Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   32   33   34   35   36   37   38   39   ...   176

 
72 
publisistik  əsərləri,  istər  ən  müxtəlif  peşə  sahiblərinin  qələmə  aldığı  yazılar  üçün 
səmimiyyət, gerçəklik, obyektivlik, prinsipiallıq xarakterik olmuşdur. 
Son  illərədək  böyük  yazıçı-dramaturqun  həyat  və  fəaliyyəti  ilə  bağlı 
müxtəlif  janrlarda  600-ə  yaxın  əsər  qələmə  alınmışdır  (ətraflı  bax:  Əmin 
Əfəndiyev, İlyas Əfəndiyev: biblioqrafik göstərici. Bakı, 2002-ci il, «Çinar-Çap», 
240  səh.).  Xalq  yazıçısı  İlyas  Əfəndiyev  haqqında  yazılanlar  sırasında  sırf  elmi-
tədqiqat  yönlü  materiallar  xüsusi  yer  tutur.  «Ə.Ağayevin  «Kənddən  məktublar» 
adlı resenziyası ilə başlanan bu tədqiqat prosesində respublikamızın ən tanınmış və 
görkəmli  ədəbiyyatşünas  alimləri,  teatrşünasları  və  jurnalistləri  iştirak  etmişlər» 
(yenə orada, səh.9). 
İlyas Əfəndiyevin əsərləri hələ sağlığında həmişəyaşar statusu almışdır. Bu 
gün də onun zəngin və maraqlı irsi geniş oxucu kütləsi ilə bərabər tədqiqatçıların, 
teatr və kino rejissorlarının sevə-sevə, dönə-dönə müraciət etdikləri ədəbi sərvətdir. 
Gənc  tədqiqatçı  Səidə  Şahbazovanın  «İlyas  Əfəndiyevin  tarixi  dramları»  (Bakı, 
«Ağrıdağ»  nəşriyyatı,  redaktoru:  prof.  Himalay  Qasımov,  rəyçilər:  prof.  Şamil 
Salmanov,  Akif  Əliyev,  2002-ci  il,  132  səh.)  adlı  monoqrafiyası  fikrimizi  təsdiq 
edən son nümunələrdən biridir. Monoqrafiyanın mövzusu yeni və maraqlıdır. 
Ədəbi  xəzinəmizdə  tarixi  dramaturgiyanın  ayrı-ayrı  nümunələrinin,  o 
cümlədən Nəriman Nərimanovun «Nadir şah», Ə.Haqverdiyevin «Ağa Məhəmməd 
şah  Qacar»,  H.Cavidin  «Topal  Teymur»,  S.Vurğunun  «Vaqif»  əsərləri,  onların 
ideya-məzmun,  dil,  üslub,  mövzu  və  sənətkarlıq  xüsusiyyətləri,  aktuallığı, 
əhəmiyyəti  ilə  bağlı  çox  sayda  tədqiqat  işi  işıq  üzü  görsə  də,  monoqrafiya 
müəllifinin  fikrincə,  «Azərbaycan  dramaturgiyasının  janr  tipologiyasının  bir 
təzahürü olan milli tarixi dramın ənənəvi sosioloji – ideoloji (! – kursiv bizimdir – 
T.A.)  qəliblərdən  təmizlənmiş  bədii-estetik  dərkinə  və  qiymətləndirilməsinə, 
şübhəsiz ki, indi daha çox ehtiyac vardır» (səh.4). Digər tərəfdənsə, tədqiqatçının 
«İlyas  Əfəndiyevin  tarixi  dramlarına  yazıçının  yaradıcılıq  yolundan,  ədəbi 
fəaliyyətindən  bəhs  edən  məqalə  və  monoqrafiyalarda  bu  və  ya  digər  şəkildə 
toxunulsa  da,  həmin  problemin  ciddi  tədqiqat  obyektinə  çevrildiyini  etiraf  etmək 
çətindir» - qənaəti tədqiqat predmetinin aktuallığına və əhəmiyyətinə dəlalət edir. 
Monoqrafiya  iki  fəsildən  ibarətdir:  Tarixi  dramın  nəzəri  məsələləri.  Tarixilik  və 
müasirlik janrın problemi kimi və İlyas Əfəndiyevin dramaturgiyasında tarixi dram 
janrı. 
Birinci  fəsildə  tədqiqatçı  ədəbi  mühitdə  tarix  və  müasirlik  kateqoriyaları, 
tarixi janr, tarixi həqiqət və yazıçı təxəyyülü ilə bağlı tanınmış ədəbiyyatşünasların 
mülahizə və mühakimələrinə yaradıcı münasibət bildirir, onları dəyərləndirir, yeni 
elmi-nəzəri fikirlərlə zənginləşdirir. Tarixi və bədii həqiqətin qarşılıqlı əlaqəsindən  
bəhs  edən  tədqiqatçı  göstərir  ki,  tarixi  janr,  konkret  halda  tarixi  dram  sənətkara 
düşüncə  və  xəyallarını  tarixlə  şərtləndirmək  və  əlaqələndirmək  imkanı  verir.  Bu 
qənaəti  əsaslandırmaq  üçün  ilk  milli  tarixi  dramdan  və  sonralar  bu  sahədə 
formalaşmış  ənənələrdən  söhbət  açır.  Təqdirəlayiqdir  ki,  müraciət  etdiyi 
mənbələrdə  dram  janrına,  onun  mövzu  və  qəhrəman  probleminə,  tarixi  şəxsiyyət, 
hadisə  və  faktlara  dair  deyilmiş  fikirləri  saf-çürük  edən  tədqiqatçı  bu  janrın  yeni 
təşəkkül və inkişaf meylləri ilə bağlı maraqlı və diqqətçəkən mülahizələr söyləyir. 


 
73 
Əsərin  ikinci  fəslində  İlyas  Əfəndiyevin  dramaturgiyasında  tarixi  dramda 
tarixiliklə  müasirliyin  vəhdətindən  söhbət  açan  tədqiqatçı  yazır:  «Onun 
dramaturgiyası  ən  həyəcanlı  məqamlarda  da  siyasi konyuktorlardan  doğulduğunu 
iddia  etmədi,  dilinə  gətirmədi,  estetik  idealında  zahiri  pafosa,  sürətə,  kollektiv 
təfəkkürə  üstünlük  vermədi,  sosial  sifarişi  deyil,  qəlbinin  hökmünü  ifadə  etdi  və 
beləliklə, sənətini layiq olduğu mərtəbəyə yüksəltdi» (səh.45). 
Monoqrafiya  müəllifi  İlyas  Əfəndiyev  dramaturgiyasının  milli-mənəvi 
keçmişimizin  ideya-poetik  təcrübəsinin  marksist  metodoloji  təlimlə  bir  yerə 
sığmadığı  qənaətini  əsaslandırmağa  çalışır  və  istəyinə  nail  olur.  Yaşanan  dövrün 
mənəvi-əxlaqi problemlərinin həlli üçün tarixi yaddaşla silahlanan İlyas Əfəndiyev 
tarixdə  yaşamaq  haqqı  qazanmış  hadisə  və  şəxsiyyətlərin  izlərini  bədii  təsvir 
predmetinə çevirir, «tarixin qalın kitablarını millətin alın kitabları kimi yazırdı və 
beləliklə, tarixi dram janrının yeni təzahürlərini yaradırdı» (səh.46). 
İlyas Əfəndiyev tarixi mövzuda ilk dramını («Mahnı dağlarda qaldı») 1971-
ci ildə, sonuncunu 1994-cü ildə («Hökmdar və qızı») qələmə almışdır. Həmin dövr 
ərzində Azərbaycan dramaturgiyasının bütün yükünü öz çiyinləri üzərinə götürən 
yazıçı ümumilikdə iyirmidən çox dram əsəri yazmış, Azərbaycan teatrında «İlyas 
Əfəndiyev məktəbi»ni yaratmışdır. 
İlyas  Əfəndiyevin  ictimai  mühitdə  iz  buraxan  tarixi  hadisələrə  söykənərək, 
yalnız  «tarixi-xronikal  səpkili»,  yaxud  «tarixi  mövzuda  yazılan  səhnə  əsəri» 
yaratdığı  fikirləri  ilə  razılaşmayan  tədqiqatçı  göstərir  ki,  dramaturq  tarixin  və 
yaddaşın dərinlikləri ilə bərabər, obrazların daxili-mənəvi dünyasına, ruhuna nüfuz 
edərək,  tarixi  mövzuda  fəlsəfi-didaktik  təmayüllü  lirik-psixoloji  dram  əsərlərini 
ərsəyə gətirmişdir. 
Tədqiqatçı  bu  fikrində  haqlıdır  ki,  «Mahnı  dağlarda  qaldı»,  «Xurşidbanu 
Natəvan», «Hökmdar və qızı» kimi əsərlərində İlyas Əfəndiyev üçün tarixilik təkcə 
tarixə  müraciətdə,  tarixi  materialda  deyil,  müasiri  olduğu  tarixlə,  keçmişi  indi  ilə 
ələqaləndirilməsindədir.  Bax,  tədqiqatçının  belə  bir  elmi-nəzəri  qənaətini  həyatın 
özü – İlyas Əfəndiyevin həmişəyaşar irsi təsdiqləyir. 
Monoqrafiya  müəllifi  İlyas  Əfəndiyevin  tarixi  dramlarındakı  obrazlar 
qalereyasına hansısa missiyanı həyata keçirən bir qrup insan kimi baxmır. Onların 
xarakter və düşüncələrini, hiss və həyəcanlarını, ovqatını, niyyətini, məramını, bir-
birlərinə  münasibətini  ayrı-ayrılıqda  təhlil  etməyə,  fərdi  şəkildə  dəyərləndirməyə 
üstünlük verir. 
Bu  zaman  həm  qəhrəmanın  xarakteri  qabarır,  özünəməxsus  cizgiləri  üzə 
çıxır,  həm  də  dramaturqun  öz  obrazı  vasitəsilə  cəmiyyətə  ünvanladığı  əgər  belə 
demək  mümkündürsə,  «mesaj»  bütün  təfsilatı  ilə  aşkarlanır.  Tədqiqatçı  obrazlara 
münasibət bildirərkən, eyni zamanda həm İlyas Əfəndiyevin öz qəhrəmanları, həm 
də  digər  dramaturqların  personajları  ilə  müqayisə  edir,  fərqli  və  oxşar  cəhətlərini 
üzə çıxarır, onların ədəbi mühitdəki yerini müəyyənləşdirməyə çalışır. 
Beləliklə, monoqrafiyada  böyük  dramaturqun  tarixi dramlarının  tarixi  dram 
janrının  ənənəvi  və  müasir  ədəbiyyatşünaslığın  tələbləri  səviyyəsində 
araşdırıldığını söyləyə bilərik. Bununla belə, əsər nöqsansız da deyildir. Şübhəsiz 
ki,  Ə.Ağayev,  M.Arif,  M.Cəfər,  X.Əlimirzəyev,  S.Əsədullayev,  Mehdi  Hüseyn, 
Qulu Xəlilli, Y.Qarayev, C.Məmmədov, B.Nəbiyev, Şamil Salmanov, Y.Seyidov, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə