Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə162/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   158   159   160   161   162   163   164   165   ...   176

 
338 
tarixinə  dair»,  «Mühacirət  publisistikası:  problemlər  və  vəzifələr»,  «Mühacirət 
nəşrləri  haqqında  ümumi  məlumat»,  «İstiqlal  mücadiləsi  tarixində  mühacirət 
mətbuatının yeri və rolu», «Mətbu orqanlar», «Mühacirət mətbuatının yaradıcıları 
və  əməkdaşlarının,  eləcə  də  mühacir  nəşrlərdə  çıxış  edən  digər  müəlliflərin 
siyahısı»  kimi  maraqlı  məsələləri  diqqət  mərkəzində  saxlayır.  Qeyd  edək  ki, 
bölmənin  özü  həcmcə  kiçik  olsa  da,  sanbalı  baxımından  yüksək 
dəyərləndirilməlidir.  Çünki  burada  müəllif  mühacirət  irsinin  tərkibi  və  həm  də 
Azərbaycan  mətbuatının  tam  hissəsi  kimi  nəzərdən  keçirir.  Daha  sonra  o,  haqlı 
olaraq  göstərir  ki,  mühacirət  mətbuatını  tədqiq  etmədən,  bütövlükdə  Azərbaycan 
mətbuatının  ümumi  səviyyəsi  haqqında  dolğun  təsəvvür  yaratmaq  da  mümkün 
deyil.  Bəlkə  də  müəllifin  yuxarıda  göstərilənlərə  belə  fundamental  nöqteyi-
nəzərdən  yanaşması  təqdim  olunmuş  məlumat-soraq  kitabının  əhəmiyyətini  bir 
qədər  də  artırır.  Maraqlı  haldır  ki,  kitabla  tanış  olduqca  A.Tahirlinin  onu 
maraqlandıran obyekti nə qədər dərindən və mükəmməl bildiyinin şahidi olursan. 
Mühacirət ədəbiyyatı, mühacirət publisistikası və mühacirət mətbuatı haqqında biz 
özümüz  xeyli  dərəcədə  informasiya  və  biliklərə  yiyələnmiş  olsaq  da,  təqdim 
olunmuş  kitab  sözün  həqiqi  mənasında  bu  sahədə  olan  bilgilərimizi 
dolğunlaşdırmaq  və  tamlaşdırmaq  baxımından  maraqlı  mənbə  kimi 
dəyərləndirilməlidir. 
Abid Tahirli kitabın «Mühacirət nəşrləri barədə ümumi məlumat» hissəsində 
məlumat  verir  ki,  1923-cü  ildə  «Yeni  Qafqasya»  İstanbulda    nəşrə  başlamasına 
baxmayaraq,  1927-ci  ildə  Sovet  hökumətinin  Türkiyəyə  təzyiqlərindən  sonra  öz 
fəaliyyətini  dayandırsa  da, sonralar başqa  ad  altında  çapdan  çıxıb. Bundan  başqa, 
İstanbulda XX əsrin 20-30-cu illərində Azərbaycan mühacirlərinin bir sıra mətbu 
orqanları  nəşr  olunurdu.  Onların  sırasında  «Azəri-türk»,  «Yaşıl  yaprak»,  «Odlu 
yurd»,  «Bildiriş»  və  digərləri  vardı.  Adları  çəkilən  və  digər  qəzet-jurnallarla 
F.Köprülüzadə,  A.Battal,  Ə.Z.Validi,  A.İshaki,  X.Nemətulla,  X.Xasməmmədli, 
S.Əhməd, 
M.N.Türkəqul, 
M.B.Məmmədzadə, 
M.Ergin, 
M.Vəkilli, 
N.Şeyxzamanlı, M.Ə.Rəsulzadə, S.Təkinər, S.Rüstəmbəyli kimi tanınmış xadimlər 
əməkdaşlıq ediblər. Elə bu hissədəcə A.Tahirli sonrakı dövrlərdə (XX əsrin 90-cı 
illərində  bu  fəaliyyət  daha  da  güclənib)  «Azərbaycan  türkləri»,  «Xəzər»,  «Araz», 
«Azərbaycan»,  «Aydınlıq»,  «Odlar  ölkəsi»,  «Ana  dili»,  «Savalan»,  «Dədə 
Qorqud»,  «Azərros»,  «Azərbaycan  media»,  «Yurd»,  «İnam»,  «Millət»,  «Qolos 
Azerbaydjana»,  «Araz»  və  digər  qəzet  və  jurnalların  mühacirət  mətbuatımızın 
özünəməxsus  simasının  formalaşmasında  və  inkişafında  mühüm  rol  oynadığını 
xüsusi şəkildə vurğulayıb. 
Məlumat-soraq  kitabının  altıncı  paraqrafında  Abid  Tahirli  göstərir  ki, 
Azərbaycan  mühacirlərinin  ideal,  əqidə,  məslək  tərcümanı  olan  mühacirət 
mətbuatının  xalqımızın  istiqlal  mübarizəsində  əvəzsiz  xidməti  vardır  və  bu  faktı 
danmaq  insafsızlıq  olardı.  Elə  buradaca  müəllif  Azərbaycan  mühacirət  mətbuatı 
tarixində «Yeni Qafqasya»nın xüsusi yeri olduğunu qeyd edir və bu mətbu orqanın 
sonrakıların təşəkkülü, formalaşması və inkişafındakı rolunu önə çəkir. 
…A.Tahirlinin  «Azərbaycan  mühacirət  mətbuatı  (1921-1991)»  məlumat-
soraq  kitabında  əvvəlkilərdən  fərqli  olaraq  oxuculara  mühacirət  mətbuatının 
yaradıcıları  və  əməkdaşlarının,  eləcə  də  mühacir  nəşrlərdə  çıxış  edən  digər 


 
339 
müəlliflərin  siyahısında  83  soyad  təqdim  edib.  Onların  bu  şəkildə  verilməsi 
mühacirət mətbuatımızla maraqlananlar üçün gərəkli bir yardımçı rolunu oynayır. 
Abid  Tahirlini  –  mühacirət  mətbuatımızın  tanınmış,  yorulmaz  və  istedadlı 
araşdırıcısını  jurnalistikamıza  bəxş  etdiyi  bu  əsər  münasibətilə  təbrik  edir,  ona 
orijinallığı və vacibliyilə seçilən sahədə böyük uğurlar diləyirik. 
 
 
 
 
 
 
 
 
 
       Nizami TAĞISOY 
 
 
 
 
 
 
filologiya elmləri doktoru, professor 
      “525-ci qəzet”, 27 dekabr 2007
 
 
 
 
Azərbaycan mühacirətinin tarixi yolu 
 
Abid Tahirli: Azərbaycan mühacirəti. Bakı, Tural-Ə Nəşriyyat Poliqrafiya 
Mərkəzi, 2001. 
 
 
Azərbaycan  mühacirətinin  tarixi  iki  yüz  illə  ölçülür.  Bu  problemlə  məşğul 
olan əksər araşdırıcılar ölkədən ilkin mühacir axınlarının Azərbaycan torpaqlarının 
Rusiya 
ilə 
İran  arasında  bağlanmış  «Gülüstan»  və  «Türkmənçay» 
müqavilələrindən 
sonra 
başlandığı 
fikrində 
şərikdirlər. 
Azərbaycan 
mühacirşünaslığı fənni isə hələ çox cavandır, yalnız ölkəmiz dövlət müstəqilliyini 
əldə etdikdən sonra təşəkkül tapa bilmişdir. Amma buradaca qeyd etmək gərəkdir 
ki, ciddi uğurları var. Əgər ilkin mərhələdə bu sahədə çalışanlar ötən yüz il ərzində 
yaranmış  zəngin  mühacirət  irsimizi  görkəmli  ictimai-siyasi  xadimlərimiz, 
ədiblərimiz alimlərimizin əsərlərini Vətəndə tanıtmaq qayğısına qalır, onların həyat 
və  yaradıcılığına  daha  çox  diqqət  yetirirdilərsə,  artıq  mühacirşünaslığa  dair 
ümumiləşdirici əsərlər də ərsəyə gəlməkdədir. Uzun illər bu sahənin, eyni zamanda 
öyrənilməsi  və  nəzəri  məsələləri  ilə  məşğul  olmuş  Abid  Tahirlinin  «Azərbaycan 
mühacirləri (tarixi, mətbuatı, mədəniyyət mərkəzləri)» kitabı bunun bir faktıdır. 
Kitabın  birinci  bölməsi  məhz  adında  aktuallaşmış  problemləri  araşdırır. 
«Mühacirət tarixinə bir nəzər» məqaləsində problem bu sahədə mövcud digər fikir 
və mülahizələrlə polemika və qarşılıqlı analiz çərçivəsində nəzərdən keçirilir. Belə 
bir  qənaət  hasil  olunur  ki,  «hər  mühacirət  dalğasının  özünəməxsus  spesifik 
xüsusiyyəti,  tarixi  şəraiti  və  səbəbləri  olduğundan,  onun  hər  bir  dəstəyinə  fərdi 
yanaşılmalıdır».  Məhz  bu  kontekstdə  son  yüz  ilin  Azərbaycan  mühacirətinin  beş 
dövr  daxilində  daha  əsaslı  təsnifatına  cəhd  olunur:  1905-1907-ci  illərdən  sonra, 
1915-1920-ci illərdən sonra, 1920-1930-cu illərdə, II Dünya müharibəsindən sonra
1970-1980-ci illərin cənub mühacirəti. 
Əgər  birinci  məqalədə  Azərbaycan  mühacirlərinin  tarixən  gördüyü  işlər 
yığcam  şəkildə  ümumiləşdirilirsə,  «Mədəniyyət  mərkəzləri»  yazısında  siyasi  və 
kültür mühacirətimizin 1980-ci illərin sonu – 1990-cı illərin əvvəlləri üçün gerçək 
vəziyyət,  fəaliyyət  səciyyəsi  ayrı-ayrı  ölkələrin  nümunəsində  təfərrüatlı  şərh 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə