Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə148/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   144   145   146   147   148   149   150   151   ...   176

 
310 
çəkən  mənbələrin,  məxəzlərin  zənginliyi,  eyni  zamanda  tədqiqatçı  tərəfindən 
onların  uğurla  ümumiləşdirilməsi,  təsnif,  təhlil  edilməsidir.  Abid  Tahirlinin  arxiv 
sənədləri ilə peşəkarlıqla işləməsinin nəticəsidir ki, o, ciddi elmi-nəzəri qənaətlərə, 
nəticələrə nail olmuş, maraqlı, faydalı və aktual bir mövzuda günün tələblərinə tam 
cavab  verən  dissertasiya  yaza  bilmişdir.  Tədqiqatçı  fikirlərində  qəti  və 
prinsipialdır.  Bildiyimə  görə,  sahənin  əksər  tədqiqatçıları  mühacirət  mətbuatının 
yaranma  tarixi  ilə  bağlı  A.Tahirlinin  fikri  ilə  şərik  deyillər.  Lakin  o, 
təkzibolunmaz,  inandırıcı  faktlara  əsaslanaraq,  öz  mövqeyini  dəyişmir  və 
mühacirət  mətbuatının  əsasının  C.Məmmədquluzadənin  buraxdığı  «Molla 
Nəsrəddin» jurnalının Təbriz nömrələri ilə qoyulduğu fikrində israrlıdır. Professor 
Əziz Mirəhmədov, t.e.d Xaləddin İbrahimlidən gətirdiyi sanballı sitatlar elə bilirəm 
ki, opponentləri tərk-silah edir. 
Mən  Abid  Tahirlini  tələbəlikdən  tanıyıram.  «Odlar  yurdu»ndakı  məhsuldar 
və  məsuliyyətli  yaradıcılığı  ilə  də  yaxından  tanışam.  Fikrimcə,  iş  təcrübəsində 
mühacirət irsi ilə bağlı əldə etdiyi faktlar, topladığı materiallar, bu mövzuya həsr 
etdiyi çoxsaylı elmi, publisistik məqalələr Abid Tahirlinin elmi yaradıcılığının əsas 
kursunu  da  müəyyənləşdirmişdir.  Sonda  Abid  Tahirlini  sanballı  elmi-tədqiqat  işi 
münasibəti ilə təbrik edirəm və hesab edirəm ki, dissertasiya AAK-nın tələblərinə 
tam  cavab  verir  və  elmi-tədqiqat  işinin  müdafiəyə  buraxılmasını  məqsədəuyğun 
hesab edirəm. 
BDU-nun  Beynəlxalq  jurnalistika  kafedrasının  müəllimi,  t.e.n.  Ġlham 
Mazanlı:  -  Heç  şübhəsiz,  Abid  Tahirlinin  mühacirət  mətbuatı  ilə  bağlı 
araşdırmaları  ümumən  mətbuat  tariximizin  tədqiqi  sahəsində  uğurlu  addımdır.  O 
ki,  qaldı  mühacirət  mətbuatında  publisistika  nümunələrinin  öyrənilməsi,  həmin 
materialların  mövzu,  dil,  üslub,  sənətkarlıq  baxımından  təhlili  bu,  tamamilə  yeni 
istiqamətdir  və  dərhal  da  əlavə  etmək  istərdim  ki,  Abid  Tahirli  qarşıya  qoyduğu 
məqsədə tam nail olmuş, kamil, bitkin, elmi cəhətdən müasir tələblərə cavab verən 
dissertasiya yazmışdır. O, mühacir publisistlərin irsini sanki zərrəbinlə araşdırmış, 
təhlil  etmiş,  dəyərləndirmişdir.  O,  M.Ə.Rəsulzadə  publisistikasının  səciyyəvi 
cəhətlərindən bəhs edərkən yazır ki, bu publisistikanın daha qabarıq nəzərə çarpan, 
sabit, dəyişməz  xüsusiyyətlərini üç sözlə xarakterizə  etmək  olar: inam, cəsarət  və 
qətiyyət.  Abid  Tahirlinin  elmi-tədqiqat  işini  xarakterizə  etmək  üçün  buraya 
«elmilik»  sözünü  artırmaq  lazımdır.  Mən  həmkarımı  uğurlu  işi  münasibəti  ilə 
təbrik  edirəm  və  hesab  edirəm  ki,  dissertasiyanın  müdafiəyə  buraxılması  ilə 
uzunmüddətli gərgin  əməyin bəhrəsi kimi ortaya çıxan elmi-tədqiqat işinə layiqli 
dəyər vermiş olardıq. 
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 
fil.e.n.  Mahmud  Mahmudov:  -  Mühacirət  mətbuatının  tədqiqatçıları  sırasında 
Abid  Tahirli  xüsusi  yer  tutur.  Bircə  faktı  qeyd  edim  ki,  əksər  Universitetlərin 
jurnalistika  fakültələrində  mühacirət  mətbuatı  fənni  onun  kitabları  əsasında  tədris 
edilir. Mühacirət publisistikası ilə bağlı araşdırmalarını mən A.Tahirlinin növbəti, 
həm  də  uğurlu  addımı  hesab  edirəm.  Tədqiqatçının  fikir  və  mülahizələrində 
kəsərlilik,  güclü  məntiq,  elmilik  dərhal  nəzərə  çarpır.  O,  faktları  məharətlə 
ümumiləşdirir,  dolğun  elmi-nəzəri  mühakimələr  irəli  sürür.  İşini  təqdirəlayiq 


 
311 
nəticələr, qənaətlərlə zənginləşdirir. Mən keçmiş tələbəmi uğurlu işi münasibəti ilə 
təbrik edir və dissertasiyanın müdafiəyə buraxılmasını təqdir edirəm. 
 
 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin  
Ġxtisas Ekspert Elmi-nəzəri Seminarının 16 oktyabr  
2006-cı il tarixli iclasının 1 nömrəli  
 
PROTOKOLUNDAN 
 
Seminarın  sədri  prof.Buludxan  Xəlilov:  -  Abid  Tahirli  Bakı  Dövlət 
Universitetinin  dissertantıdır.  Abid  Tahirli  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  mövzusunda  doktorluq  dissertasiyası  üzərində  çalışdığı 
illərdə  tədqiqatı  ilə  bağlı  xeyli  məqalə  və  kitab  çap  etdirmişdir.  Hətta,  onun  elmi 
yaradıcılığı  haqqında  mətbuatda  çıxışlar,  rəylər  dərc  edilmişdir.  Mən  onun 
avtoreferatı  ilə  də  tanışam.  Avtoreferat  dissertasiyanın  əsas  müddəalarını  əhatə 
edir, AAK-ın müvafiq əsasnaməsinə uyğun yazılmışdır. 
Prof.  H.Qasımov:  -  Abid  Tahirlinin  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika 
(1921-1991)» 
mövzusunda  yazdığı  doktorluq  dissertasiyası 
mədəniyyətşünaslığımızın  aktual  probleminə  həsr  edilmiş  dəyərli  bir  tədqiqatdır. 
Dissertantın  tədqiqat  üzərində  çalışdığı  illərdə  5  kitabı,  20-dən  çox  elmi-nəzəri 
məqaləsi çap olunmuşdur. 
Vaxt  var  idi  ki,  mühacirət  irsinin  adını  çəkmək  belə  yasaq  idi.  İndi 
Azərbaycan  mühacirət  irsi  ədəbiyyatımızın  və  mədəniyyətimizin  mühüm  bir 
hissəsi kimi diqqət mərkəzində dayanır. 
XX  əsrin  80-ci  illərindən  başlayaraq,  mühacirət  probleminə  yeni  baxış 
konsepsiyası  formalaşmağa  başladı.  Mühacirət  mətbuatının  tədqiqi,  elmi-nəzəri 
dəyərləndirilməsi  Milli  İstiqlal  ideologiyasının  tərkib  hissəsinə  çevrildi.  Abid 
Həmid  oğlunun  bu  istiqamətdəki  işi  təkcə  elmi-nəzəri  baxımdan  deyil,  həm  də 
milli  jurnalistikamızın  vətəndaşlıq  ləyaqəti  nöqteyi-nəzərindən  də  dəyərli, 
qiymətlidir. 
Dissertasiya bitkin elmi struktura malikdir. Giriş, hər biri bir neçə bölməni 
əhatə  edən  üç  fəsil,  nəticə,  bilavasitə  istifadə  edilmiş  ədəbiyyat  siyahısı  və 
«əlavə»dən  ibarət  olan  bu  işdə  mühacirət  mətbuatının  təşəkkülü  və  inkişaf 
mərhələləri  araşdırılmış,  mühacirət  publisistikasının  ideya-siyasi  istiqamətləri 
müəyyənləşdirilmişdir.  Müəllif  əsas  diqqətini  mühacirət  publisistikasında 
sənətkarlıq məsələlərinə yönəltmişdir. 
Beləliklə,  Azərbaycan  mühacirət  publisistikasının  yaranması,  keçdiyi  tarixi 
yol,  bu  sahəyə  həsr  edilmiş  elmi  tədqiqatlar  və  onlara  obyektiv  münasibət 
dissertasiyanın ən maraqlı məqamlarını təşkil edir. 
Mən  dissertasiyanı  müdafiəyə  tam  hazır  hesab  edir  və  ona  əlavə  rəy 
verilməsini məsləhət bilirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə