Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə164/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   160   161   162   163   164   165   166   167   ...   176

 
342 
orqanizmaya  benzetirsek,  Odlar  Yurdunu  ona  qida  veren  orqanlardan  biri  olarak 
hesaplamalıyız.  Çünkü  bu  qazete,  1918  yılı  ile  1988  yılları  arasında  bir  manevi 
köprü  oluşturup  alaka  kurdu,  halkın  milli  şüurunun  uyanması  için  çok  büyük 
hizmet  gördü.  Gazetenin  sahifelerinde,  ana  dili,  tarihimizden  yapraklar, 
Azerbaycan  edebiyatı  gibi  konulardakı  yazıları  ile,  okuyucuya  kendi  tarihi, 
medeniyeti  və  edebiyatı  ile  alaka  kurmaya,  onunla  öğünmeye,  onu  korumaya  ve 
zenginleştirmeye çağırırdı. 
Aynı  bölümde  yer  alan,  Difai  tecavüz ve terörden  müdafie  başlıklı  makale 
ise,  Azerbaycanda  1905  yılı  sonrası  başlayan  ve  Ermenilerin  bir  soykırıma 
dönüştürdükleri  katliamlara  karşı  mücadele  etmek  maksadı  ile  kurulan  Difai 
Partisine ayrılmıştır. Yazar özellikle Sovyet dönemi kaynaklarında ve Azerbaycan 
Sovet  Ansiklopedisinde,  bu  partinin  kurulması,  mücadelesi,  proğramı  ile  ilgili 
hususlarda  yer  olmamasının  garezden  kaynaklandığını ifade  etmesi  ve bu hususta 
yapılan çalışmalara dair yazdıkları da yine takdire şayandır. 
Eserin  ikinci  bölümü  müsahibeler  mübahiseler  adını  taşımaktadır. 
Faaliyetsizlik  milli  hıyanettir  başlığı  altında,  Ebulfez  Elçibey,  Şirmemmed 
Hüseyinov,  Sabir  Rüstemhanlı,  Süleyman  Rehimov,  Cihangir  Kahramov,  Hamit 
Araslı,  Azize  Caferzade,  Yahya  Memmedov,  Merahim  Ferzelibeyov  ve  Emine 
Dilbazi  ile  yapılan  görüşmelerden  oluşmaktadır.  Burada,  Sovyet  döneminde 
yaşanan  olaylar  ve  Azerbaycan  Türklerinin  istiklal  ateşi  ile  yanan  bağırları 
üzerinde sönmeyen hürriyet ateşi değerlendirilmektedir. 
Eserin  üçüncü  faslı,  Tedkikatlar  ve  Tedkikatçılar  adını  taşımakta  olub, 
burada da Azerbaycan medeniyetine katkısı olanlara dair yazılan eserler hakkında 
bilgi  bulunmaktadır.  Bunlar  arasında  İlyas  Efendiyev,  Elmeddin  Elibeyzadenin 
Kitabi-Dede Korkut, Ceyhun Hacıbeyli ve Hüseyin Ahmedov hakkında bilgiler yer 
almaktadır. 
Dördüncü ve son fası lise, Son ucu ölümlü dünya adını taşımakta olup, yazar 
babasının hatırasına atfetmiştir. 
Genel  olarak  bakıldığında,  eserin  özellikle  ilk  iki  bölümünde  yer  alan 
bilgiler,  1991  yılında  Azerbaycan  Türklerinin  istiklalını  kazanmaları  öncesi 
verdikleri  mücadeleyi  ve  bu  mücadelenin  kahramanlarının  ortaya  koydukları 
başarılar  birinci  el  kaynak  ve  tanıdık  simalardan  toplanan  bilgiler  işığında 
verilmiştir.  Gelecekte,  yakın  dönem  Azerbaycan  tarihi  konusunda  araştırma 
yapmak isteyenlerin ve bu dönemde ortaya konulan Türklük mücadelesini merak 
edenlerin hararetle okuyacakları bir kitaptır. 
 
 
 
 
 
 
 
 
 
           Sebahattin ġimĢir 
 
 
 
 
 
«Orkun», türkçü dergi, 82 sayı, ocak 2005. 
 
 
 
 
 
 
 


 
343 
Mühacirlərimizin publisistikası tədqiqat obyekti kimi 
 
Ötən  əsrin  80-90-cı  illərindən  başlanan  azadlıq  hərəkatı  və  nəhayət, 
qazanılmış  müstəqillik  bir  çox  mətləblərlə  yanaşı,  mühacir  sözünün  üstündən  də 
qara pərdəni götürdü. Vətən yaxın-uzaq ellərə səpələnmiş, zamanın, fələyin hökmü 
ilə  dərbədər  edilmiş,  «satqın»,  «xain»  adı  ilə  damğalanmış  övladlarını  aramağa, 
axtarmağa  başladı.  Kimlər  yox  idi  onların  arasında:  ürəyi  daim  Vətənlə  birgə 
döyünən, yad ellərdə, torpaqlarda Azərbaycan adını uca tutan, ona qovuşmaq üçün 
ideya, söz savaşına qoşulan minlər, milyonlar. 
Təbii  ki,  uzun  illər  müxtəlif  ölkələrdə  məskunlaşan  həmvətənlərimizin 
özünüifadəsi,  azərbaycançılıq  ideyalarının  qorunması  üçün  ən  dəyərli  vasitə 
mətbuat  olmuşdur.  Təsadüfi  deyil  ki,  Azərbaycan  mühacirətinin  görkəmli 
simalarından  Məmmədəmin  Rəsulzadə,  Ceyhun  bəy  Hacıbəyli,  Mirzə  Bala 
Məmmədzadə  və  başqaları  öz  mübarizələrini  təsis  və  nəşr  etdirdikləri  mətbu 
orqanları  vasitəsilə  həyata  keçirirdilər.  Bununla  da  onlar  milli  jurnalistikamızın 
yeni – mühacirət mətbuatı qolunu yaratdılar.
 
Artıq bir neçə ildir ki, tədqiqatçı-jurnalist Abid Tahirli milli mətbuatımızın 
mühacir  qanadının  tədqiqi  ilə  məşğuldur  və  onun  əldə  etdiyi  faktlar,  nümunələr, 
apardığı  araşdırmalar  bu  gün  sanballı  bir  monoqrafiyanın  meydana  çıxmasına 
səbəb  olmuşdur.  «Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)» 
adlanan  bu  monoqrafiya  bir  neçə  fəsildən  ibarətdir.  Əsərdə  «Yeni  Qafqasya», 
«Azəri türk», «Odlu yurd», «Qurtuluş», «İstiqlal», «Azərbaycan» (Ankara), «Türk 
yolu»,  «Azərbaycan»  (Münhen),  «Qafqaz  almanaxı»,  «Azər»,  «Qafqasya»  və  s. 
kimi  mətbu  orqanlarda  dərc  olunmuş  müxtəlif  mövzulu  publisistik  materiallardan 
istifadə  olunmuşdur.  Dövlət  və  şəxsi  arxivlərdə  saxlanılan  sənədlər,  mühacirət 
mətbuatı ilə bağlı digər materiallara istinad edilmişdir. 
A.Tahirli bu monoqrafiyası ilə milli mühacirətin yaranmasına, keçdiyi tarixi 
yola  nəzər  salmış,  mühacirət  jurnalistikası  və  mətbuatının  yaranmasını,  inkişaf 
mərhələlərini  tədqiq  etmiş,  publisistik  materialları  mövzu,  ideya,  dil-üslub, 
sənətkarlıq baxımından dəyərləndirmiş, bu nümunələr əsasında  müəlliflərin irsini, 
onların  yaradıcılıq  yolunu  öyrənmiş,  qiymətləndirmişdir.  Yeri  gəlmişkən  qeyd 
edək ki, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin elmi şurasının qərarı ilə 
nəşr  olunan  bu  monoqrafiya  eyni  zamanda  gələcək  jurnalistlər  üçün  sanballı  bir 
dərs vəsaitidir. 
Bu  əsərdəki  maraqlı  məqamlardan  biri  də  ondan  ibarətdir  ki,  tədqiqatçı 
dolğun,  tutarlı  faktlara  istinad  edərək,  mühacirət  mətbuatı  tarixinin  «Yeni 
Qafqasiya» ilə yox, «Molla Nəsrəddin» jurnalının Təbriz nömrələri ilə başlandığını 
diqqətə çatdırır. 
Əsər  barədə  öz  fikirlərini  bildirən  mərhum  filologiya  elmləri  doktoru, 
professor  Xeyrulla  Məmmədov  monoqrafiyanı  geniş  təhlil  etdikdən  sonra,  haqlı 
olaraq  bu  qərara  gəlir  ki,  bu  elmi-tədqiqat  işini  cəsarətlə  sahənin  lokomotivi 
adlandırmaq  olar.  Çünki  tədqiqatçılarımız  arasında  bu  mövzuya  məhz  A.Tahirli 
daha dərindən və konseptual yanaşmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə