Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   37   38   39   40   41   42   43   44   ...   176

 
83 
dastandır.  «Araba»  cilovlanmayan,  sərhədsiz,  ipə-sapa  yatmayan,  yozulması 
müşkülə çevrilən, sonu görünməyən, bitməyən duyğu və düşüncələrin, həyəcan və 
iztirabların  gurultusuz,  hay-küysüz,  sakit,  eyni  zamanda  canlı,  yığcam,  oynaq  və 
obrazlı ifadəsidir. 
Bəzən  cəmiyyətdə  üzdə  və  ilk  baxışda  görünməyən  xarakteri,  onun    həyat, 
düşüncə  tərzi  və  psixoloji  durumunu  məharətlə  yaradan  yazıçının  qələmini 
qiymətləndirmək  üçün  «o,  həyatın  dibinə  enmiş,  qəhrəmanını  oradan  seçmişdir» 
deyirlər.  Fikrimizcə,  «Araba»da  əksinədir.  Elçin  burada  həyatın  dibinə  enmir, 
həyatın dibindəkiləri üzə, işığa çıxarır, onlara bütün bucaqlardan baxır ... 
«Araba»nın  qəhrəmanı  dövrün  tanınmış  şairlərindəndir.  Onun  altmış  yaşı 
ölkədə təntənə ilə qeyd edilmiş, şair «Şərəf» ordeninə layiq görülmüşdür. İndi o, 
ağır  xəstədir,  yataqda  can  üstədir.  Ağlı  kəsəndən  6-7  yaşından,  arabaya  mindiyi 
vaxtdan  üzü  bu  tərəfə  həyatını,  yaradıcılığını  xatırlayır.  Onun    mətbuatda  dərc 
olunan,  çoxları  kimi  atasının  da  «ürəyini  uçuran»  ilk  şeri  Stalinin  ölümü 
münasibəti  ilə  yazılmışdır.  Şair  şerdən  bir  parçanı  yadına  salır.  Bir  misra  daha 
təsirlidir:  «necə  yaşayacağıq  sənsiz?».  Şair  təkrar  edir  və  çoxmənalı  gülümsəyir. 
Elə  gülümsəyir  ki,  «...  elə  bil  ...  o  təbəssümə  başqa  bir  dünyanın  kölgəsi 
düşmüşdü». 
Zənci  qızı  Ancela    Devisin  şərəfinə  yazdığı  şer  də  böyük  əks-səda 
doğurmuşdur.  Başqa  dillərə  tərcümə  edilmiş,  «Pravda»da  dərc  olunmuş,  hətta 
dərsliklərə  salınmışdır.  İndi  heç  kim  o  şeri  də,  müəllifi  də  xatırlamır.  Şerin  
qəhrəmanı  indi  qocalmış  və  eybəcərləşmiş  Ancela  Devis  isə  «yuxu  ilə  gerçəklik 
arasındakı bir görüm» kimi təzahür edir və «həmişəlik yox olmazdan əvvəl şairə 
(nədənsə, rus dilində) dedi: «Durak». 
Bu  şerlər  şairin  yaradıcılığının  timsalıdır.  Lakin  bütün  yaradıcılığını  əks 
etdirmir.  Axı,  onun  yazılmış  şerləri  ilə  yanaşı,    yazılmamış  şerləri  də  var.  Bax, 
bəlkə ikinci olmasaydı, şair ömrünün qürub çağına və xəstəliyinə baxmayaraq, öz 
xoşbəxt  ölümünü  (?!)  «güləcəyik  əvvəlki  tək,  sevəcəyik  əvvəlki  tək»  -  deyə 
qarşılayacaqdı.  Lakin  şairin  faciəsi  (faciəsimi?)  bir  tərəfdən  onun  gec  də  olsa, 
həyatı anlamağında, digər tərəfdən ətrafındakıların da onu başa düşməməsindədir. 
Şair  puç,  mənasız  bir  həyat  yaşadığını  bilir,  psixoloji  gərginlik,    mənəvi  sarsıntı 
keçirir.  Onun  əhatəsindəkilərin  problem  və  qayğıları  çox  fərqlidir.  Həyat  yoldaşı 
şairin  yeni il gecəsi öləcəyini fikirləşir  və  buna görə də  «Əminə xanım  səhərdən 
axşamacan  ürəyində  Allaha  yalvarırdı  ki,  bu  münasibətin  son  ucu  Yeni  il 
çiyinlərində  daşımasınlar».  Şairin  kiçik  qızı  yubileyinin  Respublika  sarayında 
keçirilməsini  istəməyən  atasının  hərəkətindən  gileylidir.  Oğlu  Yeni  il  gecəsini 
ölümlə əlbəyaxa olan atasının yanında keçirdiyini az qala qəhrəmanlıq və övladlıq 
borcunu  şərəflə  yerinə  yetirmək  hesab  edir.  Qızı  Əminaşkaya  heyranlığını, 
babasına məhəbbətini anası addımbaşı izhar etsə də, şair nəvəsinin də soyuqluğunu 
duyur: «... və o tamam  yad adamların əhatəsində idi, yəni şair bilirdi, görürdü ki, 
bu  -  Əminə  xanımdır,  bu  -  böyük  qızıdı,  bu  -  balaca  Əminaşqadı,  nəvəsidi,  kiçik 
qızı da şairin gözünün qabağına gəldi, oğlu da, amma hamısı yad idi... 
yad idi... 
yad idi... 
yad idi... 


 
84 
hamısı, Məmməd müəllim kimi yad idi». 
Təəssübləndirmək,  düşündürmək  və  həm  də  inandırmaq  ustası  Elçin  bütün 
hadisə, epizod və xatirələri, onların qəhrəmanlarını bir məcraya istiqamətləndirir - 
şairin ölüm çarpayısı ətrafına. Dramatizm, gərginlik son həddə çatır. Şair axırıncı 
anlarını yaşayır «Bu evdə hamı belə bir məqama hazır idi (əslində, bu evdə hamı 
belə  bir  məqamı  gözləyirdi)».  Şairin  qudası  Məmməd  müəllim  də  daxil  olmaqla 
hamı xəstənin uzandığı otağa toplanmışdır. 
KQB  polkovniki  Məmməd  müəllim  dünyanın  altını  da  bilir,  üstünü  də. 
Təcrübəli,  həm  də  təhlükəlidir.  Burada  da  başqalarından  fərqli  görünür:  şairin 
vəsiyyət edib-etməməsi ilə maraqlanır, «yox» cavabını alanda şairdən yavaş səslə 
soruşur: «Bir sözün yoxdur? Nə istəyirsən?». Hekayə boyu bir-iki məqamda oxucu 
ilə «üzləşən» Məmməd müəllim bitkin, tipik obraz kimi yaddaşlarda qalır. Gödək 
boyu,  hamar  yanaqları,  qırmızı,  yumru,  daz  başı  ilə  diqqətçəkən  Məmməd 
müəllimin  iti  zəkası,  hiyləgərliyi  və  ehtiyatlılığı,  göz  yaşlarından  məhrum  yaşıl 
gözləri onun zahiri və daxili portretinin spesifik cizgiləridir. Məmməd  müəllimin 
xəstəyə  təkrar  müraciətindən  sonra  şairin  «tamam  arıq  və  qansız  sifətindən  güclə 
seziləcək  bir təbəssüm ötüb keçdi və şair eləcə tavana baxa-baxa zəif səsilə: 
- Araba ... dedi, - Araba istəyirəm...» 
Bu  zaman  bütün  doğmaları  (yadlar!),  hətta  qudası  Məmməd    müəllim  də 
(bəlkə ilk dəfə) yanıldı, şairin sözünə sayıqlama kimi baxdı. Amma şair özündə idi, 
o  istədiyini  bilirdi.  O,  arabasını,  uzaqlığını  istəyirdi,  hədər  başa  vurduğu  dünyanı 
yenidən yaşamaq istəyirdi, «o uşağı, o araba yükünün üstündən çəkib aşağı salan» 
dünyaya qarşı üsyan edirdi. 
Elçinin hekayəsində irəli sürülən ideya ciddi olduğu qədər də əhəmiyyətli və 
aktualdır: qələm əhlinin, söz sahibinin ən zəif və ən zərif yeri imzasıdır. Yazıldığı 
dövr  və  şəraitdən  asılı  olmayaraq,  müəllif  hər  vaxt  öz  imzasına  sahib  çıxmağı 
bacarmalıdır,  daha  dəqiq  desək,  elə  əsərlər  yaratmalıdır  ki,  təlatümlər  və 
təbəddülatlar  onu  imzasından  imtina  etdirməsin.  Bu  ideyanın,  mövzunun  uğurlu 
bədii həlli Elçinin özünəməxsus üslubu, orijinal bədii ifadə tərzi, zəngin və obrazlı 
dili, fərqli müşahidələri, müqayisələri, dərin, duyğulu ifadə və tərənnüm formaları 
fakt  və  hadisələri  dəyərləndirmək,  onlardan  məharətlə  istifadə  etmək  bacarığı 
sayəsində  mümkün  olmuşdur:  «...  arabanın  təkəri hərdən  palçıq  çuxura düşürdü», 
ayağı  qaloşlu,  şalvarı  əynindən  tez-tez  sürüşüb  düşən  uşaq  da  hər  dəfə  hıqqına-
hıqqına  güc  verib  «o  təkəri  palçıq  süxurundan»  çıxarırdı.  Bir  dəfə  uşağın 
qaloşunun  «bir  tayı  ayağından  çıxıb  palçıqda  qalmışdı».  Bu,  faciə  deyildi.  Uşaq 
qaloşunun  tayını  tapır,  amma  günlərin  bir  günü  təkər  9  çərxi-fələk)  fırlananda 
arabanın  üstündəki  uşağı  (şairi)  həmin  o  palçıq  çuxura,  bataqlığa  (yaşayıb-
yaratdığı, Stalin və Ancela Devisi vəsf etdiyi, şan-şöhrət sahibi olduğu cəmiyyətə) 
salır.      Uşaq  öz  qaloşunu  palçıqdan  çıxarsa  da,  şairi  o  bataqlıqdan  (mövcud 
rejimdən)  çəkən-cıraxan  olmur.  Əslində  şair  də  oradan  çıxmaq  üçün  çapalamır, 
təşəbbüs göstərmir (qaloş kimi), əksinə «sevir», «gülür», «yeyir», «içir». 
«Araba»da Elçin kiçik bir işarə, eyhamı ilə böyük mətləbə toxunur, sözün, 
sənətin  sehrinə  söykənib  yadda  qalan  xarakter  yaradır,  2-3  cümlə  ilə  göz  önündə 
unudulmaz  səhnə,  mənzərə  canlandırır:  «həmin  gün  -  şairin  dəqiq  yadındaydı  -  o 
araba yolunu da, bütün o ətrafdakıları da çən basmışdı, narın-narın çiskinləyirdi və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə