Abġd tahġRLĠ


Ġmzasının və sözünün sahibi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə155/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   151   152   153   154   155   156   157   158   ...   176

 
324 
Ġmzasının və sözünün sahibi 
 
 
Nə qədər ağır və acı olsa da, etiraf olunmalıdır ki, müxtəlif səbəblərdən bir 
sıra  müəlliflər  illər  ötdükdən  sonra  özlərinə  məxsus  yaradıcılıq  nümunələrinin 
bəzilərindən  imtina  edirlər.  Əsər  bədii  cəhətdən  zəif  olduğundan,  mövzu 
aktuallığını    və  əhəmiyyətini  itirdiyindən,  yaxud  da  ki,  rejimin,  ideologiyanın 
təsiri,  tələbi  ilə  qələmə  alındığından  yumşaq  desək,  müəllif  öz  imzasına  sahib 
çıxmır. Məqsədim belə yazarları ittiham etmək, qınamaq yox, imzasından heç vaxt 
xəcalət çəkməyən müəllifləri təqdir etməkdir, qiymətləndirməkdir. Belələri təəssüf 
ki, azdır. Lakin var. Onlardan biri, istedadlı qələm sahibi, mühacirət probleminin, 
xüsusilə mətbuatının dəyərli tədqiqatçısı Abid Tahirlidir. 
2001-ci  ildə  “Əbilov,  Zeynalov  və  oğulları”  nəşriyyatı  Abid  Tahirlinin 
“Sözlə yarananlar, sözü yaşadanlar” adlı növbəti kitabını çapdan buraxdı. Burada 
müəllifin  son  illərdə  milli  hərəkat,  milli  ideologiya  mövzusunda  qələmə  aldığı 
sanballı  məqalələrlə  yanaşı  onun  ötən  əsrin  80-ci  illərinin  əvvəllərində  –  sovet 
rejimi  və  ideologiyasının  ədəbiyyata  və  sənətə  qənim  kəsildiyi  dövrdə  qələmə 
aldığı  oçerklər,  müsahibələr  də  verilmişdi.  Sözün  düzü,  müəllifin  –  milli  azadlıq  
hərəkatının  vüsət  aldığı  dövrdə  Azərbaycan  Xalq  Cəbhəsinin  sədri  Əbülfəz 
Elçibəylə  (“Fəaliyyətsizlik  milli  xəyanətdir”),  siyasi  icmalçı,  prof.  Şirməmməd 
Hüseynovla  (“Biz  hara  gedirik”),  millət  vəkili,  “Azərbaycan”  qəzetinin  baş 
redaktoru  Sabir  Rüstəmxanlı  ilə  (“Millətimin  istedadına  və  gücünə  güvənirəm”) 
müsahibələri aktual mövzulara həsr edilsə, son dərəcə sərt üslubda qələmə alınsa 
da, məni o qədər təəccübləndirmədi. Çünki, həmin dövr üçün belə yazılar təbii idi.  
Lakin ötən əsrin 80-ci illərində A.Tahirlinin S.Rəhimovla (“Əsrin yaşıdı ilə 
söhbət”)  prof. C.Qəhrəmanovla  (“Böyük  xəzinə”),  prof.  Həmid  Araslı  ilə  (“Çalış 
öz  xalqının  işinə  yara”),  Əzizə  Cəfərzadə  ilə  (“Aləmə  səs  sal”),  prof.  Yəhya 
Məmmədovla  (“Vətən  mənə  oğul  desə…)  müsahibələri  məni  heyrətləndirdi,  həm 
də  sevindirdi.  Əminəm  ki,  vaxtı  ilə  mətbuatda  dərc  olunan  həmin  materialları 
kitaba  daxil  edən  müəllif  bir  an  da  olsa,  tərəddüd  etməmişdir.  Çünki,  həmin 
yazılarda  müəllif  pafoslu  ifadə  və  ibarələrlə  kommunizm  quruculuğunu,  onun 
xidmətində duran sənəti müdafiə və tərənnüm etmir, ona hakim olan milli hiss və 
duyğuların  təsiri  ilə  müsahibələrində  ədəbiyyatın,  elmin  mövcud  problemlərini 
təhlil predmetinə çevirir, araşdırır, müvafiq nəticələr çıxarır. 
Abid  Tahirlinin  fəal  əməkdaşlığı  ilə  nəşr  olunan  «Vətən»  Cəmiyyətinin 
orqanı  «Odlar  yurdu»  qəzetinin  Azərbaycan  mətbuatı  və  ictimai  fikir  tarixində 
əvəzsiz  xidmətləri    hər  kəsə  məlumdur.  Məhz  həmin  qəzetdə  Abid  Tahirli  öz 
qələminin  qeyrət  və  qüdrətini  bütün  gücü  ilə  nümayiş  etdirmişdir.  Onun  həmin 
dövr publisistik yaradıcılığı zəngin, maraqlı və məhsuldardır. Yüz minlərlə oxucu 
taleyin  hökmü  ilə  qürbət  ölkələrdə  məskunlaşan  həmvətənlərimizin  həyat  və 
düşüncə tərzi, qayğı və problemləri, arzu və amalları haqqında A.Tahirlinin böyük 
sevgi ilə qələmə aldığı yazılardan xəbərdar olur və onlarda Azərbaycan mühacirəti 
barədə  ictimai  rəy  formalaşırdı.  Digər  tərəfdən  isə  A.Tahirlinin  istər  həmin 


 
325 
məqalələrini,  istərsə  də  sonrakı  ədəbi-publisistik  fəaliyyətini  Azərbaycan  naminə 
fədakar fəaliyyətə bir çağırış kimi də qəbul etmək olar. 
Abid  Tahirli  publisist  fəaliyyəti  ilə  yanaşı  elmi-tədqiqatla  da  ciddi  məşğul 
olur. Həmin sahədə də o, diqqətçəkən, maraqlı və faydalı nəticələrə nail olmuşdur. 
Namizədlik  dissertasiyası  Azərbaycanın  ədəbi-mədəni,  ictimai-siyasi  və  mətbu 
tarixində  parlaq  iz  qoyan  Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığına  həsr 
olunmuşdur. 
Yaxşı  xatırlayıram.  Bir  dəfə  –  1996-cı  ildə,  müdafiə  ərəfəsində  onun  elmi 
rəhbəri  professor  Yaşar  Qarayev  Abid  Tahirlinin  C.Hacıbəyli  ilə  bağlı  elmi 
araşdırmaları  ilə  əlaqədar  «onun  yazdıqları  əslində  doktorluq  işinə  bərabərdir» 
demişdir. Bu, doğrudan da belə idi və A.Tahirli müdafiəyə qədər C.Hacıbəyli ilə 
bağlı müxtəlif mətbu orqanlarda onlarca irihəcmli məqalə dərc etdirmişdir. 
Elmi  araşdırmalardan  yorulmayan,  əksinə  daha  dərinə  nüfuz  edən,  arxiv 
sənədləri  ilə  işləməkdən  mənən  qidalanan,  zövq  alan  A.Tahirli  Bakı  Dövlət 
Universiteti jurnalistika fakültəsinin doktorantıdır. Onun doktorluq işinin mövzusu 
da  çox  maraqlı  bir  sahəyə  –  mühacirət  mətbuatının  tədqiqinə  həsr  edilmişdir. 
A.Tahirlinin  mühacirət  jurnalistikasının,  mətbuatının  tarixinə  dair  qəzet  və 
jurnallarda,  eləcə  də  elmi  məcmuələrdə  çox  sayda  elmi  məqalələri,  «Azərbaycan 
mühacirəti» (Bakı, «Tural-Ə» nəşriyyatı, 2001) və iki kitabdan ibarət «Azərbaycan 
mühacirət  mətbuatı»  adlı  monoqrafiyası  (I  hiss,  Bakı,  QAP-poliqraf,  2002-ci  il, 
158  səh.,  II  hissə,  Bakı,  «Ozan»,  2003-cü  il,  276  səh.)  çapdan  çıxmışdır.  Kitabın 
birinci  hissəsində  Azərbaycan  mühacirlərinin  “Yeni  Qafqasya”,  “Odlu  yurd”, 
“Azərbaycan yurd bilgisi” (İstanbul),  “Azərbaycan” (Paris), “İstiqlal”, “Qurtuluş” 
(Berlin),  “Azərbaycan”  (Ankara)  kimi  mətbu  orqanları,  onların  nəşr  tarixi,  milli 
istiqlal  uğrunda  ideoloji  mübarizəsi  mövzusu,  ideya  istiqaməti,  habelə  yazarları, 
dərc  olunmuş  materialların  dil-üslub,  sənətkarlıq  xüsusiyyətləri  haqqında 
məqalələr verilmişdir. 
Kitabda  həmçinin  ayrı-ayrı  mühacir  publisistlərin  fərdi  yaradıcılığı  və 
fəaliyyəti  ilə əlaqədar  maraqlı  materiallar,  mühacirət  mətbuatının  tədqiqi  ilə bağlı 
digər  müəlliflərin  araşdırmalarına  münasibəti  əks  etdirən  yazılar  da  oxucuların 
diqqətinə təqdim olunmuşdur. 
Bu  sahədə  tədqiqatlarını  uğurla  davam  etdirən  Abid  Tahirli  “Azərbaycan 
mühacirət  mətbuatı”  kitabının  ikinci  hissəsində  “Ana  dili”  (Bonn),  “Aydınlıq” 
(London), “Azər” (Berlin) kimi qəzet və jurnallar, habelə Qafqaz birliyi mövzusu 
ilə  əlaqədar  “Prometey”  (Paris),  “Qafqaz  almanaxı”  (İstanbul),  “Qafqasya” 
(Münhen), “Birləşik Qafqasya” (Münhen), “Azərbaycan” (Ankara), “Azərbaycan” 
(Münhen),  “Türk  izi”  (Ankara),  “Türk  yolu”  (İstanbul),  “Türk  amacı”  (İstanbul), 
“Mücahid (Ankara) kimi nəşrlərin fəaliyyətindən ətraflı bəhs etmişdir. 
Kitabda  müəllifin  mühacirətin  digər  problemləri  ilə  bağlı  mətbuatda  dərc 
olunmuş  bir  sıra  aktual  məqalələri  də  verilmişdir.  Əsər  ölkənin  ali  məktəblərinin 
jurnalistika  fakültəsinin  tələbələri  və  Azərbaycan  mühacirəti  problemi  ilə 
maraqlananlar üçün dəyərli elmi qaynaqdır.  
Etiraf  edim  ki,  A.Tahirlinin  tükənməyən  axtarmaq,  araşdırmaq,  yazmaq 
ehtirası,  həvəsi  məni  heyrətləndirir.  Bəzən  mənə  elə  gəlir  ki,  o  günün  24  saatını 
işləyir. Bu marağın, vurğunluğun səbəbini o, tədqiqat sahəsi ilə əlaqələndirir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə