Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə156/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   152   153   154   155   156   157   158   159   ...   176

 
326 
-  Azərbaycan  tarixi  və  mədəniyyətinin  ayrılmaz  parçası  olan  mühacirət  irsi 
son  dərəcə  maraqlı  və  zəngindir.  Sovet  hakimiyyəti  dövründə  diqqətdən  kənar 
saxlanılmış  və  son  illər  topladığım  belə  bir  sərvətlə  dərindən  və  məsuliyyətlə 
məşğul olmağı özümə borc bilirəm və bu işdən mənən qidalanıram. Digər tərəfdən 
isə mühacirət irsində daha qabarıq nəzərə çarpan sabaha sarsılmaz inam hissi mənə 
doğma  və  yaxındır.  Hüseyn  Baykara  1975-ci  ildə,  əgər  belə  demək  mümkünsə, 
Sovet imperiyasının «çiçəkləndiyi» bir dövrdə qələmə aldığı «Azərbaycan istiqlal 
mücadiləsi tarixi» kitabına yazdığı «Ön söz»də deyirdi ki, çevrəmdə bulunan yaxın 
və  uzaq  dostlardan,  bu  kitabı  yazdığıma  görə  məni  qınayanlar  vardı:  Yəni,  sən 
kiminlə  zarafat  edirsən.  Bax,  ABŞ  başkanı  Ford  Vladivostoka  Brejnevi  ziyarətə 
gedir». Mən isə onlara belə cavab verirdim: «Tarixin qəribə cilvələri və sürprizləri 
var.  Sabahın  tarixi  də  çox  sürprizli  olacaq.  Bu  kitab  Azərbaycanın  istiqlal 
davasının bir əlifbasıdır». 
Yaxud  Nağı  Şeyxzamanlı  1964-cü  ildə  qələmə  aldığı  «Azərbaycan  istiqlal 
mücadiləsi xatirələri» kitabında yazırdı ki, bütün müqəddəratıma inandığım kimi, 
ona  da  inanıram  ki,  nə  rus,  nə  də  qurulacaq  bu  və  ya  digər  rejim  Azərbaycanda 
əsaslı uyğunlaşmayacaq və yaşamayacaqdır. Sovet imperiyasının çökəcəyi, yerində 
müstəqil  dövlətlərin,  o  cümlədən  Azərbaycan  Respublikasının  qurulacağı  barədə 
istiqlal  aşiqlərinin  böyük  inamla  söylədiyi  fikirlərin  tarixi  ötən  əsrin  20-ci 
illərindən başlanır. M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, C.Hacıbəyli, Fuad Daryal, 
Mir  Yaqub  Mehdiyev  və  digər  mücahidlərin  məqalələrində  Azərbaycanın 
istiqlalına inam əsas xətt kimi keçir.  
… Bir məclisdə dostlarımızdan biri A.Tahirli  haqqında ürək dolusu danışdı 
və  sonda  dedi:  «Beş  kitab  müəllifi  Abid  Tahirli  bu  gün  yaradıcılığının  ən  parlaq 
dövrünü  yaşayır».  Mən  qələm  dostumuz  haqqında  onun  xoş  sözlərinə  şərik 
olduğumu bildirdim. Sonda əlavə etdim: «Elə bilirəm ki, onun yaradıcılığı həmişə 
parlaq olmuşdur». 
Və  bu  sözlər  zarafatla  deyilməmişdi.  Məncə,  yaradıcılığı  bu  şəkildə 
mərhələlərə bölmək düzgün yanaşma deyil. Fikrimcə, nə vaxt yazılmağından asılı 
olmayaraq, əsər dəyərlidirsə, zamanın sınaqlarına dözürsə, o, parlaqdır, solmazdır. 
Abid  Tahirlinin  qələmi  simalı,  məsləkli qələmdir,  o  dünən  də  belə  idi,  bu  gün də 
belədir, əminəm ki, sabah da belə olacaqdır. Ən başlıcası da belə budur… 
 
 
 
 
 
 
 
 
 
Məhərrəm Qasımlı 
 
 
 
 
 
       filologiya elmləri doktoru, professor 
   “525-ci qəzet”, 6 iyul 2005 
 
 
 
 
 
 
 


 
327 
Gözəl alim, gözəl Ģəxsiyyət 
 
 
Biz  o  şəxsiyyət  haqqında  söhbət  açmaq  istəyirik  ki,  uzun  illərdir  onu 
yaxından  tanıyır,  insanlığına,  ziyalılığına  böyük  hörmət  bəsləyirik.  Tanışlığımız 
həmkarlığımızdan və yaxın qonşu olmağımızdan başlayıb. Təbiətcə sakit, istiqanlı, 
həssas adamdır. Dostluqda sədaqətli və səxavətlidir. Bu adam gözəl alim, jurnalist, 
pedaqoq kimi tanınan və 50 yaşı yenicə tamam olan Abid Tahirlidir. 
Abid  Tahirli  əsl  şəxsiyyət  olmağa  «məhkumdur».  Azərbaycanın  füsunkar 
guşələrindən  birində  –  Qələbədə  dünyaya  göz  açıb.  Bu  təbiət  onda  geniş  qəlb, 
dərin  zəka, eyni  zamanda  ədəbiyyata  böyük  maraq  yaratmaya  bilməzdi. Bəlkə  də 
Abid  Tahirlinin  Azərbaycanın  qədim  mədəniyyət  və  tarixindən  bəhs  edən  əsərlər 
qələmə  alması  elə  onun  özünün  qədim  bir  diyarda  doğulmasından  irəli  gəlir. 
İstərdik oxucuların diqqətini onun dediyimiz istiqamətdə tədqiqatlarına cəlb edək. 
Öncə  aşağıdakı  əsərlərinin  adlarını  çəkirik:  «Dədə  Qorqud  aliliyi»  məqalələr 
toplusu  (1999),  «Dədə  Qorqud  rəsmlərdə»  (1999),  «Dədə  Qorqud»  bülleteni 
(1999). 
Elmi  ictimaiyyət  arasında  Abid  Tahirli  daha  çox  mətbuat  tarixinin 
araşdırıcısı  kimi  tanınır.  Onun  bu  sahədə  qələmə  aldığı  kitablardan  bir  neçəsinin 
adını  çəkmək  yerinə  düşərdi:  «Azərbaycan  mühacirəti»  (2001),  «Azərbaycan 
mühacirət  mətbuatı»  (2002),  «Azərbaycan  mühacirət  mətbuatında  publisistika» 
(2005).  
Bu kitablar müəllifinə daha çox şöhrət gətirmişdir. Onlardan ali məktəblərdə 
dərs vəsaiti kimi istifadə olunur.  
Abid  Tahirlinin  tədqiqatlarının  bir  hissəsini  istedadlı  şəxsiyyətlərinin 
yaradıcılığını  öyrənib  ictimaiyyətə  çatdırmaq  təşkil  edir.  Bu,  onun  millətini 
sevməsindən,  qayğıkeşliyindən  irəli  gəlir.  Bu  baxımdan  mərhum  Tofiq 
Vəndamlının əsərlərinin toplusunu xüsusi qeyd etmək lazımdır. 
O, həm də gözəl əsərlərin tərtibçisidir. Ceyhun Hacıbəylinin, «Hacı Kərim» 
povesti»  (1995),  Xalq  yazıçısı  İlyas  Əfəndiyev  haqqında  xatirələr  toplusu  (1999) 
dediklərimizə nümunə ola bilər. 
Abid  Tahirli  eyni  zamanda  mədəniyyətimizin  və  ədəbiyyatımızın 
klassiklərinin  tədqiqatçısıdır.  Buna  misal  olaraq,  «Ceyhun  Hacıbəylinin  həyat  və 
yaradıcılığı», «İlyas Əfəndiyevin publisistikası» və s. göstərə bilərik. 
O,  bir  sıra  əsərlərin  –  xalq  yazıçısı  Elçinin  Cəfər  Cabbarlı  haqqındakı 
«Şəxsiyyət və istedad» (2000) kitabının, «Əmir Həbibzadə - 80» monoqrafiyasının 
(2001), «Dədə Qorqud» (1999) bülleteninin elmi redaktorudur. 
İxtisasca  jurnalist  olan  Abid  Tahirli  mətbuatda  daha  çox  «Vətənin  səsi» 
qəzetindəki  yazıları  ilə  tanınmağa  başlamışdır.  1982-87-ci  illərdə  xarici  Ölkələrlə 
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi 
bu qəzet Abidin sonrakı tədqiqatçılıq fəaliyyətində də mühüm rol oynamışdır. Elə 
həmin illərdən xaricdə yaşayan həmvətənlərimizin taleyi onun yaradıcılığının əsas 
mövzusuna çevrilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə