan 
mühacirləri  arasında  bu  ideyaya  bağlı  fikirlər  heç  də  birmənalı  olmamış,  onun 
tərəfdarları və əsasən qatı pantürkist və panislamist əleyhdarları da var idi. Bu fikir 
arılıqları isə  çox vaxt  çəkişmələrə,  qruplaşmalara  və qütbləşmələrə səbəb olurdu. 
A.Tahirlinin fikrincə: «Mühacirlər arasında qruplaşmalar, münaqişələr həmin dövr 
mühacirətinə xas cəhətlər idi». 
Lakin M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan mühacirlərinin böyük 
bir  qismi  Qafqaz  birliyi  ideyasını  dəstəkləyirdilər.  Onlar  inanırdılar  ki,  Qafqaz 
birliyi  hərəkatının  son  hədəfi  –  bütün  Qafqazın  rus  əsarətindən  xilası  və  Qafqaz 
Federasiyasının yaradılması istiqlal savaşının əsas qayəsini təşkil etməlidir. Daxili 
narazılıqlara  baxmayaraq,  digər  Qafqaz  mühacir  komitələri  də  bu  ideyanı 
dəstəkləyirdilər.  Bu  ideyanın  konkret  sənəd  və  aktlarda  təsbitinə  gəldikdə  isə, 
ermənilər  hər  dəfə  özlərini  kənarda  tuturdular.  Bunun  əsas  səbəbini  araşdıran 
müəllif belə bir nəticəyə gəlir ki, bunun əsas səbəbi Qafqaz Federasiyası ideyasının 
ermənilərin «Böyük Ermənistan» arzusunu təhlükə altına alması idi. 
Tam əminliklə demək olar ki, Azərbaycan mühacirət mətbuatının əsas ideya 
istiqamətlərindən  birini  təşkil  edən  Qafqaz  birliyi  anlayışı  Abid  Tahirlinin  bu 
kitabında  fundamental  bir  şəkildə  tədqiq  edilmişdir.  Bu  mövzuyla  əlaqədar 
«Prometey»  (Paris),  «Qafqaz  almanaxı»  (İstanbul),  «Qafqasya»  (Münhen), 
«Birləşik Qafqasya» (Münhen), «Azərbaycan» (Münhen), «Azərbaycan» (Ankara), 
«Türk  izi»  (Ankara),  «Türk  yolu»  (İstanbul)  adlı  nəşrlərdən,  habelə  «Mücahid» 
(Ankara), «Ana dili» (Bonn), «Aydınlıq» (London), «Azər» (Berlin) kimi qəzet və 
jurnaldan ətrafı söhbət açılmışdır. 
Mühacirət  mətbuatımızda  Cənubi  Azərbaycan  mövzusu  da  A.Tahirlinin  II 
hissədə geniş yer ayırdığı və maraqlı fikirlər irəli sürdüyü aktual problemlərdəndir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə