Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   25   26   27   28   29   30   31   32   ...   176

 
58 
məcmuəsində  «XVIII  əsrin  əvvəllərinin  Azərbaycan  tarixçisi  Abbasqulu  ağa 
Bakıxanov»  məqaləsi,  1933-cü  ildə  həmin  məcmuədə  «Qarabağ  dialekti  və 
folkloru»,  1930-cu  ildə  Londonda  «Asiatie  Review»  məcmuəsində  «Azərbaycan 
mətbuatı tarixi» və b. əsərləri çap olunur. C.Hacıbəyli «Kavkaz» jurnalının fransız 
nəşrinə Parisdə, «Azərbaycan» jurnalına Paris və Münxendə redaktorluq etmişdir. 
Fransız  dilini  mükəmməl  bilməsi  ona  bu  dilə  öz  vətəninin  folkloru,  tarixi, 
ədəbiyyatı, musiqisi və s. mövzularında tərcümələr etməyə, həm də bu dildə ciddi 
əsərlər yazmağa, onları dərc etdirib öz düşüncələrini Qərb oxucuları ilə bölüşməyə 
imkan vermişdir. 
Yazıçı-publisist Qafqaz  mühacir  mətbuatında fəal iştirak etmiş, «La Revue 
dü  monde  musulman»  (burada  o  digər  məqalələri  ilə  yanaşı,  «Pervaya 
musulmanskaya  respublika  –  Azerbaydjan»  əsərini  çap  etdirmişdir),  «Le  bulletin 
dü  comite  France-Orient»,  «La  Revue  contemporaine»,  «La  Revue  Politique  et 
Parlamentaire», «La Revue des Jeunes», «Le Fiqaro» və s. kimi mətbu orqanlarla 
birgə  işləmiş,  bir  neçə  il  ərzində  məşhur  «La  Revue  de  deux  Mondes»  fransız 
jurnalının əməkdaşı olmuşdur. 
C.Hacıbəyli  irsini  böyük  həvəs  və  tükənməz  enerji  ilə  araşdıran  Mirzəbala 
Əmrahov «Seçilmiş əsərlər»də oxuculara təqdim olunan yazıları da geniş tədqiqata 
cəlb  edir.  O,  həmin  əsərlərin  mövzusu,  məzmunu,  ideya  istiqaməti  barədə  ciddi 
elmi-nəzəri  mühakimələr  söyləyir,  işin  aktuallığı  və  əhəmiyyəti  barədə  maraqlı 
mülahizələr irəli sürür. 
İstedadlı  tədqiqatçı  M.Əmrahovun  gərgin  əməyi,  faydalı  axtarışlarının 
bəhrəsi  kimi  ərsəyə  gələn  bu  kitab  C.Hacıbəyli  yaradıcılığının,  bütövlükdə 
mühacirət irsinin tədqiqi sahəsində növbəti uğurlu addımdır. 
 
 
“Xalq qəzeti”, 12 aprel 2006 
 
Həsən bəy Zərdabinin vurğunu 
 
Azərbaycanın  ədəbi,  mədəni,  mətbu,  ictimai-siyasi  həyatında,  ölkənin 
azadlığı  və  müstəqilliyi  uğrunda  mücadilə  tarixində  parlaq  iz  qoymuş  yazıçı-
publisist,  tərcüməçi,  diplomat,  tədqiqatçı  Ceyhun  Hacıbəylinin  bir  sıra  görkəmli 
yazıçı və şairlərimiz haqqında yazdıqları da son dərəcə dəyərlidir,  əhəmiyyətlidir 
və aktualdır. Bu mənada böyük qələm sahibinin milli mətbuatımızın banisi Həsən 
bəy Zərdabi haqqında qələmə aldıqları onun jurnalist fəaliyyətində xüsusi yer tutur. 
«Kaspi»  qəzeti  ilə  məhsuldar  əməkdaşlıq  edən  C.Hacıbəyli  (Dağıstani) 
H.Zərdabinin  həyat  və  fəaliyyəti  ilə  bağlı  bir  neçə  sanballı,  ibrətamiz  məqalə 
yazmışdır. 
Azərbaycanda  milli  mətbuatın  yaradılmasının  125  illiyi  münasibəti  ilə 
respublika  Prezidenti  Heydər  Əliyevin  jurnalistlərlə  görüşü  neçə  il  əvvəl  arxivdə 
rast gəldiyim «Kaspi» qəzetində dərc olunan (1912-ci il, № 269 və 1914-cü il, № 
267)  Ceyhun  Hacıbəylinin  «Həsən  bəy  Məlikovun  xatirəsi»  və  «Müsəlmanın 
qeydləri» rubrikası ilə «Yeddi il» adlı məqalələrini yadıma saldı. Mənə elə gəldi ki, 
görüşdə Səttar Zərdablı «Əkinçi»nin nəşr olunduğu mətbəə, H.Zərdabinin yaşadığı 


 
59 
bina,  mərhumun  qəbri  mövzusunda  danışanda  qürbətdə  dəfn  olunan 
C.Hacıbəylinin narahat ruhu o zalda idi və acı təbəssümlə deyirdi: bunları mən hələ 
o  vaxtlar  demişdim  və  ümid  edirdim  ki,  sonrakı  nəsil  bizim  qüsurlarımızı 
düzəldəcək. Təəssüf, min təəssüf… 
Aktuallığını  nəzərə  alaraq,  C.Hacıbəylinin  həmin  yazılarını  oxucuların 
diqqətinə təqdim edirəm. 
 
 
Həsən Bəy Məlikovun xatirəsi 
 
Bu  gün  28  noyabrdır.  Düş  beş  ildir  ki,  Qafqaz  müsəlmanları  Həsən  bəy 
Məlikovu itirmişlər. 
İctimai özünüdərki, ictimai ruhu oyatmaq üçün hər bir jurnalistin borcudur 
ki, hər il bu mühüm tarixi günü qeyd etsin. 
Bu  itkidə, bu  sirli,  müəmmalı  misteriyada  insan  psixikasının, təxəyyülünün 
çevik  hərəkəti  üçün  müxtəlif  mənbələr  mövcuddur.  Bəzən  belə  olur.  Başçı  həlak 
olduqda onun döyüşçülərinə yetimlik, kimsəsizlik, köməksizlik hissi hakim kəsilir, 
ruh düşkünlüyü, cəsarətsizlik sağlam düşüncəyə qalib gəlir və döyüşçülər qaçmağa 
başlayırlar. Belə də olur ki, başçının ölümü döyüşçülər arasında panika yaratmır, 
əksinə  onları  səfərbər  edir,  döyüşə  səsləyir.  Döyüşçülər  başa  düşürlər  ki,  başçı 
onlar  üçün  müqəddəs  olan  ideya  uğrunda  həlak  olmuşdur.  Odur  ki,  bu  amil 
döyüşçülərin  ruhunu  dirildir  və  onlar  nəyin  bahasına  olursa-olsun  başçının 
ideyasını həyata keçirməyə çalışırlar. 
Biz  (müsəlmanlar  –  azərbaycanlılar  –  T.A.)  öz  başçımızı  itirəndə  bu  iki 
hissdən  hansını  yaşayırıq?  Bu  barədə  danışmayacağam  –  özlüyündə  aydındır.  28 
noyabr tarixi təkcə Həsən bəy Məlikovu itirdiyimiz matəm günü kimi yox, həm də 
mənəvi  borcumuzu,  əqli  duyğularımızı  oyadan,  xatırladan  gün  kimi  yaddaşlara 
həkk olunmalıdır. 
Məhz buna görə də bir də təkrar edirəm ki, hər bir jurnalist hər il 28 noyabrı 
qeyd etməlidir. Və bu zaman Həsən bəyin özünəməxsus frazası rəhbər tutulmalıdır: 
«Bir  damla  su  vaxt  keçdikcə  böyük  qayanı  deşir,  söz  də,  həqiqi  söz  də  tədricən 
insanın başını deşir, nəhayət, onun beyninə işləyir, ona təsir edir». 
Həsən  bəyin  bütün  ömrü  öz  xalqının  tərəqqisinə  həsr  olunmuşdur,  ictimai 
hərəkatın, həyatın bir çox sahələri də onun xatirəsi ilə bilavasitə bağlıdır. 
Mərhumu xatırlatmaq – onun adı ilə sıx bağlı olan bir sıra ictimai məsələlərə 
toxunmaqdır. 
İndi biz – mədəniyyətsiz ataların mədəni övladları hər hansı xeyirxah ictimai 
məqsədlə  keçirilən  tədbir  zamanı  qarşıya  çıxan  azacıq  maneəyə  rast  gələn  kimi 
qaynar xörəkdən ağzı yanan adamın görkəmi ilə geri çəkilir və oradan uzaqlaşırıq. 
Bizdə  başlanan  işi  başa  çatdırmaq  üçün  mətinlilik,  mənəvi  qüvvə,  qüdrət  çatmır. 
Biz  yalnız  birinci  səddə  kimi  gələ  bilirik.  Bundan  əlavə,  bizim  ambisiyamız, 
«mən»imiz digər hisslərimizə üstün gəlir. «Mən»in uğrunda biz şücaət də göstərə 
bilərik, kollektiv fəaliyyətin məhsulunu alt-üst də edə bilərik. 
Bizim qurbanlar ictimai həyatın nəfinə bundan o yana keçmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə