Abġd tahġRLĠ


Milli azadlığa aparan yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə161/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   157   158   159   160   161   162   163   164   ...   176

 
336 
Milli azadlığa aparan yol 
 
Bu  yaxınlarda  «525-ci  qəzet»də  dərc  edilən  «Milli  azadlıq  hərəkatı  və 
«Odlar  yurdu»  qəzeti»  adlı  məqalə  məni  ötən  illərə  qaytardı.  «Bakı»  axşam 
qəzetinin  əsas  şöbəsinə  rəhbərlik  etdiyim  uzun  illər  ərzində  «Odlar  yurdu»nu 
çıxaranlarla təmasda olmuş, sənətimizlə bağlı onlara məsləhətlər vermişəm. O vaxt 
qəzeti müntəzəm izləsəm də, onun bu səviyyədə göstərdiyi xidmət mənə o qədər də 
məlum deyildi. Filologiya elmləri namizədi Abid Tahirlinin sözügedən məqaləsini 
oxuyandan  sonra  qəzetə  də,  onu  yaradan  qələm  dostlarıma  da  rəğbətim  daha  da 
artdı. Bu məqalənin işıq üzü görməsini sizin də uğurunuz hesab edirəm, hörmətli 
525-ci qəzetçilər! 
Məqalədə  diqqətimi  çəkən  daha  bir  vacib  məsələ  barədə  də  fikrimi 
oxucularla bölüşmək istəyirəm. Xalq yazıçısı Elçini çoxdan tanıyıram.  Respublika 
əhəmiyyətli  toplantılarda  dəfələrlə  cəsarətli  çıxışlarını  dinləmişəm,  amma  onun 
milli  azadlıq  hərəkatında  bu  qədər  əməyi  olduğunu  bilmirdim,  bunu  A.Tahirlinin 
məqaləsindən öyrəndim. 
Elə soydaşlarımız var ki, meydan hərəkatı zamanı bir-iki dəfə çıxış etməklə 
özünü zəmanənin qəhrəmanı sayır,  milli azadlıq hərəkatına misilsiz töhfələr bəxş 
etməsi ilə öyünür. Lakin milli şüurun dirçəldilməsinə, əsrlərdən bəri istiqlaliyyətə 
qovuşmağa  can  atan,  bu  məqsəd  naminə  açıq-gizli  iş  aparan  vətənpərvərlərin 
mübarizəsinə inandırıcı sözü və şəxsi nümunəsi ilə yardımçı olan şəxsiyyətlər bir 
növ kölgədə qalıb. Məqaləni oxuduqdan sonra bu qənaətə gəldim: Elçin məhz belə 
şəxsiyyətlərdəndir.  Görün,  «Odlar  yurdu»nun  bir  letuçkasında  o,  nə  deyib: 
«Bilirəm ki, senzura var, Dövlət Təhlükəsizliyi Komitəsi nəzarət edir, lakin dövr 
dəyərlərimizin  doğru,  düzgün  qiymətləndirilməsini  tələb  edir».  Həmin  illərdə 
rəhbər  işçinin  nəinki  belə  mülahizəni  yığıncaqda  söyləməsi,  hətta  kiməsə  deməsi 
böyük cəsarət tələb edirdi. 
Yaxud  qanlı  yanvar  hadisələrindən  sonra,  hərbi  senzuranın  Azərbaycanda 
tüğyan etdiyi bir vaxtda Elçin Əfəndiyevin rəhbərlik etdiyi «Vətən» Cəmiyyətində 
yerləşdirilən  teleks  vasitəsilə  görülən  işlərə  nəzər  yetirək.  Hadisə  olan  gündən 
Bakıda  baş  verənlər  barədə  dünyanın  müxtəlif  guşələrinə  həmin  telekslə 
məlumatlar  ötürülürdü.  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  Allahşükür 
Paşazadənin SSRİ prezidenti Qorbaçova ünvanlandırdığı məşhur ittiham-müraciət 
məhz «Vətən» Cəmiyyəti vasitəsilə planetin bir sıra ölkələrinə yayılıb. AXC sədri 
Ə.Elçibəy  buradakı  teleks  vasitəsilə  Türkiyə  jurnalistlərinə  müsahibə  vermək 
xahişi  ilə  Elçinə  müraciət  etmişdi.  Fövqəladə  vəziyyət  olmasına  baxmayaraq,  o, 
razılıq  vermişdi.  Belə  bir  riskə  isə  xalqını  qəlbən  sevən,  milli  azadlıq  hərəkatına 
bütün  varlığı  ilə  kömək  etməyə  hazır  olan,  bu  amal  naminə  heç  bir 
məhrumiyyətdən qorxmayan adam gedə bilərdi. 
Əlbəttə,  bütün  bunlar  təbii  idi.  1987-ci  ilin  dekabrında  «Vətən» 
Cəmiyyətinin filarmoniyada keçirilən təsis konfransında Elçinin dediyi sözlər indi 
də 
yadımdadır:  «Biz  milli  şüurun  formalaşmasına  çalışmalı,  milli 
mədəniyyətimizin əldə etdiyi uğurların yüksək təbliğ tribunasından yayılması, ana 
dilinin daha geniş işləməsi və mənimsənilməsi üçün fəaliyyət göstərməliyik». 


 
337 
Qəlbi xalqımızın səadəti naminə çırpınan qələm yoldaşlarıma, eləcə də xalq 
yazıçısı Elçinə bu müqəddəs işdə yeni-yeni uğurlar diləyirəm. 
 
 
 
 
 
 
 
 
 
 
 Əliabbas Əlimədətoğlu 
 
 
 
 
                          Azərbaycan Respublikasının Əməkdar   
                                                        jurnalisti 
 
 
 
 
 
 
   «525-ci qəzet», 26 dekabr 2000. 
 
 
 
Mühacirət mətbuatımızın tarixinə dair maraqlı mənbə 
 
Mühacirət  mətbuatı,  o  cümlədən  mühacirət  ədəbiyyatı  və  publisistikasının 
yorulmaz  tədqiqatçısı  filologiya  elmləri  doktoru  Abid  Tahirli  ömrünün  və 
araşdırıcılıq  fəaliyyətinin  iyirmi  ildən  çoxunu  mədəniyyətimizin  öyrənilməsinə 
həsr  edib.  Bu  sahəyə  həsr  etdiyi  çoxsaylı  qəzet,  jurnal  və  müxtəlif  məcmuələrdə 
çıxmış  yüzlərlə  sanballı  və  rəngarəng  məqalələrlə  yanaşı,  müəllifin  bir-birinin 
ardınca «Azərbaycan mühacirəti», «Sözlə yarananlar, sözü yaşadanlar», iki hissəlik 
«Azərbaycan  mühacirət  mətbuatı»,  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika (1921-1991)» kimi gərgin əməyin bəhrəsi olan kitabları işıq üzü görüb. 
Abid Tahirlinin əvvəlki kitablarının fundamental istiqamətini davam etdirən 
və  bu  yaxınlarda  «Çinar-Çap»  nəşriyyatında  işıq  üzü  görmüş  «Azərbaycan 
mühacirət  mətbuatı  (1921-1991)»  məlumat-soraq  kitabı  öz  orijinallığı,  struktur-
kompozisiya və məzmun mündəricəsi ilə fərqlənir. 
A.Tahirli  bu  kitabında  nəinki  mühacirət  mətbuatının  mühüm  məsələlərini 
nəzərdən  keçirir,  həm  də  oxucu  və  tədqiqatçıların  diqqətini  bu  sahədə  həllini 
gözləyən  olduqca  ciddi  problemlərə  yönəldir.  Onun  fikrincə,  Azərbaycan 
mühacirət  mətbuatının  tarixi,  mühacirət nəşrləri, qəzet və  jurnallar,  onların naşir, 
redaktor  və  mühərrirləri,  toxunduqları  problemlərdən  qaynaqlanmaqla  xeyli 
tədqiqat  əsərləri  işləyib  jurnalistikamıza  bəxş  etmək  olar.  Bu  sıradan 
M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  C.Hacıbəyli,  Ə.Cəfəroğlu,  S.Rüstəmbəyli, 
M.Şeyxzamanlı, 
M.Y.Mehdiyev, 
F.Daryal, 
H.Baykara, 
M.Altunbay, 
Ə.B.Yurdsevər,  S.Təkinər,  H.Münşi  və  başqalarının  publisistikası  ayrı-ayrılıqda 
ciddi tədqiqat obyekti ola bilər. 
Bütün  bu  məsələlərin  yerli-yataqlı  çözülməsinə  isə,  yenə  də  müəllifin 
qənaətinə  görə,  Bakı  Dövlət  Universitetinin  Mətbuat  tarixi  kafedrası  yanında 
mətbuat tarixinin tədqiqi ilə bağlı yaradılacaq Mərkəz kömək edə bilər. 
Abid  Tahirlinin  təqdim  etdiyi  məlumat-soraq  kitabının  bir  cəhəti  haqqında 
da danışmağı zəruri hesab edirik. Bu, onun kitabda çoxsaylı illüstrativ materialdan 
uğurla istifadə etmə və onu müvafiq ardıcıllıqla vermə bacarığıdır. 
«Azərbaycan  mühacirət  mətbuatı  (1921-1991)»  məlumat-soraq  kitabı  dörd 
qeyri-proporsional  bölmədən  ibarətdir.  Müəllif  kitabın  birinci  –  «Azərbaycan 
mətbuatının bir parçası – mühacirət mətbuatı» bölməsində «Mühacirət mətbuatının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə