Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə158/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   154   155   156   157   158   159   160   161   ...   176

 
330 
dərc olunmuş materialların dil-üslub, sənətkarlıq xüsusiyyətləri haqqında yazılmış 
məqalələri 
verilmişdir.  Burada  həmçinin,  mühacir-publisistlərin  konkret 
mövzularla  bağlı  yaradıcılığı  və  fəaliyyəti  barədə  qələmə  alınmış  materiallar, 
habelə  mühacirət  mətbuatının  tədqiqi  və  başqa  problemləri  haqda  yazılmış 
məqalələr də oxucuların diqqətinə çatdırılır. 
Müəllif çox düzgün olaraq mühacirət mətbuatımızın tədqiqinə milli mətbuat 
anlayışı kontekstindən yanaşmışdır. Azərbaycan mətbuatı anlayışını: 
- Çar Rusiyası dövründəki Azərbaycan mətbuatı; 
- Sovet İttifaqı dövründəki Azərbaycan mətbuatı; 
- Cənubi Azərbaycan mətbuatı; 
- Azərbaycan mühacirət mətbuatı; 
-  Müstəqil  Azərbaycanın  mətbuatı  (1918-1920-ci  illlər  və  1991-ci  ildən 
sonrakı  illər)  bölgüsündə  təqdim  edən  A.Tahirli  qısa  da  olsa,  hər  dövrün  elmi 
tədqiqatlarla  nə  dərəcədə  əks  etdirildiyi  haqda  məlumat  verir.  Mühacirət 
jurnalistikası  ilə  bağlı  bölümdə  deyilir  ki,  hələ  XX  yüzilliyin  əvvəllərindən 
indiyədək  H.Zərdabi,  F.Köçərli,  C.Hacıbəyli,  Ə.Hüseynzadə,  M.Ə.Rəsulzadə, 
M.B.Məmmədzadə, Ə.Topçubaşov, N.Nərimanov, T.Şahbazi, Ə.Abid, daha  sonra 
N.Axundov, Ə.Mirəhmədov, A.Zeynalov, N.Zeynalov, A.Zamanov, Q.Məmmədli, 
F.Qasımzadə, 
Ş.Qurbanov, 
X.Məmmədov, 
Ş.Novruzov, 
Ə.Məmmədov, 
M.C.Cəfərov, C.Xəndan, Ş.Hüseynov, T.Rüstəmov, S.Hüseynov, T.Rüstəmova və 
başqaları tərəfindən mətbuat tarixinə aid xeyli kitab nəşr olunmuş, onlarca məqalə 
çap edilmişdir. Lakin kommunist rejiminin, ideologiyanın təsiri, tələbi ilə mətbuat 
tarixinin  araşdırılmasında  –  xüsusilə  mətbu  orqanın  proqramı,  məramı,  ideoloji, 
tarixi,  siyasi,  mənəvi  yönümü  ilə  bağlı  təhriflərə,  qərəzli  münasibətlərə  yol 
verilirdi. 
Mühacirət mətbuatı tariximizin tədqiqində yeni mərhələ hesab edilə biləcək 
1980-ci illərin sonu 90-cı illərin əvvəllərində isə mühacirət mətbuatı ilə bağlı daha 
çox  informativ  yazılar  qələmə  alınırdı.  A.Tahirli  bu  irsin  daha  dərindən 
araşdırılması  istiqamətində  xalq  yazıçısı  Elçinin  böyük  əməyini  qeyd  edir,  onun 
«Odlar yurdu» qəzetində dərc olunmuş proqram-məqaləsini xüsusi vurğulayır: 
«…eyforiyaya  qapılmadan  Azərbaycan  mühacirətini  bir  qurum  kimi 
öyrənməli,  elmi-nəzəri  şəkildə  onun  demoqrafik,  siyasi-ictimai  və  sosioloji 
təsnifatını  verməliyik.  İndiyə  qədər  məlum  səbəblər  üzündən  bu  sahədə,  yəni 
Azərbaycan  mühacirətinin  öyrənilməsi  sahəsində  çox  az  iş  görülmüşdür,  ciddi, 
sanballı  tədqiqatlar  yox  dərəcəsindədir,  mühacirətə  birtərəfli  münasibət,  bu 
münasibətdəki  bədnam  sinfilik  prinsipi  uzun  zaman  hakim  ideologiyanın  tərkib 
hissəsi olmuşdur» (Elçin, «Odlar yurdu» qəzeti, № 21, 1991-ci il). 
Azərbaycan mühacirət irsinin, mühacirət mətbuatının tədqiqində son vaxtlar 
kifayət  qədər  iş  görüldüyünü  yazan  A.Tahirlinin  fikrincə  «mühacirət  mətbuatının 
həm tədqiqində, həm də tədrisində iki məsələyə də diqqət yetirilməlidir».         
Bunlardan  birincisi,  Azərbaycan  elmi  ictimaiyyətində  ilk  mühacir  nəşri  ilə 
bağlı  olan  fikirlərdir.  A.Tahirli  1923-cü  ilin  sentyabrında  İstanbulda 
M.Ə.Rəsulzadənin  rəhbərliyi  və  Sədi  Əfəndinin  redaktorluğu  ilə  çıxan  «Yeni 
Qafqasya»nın  ilk  mühacirət  qəzeti  olması  fikrini  qəbul  etmir  və  qənaətini 
təkzibolunmaz faktlarla əsaslandırır. Abid Tahirli digər müəlliflərdən fərqli olaraq, 


 
331 
Mirzə  Cəlilin  1921-ci  ildə  Təbrizdə  –  İranda  nəşrini  davam  etdirdiyi  «Molla 
Nəsrəddin» jurnalını mühacirət mətbuatımızın ilkini hesab edir.
 
O, M.Cəlilin 1921-
ci ildə bolşevik repressiyasına tuş gəlməməsi üçün Təbrizə məhz mühacir etdiyini, 
bu  qədim  Azərbaycan  şəhərinin  hüquqi  baxımdan  İran  ərazisi  olduğunu  yazır  və 
fikrinin birmənalı təsdiqi üçün Əziz Mirəhmədovun «Molla Nəsrəddin: dünən, bu 
gün, sabah» adlı məqaləsindən çox tutarlı bir sitat gətirir: 
«…fevral  və  oktyabr  inqilabları»  adı  ilə  məşhurlaşan  hadisələrin  imperiya 
xalqlarına,  o  cümlədən  azərbaycanlılara  xoşbəxtlik  gətirə  bilməyəcəyini  dərk 
edirdi; arvadı Həmidə xanımın malikanə, torpaq, məktəb sahibi olması, «mülkədar-
xeyriyyəçi  qadın»  kimi,  qardaşı  Ələkbəri  isə  İran  inqilabı  fədailərindən  və 
Səttarxanın  yaxın  silahdaşlarından  biri  kimi  tanınması,  erməni-daşnak  canilərinin 
Qarabağdakı  vəhşilikləri  zamanı  silah  götürüb  Xankəndindəki  vuruşlarda  iştirak 
etməsi və s. kimi səbəblər ədibin Təbrizə mühacirətini labüd etmişdi». 
A.Tahirlinin vacib bildiyi və geniş elmi təhlilə cəlb etdiyi ikinci məsələ isə 
Azərbaycan  mühacirət  mətbuatı  və  mühacirət  publisistikası  anlayışlarına 
münasibətidir.  A.Tahirli  artıq  Azərbaycanda  mühacirət  mətbuatı  anlayışının 
formalaşdığını,  onun  elmi  tədqiqatı  və  tədrisi  istiqamətində  önəmli  addımlar 
atıldığını,  lakin 
mühacirət 
publisistikamızın 
elmi-tədqiqat 
predmetinə 
çevrilməməsini təəssüf hissi ilə qeyd edir.  
Doğrudur,  ayrı-ayrı  müəlliflər  bu  və  ya  digər  xadimin  həyat  və 
fəaliyyətindən  bəhs  edərkən  pərakəndə  halda  olsa  da,  onların  xarici  ölkələrdə 
publisistika  fəaliyyətini  işıqlandırırlar.  Lakin  «bəhs  etdiyim  sahə  o  qədər  aktual, 
eyni zamanda zəngindir ki, mövzu mütləq ayrıca tədqiqat predmeti kimi dərindən, 
ətraflı  öyrənilməli  və  ali  məktəblərin  müvafiq  fakültələrində  tədris  edilməlidir»  - 
qənaətində  olan  müəllif  Azərbaycan  mühacirət  irsinin  öyrənilməsində  önəmli 
mərhələ  təşkil  edən  mühacirət  publisistikasının  diqqətdən  kənar  qalmasını  haqlı 
emosionallıqla  tənqid  edir:
 
«Dünya  jurnalistikasının  öyrənilməsi  və  öyrədilməsi 
təqdirəlayiqdir,  lakin  bu  xəzinəyə  son  dərəcə  gözəl  töhfələr  vermiş  Azərbaycan 
mühacirət jurnalistikası niyə diqqətdən kənarda saxlanılmalıdır?!» 
Müəllif  daha  sonra  Azərbaycan  mühacirət  publisistikasının  görkəmli 
nümayəndələrindən    olan  Cəmaləddin  Əfqani,  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy 
Ağaoğlu,  Məmməd  Əmin  Rəsulzadə,  Məhəmməd  Hadi,  Ceyhun  Hacıbəylinin 
həyat və yaradıcılığından, onların Türkiyə, Misir, İngiltərə, Fransa, Almaniya kimi 
dövlətlərin  mətbu  orqanları  ilə  əməkdaşlıqlarından,  qələmə  aldıqları  yazıların 
ideya,  mövzu,  məzmun  etibarilə  önəmindən  çox  geniş  və  əhatəli  şəkildə  bəhs 
açmışdır. 
Azərbaycan  mühacirət  irsi,  mühacirət  mətbuatı  və  mühacirət  jurnalistikası 
kimi  anlayışlara  daha  çox  dolğun  və  elmi-nəzəri  ümumiləşdirmələr  mövqeyindən 
aydınlıq  gətirən  Abid  Tahirli  daha  sonra  müxtəlif  illərdə  və  müxtəlif  ölkələrdə 
azəri  mühacirlərin  nəşr  etdikləri  «Yeni  Qafqasya»,  «Odlu  yurd»,  «Azərbaycan», 
«Azərbaycan  yurd  bilgisi»  jurnalları  «İstiqlal»  qəzeti  və  s.  haqqında  geniş  elmi 
təhlilə, analitik yanaşma tərzinə əsaslanan məlumatlar verir. 
Vacib  olan  məsələlərdən  biri  də  tədqiqatçının  bu  mətbu  orqanların  təhlilini 
verməzdən  öncə  konkret  dövrün,  mühacir  dərnəklərinin  ideya  fəaliyyətində 
meydana  gələn  fikir  dəyişikliklərinin  və  bu  kimi  problemlərin  işıqlandırmasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə