Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə157/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   153   154   155   156   157   158   159   160   ...   176

 
328 
Tanınmış  tədqiqatçı  Abid  Tahirlinin  Azərbaycan  mühacirət  problemi, 
xüsusilə mühacirət mətbuatı ilə bağlı araşdırmaları ölkəmizdə olduğu kimi, xaricdə 
də  böyük  maraq  doğurur.  Bu  günlərdə  müəllifin  ünvanına  Almaniyanın  Halle 
şəhərindəki  məşhur  Martin  Lüter  Universitetindən  bildiriş  daxil  olmuşdur.  Orada 
qeyd  olunur  ki,  A.Tahirlinin  beş  kitabı  –  «Azərbaycan  mühacirəti»,  «Sözlə 
yarananlar,  sözü  yaşadanlar»,  «Azərbaycan  mühacirət  mətbuatı»  (1-ci  və  2-ci 
hissələr),  «Azərbaycan  mühacirət  mətbuatında  publisistika»  Universitetin 
kitabxanasının kataloquna salınmışdır. 
Abid  1988-ci  ildən  Xaricdə  Yaşayan  Həmvətənlərlə  Mədəni  Əlaqələr 
Cəmiyyəti – «Vətən» Cəmiyyəti yaranandan onun orqanı «Odlar yurdu» qəzetində 
əvvəlcə müxbir, sonra böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində 
çalışmışdır. 1992-1993-cü illərdə «Vətən» Cəmiyyəti Avropa və Amerika ölkələri 
şöbəsinin  müdiri  vəzifəsində  işləmişdir.  1993-cü  ildən  Azərbaycan  Respublikası 
Nazirlər Kabinetinin məsul işçisi, birinci dərəcəli dövlət qulluqçusudur. 
Abid  Tahirli  Azərbaycan  Yazıçılar  Birliyinin,  Azərbaycan  Jurnalistlər 
Birliyinin üzvüdür. Filologiya elmləri namizədidir. Heç şübhəsiz ki, bu yaxınlarda 
onun doktorluq dissertasiyası müdafiə etməsinin də şahidi olacağıq. 
Mətbuatda  yüzlərlə  publisistik  yazısı,  150  elmi  məqaləsi  işıq  üzü  görmüş 
Abid  Tahirli  bu  gün  öz  yaradıcılıq  axtarışları  daha  fəal  şəkildə  davam 
etdirməkdədir. 
Biz  bu  yazımızda  görkəmli  alim  və  jurnalistin  fəaliyyətindən  qısa  söhbət 
açdıq. Əlli illik yubileyi günlərində Abidsevərlərin cərgəsinə qoşulub onu ürəkdən 
təbrik etmək bizim üçün çox xoşdur. Şübhəsiz ki, Abid çoxlarının əlçatmaz saydığı 
mövzuları  əvvəlki  həvəs  və  sevgi  ilə  yenə  davam  etdirəcək  və  biz  də,  inşallah, 
onun yüz illiyində bütün bunlar barədə geniş söhbət açacağıq. 
 
 
 
 
 
 
 
 
 
Məhəmməd BAHARLI, 
 
 
 
 
 
 
 
 
 
        Əziz AZƏRĠ 
 
 
    
 
 
 
        «Azərbaycan müəllimi» qəzeti,  
    2 dekabr 2005 
 
 
 
Azərbaycan mühacirət mətbuatının  
fədakar tədqiqatçısı 
 
Azərbaycan  mühacirəti  haqqında  son  illərdə  dəyərli  tədqiqat  işləri  yazılmış 
və  yazılmaqdadır  ki,  bu  da  çox  təqdirəlayiqdir.  Alimlərimizin  bir  sıra  tabular 
üzündən  məşğul  ola  bilmədikləri  və  yaxud  qeyri-intensiv  məşğul  ola  bildikləri, 
elmi-ədəbi  ictimaiyyətə,  Azərbaycan  xalqına  təqdim  edə  bilmədikləri  mühüm  bir 
mövzu – Azərbaycan mühacirəti mövzusu geniş bir tədqiqat müstəvisində öyrənilir 
və bu təbiidir. 
Azərbaycanın  da  daxil  olduğu  post-sovet  məkanında  ötən  əsrin  60-cı 
illərindən  başlayan  «yumşalma»,  80-ci  illərin  sonundan  isə  «demokratikləşmə  və 


 
329 
aşkarlıq»  dövründə  həyata  keçirilən  tədbirlər,  əslində  sovet  imperiyasının 
tükənməkdə  olan  ömrünü  uzatmağa  xidmət  edən  ictimai-siyasi,  iqtisadi  proseslər 
idilər, lakin istər-istəməz həmin faktorlar xalqımızın milli-mənəvi intibahında yeni 
bir mərhələnin başlanğıcına da təkan verirdi və onun qarşısını almaq artıq mümkün 
deyildi. 
Azərbaycan  Xalq  Cümhuriyyəti,  erməni  soyqırımı,  Stalin  repressiyaları, 
Azərbaycanın  mühacirət  irsi  və  s.  kimi  problemlər  ətrafında  milli  maraqlarımıza 
cavab  verən  çoxsaylı  elmi  tədqiqatlar  məhz  bu  illərdən  aparılmağa  başlamışdır. 
Lakin, ötən təqribən 20 ilə yaxın bir müddətdə günümüz üçün aktuallıq kəsb edən 
bu mövzulara aid onlarla kitabın, yüzlərlə elmi-publisistik məqalələrin yazılmasına 
baxmayaraq, bu proses bütün aktuallığını saxlamaqdadır. 
Bəri  başdan  deyək  ki,  «müasir  Azərbaycan  mühacirətinin  yaradıcılıq 
axtarışları  bədii  aspekti  ilə  deyil,  elmi-nəzəri  və  publisistik  aspekti  ilə  seçilir. 
İyirminci  yüzildə  Azərbaycan  ədəbiyyatının  mühüm  bir  qolu  mühacirətdə 
yaranmışdır. Əsrin başlanğıcında (sonralar isə Azərbaycan Xalq Cümhuriyyəti və 
II  Cahan  savaşı  illərində)  irtica  və  təqiblərdən  yaxasını  qurtararaq,  Türkiyə  və 
çeşidli Avropa ölkələrinə sığınan Azərbaycan mühacirəti fərqli bir ədəbi məktəbini 
əsasını  qoymuş,  bu  təməl  üzərində  çox  zəngin  olan  bir  ədəbiyyat  yaratmışdır. 
Müasir Azərbaycan mühacirəti oturuşmadığı üçün daha çox mətbuata önəm vermiş 
və bu sahədə müəyyən uğurlar əldə etmişdir. Buna görə də, mühacirətin yaradıcılıq 
axtarışları bədii aspekti ilə  deyil, elmi-nəzəri və siyasi-publisistik çaları ilə seçilir, 
ədəbiyyatşünaslıq  istisna  olmaqla,  ədəbiyyat  sahəsində  onun  fəaliyyəti  nəzərə 
çarpacaq  imzalarla  müşayiət  olunmur»  (Sultanlı  V.  Ədəbi-nəzəri  illüstrasiyalar. 
Bakı, Azərnəşr – 2000, səh.27.). 
Bu  baxımdan,  publisistikamızın  layiqli  qələm  sahibi,  mühacirət  irsimizin 
tanınmış  araşdırıcısı  Abid  Tahirlinin  son  tədqiqat  işlərindən  olan  iki  hissəli 
«Azərbaycan  mühacirət  mətbuatı»  əsəri  (Bakı,  Qapp-Poliqraf»-2002;  Bakı, 
«Ozan»-2003) öz elmi sanbalı və nəzəri konseptuallığı ilə diqqəti cəlb edir. 
...  Abid  Tahirli  1980-ci  illərin  sonu,  90-cı  illərin  əvvəllərində  Azərbaycan 
müstəqil  mətbuatının  flaqmanlarından  olan  «Odlar  yurdu»  qəzetində  redaktor 
müavini,  daha  sonralar  «Vətən»  cəmiyyətində  Avropa  və  Amerika  ölkələri 
şöbəsinin  müdiri  işləmişdir.  İş  təcrübəsində  onun  mətbuat  tariximiz,  mühacirət 
irsimizlə  bağlı  əldə  etdiyi  faktlar,  topladığı  materiallar,  bu  mövzulara  həsr  etdiyi 
elmi,  publisistik  məqalələr  Abid  Tahirlinin  elmi  yaradıcılığının  əsas  kursunu  da 
müəyyənləşdirmiş  oldu.  Tədqiqatçının  namizədlik  dissertasiyasının  yazıçı-
publisist,  naşir,  redaktor,  tərcüməçi  Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığına 
həsr olunması da təsadüfi deyildir. 
Elmi 
tədqiqatını 
Azərbaycan  mühacir  irsinin,  xüsusən  mühacir 
mətbuatımızın tədqiqinə həsr edən Abid müəllimin nəzəri, təcrübi professionallığı, 
bəziləri kimi işə həvəskar deyil, əsl sənətkar kimi yanaşması onun hər bir əsərinin 
əsl səviyyə göstəricisidir. 
Onun  2002-ci  ildə  işıq  üzü  görmüş  «Azərbaycan  mühacirət  mətbuatı» 
kitabının  I  fəslində  Azərbaycan  mühacirlərinin  İstanbulda  nəşr  etdikləri  «Yeni 
Qafqasya»,  «Odlu  yurd»,  «Azərbaycan  yurd  bilgisi»,  Parisdəki  «Azərbaycan», 
Berlindəki «İstiqlal» nəşrləri, onların tarixi, mövzusu və ideya istiqaməti, yazarları, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə