Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   31   32   33   34   35   36   37   38   ...   176

 
70 
desək,  son  50-60  ilin  bütün  tənqidçiləri  İlyas  Əfəndiyev  irsindən  yazmışdır  və 
böyük  sənətkarın  əsərlərinin  mövzusu,  ideyası,  sənətkarlıq  xüsusiyyətləri, 
aktuallığı,  əhəmiyyəti  barədə  ən  yüksək  fikirlər  söyləmiş,  İlyas  Əfəndiyev 
yaradıcılığını  «ədəbi  məktəb»,  ondan  qidalanan  teatrı  «İlyas  Əfəndiyev  teatrı» 
adlandırmış,  yazıçının  fəaliyyətini  ədəbiyyat  tarixinin  yeni  inkişaf  mərhələsi 
kontekstindən  və  elmi-nəzəri  baxımdan  qiymətləndirmişlər.  Bu  proses  –  İlyas 
Əfəndiyev irsinin tədqiqi bu gün də davam edir və sabah da dayanmayacaqdır. Son 
vaxtlar  işıq  üzü  görən  müxtəlif  nəşrlər,  KİV-də  verilən  materiallar  qənaətimizin 
təbii  və  doğru  olduğuna  dəlalət  edir.  Lakin  yazının  əvvəlində  toxunduğumuz 
mətləbə  və  məsələyə  qayıdaraq  qeyd  etmək  istərdik:  İlyas  Əfəndiyev 
yaradıcılığında dil, üslub problemi elə şəkildə təzahür edir ki, bu mövzunun ayrıca 
öyrənilməsi zərurətə çevrilir. 
Ədiblər  doğma  dilin  yaşadıcıları,  təəssübkeşləri,  əzabkeşləridir.  Dilin 
işləkliyi, onun zənginləşdirilməsi söz ustalarının tale və tarixi missiyasıdır. Onlar 
bu  vəzifəni,  əgər  belə  demək  mümkündürsə,  iki  yolla  həyata  keçirmişlər. 
M.F.Axundzadə və Mirzə Cəlil kimi maarifçilər dilin saflığı, təmizliyi uğrunda hər 
iki  üsuldan  istifadə  etmişlər:  bir  tərəfdən  dilin  bütün  zənginliyini,  gözəlliyini 
özündə əks etdirən bədii əsərlər yaratmışlar, digər tərəfdən həmkarlarını da doğma 
dildə,  sadə,  açıq,  aydın  yazmağa  səsləmiş,  ana  dilinin  təmizliyi  uğrunda 
fədakarcasına  mübarizə  aparmışlar.  Böyük  Molla  Pənah  Vaqif,  İsmayıl  bəy 
Qutqaşınlı  və  ulu  Məhəmmədhüseyn  Şəhriyar  kimi  sənətkarlar  isə  yaradıcılıqları 
ilə  ana  dilinin  keşiyində  durmuş,  onu  zənginləşdirmiş,  doğma  dilin  bütün  güc  və 
qüdrətini qələmləri ilə nümayiş etdirmişlər. İlyas Əfəndiyevin ədəbiyyat, sənət və 
mədəniyyət  məsələlərinə  həsr  etdiyi  məqalələrdə  dil,  üslub  və  sənətkarlıqla  bağlı 
dəyərli  fikirlər,  mülahizələr  kifayət  qədərdir.  Lakin  fikrimizcə,  onun  Azərbaycan 
dili qarşısındakı ən böyük xidməti «bulaq suyu kimi şəffaf, təmiz dağ havası kimi 
saf  ifadə  tərzi»  ilə  ərsəyə  gəlmiş  ədəbi  irsidir.  İlk  yaradıcılığından  toxunduğu 
mövzuları,  yaratdığı  qəhrəmanları  ilə  yanaşı,  dili,  üslubu  ilə  ədəbi  mühitin 
diqqətini  çəkən  İlyas  Əfəndiyev  illər  ötdükcə  Azərbaycan  ədəbi  dilinə  yeni-yeni 
naxışlar vurmuşdur. Beynəlmiləlçilik və «sovet xalqı» adı altında milli sərvətlər, o 
cümlədən  dil  sıxışdırılanda  İlyas  Əfəndiyev  ana  dilinin  bütün  gözəlliyini, 
təravətini,  zənginliyini,  ecazkarlığını  təbliğ  edirdi  –  yəni  bu  dildə  heyrətamiz 
əsərlər yaradırdı. İlyas Əfəndiyevin oxucuları, tamaşaçıları ictimai yerdə bu dildə 
danışdıqları, övladlarını bu dildə oxutduqları üçün xəcalət çəkmirdilər. 
Xatırlayıram, 70-ci illərin ikinci yarısında Bakı metrosunun sərnişinləri – rus 
dilini biləni də, bilməyəni də vaqona daxil olar-olmaz «Pravda», «Komsomolskaya 
pravda»,  «İzvestiya»  qəzetlərinə nümayişkaranə göz gəzdirərdilər.  Sanki bununla 
«mən mədəniyəm, aristokratam, savadlıyam» deyərdilər. Bir dəfə bu səhnəni təkrar 
seyr  edərkən  tələbə  dostlarıma  üz  tutdum:  «İmkanım  olsaydı,  bu  vaqondakıları 
birbaşa  Azdramaya»  -  İlyas  Əfəndiyevin  «Mahnı  dağlarda  qaldı»  tamaşasına 
aparar və sonra soruşardım: «Hansı dil yaxşıdır?» Bəli, bu, keçmişimizin qəribə bir 
epizodudur, lakin ibrətamiz tarixdir. İlyas Əfəndiyev əsərləri ilə bütöv bir sistemin 
ilk baxışda görünməyən və dilimizə qarşı yönəlmiş mənfur niyyətləri ilə mübarizə 
aparırdı. 


 
71 
Bu gün  Azərbaycan müstəqil dövlətdir.  Azərbaycan dili  rəsmən  dövlət dili 
kimi  təsbit  edilmişdir.  Lakin  bu  ali  status  da  hələlik  istənilən  effekti  vermir.  Bir 
tərəfdən dünyada informatikanın sürətli tərəqqisi, bizim isə elmi sahədə geriliyimiz 
dilçiliyin inkişafında da müəyyən problemlər yaradır. Digər tərəfdən səbatsız, milli 
dəyərlərə qarşı biganə insanların əcnəbi dillərə ifrat meyli, doğma dilə münasibətdə 
nankor, nadan mövqeyi Azərbaycan dilinin cəmiyyətdə mütləq hakim dil olmasını 
əngəlləyir.  Müxtəlif  reklamlar,  elanlar  hələ  də  xarici  dillərdə  təqdim  edilir. 
Azərbaycan  dilinin  tətbiqi  ilə  bağlı  ən  yüksək  səviyyədə  qəbul  edilən  müxtəlif 
hüquqi normativ aktlar hələ də istənilən bəhrəni vermir. Bax, bu zaman ana laylası 
qədər  şirin,  əziz,  doğma  dilimizin  ədəbi  keşikçilərinin,  təəssübkeşlərinin, 
təbliğatçılarının  danılmaz  xidməti  bütün  əzəməti  ilə  göz  önünə  gəlir.  Onların 
cərgəsində  bu  gün  də  İlyas  Əfəndiyev  ön  sıradadır.  Bəli,  bu  gün  böyük  ədibin 
«Kənddən məktublar» kitabında verilmiş ilk qələm təcrübələri olan «Qızbəs xala», 
«Qarımış oğlan», «Mirzə İman», «Uxajor» və sonradan qələmə aldığı onlarca digər 
hekayəsi,  «Bahar  suları»,  «Atayevlər  ailəsi»,  «Sən  həmişə  mənimləsən»,  «Unuda 
bilmirəm»,  «Mahnı  dağlarda  qaldı»,  «Xurşidbanu  Natəvan»,  «Büllur  sarayda», 
«Şeyx  Xiyabani»,  «Bizim  qəribə  taleyimiz»,  «Hökmdar  və  qızı»  və  sair  kimi 
pyesləri,  «Qaçaq  Süleymanın  ölümü»,  «Torpağın  sahibi»,  «Sadıqcanın  nağılı»  … 
adlı  povestləri,  «Söyüdlü  arx»,  «Körpüsalanlar»,  «Sarıköynəklə  Valehin  nağılı», 
«Geriyə  baxma,  qoca»  …  kimi  romanlarının  mövzusunun,  ideyasının  aktual  və 
əhəmiyyətli  olduğu  qətiyyətlə  söylənilir.  Və  bu,  həqiqətdir.  Eyni  zamanda  İlyas 
Əfəndiyevin  əsərləri  Azərbaycan  dilinin  saflığını,  gözəlliyini,  zənginliyini, 
qüdrətini özündə yaşadan və gələcək nəslə ötürən böyük xəzinə və dilin keşiyində 
ayıq-sayıq dayanan əvəzolunmaz milli mənəvi irsdir. 
 
 
 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti» 
 
 
 
 
 
 
 
 
   3 oktyabr 2003. 
 
 
Ədibin dramları haqqında yeni tədqiqat 
 
XX  əsr  Azərbaycan  ədəbiyyatının  klassiki,  Xalq  yazıçısı  İlyas  Əfəndiyevin 
əsərləri  hələ  onun  ilk  yaradıcılıq  dövründən  ədəbi  ictimaiyyətin,  tənqidçilərin  və 
tədqiqatçıların  diqqətini  çəkmişdir.  Bu  marağın  səbəbini  akademik  Kamal 
Talıbzadə  sərrast  ifadə  etmişdir:  «Ədib,  adətən,  hamı  üçün  aydın  və  məlum  olan 
həyat  problemlərinə  müraciət  etməyi  sevmir,  gerçəkliyin  elə  həqiqətlərini,  elə 
məsələləri  üzə  çıxarmağı  bacarır  ki,  onlar  həm  yeni  olur,  ədəbi  maraq  oyadır, 
müasir problemlər barədə düşünənləri hərəkətə gətirir və təsadüfi deyil ki, ictimai 
müzakirəyə,  mübahisəyə  səbəb  olurlar»  («Yazıçının  ideyası  və  təhkiyə». 
«Ədəbiyyat və incəsənət» qəzeti, 1980-ci il, 4 aprel). Elə bu səbəbdəndir ki, İlyas 
Əfəndiyev  yaradıcılığa  başladığı  ötən  əsrin  30-cu  illərinin  sonu  40-cı  illərinin 
əvvəllərindən gənc nasirin ədəbi fəaliyyəti ilə bağlı mətbuatda məqalələr işıq üzü 
görməyə  başlayır.  İlyas  Əfəndiyev  haqqında  istər  görkəmli  elm,  mədəniyyət 
xadimlərinin,  nüfuzlu  ədəbiyyatşünasların,  yazıçı  və  şairlərin  elmi-nəzəri, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə