Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə149/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   145   146   147   148   149   150   151   152   ...   176

 
312 
Prof.  A.Hacıyev:  -  Abid  Tahirli  ilk  dəfə  olaraq  Azərbaycan  mühacirət 
mətbuatında publisistikanın özünəməxsusluqlarını, mövzu və motivlərini bu günün 
gözü ilə görür və göstərir. Tədqiqatda ilk dəfə olaraq Azərbaycan mühacirlərinin 
ədəbi-publisist  və  kulturoloji  fəaliyyəti  işıqlandırılır,  jurnalistikanın  və  mətbuatın 
inkişaf mərhələləri və əsas istiqamətləri müəyyənləşdirilir. Mən də işi müdafiəyə 
layiq bilirəm. 
Fil.elm.doktoru  E.Quliyev:  -  Tədqiqatın  aktual  problemə  həsr  edildiyini 
mən  də  bildirirəm.  Dissertasiyanın  diqqəti  cəlb  edən  cəhətlərindən  biri  də 
mühacirət  publisistikasında  istiqlal  hərəkatının  tarixi-sosial  və  nəzəri-ideoloji 
problemlərinin milli dövlətçilik mövqeyindən qiymətləndirilməsidir. 
Dissertantın  araşdırma  səriştəsi  ayrı-ayrı  mühacir  nəşrlərin  təsnifatının 
verilməsində, 
qəzet 
və 
jurnal 
səhifələrinin 
müəyyən  tematika  üzrə 
qruplaşdırılmasında  və  eyni  zamanda,  bir  çox  materialların  əyani  olaraq 
dissertasiyada  nümayiş  etdirilməsində  özünü  parlaq  nəzərə  çarpdırır.Mənim 
fikrimcə, Abid Tahirlinin dissertasiyasına əlavə müsbət rəy vermək olar. 
Dos. R.Əhmədov: - Bütün deyilən müsbət fikirlərlə mən də şərikəm. Əlavə 
onu  deyə  bilərəm  ki,  dissertantın  müasir  baxış  sferasını  əks  etdirən  «Mühacirət 
publisistikasının mövzusu, ideya-siyasi istiqamətləri» adlanan ikinci fəsli öz elmi-
polemik  ruhu  ilə  seçilir.  Vaxtilə  şovinizmə  qarşı  kəskin  çıxışları  ilə  fərqlənən 
M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  H.Münşi,  M.Mehdiyev  kimi  qələm 
sahiblərinin  publisistik  fəaliyyətini  obyektiv  dəyərləndirən  dissertant  düzgün 
müəyyənləşdirir ki, istiqlal və istiqlal qəhrəmanları mühacirət mətbuatının tez-tez 
müraciət etdiyi mövzular kimi çox dəyərlidir. 
«Mühacirət publisistikasında sənətkarlıq məsələləri» adlı üçüncü fəsil nəzəri 
poetika elementlərinin və üslubi məqamların araşdırılması baxımından maraqlıdır. 
Burada mühacirət publisistikasının həm  mövzuya uyğun alovlu, ehtiraslı, pafoslu 
ifadə  tərzi  ilə  seçilməsi,  həm  də  bədii  üslubun  çalarlarından,  ifadə  və  təsvir 
vasitələrindən bəhrələnmə  məqamları, estetik xüsusiyyətləri ilə nəzəri cəlb etməsi 
kimi  məsələlər  tədqiqatçı  tərəfindən  işıqlandırılır.  Müəllif  haqlı  olaraq 
publisistikanın  sənətkarlıq  tarixinə  bir  nəzər  salır,  bu  sahədə  Azərbaycan 
publisistikasında  xidmətləri  olan  jurnalistlərin  fəaliyyətinin  səciyyəvi  cəhətlərini 
işıqlandırır. 
Mən  bir-iki  kəlmə  dissertantın  şəxsiyyəti  barədə  danışmaq  istəyirəm.  Abid 
Tahirli istedadlı, zəhmətkeş jurnalistdir. O, çoxdan  – 25 ildir ki, bu mövzuda, bu 
istiqamətdə  araşdırmalar  aparır.  Onun  vaxtilə  yazdığı  Ceyhun  Hacıbəyli  barədəki 
elmi tədqiqatı da o zaman maraqla qarşılanmışdır. Abid müəllim, eyni zamanda öz 
tədqiqatını  əyaniləşdirir,  jurnalist  tələbələrə  mühazirələr  oxuyur.  Bu  tədqiqatın 
elmi-nəzəri və təcrübi əhəmiyyəti qeyd edilməlidir. 
Dissertasiya  işinə  edilən  əlavələr,  mətbuat  səhifələrindən  kəsimlər,  faktik 
materiallar  da  bir  daha  sübut  edir  ki,  A.Tahirli  tədqiqatlarını  birbaşa  arxivlərdə, 
mətbuat saxlanclarında, kitabxanalarda aparmış, zəngin materiallar toplamışdır. 
Bütövlükdə dissertasiya AAK-ın müasir tələblərinə tam cavab verir və onun 
müdafiəyə buraxılması məsləhət görülür. 
Dos. T.Cavadov: - Abid Tahirlinin tədqiqat predmeti mənə də doğmadır. 


 
313 
Dissertasiya oxucuda belə bir qənaət yaradır ki, həqiqətən «mühacirət irsi, o 
cümlədən  mühacirət  mətbuatı  və  publisistikası  zəngin  Azərbaycan  milli-mədəni 
irsimizin  ən  qiymətli  hissəsidir».  Onun  öyrənilib  qiymətləndirilməsi  milli-mənəvi 
dəyərlərimizin qorunması, yaşadılması deməkdir. Mən də bu dissertasiyanın elmi-
nəzəri əhəmiyyətini qeyd edərək, onun müdafiəyə tam hazır olduğunu bildirirəm. 
Dos.  A.Əliyev:  -  Mən  də  publisistika  ilə  məşğul  oluram,  ona  görə  də,  bu 
mövzu  mənə  də  doğmadır.  Bu  dissertasiya  sübut  edir  ki,  artıq  nəinki  vətən 
daxilində,  eləcə  də  vətəndən  uzaqda  yaşayıb  yaradan  ziyalılarımızın  publisistik 
fəaliyyəti  öyrənilir  və  layiqincə  dəyərləndirilir.  Ancaq  bir  məsələyə  mən  də  öz 
münasibətimi  bildirmək  istəyirəm.  Dissertasiyada  Sovet  dövrünü  yaman  tənqid 
edirsiniz. Mən bununla  tam  razılaşmıram.  Sovet dövlətinin də öz  müsbət tərəfləri 
var  idi.  Sadaladığınız  alimlərin  çoxu  elə  Sovet  dövrünün  yetişdirmələridir… 
Q.Xəlilov kimi jurnalistlər elə o Sovet dövründə də öz sözlərini deyə bilirdilər. Biz 
gərək bu faktları unutmayaq. 
Mən də dissertasiyanı müdafiəyə hazır hesab edirəm. 
Sədr  –  prof.  B.Xəlilov  müzakirəyə  yekun  vuraraq  bildirir  ki,  mən  də 
yoldaşların fikri ilə şərikəm. Üstəlik onu deyə bilərəm ki, Abid Tahirli respublika 
mətbuatında  öz  imzası  ilə  tanınan  ziyalı,  jurnalistdir.  O,  həm  də  pedaqoqdur.  Ali 
məktəbdə  jurnalistika  fakültəsində  mühazirələr  oxuyur.  Bundan  başqa,  müntəzəm 
surətdə  KİV-lə  çıxışlar  edir.  Biz  onun  elmi  məqalələrini  oxuyuruq,  araşdırmaları 
ilə  yaxından  tanışıq.  Dissertantın  kitabları  da  bir  daha  sübut  edir  ki,  alim  çoxdan 
müntəzəm olaraq mühacirət mətbuatının tədqiqi ilə məşğuldur. 
 
 
 
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 
27 iyun 2006-cı il tarixli 170 saylı əmri ilə Bakı Dövlət Universitetində 
yaradılmıĢ  Birdəfəlik Dissertasiya ġurasının 30 oktyabr    
2006-cı il tarixli iclasınıın  
5 nömrəli 
 
P R O T O  K O L U N D A N 
   
Fil.e.d.  Nazif  Qəhrəmanlı:  Mən  Abid  Tahirlinin  bütün  araşdırmaları,  o 
cümlədən  monoqrafiyaları,  dissertasiya  işi  və  avtoreferatla  yaxından  tanışam. 
Ümumiyyətlə, Abid Tahirlini şəxsən tanımasam da, onun imzasını 20 ildən çoxdur 
ki,  maraqla  izləyirəm.  Sözün  düzü,  mühacirətlə  bağlı  bu  qədər  zəngin  və  maraqlı 
mənbənin Abid müəllimin necə əldə etdiyi məni heyrətləndirib. Bu, məsələnin bir 
tərəfidir.  İkinci tərəfi  bu irsi dərindən,  müasir  tələblər baxımından  təhlil  etməkdir 
ki, bunun da öhdəsindən doktorant uğurla gəlmişdir. Başqa bir cəhət A.Tahirlinin 
tədqiqatlarının  praktik  əhəmiyyətidir.  Bu  gün  demək  olar  ki,  ali  məktəblərin 
jurnalistika  fakültələrinin  hamısında  onun  kitablarından  dərs  vəsaiti  kimi  istifadə 
edilir.  Konkret  desəm,  mühazirə  oxuduğum  Bakı  Ali  Pedaqoji  Qızlar 
Seminariyasında  mühacirət mətbuatı fənni Abid müəllimin kitablarından istifadə 
edilməklə  tədris  olunur.  Eləcə  də  Bakı  Dövlət  Universiteti,  «Xəzər»  Universiteti, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə