Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   40   41   42   43   44   45   46   47   ...   176

 
89 
çətinlik  nə  qədər  çoxdursa,  bu  işin  şirinliyi  də  bir  o  qədər  artıqdır»  -  deyən 
E.Ozaydın  çəkir.  Elçin  həyatını  «milli  vətəndaş  xidməti»nə  həsr  edən  həmvətəni 
ilə  qürur  duyduğunu,  onunla  fəxr  etdiyini  gizlətmir,  qəlbində  oyanan  xoş  hissləri 
oxucu ilə bölüşür: «…heç kim onu məcbur etmir ki, sən min bir əziyyətlə, həm də 
əlinə  keçən  bütün  xırda-xuruş  paranın  hesabına  «Həmşəhri»  qəzeti  çıxar;  bu, 
müqəddəs və qüdrətli bir duyğunun nəticəsidir». 
1979-cu  ildən  İstanbulda  nəşrə  başlayan  «Xəzər»  aylıq  «Ədəbiyyat 
dərgisi»nin (sahibi Həmid Turan, yazı işləri müdiri Kamal Güngörən, məsləhətçisi 
Xavər  Aslanqızı,  texniki  katibi  Cumhur  Turan)  başlıca  məqsədi  1-ci  nömrəsində 
verilmiş  proqram  məqaləsində  deyildiyi  kimi,  Azərbaycan  ədəbiyyatı  və 
mədəniyyətini  tanıtmaq,  köklü,  klassik  ədəbiyyatımızı  türk  oxucularına 
sevdirməkdir.  Jurnal  xəbər  verir  ki,  oxucular  dərgidə  Azərbaycan  ədəbiyyatı 
haqqında elmi-nəzəri araşdırmalarla yanaşı, klassik və çağdaş şeir və nəsrimizdən, 
folklordan  gözəl  və  dolğun  örnəklərlə  də  tanış  olmaq  imkanı  tapacaqlar.  Bu  xoş 
xəbərlərlə  öz  oxucusunu  müjdələyən  Elçin  haşiyəyə  çıxır  və  təəssüflə  bildirir  ki, 
Türkiyədə Azərbaycan ədəbiyyatı az çap olunur, az tədqiq və təbliğ edilir. Elçin 32 
səhifəlik  jurnalın  ilk  3  nömrəsinin  demək  olar  ki,  bütün  materiallarını  təhlil  edir, 
yüksək dəyərləndirir. 
Oçerk  müəllifi  Türkiyədə  Azərbaycana  olan  marağı  gizlətmir,  əksinə  bunu 
gur  səslə  bəyan  edir:  «onlar  Azərbaycanla  maraqlanır  desəm,  əslində  heç  nə 
deməmiş  oluram;  onlar  bizim  həyatımızla  yaşayırlar…». Etiraf edək  ki, SSRİ-nin 
ideoloji  və  hərbi  (NATO  –  Varşava)  düşməni  olan  bir  ölkədəki  həmvətənlər 
haqqında  belə  mehr-məhəbbətlə  söz  açmaq  böyük  cəsarət  və  Vətən  sevgisi  tələb 
edirdi.  Elçin  Türkiyəyə,  «müasir  mədəniyyətin  mərkəzi»  İstanbula  sevgisini 
gizlətmir. Zəngin Osmanlı tarixinə müraciət edir, oxucunu «Topqapı», Aya-Sofiya, 
Süleymaniyyə  məscidi,  muzeylər,  məşhur  türk  memarı  Sinanın  yaratdığı  nadir 
incilərlə tanış edir. 
İnformasiya  ötürücülərinin  –  onlarca  teleradio  kanallarının,  yüzlərlə  qəzet, 
jurnalın, kitabların, xüsusi ilə internet xidmətinin sədd-sərhəd tanımadığı, üstəgəl 
Azərbaycan-Avropa, o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə 
vüsət  aldığı  indiki  zamanda  «dəmir  pərdə»  dövrünün  qayda-qanunlarını 
xatırlamaq, mənzərəsini təsvir etmək belə ağırdır… 
Elçin Türkiyə həyatının ən müxtəlif sahələrindən, fərqli mövzulardan qürur, 
fəxarət, sevgi hissi ilə yazır: Türkiyə tarixi. «1921-ci il yanvar ayının 10-da İnönü 
kəndinin yaxınlığında 15 minlik türk ordusu 60 minlik, dövrün ən yeni silahları ilə 
silahlandırılmış, arxasında Antanta dayanmış yunan ordusunu darmadağın etdi və 
bu, türk milli-azadlıq hərəkatının gələcək parlaq qələbələrinin başlanğıcı oldu; 15 
minlik,  demək  olar  ki,  silahsız,  ərzaqsız,  sursatsız  türk  ordusu  azadlıq 
ideallarından, milli qürur hissindən qüvvət alaraq bir daha sübut etdi ki, qəsbkarlıq 
öz mahiyyəti etibarı ilə ölümə məhkumdur». 
Rəssamlıq. «Türkiyə karikaturası müasir dövrdə dünyanın ən yüksək bədii-
estetik  səviyyəli  karikaturalarından  biridir.  Mən  İstanbul  Karikatura  Muzeyində 
«İnsan hüququ» mövzusunda açılmış karikatura sərgisinə baxdım və uzun müddət 
bu sərginin təsiri altında qaldım».   


 
90 
Kino.  «…  «onuncu  sənət»  başqa  ölkələri  olduğu  kimi,  Türkiyəni  də  fəth 
etməyə başladı və hazırda Türkiyə hər il 250 bədii film istehsal edən və 300 xarici 
filmi  türk  dilinə  dublyaj  edən  bir  kino  ölkəsidir:  burasını  da  qeyd  edim  ki, 
Türkiyədə ilk milli film (xronika) 1914-cü, ilk bədii film (komediya) 1917-ci ildə 
çəkilmişdir». 
Ədəbiyyat.  «Bugünkü  türk  ədəbiyyatı,  bir  tam  halında  və  sözün  yüksək 
mənasında,  özünü  ifadə  və  təsdiq  edə  bilən  bir  ədəbiyyatdır».  «Müasir  türk 
ədəbiyyatı bir küll halında öz xalqını tanıyan, onun həyatına, arzularına, təbiətinə 
bələd  olan  psixoloji  bir  ədəbiyyatdır».  «Türkiyədə  uşaq  ədəbiyyatı  çox  inkişaf 
etmiş  və  geniş  yayılmışdır:  poliqrafiya  və  tərtibat  baxımından  nəfis  şəkildə 
buraxılan uşaq kitabları çox çap olunur, çox satılır və çox oxunur». 
Atatürkə  məhəbbət  və  əlifba  islahatı: «Türkiyədə dini fanatiklərin, eləcə 
də  həmişə  hər  cür  yeniliyə  qarşı  çıxış  edən  reaksiyanın  kəskin  müqavimətinə 
baxmayaraq, Atatürkün polad iradəsi ərəb əlifbasını latın əlifbası ilə əvəz etdi və 
bu, əhalinin savadlanmasında əhəmiyyətli rol oynadı».  70-80-ci illərin gəncləri bu 
sətirlərin  sevgisi  ilə  sehrlənmiş  və  onların  qəlbinə  Türkiyəyə  məhəbbət  közü, 
qığılcımı düşmüşdür. 
Elçinin  Nazim  Hikmətə,  Əziz  Nesinə,  Yaşar  Kamala  olan  sonsuz  sevgisi 
ötən  əsrin  70-80-ci  illər  oxucusuna  sirayət  etmişdir.  Ümumiyyətlə,  oçerk  türk 
ədəbiyyatı  tarixi  və müasir  dövrü barədə  məlumatlarla  zəngindir.  Bu  da  təbiidir. 
Səfər  Yazıçılar  İttifaqı  tərəfindən  təşkil  edilmişdir  və  nümayəndə  heyəti  Türkiyə 
Yazarlar  Sindikasının  dəvəti  ilə  Türkiyədə  qonaqdırlar.  Məqsəd  müasir  türk 
yazıçıları,  mədəniyyət  xadimləri  ilə  tanışlıq  və  ən  müxtəlif  problemlər  ətrafında 
fikir  mübadiləsidir.  Maraqlıdır  ki,  müəllif  səfərin  məqsədi  barədə  məlumat 
verərkən  bura  «hər  birimizin  bir  yazıçı  kimi  fərdi  marağımız»  sözlərini  də  əlavə 
etmişdir. Elçinin «fərdi marağı» təbii ki, «ictimai və milli mənafe» anlamındadır və 
bu maraq ədəbi-bədii, sənət çərçivələrilə məhdudlanmır. Məhz buna görə də oçerk, 
əslində Türkiyənin bütün mənzərəsi – ictimai-siyasi, iqtisadi, tarixi, ədəbi-mədəni 
həyatına  bir  işıq  salır.  Bununla  belə,  türk  ədəbi  mühiti  əsərdə  daha  geniş  əksini 
tapmışdır. 
Elçin türk ədəbi nümunələrini dünya, o cümlədən Azərbaycan ədəbiyyatı ilə 
müqayisədə  təhlil  edir,  maraqlı  və  qəti  qənaətə  gəlir:  vicdanlı  ədəbiyyat.  Elçin 
Atatürkün Tofiq Fikrət haqqında söylədiyi «bütün həyatı boyu yalnız öz vicdanının 
sözünə  baxan  bir  şair»  fikrini  o  dövrdə  yaşayıb  yaratmış  bir  çox  türk  yazıçı  və 
şairlərinin xarakterik cəhəti kimi xüsusi qeyd edir və yazır ki, onuncu illərin sonu, 
iyirminci  illərin  əvvəllərində  türk  milli-azadlıq  hərəkatı  və  bu  hərəkatın  rəhbəri 
Atatürk  qabaqcıl  türk  ədəbiyyatının  böyük  mənəvi  dayağını  hiss  etmişdir. 
Diqqətçəkəndir  ki,  müəllifi  cəmiyyətin  müxtəlif  təbəqələrinin  fikirləri  də 
düşündürür.  O,  fəhlədən,  taksi  sürücüsündən,  şəhər  bələdiyyəsinin  əməkdaşından 
da  hansı  əsəri  oxuduğunu  soruşur.  Polis  nəfərinin,  məmurun  Nazim  Hikməti 
oxuyub-oxumadığı  ilə  maraqlanır.  Elçinin  Nazim  Hikmət  sevgisi  suyu  gözünə 
sığmayan, daim çağlayan bulağa bənzəyir: aşıb-daşır. Gah bu qüdrətli türk şairini – 
«hündür boylu, sarışın, göy gözlərindən işıq və hərarət saçan yaraşıqlı insanı» ilk 
dəfə  gördüyü  günü  və  heç  vaxt  unutmadığını  xatırlayır,  gah  Gülxanə  parkında 
ceviz  ağacı  axtarır,  tapmayanda  içdən  kədərlənir,  gah  bugünkü  Türkiyədə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə