Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   29   30   31   32   33   34   35   36   ...   176

 
66 
Sonra  mərasim  iştirakçıları  Spask  küçəsi  ilə  irəliləyərək  «Sədayi-Qafqaz» 
qəzetinin redaksiyası qarşısında dayandılar. Burada «Açıq söz» qəzetinin redaktoru 
M.Ə.Rəsulzadə  mətbuat  nümayəndələri  adından  çox  emosional  çıxış  etdi.  O, 
mərhumun  ədəbi  fəaliyyətindən  ətraflı  bəhs  etdi.  Göstərdi  ki,  bütün  jurnalistlər 
H.Vəzirovun  cığırı  ilə  hərəkət  etməli,  başqalarının  yardımı  olmadan  müstəqil 
mətbuat yaratmalı və məhsuldar yaradıcılıqla məşğul olmalıdırlar. 
Natiq  bunlarla  bərabər  qeyd  etdi  ki,  mətbuatın  nümayəndələri  mərhumun 
xatirəsinə  müharibədən  əziyyət  çəkən  müsəlmanlara  50  manat  yardım  göstərirlər. 
Bu  zaman  çıxışçı  qeyd  etdi  ki,  Haşım  bəy  «Səfa»  maarifçilik  cəmiyyətinin  sədri 
olarkən küçə uşaqlarını himayəyə götürmüşdü. 
«Səfa»  maarifçilik  cəmiyyətinin  nümayəndəsi  təmsil  etdiyi  təşkilatın 
adından  bildirdi  ki,  mərhumun  xatirəsinə  1  nəfər  kimsəsiz  uşağın  tərbiyəsini  öz 
öhdəsinə götürür. 
S.M.Qəniyev  bildirdi  ki,  tacir  Q.A.Rzayev  mərhumun  xatirəsinə  ali  təhsil 
müəssisəsində iki təqaüd təsis edir. 
Mərasim  iştirakçıları  bundan  sonra  mərhumun  son  vaxtlar  təftiş 
Komissiyasının  sədri  işlədiyi  «Nicat»  maarifçilik  cəmiyyətinin  yerləşdiyi 
M.Muxtarovun  evinə  doğru  irəlilədi.  Burada  Q.Axundov  «Nicat»  Cəmiyyəti 
adından  çıxış  etdi.  Natiq  Haşım  bəyin  fəaliyyətini  ictimai  xadim  kimi 
dəyərləndirdi.  Çıxışçı  minnətdarlıq  rəmzi  kimi  «Nicat»  Cəmiyyətinin  Haşım  bəy 
Vəzirov adına təqaüd təsis etdiyini bildirdi. 
Daha  sonra  Bakının  orta  təhsil  məktəblərinin  nümayəndələri  çıxış  etdilər. 
Onlar Haşım bəy Vəzirovun şagirdlərinin ana dilində təhsil alması üçün göstərdiyi 
böyük mənəvi yardımdan minnətdarlıq hissi ilə danışdılar. 
Buradan  mərasim  iştirakçıları  Nikolayev  küçəsi  ilə  İsmailliyə  binasına  – 
Bakı  müsəlman  xeyriyyə  cəmiyyətinə  doğru  irəlilədi.  Burada  M.Hacınski 
mərhumun  fəaliyyəti  haqqında  danışaraq qeyd  etdi  ki, o, Allahın  hüzuruna  əliboş 
getmir, onun xalqın rifahı naminə işlədiyini deməyə haqqı var. Haşım bəy mətbu 
sözün təsiri ilə əhalinin kasıb təbəqəsinin keşiyində durmuşdu. 
Şəhər  dumasının  yerləşdiyi  binanın  qarşısında  (rus-tatar  məktəbində) 
qanundan  dərs  verənlər  adından  Axund  Molla  Zəki  danışdı  və  mərhumun  ruhuna 
dua  oxudu.  Daha  sonra  mərasim  iştirakçıları  Qırmızı  Xaç  küçəsi  ilə  yeni 
qəbiristanlığa doğru hərəkət etdilər və mərhumun cənazəsini torpağa tapşırdılar. 
 
 
 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti» 
 
 
 
 
 
 
 
 
  13 oktyabr 2000. 
 
 
 
 
 
 
 
 
 


 
67 
ZAMANIN HÖKMÜ 
 
3 fevral – Ceyhun Hacıbəylinin ad günüdür 
 
 
«Yubiley». Adətən görkəmli adamların ad günü 50, 60, 75, 100, 200 il və s. 
bu kimi yuvarlaq rəqəmlərə təsadüf edəndə, bu söz daha çox və tez-tez səslənir. 50, 
60, 75 illik yubileylərin sayı 80, 90 illik yubileylərdən daha çox olur. 100 illiyinin 
qeyd  olunması  isə  sağlığında  çoxuna  qismət  olmur.  500,  1000  və  daha  çox 
yubileylər  isə  ümumxalq  bayramıdır  və  hər  xalqın  mədəni  tarixində  hadisəyə 
çevrilir. Bir sözlə, yubileylər də tarixin, zamanın süzgəcindən keçir, seyrəlir, sona 
millətin, dövlətin tarixində daha parlaq iz qoyanlar qalır. 
Maraqlıdır  ki,  sağlığında,  hətta  vəfatından  uzun  müddət  sonra  da,  yubileyi 
qeyd  olunmayan  bir  çox  sənətkar  zamanın  hökmü  ilə  gec  də  olsa,  bəraət  alır  və 
xalqın hafizəsində həmişəlik yaşayır. 
Taleyinə  belə  acı  sınaq  düşən  və  zamanın  ədalətli  hökmünü  uzun  müddət 
«gözləməli olan» sənətkarlardan biri də Ceyhun Hacıbəylidir. 
Ceyhun  Hacıbəyliyə  bənzərsiz  tale  qismət  olmuşdur.  Xalqın  ədəbi-mədəni, 
ictimai-siyasi 
həyatında 
parlaq  iz  qoymuş  Ə.Ağayev,  Ə.Hüseynzadə, 
B.M.Məmmədzadə  və  bu  kimi  qələm  sahibləri  Sovet  hakimiyyəti  dövründə  «pis-
yaxşı»  xatırlanmışlar,  Azərbaycan  yenidən  müstəqillik  qazandıqdan  sonra  həmin 
adamlar  layiq  olduqları  qiyməti  almışlar.  C.Hacıbəyli  isə  Sovet  hakimiyyəti 
illərində ümumiyyətlə, xatırlanmamışdır. Sanki belə adam olmamışdır. 
Yalnız 90-cı illərin əvvəllərindən respublika mətbuatında onun haqqında ara-
sıra  yazılar  dərc  olunmağa  başlanmışdır.  Şübhəsiz,  bütün  bu  təşəbbüslər 
C.Hacıbəylinin  xalq  və  millət  qarşısındakı  xidmətləri  müqabilində  çox  cüzi 
görünür.  Lakin  illər  ötdükcə,  Ceyhun  Hacıbəyli  irsi  ilə  tanışlıq  artdıqca,  onun 
əvəzsiz xidmətləri layiqincə qiymətləndiriləcəkdir. 
Çox  vaxt  Ceyhun  Hacıbəylini bir  mühacir  mühərrir kimi  tanıyır  və təqdim 
edirlər.  Doğrudan  da,  Ceyhun  bəy  Fransada  yaşayarkən  «La  Revue  du  Mond 
Musulman», «La Bulletin du Comite France-Orient», «La Revue Contemporaine», 
«La Revue Politique et Parlamentaire», «La Revue des Jeunes», «Le Figaro» kimi 
mətbu  orqanlarla  əməkdaşlıq  etmiş,  «La  Revue  des  Deux  Mende»  adlı  jurnalda 
çalışmış, Parisdə Fransız dilində nəşr olunan «Qafqaz» və Münhendə Azərbaycan 
dilində  çıxan  «Azərbaycan»  jurnallarının  redaktoru  olmuşdur.  Ceyhun  bəy 
«Azadlıq»  radiosunun  əsasını  qoyanlardan  və  təşkilatçılarından  biri  idi.  SSRİ  ilə 
bağlı  fundamental  tədqiqatlarına  görə,  Münhendəki  SSRİ-ni  Öyrənən  İnstitutun 
müxbir  üzvü  seçilən  C.Hacıbəyli  həmin  İnstitutun  nəşr  etdiyi  «Qafqaz» 
külliyyatının  redaksiya  heyətinin  üzvü  və  Azərbaycan  bölməsinin  redaktoru 
olmuşdur.  Mühacirət  illərində  o,  «Qarabağ  dialekti  və  folkloru»,  «Rus 
demokratları  bolşeviklərlə  nə  vaxt  birləşirlər»,  «Moskvanın  Türkiyə  ilə 
müqaviləsi»,  «Söz  və  əməl»,  «İlk  azərbaycan  operası  necə  yaranmışdır»,  habelə 
Rusiyanın  Azərbaycanın  işğalına,  qədim  Azərbaycan  şəhərlərinin  tarixinə  dair 
sanballı  əsərlər  yazmışdır.  Ceyhun  bəyin  «İslam  əleyhinə  kampaniya  və  onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə