Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə154/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   150   151   152   153   154   155   156   157   ...   176

 
322 
nəzəri  axtarışlar  apardı,  monoqrafiyalar  yazdı,  ekranda,  efirdə,  mətbuat 
səhifələrində tez-tez göründü. 
Mən  Abid  Tahirlinin  imzasına  ilk  dəfə  «Odlar  yurdu»  qəzetində  rast 
gəlmişəm.  Onun  vətən  duyğulu,  yurd  qoxulu  yazıları  məndə  təkcə  xoş  təəssürat 
yaratmayıb, həm də  tarixən ikiyə parçalanan Azərbaycanın dərdlərinə aşina edib. 
Çünki  onun  elmi-publisistik  yazıları  məzmun  və  mündəricəsinə  görə  bütöv 
Azərbaycan  idealına əsaslanır. Abidin əsərlərində vətənin ağrı-acıları doğma, cana 
yaxın  bir  insanın  kədəri  kimi  yaşanır,  onun  çətinliklərini  çəkməkdən  qürur 
duyanların  fəziləti  görünür.  «Mənim  kimi  Balan  ölsün,  ay  Vətən!»  -  deyənlərin 
harayı eşidilir. 
Abid  Tahirlinin  Azərbaycan  mühacirətinin  müxtəlif  problemləri,  şəxsiyyət, 
fakt  və  hadisələrinə  həsr  olunan  çoxsaylı  məqalələri,  «Deyilən  söz  yadigardır», 
«Azərbaycan  mühacirət  mətbuatı»  (II  hissəlik),  «Sözlə  yarananlar,  sözü 
yaşadanlar»,  «Azərbaycan  mühacirət  mətbuatında publisistika  (1921-1991)»  kimi 
monoqrafiyaları onun yaradıcılıq axtarışlarını şərh etməyə geniş material verir. Bu 
əsərlər  yalnız  onun  elmi-nəzəri  mövqeyini  deyil,  həm  də  şəxsiyyət  və  vətəndaş 
kimliyini  aydınlaşdırmağa  ciddi  əsaslar  yaradır.  Abid  o  şəxsiyyətlərdəndir  ki, 
əqidəsi-amalı vətənə, yurda, haqq işinə xidmətin nümunəsi, ömür-gün həqiqətdir. 
Bu  fikri  mən  ona  görə  birmənalı,  açıq-aydın  deyirəm  ki,  Abidi  artıq  «az-çox» 
tanıyıram, həm də əsərlərini diqqətlə oxuyaraq onun mülahizələrinə, düşüncələrinə 
yaxından  bələd  olmuşam.  Onun  hələlik  sonuncu  olan  fundamental  «Azərbaycan 
mühacirət  mətbuatında  publisistika»  (1921-1991)  monoqrafiyasını  redaktə 
edərkən,  Dövlət  Universitetində  həmin  əsərin  geniş  müzakirəsində  olarkən  də  bu 
qənaətdə  olmuşam.  O,  Azərbaycan  mühacirət  mətbuatının  ən  sanballı  əsərini 
ortaya qoymaqla bir sıra məsələlərin ilk dəfə elmi-nəzəri qiymətini verir. Belə ki, 
Azərbaycan  mühacirətinin  siyasi  ideyaları,  kültür  siyasəti,  milli  dövlətçilik 
uğrunda  mübarizəsi,  onların  həyat  salnaməsi  Abidin  əsərində  sərgilənir.  Onun 
Azərbaycan  mühacirət  mətbuatının  çoxçeşidli  mənzərəsini  işıqlandırması  bu 
baxımdan  diqqətəlayiqdir  və  gələcəkdə  şübhəsiz  ki,  yeni  tədqiqatlara  təkan 
verəcəkdir.  Odur  ki,  Abid  müəllimin  müəyyənləşdirdiyi  və  təsnifat  verdiyi 
mühacirət mətbuatına diqqət yetirmək hər birimizin vətəndaşlığına və elmi-nəzəri 
axtarışlarına  bağlı  bir  məsələdir.  Abid  öz  tədqiqatında  Azərbaycan  mühacirət 
mətbuatından danışaraq bildirir ki: 
-  Azərbaycanda  bolşeviklərin  hakimiyyətə  gəlməsindən  sonra  yaranan  ilk 
satirik  nəşr  –  «Molla  Nəsrəddin»  jurnalı  (Təbriz,  1921).  Jurnal  kifayət  qədər 
araşdırıldığından,  tədqiqat  işində  bu  nəşr  barədə  geniş  bəhs  edilməsi 
məqsədəmüvafiq sayılmamışdır; 
-  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  ölkəni  tərk  etməyə 
məcbur olan mühacirlərin siyasi nəşrləri – «Yeni Qafqasya» (1923-1927), «Azəri-
türk»  (1928-1930),  «Yaşıl  yarpaq»  (1928),  «Odlu  yurd»  (1929-1931),  «Bildiriş» 
(1930-1931). 1923-1931-ci illərdə işıq üzü görən bu orqanları şərti olaraq İstanbul 
nəşrləri adlandırmaq olar. «Azərbaycan» (Paris, 1926); 
-  Azərbaycan  mühacirlərinin  elmi-nəzəri-mədəni  nəşri  «Azərbaycan  yurd 
bilgisi» (1932-1934 və 1954); 


 
323 
-  1930-cu  illərin  Azərbaycan  mühacirət  mətbuatı  («İstiqlal»  qəzeti  (1932-
1934), «Qurtuluş» jurnalı (1934-1939), «Milli Azərbaycan Müsavat Xalq Firqəsi» 
bülleteni (№ 1, 1936). 
Bunlardan  başqa,  həmin  dövrdə  1-2  nömrəsi  çapdan  çıxan  məcmuələr: 
«Açıq  söz»  (1936,  2  nömrə),  «Kutlu  od»  (1936-1937,  2  nömrə),  «Aydın  yol» 
(1937, 1 nömrə), «Doğru söz» (1937, 2 nömrə), «Vətən diləyi» (1937, 1 nömrə), 
«Millət  andı»  (1938,  1  nömrə),  «Yasamız»  (1938,  1  nömrə),  «İlham  qaynağı» 
(1938, 1 nömrə). «Müqəddəs odlar ölkəsi» (1938, 1 nömrə), «Haqqın səsi» (1938, 
1 nömrə), «Dilək» (1939, 4 nömrə), «Haqq» (1939, 1 nömrə), «Həmlə» (1939, 1 
nömrə); 
-  İkinci  Dünya  müharibəsi  dövründə  legionerlərin  Berlin  nəşrləri: 
«Azərbaycan», «Hücum», «Milli birlik» (1943-1945); 
-  1950-80-ci  illərin  mühacir  nəşrləri:  «Azərbaycan»  (1952,  Ankara), 
«Azərbaycan»  (1952,  Münhen),  «Mücahid»  (1955),  «Türk  yolu»  (1951), 
«Ərqənəqon  yolu»  (1951),  «Türk  izi»  (1951)  və  s.  –  1980-ci  illərin  ikinci 
yarısından nəşrə başlayan mətbuat: «Ana dili» (Bonn), «Odlar ölkəsi» (Edinburq), 
«Dədə  Qorqud»  (İspaniya),  «Qürbət»  (Brüssel),  «Aydınlıq»  (London), 
«Azərbaycan  türkləri»,  «Xəzər»  (İstanbul),  «Azərbaycan»  (Stokholm), 
«Azərbaycan»  (Vaşinqton),  «Araz»  (Lund,  İsveç),  «Azər»  (Berlin),  «Ərk» 
(Almaniya), 
«Ziya» 
(Moskva), 
«İnam» 
(Sankt-Peterburq), 
«Savalan» 
(Dnepropetrovsk), «Millət» (Simferopol), «Araz» (Kişinyov) və s. 
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə (1991-ci ildən) 
nəşr  olunan  mətbu  orqanlar.  Bu  dövrdə  ABŞ,  Rusiya  Federasiyası,  Ukrayna, 
Almaniyada bir sıra mühacir nəşrlər fəaliyyət göstərirlər. 
Bunlar  Azərbaycanın  mədəni-mənəvi  sərvətidir  və  dünyada  xalqımızın 
müasir sivil normalara layiq imicini yaratmağa xidmət edənlərin işinin nəticəsidir. 
Onlarla bizi ilk dəfə Abid hərtərəfli tanış edir. Sovet hakimiyyəti illərində, totalitar 
rejim  dövründə  dəmir  pərdələr  arxasında  qalan,  belə  deyək,  «dünyanın  o  biri 
üzündə  bizim  üçün  yaşayanlarla»  Abidin  əsəri  sayəsində  ünsiyyət  qura  bilirik. 
Abid müəllim indi ömrünün müdriklik çağını yaşayır və elmə, sənətə, ədəbiyyata, 
milli  jurnalistikamıza  dərindən  bələd  olan  bir  alim  kimi,  söz  səlahiyyətlisi  kimi 
tanınır. Çünki o irs-varislik əlaqəsinə və halal zəhmətinə güvənən bir həmkarımız, 
aydın  sabahlara  doğru  yol  gedən  ziyalı  alimimiz,  vətəndə  və  qürbətdə 
yaşamasından asılı olmayaraq, hər zaman Azərbaycana bağlı duyğuların yaratdığı 
«mənlik»  şüurunun  daşıyıcısıdır.  Odur  ki,  bu  yubiley  günlərində,  ömrünün  50-ci 
aşırımında ona dostları, həmkarları adından ən gözəl günləri, cansağlığı və uğurlu 
axtarışları mən arzulayıram. 
 
 
 
 
 
 
 
 
 
 
         ġamil VƏLĠYEV 
 
 
 
 
 
       filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti», 2 dekabr 2005 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə