Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə160/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   156   157   158   159   160   161   162   163   ...   176

 
334 
Müəllifin  tədqiqatından  aydın  olur  ki,  bizim  mühacirət  mətbuatımızda 
«1980-ci illərin əvvəllərinədək … Cənubi Azərbaycan mövzusuna demək olar ki, 
təsadüf  edilmir».  Bu  amili  mühacir  mücahidlərin  Cənubi  Azərbaycanla 
təmaslarının  zəifliyi,  yaxud  onların  bu  mövzuya  biganəliyi  ilə  qətiyyən 
əlaqələndirməyən A.Tahirli apardığı araşdırmalarıyla belə nəticəyə gəlir ki, siyasi 
mühacirət bütün qüvvəsini Rusiyanın, bolşevizmin ifşasına, yenicə süquta uğramış 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  taleyinə  yönəltməyə  səfərbər  etmişdir.  Bu 
şəraitdə Cənubi Azərbaycan mövzusunu qabartmaq isə diqqəti əsas problemdən – 
Azərbaycanın  itirilmiş  istiqlalından  və  bolşevizmin  işğalçı  mahiyyətindən 
yayındıra bilərdi. 
Əsərdə  irəli  sürülən  mövzuların  aktuallığı  və  rəngarəngliyinə,  zəngin 
mənbələrə,  bu  sahəylə  bağlı  qələmə  alınmış  fikir  və  düşüncələrə  istinadən  əldə 
edilmiş  nəticələrin  elmi  sanbalına,  tədqiqatın  həcminin  genişliyinə  baxmayaraq, 
kitabın hər iki cildi səlis, rəvan və çox oxunaqlı bir dildə qələmə alınmışdır. Heç 
şübhəsiz,  iki  hissəli  bu  kitab  təkcə  Azərbaycan  mühacir  mətbuatının  deyil, 
ümumən Azərbaycan mühacir irsinin öyrənilməsi və təbliğinə layiqli bir töhfədir. 
Təsadüfi  deyildir  ki,    Abid  Tahirlinin  tədqiqatlarının  nəticəsi  kimi  ərsəyə  gələn 
kitablarından 
Bakı 
Dövlət 
Universitetində, 
Azərbaycan 
Beynəlxalq 
Universitetində, «Xəzər»  Universitetində,  «Təfəkkür»  Universitetində  dərs  vəsaiti 
kimi istifadə olunur. 
Abid Tahirli tədqiqatlarının sanbalı, çəkisi ilə fərqlənən alimlərdəndir. Lakin 
o, araşdırmalarında ardıcıllığı, fədakarlığı, prinsipiallığı və məhsuldarlığı ilə daha 
çox  seçilir.
 
Qarşıladığı  50-ci  yaşının  az  qala  yarısını  mühacirət  probleminə  həsr 
etdiyi elmi-publisistik yaradıcılığı və nəhayət onun qələmə aldığı bu monoqrafiya 
dediklərimizi təsdiqləyir. 
 
 
 
 
 
 
 
 
 
Bayram Ağayev 
 
 
 
 
 
 
          filologiya elmləri namizədi 
 
 
 
 
 
 
       “Kredo” qəzeti, 11 iyun 2005 
 
 
Məhəbbətlə oxuduğum kitablar 
 
Azərbaycan  Beynəlxalq  Universitetində  çalışdığım  90  gün  ərzində 
keçirdiyim fərəh hisslərindən ikisi müəllim yoldaşım Abid Tahirli ilə bağlı oldu. O, 
mənə  əvvəlcə  «Azərbaycan  mühacirəti»,  sonra  isə  «Sözlə  yarananlar,  sözü 
yaşadanlar» kitablarını hədiyyə etdi. Bu kitablarını başqa müəllimlərin, tələbələrin 
də  əlində  gördüm.  Yəqin  ki,  oxuyacaqlar.  Hər  halda,  oxusalar  qazanacaqlar, 
məlumatları,  bilikləri  artacaq.  Mən  də  bu  kitabları  öz  kitabım  kimi,  məhəbbətlə 
oxudum.  Bəli,  kitabı  təkcə  maraqla  yox,  həm  də  məhəbbətlə  oxuyurlar.  Bunun 
üçün bircə şərt var: kitab gərək KİTAB olsun! Taleyin hökmünə bax, həmin gün 
mənə  başqa  bir  «kitab»da  bağışladılar.  Rəvayət  idi,  nə  idi,  bilmədim.  Bircə  onu 
bilirəm  ki,  yüz  belə  «kitabın»  çıxsın,  adına  müəllif  deməyəcəklər. 
Müqayisəyəgəlməz  kitabları  müqayisə  etdiyim  üçün  bəlkə  də  sevimli  Abid 


 
335 
müəllim məndən inciyəcək. Bəlkə də incimədi, çünki biz həm də tələbə yoldaşıyıq, 
o, mənim səmimiyyətimə inanır. Bilir ki, söz ki, gəldi, deyəcəm. Çünki söylədiyim 
həmişə həqiqət olur. 
Abid Tahirlini çoxdan, tələbəlik illərindən tanıyıram. «Vətən» Cəmiyyətində 
fəaliyyəti  gözlərim  önündən  keçir,  «Odlar  Yurdu»  qəzetini  çox  vaxt  elə  ona  görə 
alıb oxumuşam, bəzi nömrələrini indi də saxlayıram. Dissertasiya müdafiə etdiyini, 
filologiya  elmləri  namizədi  olduğunu  da  bilmirdim.  Bildim,  sevindim.  Əslində, 
mənim  aləmimdə  Abid  Tahirli  dissertasiya  yazdı-yazmadı,  öz  elmi-publisistik 
fəaliyyəti  ilə  xalqımızın  çox  görkəmli  simaları  ilə  müqayisə  oluna  bilər.  Bu  fikrə 
şübhə  ilə  yanaşanların  «Azərbaycan  mühacirəti»  və  «Sözlə  yarananlar,  sözü 
yaşadanlar»  kitablarını  oxumaları  kifayətdir.  Ümumiyyətlə,  yaxşı  jurnalist  olmaq 
böyük  şərəfdirsə,  tədqiqatçı-jurnalist  olmaq  xoşbəxtlikdir.  Mən,  bəlkə  də, 
jurnalistikada  müəyyən  iz  qoymuşam,  amma  bu  xoşbəxtliyə  yetişə  bilməmişəm. 
Abid  Tahirli  ikiqat  xoşbəxt  qələm  sahibidir.  Ona  görə  ki,  o,  həm  də  müəllimdir, 
tələbələri var. Mən həmin tələbələrə həm Abid müəllimdən öyrənməyi, həm də onu 
qorumağı  tövsiyə  edirəm.  Söz-sözü  çəkdi,  hiss  etmədən  Abid  Tahirlinin 
kitablarından çox özündən söhbət açdım. Əslində, belə həssas, qüdrətli müəlliflərin 
kitabları  elə  onun  özüdür.  Mən  də  belə  hesab  edirəm  ki,  Abid  müəllim  hər  gün 
mənim əziz qonağımdır. Bir stəkan çay süzürəm, eynəyimi gözümə taxıram, əlimi 
kitab  rəfinə  uzadıram,  «Sözlə  yarananlar, sözü  yaşadanlar»  kitabını  götürürəm  və 
…Abid müəllimlə söhbətə başlayıram: 
- Yadındamı, dostum, sən Belçikadan qayıdanda yolunu «Səhər» qəzetindən 
salmışdın, ilk təəssüratlarını mənimlə bölüşmüşdün… 
Tələbə  dostum,  jurnalist  həmkarım,  müəllim  yoldaşım  Abid  Tahirli 
gülümsünür,  kitabın  növbəti  səhifəsi  çevrilir,  söhbət  uzanır…  Müxtəlif  ölkələrin, 
ictimai-siyasi xadimlərin, mühacirətdə əbədiyyətə qovuşan Vətən oğullarının adları 
çəkilir.  Sonra  Süleyman  Rəhimov,  Elçin,  Əzizə  Cəfərzadə,  Əminə  Dilbazi,  Sabir 
Rüstəmxanlı, Yəhya Məmmədov, Həmid Araslı, Şirməmməd Hüseynov, Cahangir 
Qəhrəmanov və başqaları söhbətə qoşulurlar. Ev qonaqla dolur. Bu qədər hörmətli 
qonağı kim arzulamaz ki? 
Abid Tahirlinin kitablarının qüdrəti onları bizə, sizə, hər bir oxucunun evinə 
toplamaq, dünyasını çoxdan dəyişmiş adamlarla ünsiyyət yaratmaq bacarığındadır. 
Heç bilmirəm, deyim, ya deməyim? Yox, deyəcəm: Abid Tahirlinin bu gözəl 
kitabları  ilə  bağlı  bir  arzum  ürəyimdə  qaldı.  Tələbələrimlə  birgə  nümunəvi 
auditoriya – yaradıcılıq mərkəzi yaratmaq qərarına gəldik. İlk tədbirlərimizdən biri 
də  Abid  müəllimin  kitablarının  təqdimetmə  mərasiminin,  müzakirəsinin 
keçirilməsi idi. Qismət olmadı… 
Şübhə etmirəm ki, Abid Tahirli bizi yeni kitabları ilə sevindirəcək. 
 
 
 
 
 
 
 
 
 
Məzahir Süleymanzadə 
 
 
 
 
 
 
         «Səhər» qəzeti 28 dekabr 2001 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə