Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə152/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   148   149   150   151   152   153   154   155   ...   176

 
318 
«Mühacirət  publisistikasında  sənətkarlıq  məsələləri»  adlı  III  fəslin  iki 
paraqrafında tədqiqatçı ən əvvəl Azərbaycan publisistika tarixi və publisistikasının 
elmi-nəzəri  irsinə  nəzər  salır.  M.F.Axundov,  H.Zərdabi,  N.Vəzirov,  M.Sidqi, 
M.Ə.Talıbov,  Z.Marağayi,  E.Sultanov,  F.Köçərli,  M.Şaxtaxtinski,  Cəlil 
Məmmədquluzadə,  Ömər  Faiq  Nemanzadə,  T.Bayraməlibəyov,  S.M.Qənizadə, 
N.Nərimanov, Ə.Haqverdiyev, R.Əfəndiyev kimi qələm sahiblərinin publisistikanı 
bir  janr  kimi  yeni  məzmun  və  forma  baxımından  zənginləşdirdiklərini  qeyd  edən 
A.Tahirli  mühacirət  publisistikasının  da  Azərbaycan  mühacirət  tarixində  yeri  və 
rolunu təhlil süzgəcindən keçirərək yüksək dəyərləndirir. 
Tədqiqatçı  Abid  Tahirli  mühacirət  publisistikasının  xarakterik  və  fərqli 
cəhətlərini məharətlə açıqlayır. O göstərir ki, mühacirət publisistikası bir tərəfdən 
mövzuya  uyğun  olaraq  alovlu,  pafoslu  ifadə  tərzi  ilə  fərqlənir,  digər  tərəfdən 
kövrək, həzin üslubu ilə seçilir. Əgər söhbət Azərbaycan istiqlalından, bolşevizmə 
və  rus  imperializminə  qarşı  mübarizədən  gedirsə,  publisistik  nümunələr  mübariz 
ruhu,  prinsipial  mövqeyi,  kəskin  ifadə  və  ibarələri  ilə  diqqəti  çəkir:  əgər  müəllif 
Vətən  həsrətindən  qürbət  həyatından  bəhs  edirsə,  mətn  üçün  obrazlı,  ehtiraslı  dil 
səciyyəvidir. Abid Tahirli yazır: «Mühacir mətbuatında publisistika tamamilə yeni 
keyfiyyət  və  yeni  mahiyyət,  məna  kəsb  edir. Mühacirlərin ideoloji  mübarizəsində 
kəskinliyi, son dərəcə sərtliyi ilə seçilən publisistik nümunələr, həm də mühacirət 
həyatının salnaməsidir. 
Beləliklə, ölkədə yaşayıb-yaradan müəlliflərin publisistikası ilə mühacirətdə 
yaranan publisistikanı bir-birindən kəskin fərqləndirən bir sıra xüsusiyyətlər ortaya 
çıxır: 
-  bütün  çətinliklərə  rəğmən  mühacirət  publisistikası  ideyanı,  fikri  ifadə 
etmək baxımından daha sərbəst və azaddır; 
-  ölkədəki  publisistika  sovet  dövründə  senzuralı,  sifarişli  partiyalı 
olduğundan müəyyən çərçivəyə salınır, sovet həyat tərzinin tərənnümçüsü rolunu 
oynayırdı,  mühacirət  publisistikası  üçün  bir tərəfdən  döyüşkənlik və  üsyankarlıq, 
digər tərəfdən həsrət, vətən yanğısı çox xarakterikdir: - qürbət həyatının çətinlikləri 
mühacirət publisistikasında bir sıra dil, üslub problemləri yaratmışdır; 
-  ötən  əsrin  20-30,  50-60-cı  illərində  buraxılan  mühacir  nəşrlərdə  ərəb, 
osmanlı,  80-90-cı  illərdə  mətbu  orqanlarında  tez-tez  təsadüf  edilən  fars  sözləri 
mətni ağırlaşdırır, ona xələl gətirir
-  mühacirət  publisistikasının  oxucu  auditoriyası  kimi  mövzu  dairəsində 
nisbətən  məhduddur.  Rus  imperializminin,  bolşevizminin  ifşası  SSRİ  xalqlarının 
dözülməz,  ağır  həyatı,  istiqlal  tarixi  və  istiqlal  uğrunda  mücadilə  aparan 
qəhrəmanların  həyat  və  fəaliyyəti,  sovet  rejiminin  təzyiq,  təqib  və  işgəncələrinə 
məruz  qalan  insanların  taleyi,  Qafqaz  birliyi  ideyası,  Sovetlərin  ədəbi-mədəni  və 
din  sahəsindəki  siyasətinin  tənqidi  mühacirət  publisistikasının  aparıcı  mövzuları 
olmuşdur». 
Abid Tahirli mühacir müəlliflərin publisistika irsindən nümunələr verməklə, 
onların sənətkarlıq problemlərini dərindən təhlil edir, dəyərləndirir, müvafiq elmi-
nəzəri qənaətlərə gəlir. Tədqiqatçı monoqrafiyanın «Nəticə» hissəsində problemin 
həlli  ilə  bağlı  araşdırmaları  ümumiləşdirir,  yekunlaşdırır,  sahə  tədqiqatçıları 
qarşısında  duran  vəzifələrindən  bəhs  edir,  bu  gün  də  aktual  və  əhəmiyyətli  olan 


 
319 
mühacirət  mətbuatı  probleminin,  o  cümlədən  publisistikasının  daha  geniş  şəkildə 
tədqiqinin vacibliyini göstərir. 
Beləliklə, 
Abid  Tahirlinin  monoqrafiyası  ilə  bağlı  fikirlərimizi 
yekunlaşdıraraq,  bu  qənaətə  gəlirik  ki,  elmi-tədqiqat  işini  cəsarətlə  sahənin 
lokomotivi adlandırmaq olar. 
 
 
 
 
 
 
 
 
 
        Xeyrulla MƏMMƏDOV 
 
 
 
 
 
filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
     (Abid Tahirli. Azərbaycan mühacirət 
 
 
 
 
 
     mətbuatında publisistika (1921-1991). 
 
 
 
 
 
     Bakı, 2005, “Ozan” nəĢriyyatı. Kitaba 
 
 
 
 
 
     ön söz əvəzi) 
 
 
 
MühacirətĢünas alim 
 
Milli-mənəvi sərvətlərin taleyi üçün cavabdehlik əsl ziyalı xislətidir. Zaman-
zaman ziyalılarımız öz şəxsi rahatlıqlarını unudaraq millətin gələcəyi naminə onun 
keçmişi ilə bağlı sənədləri, fikir və mülahizələri toplayıb tədqiq edərək müasirliyin 
xidmətinə veriblər. Çoxlarının öz şəxsi rifahları naminə əcnəbi ölkələrə üz tutduğu, 
zəka  alverinin  amansız  bir  tərzdə  gücləndiyi  bizim  dövrdə  belə  bir  ziyalı  və 
vətəndaş  işinin  intixab  etmək  az  qala  qəhrəmanlığa  bərabərdir.  Bu  gün  bu  tarixi 
missiyanı  təmənnasız  bir  şəkildə  öz  üzərinə  götürüb  ləyaqətlə  icra  edən 
ziyalılardan biri Abid Tahirlidir. 
Hələ  1989-cu  ildə  Azərbaycan  xalqının  tarixi  taleyi  sınağa  çəkiləndə 
Belçikadan  «Tərcüman»  qəzetinin  müxbiri  Yusif  Çinal  əməkdaşı  olduğu  qəzetə 
yazırdı:  «Avropaya  gələn  sovet  qrupundakı  qəzetçi  Abid  Tahirli  ilk  iş  olaraq 
Avropada  yaşayan  azərilərlə  türkləri  tapıb  onlarla  dərdləşmək  oldu.  Abid  Tahirli 
«Bu  gün  Azərbaycan  üzərində oyunlar oynanılır.  Qarabağ bizim  canımızdır.  Heç 
kim həvəslənməsin» dedi». 
Bu  cəsarətli  sözlər  o  zaman  tanınmış  jurnalist  olan  mənim  dostum  Abid 
Tahirlinin vətəndaş mövqeyi  idi. Məhz bu  mövqedən də onun  mövzusu  müəyyən 
olundu, bir alim kimi tədqiqatçılıq fəaliyyəti başlandı. Bu mövzunun adı o zaman 
çox az araşdırıcılara məlum, unudulmuş MÜHACİRƏT idi. 
Abid Həmid oğlu Tahirli düz əlli il əvvəl – 1955-ci il noyabrın 30-da qədim 
Qəbələ bölgəsinin Nohurqışlaq kəndində anadan olub. Hələ IX sinifdə oxuyarkən 
yazdığı «Sinoptiklər» hekayəsinə görə o vaxt hamımıza doğma olan «Azərbaycan 
pioneri»  qəzetinin  keçirdiyi  yaradıcılıq  müsabiqəsinin  qalibi  olub.  Sonra 
Azərbaycan  Dövlət  Universitetində  coşqun  tələbəlik  illəri  (1975-1980)  və  bu 
unudulmaz  illəri  «Bakı»,  «Azərbaycan  müəllimi»,  «Sovet  kəndi»,  «Azərbaycan 
təbiəti»  kimi  mətbuat  orqanlarında  çap  olunan  yazıların  sevincləri  onun  taleyinə 
yazılıb. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə