Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   33   34   35   36   37   38   39   40   ...   176

 
74 
K.Talıbzadə  kimi  qüdrətli  qələm  sahiblərinin  müraciət  etdiyi  İ.Əfəndiyev  irsinin 
tədqiqinə 
təcrübəsiz 
tədqiqatçının 
girişməsini  onun  cəsarəti  kimi  də 
qiymətləndirmək olar. Lakin fikrimizcə, ədəbi tənqiddən, xüsusilə tarixi dramların 
tədqiqindən  bəhs  edərkən,  tədqiqatçının  «tarixi  dramın  istənilən  səviyyədə  tədqiq 
olunmaması»  kimi  ünvansız  mülahizələri,  yaxud  İlyas  Əfəndiyevin  tarixi 
dramlarının öyrənilməsindən danışarkən, «etiraf olunmalıdır ki, bu iş lazımi elmi 
səviyyədə və əhatəli aparılmamışdır» fikrinin əsaslandırmasına ehtiyac hiss olunur. 
Özü də nəzərə alsaq ki, müəllif monoqrafiya boyu öz qənaətlərini, mülahizələrini 
İlyas  Əfəndiyev  irsinin  tədqiqatçılarından  gətirdiyi  sitatlarla  zənginləşdirir, 
möhkəmləndirir, elə bilirəm ki, onun bu iradları anlaşıqlıqla qarşılanmır. 
Tədqiqatçının predmetə yanaşma tərzi dəyişkən və fərqli təsiri bağışlayır. O, 
bəzən  elmi  üslubdan  məharətlə  istifadə  edir,  bəzən  isə  fikirlərini  çatdırmaq  üçün 
söz sarıdan əziyyət çəkir. 
İlyas  Əfəndiyevin  yüksək  bədii  dəyərə  malik  tarixi  dramları,  əgər  belə 
demək  mümkünsə,  Dövlət  Akademik  Dram  Teatrının  səhnəsindən  pərvazlanmış, 
populyarlaşmış,  nüfuz  qazanmış,  uzun  illər  sözün  həqiqi  mənasında  Azərbaycan 
teatrına  nəfəs  vermişdir.  Odur  ki,  fikrimizcə,  monoqrafiyada  qısa  da  olsa,  tarixi 
dramların səhnə taleyindən bəhs etmək yerinə düşərdi. Böyük dramaturqun sovet 
rejimi və ideologiyasının maraqlarına zidd, lakin doğma xalqının tarixi və taleyi ilə 
bağlı  mövzu (Cənubi Azərbaycan və s.) və qəhrəmanları (Şeyx Xiyabani, Böyük 
bəy  və  başqaları)  ədəbi  mühitə  gətirmək  cəsarəti  və  sözün  qüdrəti  ilə  bu  cür 
problemləri  daha  da  qabartmaq,  cəmiyyətin  yaddaşına  həkk  etmək  məharəti  və 
bütün bunların əks-sədası, ictimai rəyə təsiri barədə yazmağı təəssüf ki, tədqiqatçı 
unutmuşdur. 
Bu  cür  və  buna  bənzər  qüsurlar  monoqrafiyanın  ümumi  elmi  dəyərini 
azaltmır. 
 
 
 
 
 
 
 
 
 
 
«525-ci qəzet» 
 
 
 
 
 
 
 
 
 
  24 iyul 2003 
 
 
HəmiĢəyaĢar sənət və sənətkar 
 
1996-cı  il  oktyabr  ayının  3-də  –  5  il  bundan  əvvəl  görkəmli  nasir  və 
dramaturq,  Xalq  yazıçısı  İlyas  Əfəndiyev  dünyasını  dəyişmişdir.  Lakin  o,  miras 
qoyub  getdiyi  zəngin  irsində,  çoxsaylı  oxucuların,  teatrsevərlərin  qəlbində,  ədəbi 
mühitə  vəsiqə  verdiyi  onlarca  obrazda  bu  gün  yaşayır,  yəqin  ki,  sabah  da 
yaşayacaqdır. Çünki bu qəhrəmanlar Azərbaycan cəmiyyətinin, tarixinin, həyat və 
düşüncə tərzinin, adət və ənənəsinin, məişətinin, təbiətinin bir parçasıdır. 
Böyük  yazıçının  vəfatının  5-ci  ildönümü  ərəfəsində  yaşına,  təhsilinə, 
peşəsinə görə fərqlənən müxtəlif adamların İlyas Əfəndiyev və onun irsi haqqında 
təəssüratları fikrimizcə, çox maraqlıdır. 
Məhərrəm  Qasımlı,  filologiya  elmləri  doktoru,  Milli  Elmlər  Akademiyası 
Ədəbiyyat İnstitutunun direktor müavini: 


 
75 
-  İlyas  Əfəndiyev  elə  qüdrətli  qələm  sahibidir  ki,  onun  haqqında  nə  qədər 
deyilsə, yazılsa yenə azdır. Qısaca onu söyləmək istəyirəm ki, İlyas müəllim istər 
Azərbaycan  dramaturgiyasına,  istər  teatrına  təbii  insan  nəfəsi  gətirmişdir.  Məncə, 
teatr  İlyas  Əfəndiyevlə  həm  forma,  həm  də  məzmunca  dəyişərək  yeni  inkişaf 
mərhələsinə qədəm qoyur. Bundan əvvəl səhnə sanki pafoslu sözlər, qışqırıq, hay-
küy  meydanı  idi.  İlyas  Əfəndiyevlə  teatr-dramaturgiya  ürək  söhbəti  etməyə 
başladı. 
Mən cəsarətlə deyərdim ki, İlyas Əfəndiyev dramaturgiyamızda, bütövlükdə 
ədəbiyyatda lirik-psixoloji üslubun yaradıcısı idi. Hekayə ustası kimi orijinal yazıçı 
olan İlyas Əfəndiyev bu üslubu məharətlə səhnə əsərlərinə də tətbiq etmişdir. 
Mənim  bu  yazıçı  ilə  şəxsi  münasibətim,  əlaqəm  olmayıb.  Amma  onun 
yaradıcılığını müntəzəm izləmişəm. O, ədəbiyyatın qara fəhləsi idi, sakit, hay-küy 
salmadan  ədəbiyyat  yaradırdı.  Bir  də  görürdün  İlyas  Əfəndiyevin  aylarla  səsi 
gəlmir:  bu  zaman  bilirdin  ki,  İlyas  müəllim  yenidən  gözəl  bir  əsəri  ilə  ədəbi 
mühitdə, teatrda bir canlanma yaradacaq. Elə də olurdu. 
Əminəm  ki,  Azərbaycan  teatrını  on  illər  boyu  yaşadan  İlyas  Əfəndiyevi 
Azərbaycan teatrı əbədi yaşadacaqdır. «Bahar suları», «Atayevlər ailəsində», «Sən 
həmişə  mənimləsən»,  «Unuda  bilmirəm»,  «Məhv  olmuş  gündəliklər»,  «Mənim 
günahım»,  «Qəribə  oğlan»,  «Xurşudbanu  Natəvan»,  «Büllur  sarayda»,  «Şeyx 
Məhəmməd  Xiyabani»,  «Sevgililərin  cəhənnəmdə  vüsalı»  pyesləri  ədəbiyyat  və 
teatr tariximizə belə demək mümkünsə, daimi qeydiyyata düşmüş əsərlərdir. 
Qəzənfər Kazımov, filologiya elmləri doktoru, professor: 
XX  əsr  2-ci  minilliyin  son  vərəqi  kimi  qapandı,  geridə  qaldı,  lakin  əsrin 
yetirdiyi böyük ədəbi simalar, nəhəng poeziya ustaları tarixin əbədi yol yoldaşları 
kimi  gələcəyə  doğru  irəliləməkdədir.  Bu  günlərdə  vəfatının  5  ili  tamam  olan 
unudulmaz  yazıçımız  İlyas  Əfəndiyev  məhz  bu  əsrdə  məzmun  və  forma 
baxımından bənzərsiz nəsri, teatrımızda xüsusi mərhələ yaradan silsilə pyesləri ilə 
klassiklər sırasında yer tutdu. 
«İlyas Əfəndiyev» sözündə əbədi bir işıq, bir kövrəklik, yuxu aləmində uca 
insanın  hiss  etdiyi  rahatlıq,  yüngüllük,  ecazkarlıq  var.  Bunlar  yazıçının  insan 
qəlbində  fırtına  doğuran  duyğu  və  düşüncələri  pərdələnməməsi,  pərdələməyə 
çalışmaması,  saxtalaşdırmaması,  zorla  «vahid  ideya»ya  tabe  etməməsi,  hər kəsdə 
görünə  bilməyən  böyük  yazıçı  demokratizmi  ilə  bağlıdır;  bunlar  həyatın  həqiqi 
poeziyasını  poeziyanın  şirin  dili  ilə  daha  həyati  ifadə  edə  bilmək  qüdrəti  ilə 
bağlıdır.  Zəhmətə  bağlanmayan  istedad  qanadsız  quş  kimidir.  «At  işləməsə,  ər 
öyünməz».  İlyas  Əfəndiyev  ilhamının  al  rəngli  yel  qanadlı  atı  onun  ilk 
hekayələrindən  oxucunun  başı  üzərindən  uçaraq  əfsunlamışdır,  -  təbii  boyası, 
ahəngdarlığı,  insan  hisslərinin,  insan  duyğularının  dibi  görünməz  dərinliklərinə 
enən  lirizmi  ilə…  Həqiqi  nəsrin  xalis  poeziya  olduğunu  unudanlar  və  «Mənim 
nəsrim  –  mənim  poeziyam»  prinsipinə  əməl  edənlər  sırasında  İlyas  Əfəndiyev 
ikincilərdəndir.  Digər  nəsr  ustalarımızın  böyük  zəhmətinə,  müqəddəs  ruhuna 
etinasızlıq  göstərmədən  deyə  bilərik  ki,  əgər  nəsrin  şeriyyətini  öyrənmək  lazım 
gələrsə,  «Dədə  Qorqud»dan  sonra  İ.Əfəndiyevin  «Qarı  dağı»,  «Qəhrəman  ilə 
bülbülün  nağılı»,  «Tar»,  «Kiçik  bir  poema»,  «Apardı  sellər  Saranı»  və  başqa 
hekayələrini öyrənmək lazım gələrdi. Bu əsərlərdəki şeriyyət tədricən genişlənərək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə