Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə153/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   149   150   151   152   153   154   155   156   ...   176

 
320 
Abid  professional  jurnalist  fəaliyyətinə  «Bakelektrikməişətcihaz»  İstehsalat 
Birliyinin  «Nümunəvi  texnika  uğrunda»  qəzetində  müxbir  kimi  başlayıb.  Bu 
səmərəli  fəaliyyətini  1972-1987-ci  illərdə  Xarici  Ölkələrdə  Dostluq  və  Mədəni 
Əlaqələr Cəmiyyətinin «Vətənin səsi» qəzetində davam etdirib. 
Yaşıd  olsaq  da  mən  onun  imzasını  xalq  yazıçısı  Elçinin  böyük  uğurla 
rəhbərlik  etdiyi  «Vətən»  cəmiyyətinin  «Odlar  yurdu»  qəzetində  çap  etdirdiyi 
yazılardan  tanımışam.  O  zaman  biz  –  Mövsüm  Əliyev  və  mən  daxildə,  Abid  isə 
xaricdə  unudulmuşlardan  yazırdıq.  Abid  «Vətən»  cəmiyyətində  Avropa  və 
Amerika ölkələri şöbəsinin müdiri idi. 
O, 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçisi
birinci  dərəcəli  dövlət  qulluqçusu,  Yazıçılar  və  Jurnalistlər  birliklərinin  üzvü, 
H.B.Zərdabi və Məmmədquluzadə mükafatlarının laureatıdır. 
A.Tahirli  1997-ci  ildə  böyük  uğurla  «Ceyhun  Hacıbəylinin  həyat  və 
yaradıcılığı  (mühacirətəqədərki  dövr)»  mövzusunda  namizədlik  dissertasiyası 
müdafiə etdi. Yeri gəlmişkən qeyd edim ki, o 2000-ci ildən BDU-nun jurnalistika 
fakültəsinin  doktorantı  kimi  başladığı  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  mövzusunda  doktorluq  dissertasiyasını  bu  il  başa 
çatdırıb və əsər müzakirədən uğurla keçərək müdafiəyə təqdim edilib. 
Bu faktları təfsilatı ilə yazmamaq da olardı. Çünki Azərbaycan ədəbi-ictimai 
mühiti  iki  hissəli  «Azərbaycan  mühacirət  mətbuatı»,  «Deyilən  söz  yadigardır», 
«Sözlə  yarananlar,  sözü  yaşadanlar»,  «Azərbaycan  mühacirəti»,  «İlyas 
Əfəndiyevin publisistikası» və nəhayət bu günlərdə işıq üzü görmüş «Azərbaycan 
mühacirət  mətbuatında  publisistika  (1921-1991)»  kimi  kitabların,  150  elmi, 
yüzlərlə publisistik məqalənin müəllifi Abid Tahirlini yaxşı tanıyır. Onun əsərləri 
barəsində bizdə və xaricdə yüzə yaxın təqdiredici məqalə dərc olunub. Mən yaxşı 
bilirəm  ki,  Abidin  yazı  masasının  üstündə  hələ  çapa  həsrət  beş-altı  kitab  və 
monoqrafiya  yol  gözləyir.  A.Tahirli  həm  də  bir neçə kitabın  tərtibçisidir…  Yenə 
faktlara yol verdim. Neyləyim, faktsız mühakimə seyrçilikdir. 
…A.Tahirlinin bütün kitabları dəyərlidir. Fəqət, mən belə hesab edirəm ki, 
«Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)»  adlı  fundamental 
monoqrafiyası  ilə  o,  bu  sahəyə  yekun  və  möhür  vurdu.  Təsadüfi  deyil  ki, 
unudulmaz Xeyrulla müəllim kitaba yazdığı ön sözdə belə deyib: «Abid Tahirlinin 
monoqrafiyası  ilə  bağlı  fikirlərimizi  yekunlaşdıraraq,  bu  qənaətə  gəlirik  ki,  elmi-
tədqiqat işini cəsarətlə sahənin lokomotivi adlandırmaq olar». 
Bu  monoqrafiyada  müəllif  külli  miqdarda  faktlar  əsasında  mühacirət 
publisistikasının  tarixini  nəzərdən  keçirir,  mühacirət  mətbuatının  mərhələlərini 
elmi-tarixi  prinsiplərə  təsnif  edir.  Bu  əsasda  da  əsərdə  mühacirət  mətbuatının 
təşəkkül  prosesi  ümumiləşdirilir.  Monoqrafiyanın  mahiyyətini  təşkil  edən  dəyərli 
cəhətlərdən biri də budur ki, burada rus əsarətinə və total bolşevizm ideologiyasına 
qarşı milli mücadiləmizin tarixi öz əksini tapır. 
Azərbaycan ziyalılarının milli istiqlal uğrunda mübarizə səhifələrini, istiqlal 
mücahidlərinin  portretlərini,  tale  yollarını  əks  etdirmək  baxımından  Abid 
Tahirlinin kitabı böyük elmi, tarixi və ideoloji əhəmiyyətə malikdir. 


 
321 
«Azərbaycan 
mühacirət 
mətbuatında 
publisistika 
(1921-1991)» 
monoqrafiyası  mühacirət  azərbaycançılığı  və  türkçülüyün  ölməzliyi  ideyası 
haqqında sanballı tədqiqat əsəridir. 
Mühacirət  mətbuatında  Qafqaz  birliyi  ideyasını  əks  etdirmək  bu  kitabın 
novatorluğunu təsdiqləyən ciddi amillərdən biridir… 
Sadaladığım  faktlar  bir  insan  ömrünün,  bir  alim  həyatının  tale  yazıları, 
A.Tahirlini mühacirətşünas alim kimi təsdiqləyən ədəbiyyat möhürləridir. 
Həmişə  yazdığım  bir  fikri  burada  da  təkrarlamağa  ehtiyac  duyuram.  İnsan 
yaşadığı  cəmiyyətdən  çox, doğulduğu təbiətə bənzəyir.  Quba  və  Qəbələ  əzəmətli 
Əliçapan dağının belindən asılmış heybənin iki gözünə bənzəyir. Abid Tahirli ilə 
biz  eyni  dağların  döşündən  axan  buz  bulaqların  saf  suyunu  içmişik.  Şahdağdan 
müqəddəs  Babadağdan  əbədi  qarın,  buzun  əmrini  gətirən  küləklərin  havasını 
udmuşuq. Bakıda da bir həyətdə, bir binada yaşayır, içimizdə o suların saflığını, o 
havanın ancaq dağ uşaqlarına yaxşı tanış olan ətrini qoruyuruq. O, saflıq və o ətir 
bizi  vüqarlı  saxlayır,  qürurumuzu  sınmağa  qoymur…  Abid  də  belədir,  sərt  və 
səmimi, təmkinli və təvazökar, lazım  gələndə  dağ  çayı  kimi  coşub hər şeyi  məhv 
etməyə hazır. O, 50 ildir ki, belə yaşayır, arzu edirəm ki, 50 il də elə belə yaşasın. 
 
 
 
 
 
 
 
 
Nizaməddin ġƏMSĠZADƏ 
 
 
 
 
 
 
 
 
       professor 
 
 
 
 
 
 
        “525-ci qəzet”, 2 dekabr 2005  
 
 
ĠĢıq gələn tərəfə doğru 
 
Adı  müasir  Azərbaycan  ictimai-mədəni  həyatında  xüsusi  hörmətlə 
qiymətləndirilən  Abid  Tahirlini  nə  vaxt,  necə  tanıdığımı  xatırlamıram,  amma 
ondan  məmnunam  ki,  Abidlə  bağlı  yalnız  xoş  duyğuların  şahidiyəm.  Özünü 
tanımamışdan  əvvəl  sözünü  tanımışam,  imzasını  görmüş,  məqalələrini  oxumuş, 
fikirlərini, duyğularını özümə doğma bilmişəm. O zaman hələ Azərbaycanda Sovet 
hakimiyyəti  süqut  etməmişdi,  lakin  artıq  totalitarizmin  prinsipləri  zəifləməkdə, 
kommunist  rejiminin  yaratdığı  sosial-siyasi  steres  tüğyan  etməkdə  idi. 
Azərbaycanda  yeni  gənclik  formalaşır,  tarixə,  milli  yaddaşa,  klassik  irsə  dönüş 
sabaha  gedən  yolun  başlanğıcı  sayılır,  xalqın  özünüdərki,  özünütəsdiqi, 
özünütəşkili ümummilli vəzifə, təxirəsalınmaz vətəndaşlıq işi sayılırdı. 
Bu  işin  yerinə  yetirilməsində  mətbuat  xadimləri,  jurnalist,  yazıçı  və  digər 
sahənin  ziyalıları,  xüsusilə  fərqlənir,  milli  «mənlik»  problemini  qaldırır,  vətəndaş 
kimliyi  məsələsini  diqqət  mərkəzində  saxlayırdılar.  Çünki  azadlığa  aparan  yol 
ruhən azad, kamil vətəndaş nümunəsi ilə mənzilə yetişir, xalqı «it hürən tərəfə yox, 
işıq gələn»ə çatdırır. Abid Tahirli 1980-ci illərin əvvəllərindən etibarən jurnalistika 
aləminə  gəlməklə  həmin  istiqamətə  ömür-gün  sərf  edən  həmvətənlərimizdən  biri 
oldu.  O  işi,  əməli,  ideyası,  əsərləri  ilə  fərqlənən,  başqalarına  örnək  olan  dost, 
yoldaş,  həmkar  kimi  tanındı.  Əməyi,  zəhməti  hesabına  ictimai-mədəni  həyatda 
uğurlar qazandı… filologiya elmləri namizədi və doktoru olmaq üçün ciddi elmi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə