Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə147/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   143   144   145   146   147   148   149   150   ...   176

 
308 
mühacirət  mətbuatında  publisistikanın  özünəməxsusluqlarını,  mövzu  və 
motivlərini  bu  günün  gözü  ilə  görür  və  göstərir.  Tədqiqatda  Azərbaycan 
mühacirlərinin ədəbi-publisist və kulturoloji fəaliyyəti işıqlandırılır, jurnalistikanın 
və mətbuatın inkişaf mərhələləri və əsas istiqamətləri müəyyənləşdirilir. 
Dissertasiyanın  diqqəti  cəlb  edən  cəhətlərindən  biri  də  mühacirət 
publisistikasında istiqlal hərəkatının tarixi-sosial və nəzəri-ideoloji problemlərinin 
milli dövlətçilik mövqeyindən qiymətləndirilməsidir. 
Dissertantın  araşdırma  səriştəsi  ayrı-ayrı  mühacir  nəşrlərin  təsnifatının 
verilməsində, 
qəzet 
və 
jurnal 
səhifələrinin 
müəyyən  tematika  üzrə 
qruplaşdırılmasında  və  eyni  zamanda  bir  çox  materialların  əyani  olaraq 
dissertasiyada nümayiş etdirilməsində özünü parlaq nəzərə çarpdırır. 
Dissertasiya belə bir qənaət yaradır ki, həqiqətən mühacirət irsi, o cümlədən 
mühacirət mətbuatı və publisistikası zəngin Azərbaycan milli-mədəni irsimizin ən 
qiymətli hissəsidir. Onun öyrənilib qiymətləndirilməsi milli-mənəvi dəyərlərimizin 
qorunması, yaşadılması deməkdir. 
Müzakirəyə  təqdim  olunan  dissertasiya  işi  ilə  bağlı  bütün  seminar 
iştirakçılarının yekun və yekdil rəyi belədir: 
Tahirli  Abid  Həmid  oğlunun  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi 
almaq üçün təqdim etdiyi «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-
1991)» adlı dissertasiyası böyük elmi-nəzəri və praktiki əhəmiyyətə malik olmaqla, 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının 
doktorluq dissertasiyaları qarşısında qoyduğu bütün tələblərə cavab verir və onun 
müəllifi filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir. 
Rəy  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetin  filologiya  fakültəsinin 
İxtisas Ekspert elmi-nəzəri seminarının 16 oktyabr 2006-cı il tarixli iclasında (1 
saylı protokol) gedən müzakirə əsasında hazırlanmış və təsdiq olunmuşdur. 
 
 
 
 
Tahirli Abid Həmid oğlunun «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda 10.01.10 – «Jurnalistika» ixtisası 
üzrə Birdəfəlik Dissertasiya ġurası yanında doktorluq dissertasiyasının 
müdafiədən əvvəl müzakirəsini keçirən elmi seminarın 
 
PROTOKOLUNDAN 
 
Sədr  –  Aydın  DadaĢov  –  fil.e.d.:  -  Elmi  ictimaiyyət  Abid  Tahirlini  ciddi, 
sanballı  tədqiqatçı  kimi  tanıyır.  Onun  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  mövzusundakı  dissertasiyası  Bakı  Dövlət  Universiteti 
Jurnalistika  fakültəsi  Elmi  Şurasının,  mətbuat  tarixi  və  ideoloji  iş  metodları, 
jurnalistikanın  nəzəriyyəsi  və  təcrübəsi  kafedralarının  26  aprel  2005-ci  il  tarixdə 
keçirilmiş birgə iclasının qərar və tövsiyəsi ilə monoqrafiya şəklində nəşr olunmuş 
və  sahənin  tədqiqatçıları  tərəfindən  maraqla  qarşılanmışdır.  Mühacirətlə  bağlı 
problemlərin  tədqiq  tarixi  20  ilə  yaxın  bir  dövrü  əhatə  edir.  Yəni  «Vətən» 


 
309 
Cəmiyyəti  yarandıqdan  –  1988-ci  ilin  əvvəllərindən  mühacirət  problemi  geniş 
ictimaiyyətin,  o  cümlədən  tədqiqatçıların  diqqətini  çəkdi.  Bildiyimə  görə,  Abid 
Tahirli də elə o vaxtdan respublika mətbuatında bu mövzuda maraqlı materiallarla 
çıxış  etməyə  başlamışdı.  Sonralar o,  araşdırmalarını davam  etdirmiş,  mühacirətin 
parlaq  simalarından  olan,  Azərbaycan  ədəbi,  mədəni,  ictimai-siyasi  və  mətbu 
həyatında  silinməz  iz  buraxmış  Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığından 
namizədlik  dissertasiyası  yazmışdır.  A.Tahirli  sonrakı  illər  tədqiqat  dairəsini 
genişləndirərək  indi  sizin  müzakirənizə  verilən  doktorluq  dissertasiyasını 
yazmışdır. 
BDU-nun Jurnalistika fakültəsinin dekanı, fil.e.n. Yalçın Əlizadə:          
 
-  Azərbaycan  mühacirət  irsinin,  xüsusilə  mühacirət  mətbuatının  ilk  və 
sanballı  tədqiqatçılarından  olan  Abid  Tahirlinin  mühacirət  publisistikası  ilə  bağlı 
araşdırmaları  elmi  dəyəri,  aktuallığı  ilə  diqqəti  çəkir.  Bir  yaradıcılıq  sahəsi  kimi 
publisistikanın  funksiya  və  predmeti,  əsas  məziyyətləri,  janrları,  süjet  və 
kompozisiyası,  dil-üslub,  sənətkarlıq  məsələləri  haqqında  kifayət  qədər  deyilmiş, 
yazılmışdır. A.Tahirlinin elmi-tədqiqat işindəki üstün cəhətlərdən biri budur ki, o, 
mühacirət  publisistikasının  sovet  publisistikasından  fərqli,  üstün  keyfiyyətlərini 
açıb göstərir, mühacirət publisistikasının tamamilə yeni keyfiyyət, yeni mahiyyət, 
məna  kəsb  etdiyini  yazır  və  təqdirəlayiqdir  ki,  fikirlərini  tutarlı,  əsaslı  dəlillərlə 
sübut  edir.  O,  mühacirət  publisistikasının  ideyanı,  fikri  ifadə  etmək  baxımından 
daha  azad  və  sərbəst  olduğunu,  senzura  buxovlarında  çırpınan  sovet 
publisistikasından fərqli olaraq, döyüşkən, mübariz, digər tərəfdən Vətən həsrətli, 
yanğılı  xarakter  daşıdığı  fikrini  irəli  sürür  və  mülahizələrini  M.Ə.Rəsulzadə, 
M.B.Məmmədzadə, 
C.Hacıbəyli, 
F.Daryal, 
Ş.Rüstəmbəyli, 
S.Təkinər, 
M.H.Türkəqul,  Ə.Yurdsevər,  M.Mehdiyev  və  başqa  mücahid  publisistlərin 
yaradıcılığına  istinad  edərək  əsaslandırır.  Abid  Tahirli  fikirlərində  ardıcıl, 
qətiyyətli,  məntiqlidir,  faktları  ümumiləşdirməyin,  düzgün  elmi-nəzəri  qənaətlərə, 
nəticələrə gəlməyin ustasıdır. Mən onun tədqiqatını yüksək qiymətləndirir və hesab 
edirəm ki, dissertasiya mühacirət irsinin tədqiqinə böyük töhfədir. 
BDU-nun  Müasir  Azərbaycan  ədəbiyyatı  kafedrasının  müəllimi, 
professor  Abdulla  Abbasov:  -  Mən  elmi-tədqiqat  işi  və  onunla  bağlı  mətbuatda 
dərc  olunan  çoxsaylı  rəy,  resensiyalarla  tanışam.  Mövzu,  onun  işlənməsi, 
dəyərləndirilməsi,  tədqiqat  işində  ortaya  qoyulan  elmi-nəzəri  qənaətlər 
təqdirəlayiqdir.  Bəzən  adamda  elə  təəssürat  yaranır  ki,  mühacirət  irsinə  lazım 
olduğundan  artıq  diqqət  göstərilir.  Zənnimizcə,  bu belədirsə, çox  yaxşıdır.  Çünki 
mövzu çox aktualdır, əhəmiyyətlidir. Bu mövzunun araşdırılması nəticəsində sovet 
rejimi  və  ideologiyasının  səyi  sayəsində  diqqətdən  kənar  saxlanılan  mühacirət 
problemi  ilə  bağlı  bir  sıra  məsələlər,  o  cümlədən  mücahidlərin  istiqlal  uğrunda 
ideoloji  mübarizə  yolu,  onların  həyat  və  düşüncə  tərzi,  bütün  bunların  salnaməsi 
sayılan  mühacirət  mətbuatının,  obrazlı  desək,  tariximizin  qaranlıq  səhifələrindən 
birinin  üzərinə  işıq  salınmışdır.  O  qənaətdəyəm  ki,  Abid  Tahirli  üzərinə  düşən 
vəzifəsinin  öhdəsindən  bacarıqla  gəlmişdir,  hesab  edirəm  ki,  elmi-tədqiqat  işi 
bütün tələblərə tam cavab verir və müdafiəyə buraxılmalıdır. 
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 
fil.e.n.  Akif  Rüstəmov:  -  Abid  Tahirlinin  dissertasiyasında  diqqətimi  daha  çox 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə