Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   30   31   32   33   34   35   36   37   ...   176

 
68 
Azərbaycanda  metodları»  adlı  irihəcmli  tədqiqat  əsəri  isə  xüsusi  əhəmiyyət  kəsb 
edir.  Bunlardan  başqa,  Ceyhun  bəy  mühacirət  illərində  bir  sıra  ədəbi-bədii, 
publisist əsərlər yazmış, tərcümələr etmişdir. 
Mühacirət  dövründəki  məhsuldar,  dolğun  fəaliyyəti  Ceyhun  bəyin 
mühacirətə qədərki yaradıcılığını kölgədə qoymur. C.Hacıbəylinin gənc olmasına 
baxmayaraq, o, mühacirətə qədər istər ziyalılar arasında, istər geniş ictimaiyyətdə 
özünü təsdiq etmişdir. 
Ceyhun  bəy  onuncu  illərdən  başlayaraq,  bir  sıra  rusdilli  mətbuatla,  o 
cümlədən  «Baku»,  «Proqress»,  xüsusilə  «Kaspi»  qəzeti  ilə  sıx  əməkdaşlıq  etmiş, 
«İttihad»,  «İzvestiya»  («Kaspi»nin  tərkibində),  1918-ci  il  mayın  28-dən 
«Azərbaycan» qəzetlərinin redaktoru olmuşdur. Ceyhun bəyin mühacirətə qədərki 
bədii  yaradıcılığı  da  diqqəti  cəlb  edir.  Onun  «Hacı  Kərim»  povesti,  hekayələri 
Ceyhun bəyin kamil bir yazıçı olduğuna dəlalət edir. 
C.Hacıbəyli mühacirət edənədək – 1919-cu ilə kimi – XX əsrin ilk 20 ilinin 
Azərbaycan  ədəbiyyat,  mədəniyyət,  din,  incəsənət,  maarifçilik,  xeyriyyəçilik 
tarixini mükəmməl yazmışdır – desək yanılmarıq. Onun «Kaspi» qəzetində hər ilin 
sonunda  dərc  etdirdiyi  irihəcmli  icmallarında  həyatın  bütün  sahələri  öz  əksini 
tapırdı.  Salnaməçi-jurnalist  il  ərzində  görülmüş  işləri  təhlil  edir,  qarşıdakı 
problemləri  göstərirdi.  Öz  əsərlərində  İ.Qaspiralı,  H.Zərdabi,  H.Ərəblinski, 
A.Bakıxanov,  X.Natəvan  kimi  sənətkarların  həyat  və  yaradıcılığını  yüksək 
qiymətləndirən  Ceyhun  bəy  xalqın,  millətin  tərəqqisini  maariflənməkdə  görür, 
bunun üçün fədakarlıqla çalışırdı. C.Hacıbəylinin təvəllüd tarixi, imzaları, təbii ki, 
irsi  də  müəyyən  mübahisələr  doğurmuşdur.  Son  araşdırmalarda  bütün  bunlara  bir 
aydınlıq gətirilmişdir. 
Əsasən  «C.Dağıstani»,  «D.D.»,  «Cey  Dağıstani»,  «D-D-ni»,  «D..»,  «C.D.» 
imzaları  ilə  yazan  C.Hacıbəyli  1891-ci  il  fevralın  3-də  Şuşa  şəhərində  anadan 
olmuşdur. Bu gün Şuşa düşmən tapdağı altında, C.Hacıbəylinin qəbiri qürbətdə – 
Parisdədir.  C.Hacıbəylinin  sərgərdan  ruhu  isə  yəqin  onunla  təsəlli  tapır  ki, 
R.Abutalıbovun  təşəbbüsü  ilə  ona  məxsus  bütün  sənədlər  Fransadan  Bakıya 
gətirilərək, S.Mümtaz adın Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təhvil 
verilmişdir. 
Yeri  gəlmişkən,  Ceyhun  bəy  özünün  müəllimi  hesab  etdiyi  H.Zərdabi 
haqqında  dəfələrlə  məqalə  yazmış,  millət  qarşısında  əvəzolunmaz  xidmətləri 
müqabilində onun xatirəsinin layiqincə qiymətləndirilməməsini ürək ağrısı ilə qeyd 
etmişdir.  O,  öz  həmvətənlərini  H.Zərdabinin  baş  daşının  qoyulması  üçün  belə 
vəsait toplamaqda Hənifə xanıma (C.Hacıbəyli ən böyük bədii əsəri «Hacı Kərim»i 
Hənifə xanımın xatirəsinə ithaf etmişdir) yardım etmədikləri üçün qınayırdı.  
Həyatını  bütövlükdə  xalqına  həsr  etmiş  H.Vəzirovun  da  lazımınca  yad 
olunmaması  Ceyhun  bəyi  düşündürürdü.  O,  Haşım  bəyin  xatirəsinin 
əbədiləşdirilməsi  üçün  irsinin  toplanması  və  nəşrini  kifayət  hesab  edirdi.  Bu  gün 
istedadlı  yazıçı,  salnaməçi,  jurnalist,  tərcüməçi,  mahir  redaktor  Ceyhun 
Hacıbəylinin öz irsinin belə qayğıya ehtiyacı var. 
Həyatın  bütünlüklə  xalqına,  onun  tərəqqisinə,  azadlıq  mücadiləsinə  həsr 
etmiş  C.Hacıbəyli  qarşısında  onun  həmvətənlərinin  borcu  çoxdur.  Ən  əvvəl, 
Ceyhun bəyin dünyaya göz açdığı və mədəniyyətimizin beşiyi sayılan Şuşa nəyin 


 
69 
bahasına olursa-olsun, geri qaytarılmalıdır. Ceyhun bəyin irsinin bütünlüklə nəşri, 
nəşrinin  Vətənə  gətirilməsi,  adının  əbədiləşdirilməsi  də  qarşıda  duran 
vəzifələrdəndir. 
Fevralın 3-ü C.Hacıbəylinin anadan olmasının 107-ci ildönümüdür. Təbii ki, 
bu  rəqəm  ənənələrə  görə  yubiley  kimi  qeyd  olunmur.  Lakin  fikrimizcə,  xalqın 
tarixində  və  taleyində  C.Hacıbəyli    kimi  silinməz  iz  buraxmış  hər  bir  kəsin  ad 
gününü  hər il xatırlamağa dəyər. 
 
 
 
 
 
 
 
 
 
1 dekabr 1998-ci il. 
 
 
• İlyas Əfəndiyev 
 
Nasir və dramaturqun… lirikasi 
 
Obrazın daxili aləmini, hiss və həyəcanlarını, duyğu və fikirlərini əks etdirən 
lirika, onun xüsusiyyətləri haqqında Aristotel, sonralar Belinski, Hegel və başqaları 
ətraflı bəhs etmişlər. Oynaq, canlı dil, ekspressivlik və metaforiklik, adətən həcmcə 
qısa  və  yığcam  olan  lirik  əsərlər  –  şeirlər  üçün  xarakterikdir.  Lakin  maraqlı  və 
diqqətçəkəndir  ki,  Azərbaycan  ədəbiyyatının  klassiki,  Xalq  yazıçısı  İlyas 
Əfəndiyevin  (1914-1996)  yaradıcılığından  söhbət  açan  tanınmış  ədəbiyyatşünas, 
akademik Yaşar Qarayev İlyas Əfəndiyevin şeir yazmadığını xüsusi vurğuladıqdan 
sonra,  «İlyas  Əfəndiyevin  lirikası  Azərbaycanda  bugünkü  milli  ədəbi  hərəkatın 
üslub  əlvanlığını  və  forma  zənginliyini  qabarıq  şəkildə  əks  etdirir»  qənaətini 
cəsarətlə  bəyan  edir.  O  yazır:  «Əlbəttə,  mübahisə  etmək  olar  ki,  İlyas  Əfəndiyev 
daha  çox  nasirdir,  ya  dramaturqdur?  Hətta,  mübahisə  etmək  olar  ki,  nəsrdə  də, 
dramaturgiyada  da  o,  daha  çox  ədibdir,  yoxsa  şairdir?  Lakin  bir  şey 
mübahisəsizdir:  İlyas  Əfəndiyev  hər şeydən  əvvəl,  bir lirikdir,  şairanə istedad  və 
üsluba malikdir». 
Akademik  Yaşar  Qarayev  İlyas  Əfəndiyev  yaradıcılığının  təkrarsızlığını, 
nəsrdə  və  dramaturgiyada  onu  hamıdan  ayıran  cəhəti  məhz  «poetik  fərdilikdə», 
«vüsətli,  miqyaslı  fəlsəfi  lirikada»,  «İlyas  Əfəndiyev»  ünvanlı  poetik  bir  işıqda 
görür: «Fəal, yenilik duyğusu, təzəni, işığı, sabahı ifadə edən və hər şeyə şairanə, 
həssas  və  heyran  bir  münasibət  bu  istedadın  zahiri  əlaməti  deyil,  təbii  fitri  bir 
xüsusiyyətidir.  Onun  yazıçı  «mən»inin  ən  çox  və  ən  tam  halda  təzahür  etdiyi 
keyfiyyətdir». 
…İlyas  Əfəndiyev  haqqında  çox  yazılmışdır,  sağlığında  da,  vəfat  etdikdən 
sonra  da.  Onun  hekayələri,  povestləri,  dram  əsərləri  müxtəlif  aspektlərdən 
işıqlandırılmış,  aktual  və  əhəmiyyətli  tədqiqat  predmeti  kimi  araşdırılmış, 
dəyərləndirilmişdir.  Səməd  Vurğun,  Məmməd  Araz,  Mehdi  Hüseyn,  Mirzə 
İbrahimov, Kamal Talıbzadə, Cəfər Cəfərov, Məmməd Cəfər, Əli Vəliyev, Osman 
Sarıvəlli,  Cəfər  Xəndan,  Əli  Sultanlı,  Mehdi  Məmmədov,  Əkbər  Ağayev,  Əzizə 
Cəfərzadə,  Abbas  Zamanov,  Bəxtiyar  Vahabzadə,  İsmayıl  Şıxlı  kimi  qələm 
sahibləri  İlyas  Əfəndiyev  yaradıcılığına  dəfələrlə  müraciət  etmişlər.  Mübaliğəsiz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə