Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   28   29   30   31   32   33   34   35   ...   176

 
64 
M.P.Vaqifin  ələ  düşən  əşarının  məcmuəsi»ni  (Bakı,  1908-ci  il,  «Təzə  həyat», 
Kaspi mətbəəsi, 115 səh.) çap etdirmişdir. 
Alovlu  publisistin  «İrşad»,  «Həyat»  qəzetlərindəki  sanballı  yazıları 
dövrünün qabaqcıl ziyalıları arasında böyük  əks-səda doğurmuşdu. Ümumiyyətlə, 
Haşım  bəy  Vəzirov  onuncu  illər  ədəbiyyatı  və  mətbuatında  nüfuzlu,  qüdrətli  söz 
sahibi idi. 
Arxivdə  işlərkən  istedadlı  qələm  sahibi,  Azərbaycan  ədəbiyyat  və 
mədəniyyətinin  böyük  təbliğatçısı  və  təəssübkeşi  C.Hacıbəylinin  (Dağıstani) 
H.Vəzirovun  vəfatı  ilə  bağlı  «Kaspi»  qəzetinin  eyni  nömrəsində  çap  etdirdiyi  iki 
yazısı diqqətimi cəlb etdi. Həmin yazıların oxucu və ədəbiyyatşünaslar tərəfindən 
maraqla qarşılanacağını, aktuallaşdığını nəzərə alıb onu diqqətinizə təqdim edirəm. 
 
 
 
Xalq xadiminin xatirəsi 
 
 
Amansız  ölüm  Qafqaz  müsəlmanlarının  (azərbaycanlılarının  –  T.A.) 
cərgəsindən  bütün  həyatını  qəlbən  sevdiyi  xalqının  tərbiyəsi  və  tərəqqisinə  həsr 
etmiş görkəmli ictimai və maarif xadimlərindən birini apardı. 
Haşım bəyin öz xalqı qarşısında xidmətləri böyükdür. Təəssüf ki, mərhumun 
sağlığında onun fəaliyyəti layiqli təhlilini və qiymətini almamışdır. 
Hətta  indi,  Haşım  bəyin  ölümündən  sonra  belə,  mərhumun  öz  xalqı 
qarşısındakı  xidmətlərini  araşdırmaq,  layiqincə  dəyərləndirmək  çətindir.  Lakin 
gələcəkdə  Qafqaz  azərbaycanlılarının  həyatını  araşdıracaq  tədqiqatçı  fakt  və 
materialları  topladıqda  Haşım  bəyin  adını  xalq  xadimlərinin  siyahısında  fəxri 
yerlərdən birinə yazacaqdır. 
Nəinki digər həmvətənlər arasında, hətta azərbaycanlılardan bir çoxları üçün 
də Haşım bəyin adı qaranlıqda qala bilər. Onu olsa-olsa, kiçik bir qəzetin təvazökar 
bir redaktoru kimi yada salarlar. 
Lakin  vaxt  gələcək  Haşım  bəyin  xidmətləri,  öz  xalqının  maraqlarını, 
mənafeyini qorumaq nöqteyi-nəzərindən rəngarəng, faydalı fəaliyyəti geniş kütləyə 
məlum olacaq, o zaman onun adı tarixə düşəcəkdir. 
Ola bilər ki, öz xalqının marağı məsələsində Haşım bəyin bəzən də ümumən 
qəbul  edilən  prinsiplərdən  fərqli  öz  mövqeyi,  öz  baxışları  var.  Lakin  məhz  bu 
keyfiyyətləri,  cəhətləri  onun  müstəqil,  orijinal,  yaradıcı  istedad,  zəngin  zəkalı 
natura olduğunu sübut edir. 
Odur  ki,  heç  bir  opponent  cəsarət  edib  onun  öz  xalqını  sevmədiyini  deyə 
bilməz.  Amma  bu  fikrin  əksini  hər  kəs  söyləyə  bilər:  Haşım  bəy  öz  xalqının 
fanatikidir və bu fanatik sevgi naminə o, hər cür fədakarlığa hazır olmuşdur, o, hər 
cür fədakarlıq etmişdir. 
Xalqına  olan  səmimi  və  hərarətli  məhəbbəti  sayəsində  Haşım  bəy  özünün 
son  dərəcə  böyük  səyi,  sözün  həqiqi  mənasında  ecazkar  enerjisi  ilə,  heç  nəyi 
olmadan  və  heç  kəsdən  təmənna  ummadan  yüksək  mövqeyə  çatmışdı.  Xalq 
mənafeyi tələb edərkən, o, tərəddüd etmədən bu mövqeyini qurban vermiş, şəxsən 


 
65 
dəhşətli  məhrumiyyətlərə  və  əzab-əziyyətlərə  məruz  qalmışdı.  Bu,  mərhumun 
ictimai-xəlqi  fəaliyyətində  keçid  məqamı  idi.  Əvvəllər  öz  xalqına  bir  zəmində 
fayda  verdiyi  halda,  sonralar  belə  bir  zərurəti  hiss  etmişdi  ki,  fəaliyyətini 
dəyişdirməli,  onu  daha  geniş,  xalq  şüurunun  mərkəzinə,  xalq  hissiyyatının 
həssaslıqla əxz etdiyi sahəyə bilavasitə yaxınlaşdırmalıdır. 
Haşım  bəyin  bu  yolda  sərf  etdiyi  əmək  və  enerji  sözün  həqiqi  mənasında 
«fövqəladə insan» epiteti ilə səciyyələndirilə bilinər. 
Daim  tənha,  başqa  şəxsin  köməyi  olmadan,  öz  məğrur  başını  heç  kəsin 
qarşısında əyməyən, spesifik müsəlman, xüsusilə də Bakı həyatının «qaydalarına» 
heç vəchlə uymadan mərhum bir çox illər ərzindəki ağır, məhrumiyyətli zəhmətdən 
sonra  öz  məqsədinə  çatırdı.  O,  eyni  zamanda  müxtəlif  ictimai  təşkilatlarda  da 
fəaliyyətini  dayandırmır,  xalqının  ictimai  hissiyyatına  həssaslıqla  və  diqqətlə 
yanaşırdı. 
Möhkəm,  demək  olar  ki,  dəmir  iradəli,  tükənməz  enerjili  və  sərbəst 
xarakterli  Haşım  bəy  Vəzirov  bizim  ictimaiyyətçi  –  xalq  xadimlərimiz  arasında 
nadir  şəxsiyyət  idi.  Onun  bu  ecazkar  keyfiyyətləri,  eləcə  də  həqiqətin  keşiyində 
duran heyrətamiz cəsarəti bizim üçün ibrətamiz örnək ola bilər. 
Haşım  bəy  dünyasını  dəyişdi,  lakin  onun  enerjisi,  onun  iradəsi  və 
xarakterinin  sərbəstliyi  xalq  mənafeyinə  uzun  müddət  təmənnasız  xidmət 
nümunəsi  olacaq.  Mətanətlə  qoruduğu  ideyaları  isə  qəlbimizdə  uzun  zaman 
yolgöstərən ulduz tək nur saçacaq. 
 
«Kaspi» qəzeti, 1916-cı il, № 30 
 
 
 
MÜSƏLMAN HƏYATI VƏ MƏTBUATINDAN 
 
Haşım bəy Vəzirovun dəfni 
 
Fevralın  5-də  bütün  gün  müsəlmanlar  (azərbaycanlılar  –  T.A.)  mərhum 
Haşım bəyin mənzilinə gəlmiş, ailəsinə dərin hüznlə başsağlığı vermişlər. 
Fevralın 6-da Təzə-Pir məscidinin həyəti mərhumun xatirəsinə toplaşanlarla 
dolu  idi.  Dəfn  mərasiminin  iştirakçıları  Aşağı  Təzəpir  küçəsi  ilə  irəliləyirdilər. 
Öndə  «Ər-rəhman»  surəsini  oxuyan  ruhanilər,  onların  arxasınca  orta  məktəb 
müəssisələrinin  təmsilçilərinin,  «İttihad»  uçilişi  (mərhum  bir  vaxtlar  həmin 
məktəbin  müdiri  idi)  nümayəndələrinin  əhatəsində  ziyalılar,  tanınmış  adamlar 
irəliləyirdilər. 
Namazdan  sonra  cənazə  məscidə  gətirildi  və  «Yasin»  surəsi  oxundu. 
Dualardan  sonra  xalq  məktəbləri  Bakı-Dağıstan  müdiriyyətinin  təlimatçısı 
S.M.Qəniyev xalq müəllimləri adından çıxış etdi. 
O,  mərhumu  xalq  müəllimi  və  pedaqoqu  kimi  xarakterizə  etdi,  onun  xalq 
maarifi qarşısındakı xidmətlərini yüksək qiymətləndirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə