Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə150/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   146   147   148   149   150   151   152   153   ...   176

 
314 
Təfəkkür Universiteti, Azərbaycan Beynəlxalq Universitetində mühacirət mətbuatı 
A.Tahirlinin əsərlərindən öyrənilir. 
Abid  Tahirlinin  tədqiqatlarından  bu  qənaətə  gəlmişəm  ki,  hələ  mühacirət 
irsinin açılmayan, araşdırılmayan layları, qatları var. Bu işdə ona və sahənin digər 
mütəxəssislərinə yeni nailiyyətlər arzulayıram. 
İşi  təqdir  edirəm,  ona  səs  verəcəyəm.  Şura  üzvlərini  də  aktual  və  dəyərli 
tədqiqata səs verməyə çağırıram. Abid Tahirli bu dissertasiya işi ilə sübut etdi ki, o 
filologiya elmləri doktoru alimlik dərəcəsini almağa tamamilə layiqdir. 
Fil.e.d. Ġsmayıl Vəliyev: Ən əvvəl, demək istərdim ki, tədqiqat sahəsi yeni, 
mövzu  maraqlı  və  aktualdır.  Çox  təqdirəlayiqdir  ki,  bu  işi  məhz  uzun  illər 
mühacirətlə  birbaşa  əlaqədə,  təmasda  olan,  istedadlı  qələm  sahibi  Abid  Tahirli 
həyata keçirmişdir.Bir məqama diqqəti xüsusi yönəltmək istərdim ki, əsərin əməli 
əhəmiyyəti  böyükdür.  Bu  tədqiqat  işi  müasir  dövr  jurnalistikasının  elmi-nəzəri 
problemlərinin araşdırılmasına layiqli töfhədir. 
Təəssüf  edirəm  ki,  biz  bu  sahənin  araşdırılmasında  gürcü  və  ermənilərdən 
geri  qalmışdıq.  Çox  sevinirəm  ki,  Abid  Tahirli  ilk  dəfə  bu  işə  girişmiş  və 
vəzifəsinin  öhdəsindən  ləyaqətlə,  uğurla  gəlmişdir  Yeri  gəlmişkən  onu  da 
vurğulamaq  istərdim  ki,  Abid  Tahirlinin  tədqiqatları  mühacirət  mətbuatında 
publisistikanın  araşdırılması  ilə  məhdudlanmır.  O,  mühacirət  problemini bir neçə 
aspektdən  tədqiqat  müstəvisinə  cəlb  etmişdir.  Bununla  belə,  hesab  edirəm  ki, 
mühacirət  publisitsikasının  bir  sıra  problemləri  hələ  də  araşdırılmayıb.  Onun 
öyrənilməsi çox faydalı olardı. O ki, qaldı, Abid müəllimin elmi-tədqiqat işinə, bu 
çox sanballı, dolğun, maraqlı bir əsərdir və təsadüfi deyil ki, müzakirə, müdafiə də 
araşdırmanın ruhuna uyğun ciddi, canlı keçir. Mən Abid Tahirlini təbrik edirəm. O, 
mühacirət  mövzusunu  hamıdan  yaxşı  bilən  adam  kimi,  qoy  gənclərə  də  kömək 
etsin. Sonda Abid Tahirliyə səs verəcəyini bildirirəm. O, filologiya elmləri doktoru 
alimlik dərəcəsi almağa tamamilə layiqdir. 
Fil.e.d.  Alxan  Məmmədov:  Abid  Tahirli  az  qala  30  ilə  yaxındır  ki,  bu 
problemlə  məşğuldur,  onun  adı  bu  sahə  ilə  möhürlənib.  Bir  dəfə  «Ədəbiyyat 
qəzeti»ndə «Yeni Qafqasya» ilə bağlı bir yazım çıxmışdı. Dostlarımdan biri mənə 
zəng  vurub  dedi  ki,  Abid  Tahirlinin  «Yeni  Qafqasya»  ilə  bağlı  «Ədəbiyyat 
qəzeti»ndə  yazısı  çıxıb,  amma  sənin  imzan  verilib,  xeyirdimi?!  Dissertasiya  ilə 
bağlı.  Material,  fakt  çox  olsa  da,  tədqiqatçı  uğurlu  ümumiləşdirmələr  aparıb, 
diqqətçəkən  elmi-nəzəri  fikirlər  irəli  sürüb.  Azərbaycan  jurnalistika  tarixində  ilk 
dəfədir  ki,  bu  problemlə  bağlı  dissertasiya  müdafiə  edilir.  Təsadüfi  deyil  ki, 
mühacirət  problemi,  o  cümlədən  mətbuatı  ilə  bağlı  elmi-nəzəri  fikirlər  hələ  tam 
formalaşmayıb.  Qənaətlər,  mülahizələr,  mühakimələr  fərqli  və  çoxdur.  Bir  sıra 
məsələlərdə müəlliflər ortaq məxrəcə gəlsələr də, elə məqamlar var ki, mübahisələr 
yaranır. Abid müəllimin tədqiqatları, fikirləri də istisna deyil. Fikrimcə, burada da 
mübahisəyə,  etiraza  səbəb  olan  məqamlar  var.  Məsələn,  mən  müəllifin  «Molla 
Nəsrəddin»in Təbriz nömrələri ilə mühacirət mətbuatı tarixinin başlandığı fikri ilə 
razılaşmıram.  
Abid  Tahirlinin  dissertasiyasını  sanballı  tədqiqat  hesab  edirəm,  ona  səs 
verəcəyəm.  Müəllif  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi  almağa  tamamilə 
layiqdir. 


 
315 
Fil.e.d.  Vaqif  Sultanlı:  Mühacirət  problemi  bütün  dünyada  var.  Almanlar, 
fransızlar,  ərəblər,  ingilislər  öz  mühacirlərini,  onların  irsini  həmişə  öyrənmişlər. 
Sovet  rejimi,  ideologiyası  isə  bü  mövzunun  tədqiqinə  qadağa  qoymuşdu. 
Müstəqillik bərpa  edildikdən sonra bu sahəyə diqqət artdı və mühacirət problemi 
ən müxtəlif aspektlərdən araşdırılmağa başlandı. Bu baxımdan istedadlı alim Abid 
Tahirlinin tədqiqatları xüsusilə, diqqəti çəkir. Abid Tahirli çox ciddi tədqiqtaçıdır. 
Onun kitabları, elmi məqalələri də bunu sübut edir. İndiki dövrdə mühacirət irsini, 
xüsusilə  istiqlal  mücahidlərinin  həyat  və  fəaliyyətini  araşdırmaq  millətə,  dövlətə 
xidmət  deməkdir.  Mən  ona  səs  verəcəyəm,  o  doğrudan  da  filologiya  elmləri 
doktoru alimlik dərəcəsi almağa layiqdir. 
Tədqiqat  həm  nəzəri,  həm  də  praktik  əhəmiyyəti  ilə  diqqəti  çəkir.  Elə 
müzakirə  zamanı  da  tədqiqat  sahəsinin  yeniliyi,  mövzunun  aktuallığı  və  işin 
praktik əhəmiyyəti xüsusi vurğulandı. Jurnalistikanın sovet dövründə formalaşmış 
«nəzəri problemləri» bu gün bir buxova çevrilmişdir, biz bundan xilas ola bilmirik. 
«Oçerk»,  «korrespondensiya»,  daha  nə  bilim  nə…,  dünyada  belə  şeylər  yoxdur. 
Abid  müəllimin  tədqiqatı  nəinki  mühacirət  publisistikasının,  eləcə  də  ümumən 
Azərbaycan 
jurnalistikasının 
problemlərini 
araşdırmaq, 
dəyərləndirmək 
baxımından  faydalıdır.  Buradakı  elmi-nəzəri  fikirlər  müasir  tələlərə  tam  cavab 
verir, təqdirəlayiqdir. Tədqiqatın əməli əhəmiyyəti barədə də burada çox danışıldı. 
Doğrudan  da,  hər  bir  işin  çəkisi,  dəyəri  onun  tətbiqi,  faydası  ilə  ölçülür.  Abid 
müəllimin  araşdırmaları  artıq  dərs  vəsaiti  kimi  istifadə  edilir,  özünü  təsdiq 
etmişdir. 
 
 
 
Qəlbin və qələmin istəyi ilə ... 
 
 
Sahənin lokomotivi 
 
Mühacirətə  münasibət  birmənalı  olmamışdır.  Bu  da  həmin  problemin 
mahiyyətindən  irəli  gəlir:  insanların  bir  qismi  tarixən  siyasi  və  iqtisadi 
münasibətlərin  təsiri  ilə  öz  Vətənlərini  tərk  etmək  və  başqa  ölkələrdə 
məskunlaşmaq məcburiyyətində qalmışlar. Onların bu addımı tərk etdikləri ölkədə 
maraq  dairəsinə  görə  dəyərləndirilmişdir.  Məsələn,  Sovet  dövründə  rejim  və 
ideologiyanın tərəfdarları mühacirləri «Vətən satqınları», «dönüklər» adlandırmış, 
onlara  qarşı  kəskin  əks-təbliğat  aparmışlar.  Bununla  kifayətlənməyən  qüvvələr 
xaricdə mühacirləri izləmiş, onları terrora məruz qoymuş, Vətəndə isə mühacirlərin 
qohumlarını,  əqidə,  əməl  dostlarını  təqib,  sürgün  etmişlər.  Mühacirlərin  böyük 
əksəriyyəti amal, məslək iradə baxımından sarsılmaz olduqları üçün onlar xaricdə 
də  fəaliyyətini  davam  etdirmiş,  ideya  düşmənlərinə  qarşı  fasiləsiz  mübarizə 
aparmışlar. Bax, həmin fəaliyyətin nəticəsində böyük irs formalaşmışdır. Və onun 
araşdırılması, dəyərləndirilməsi maraqlı olduğu qədər də aktual və əhəmiyyətlidir. 
Bu  mənada  filologiya  elmləri  namizədi  Abid  Tahirlinin  ötən  əsrin  80-ci  illərinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə