Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   45   46   47   48   49   50   51   52   ...   176

 
99 
qənaətlərə  münasibətini  bildirmişdir.  Ədəbi  tənqidlə  bağlı  yazdığı  onlarca 
məqalədə Elçinin meyarı dəyişməz olmuşdur: həqiqi sənətə xidmət. Dünən – sovet 
dövründə də belə idi, bu gün də belədir. 
Sovet  dövründə  söz  sənətini  ona  təcavüz  etmiş  ideologiyadan  xilas  etmək 
uğrunda  mübarizə  aparan  Elçin  bu  gün  ədəbiyyatı  yad  və  bayağı  missioner 
«izm»lərin eybəcər hala salmaq cəhdlərindən qoruyur. 
Elçinin  hekayə,  povest,  pyes,  romanları,  tərcümələri,  ədəbi  tənqid  və  onun 
problemləri haqqında məqalələri barədə xeyli yazılmış, bədii əsərlərinin mövzusu, 
ideyası,  dili,  üslubu,  sənətkarlığı,  süjet  və  kompozisiyası  ilə  bağlı  sanballı 
tədqiqatlar aparılmış, əsərləri bir çox xarici dilə tərcümə olunmuş, xarici ölkələrdə 
nəşr  edilmiş,  pyesləri  respublikanın  və  Türkiyənin  ən  nüfuzlu  teatrlarında 
oynanılmışdır.  Bütün  bu  sahələrdə  həmin  işlər  daha  ciddi  və  əhatəli  davam 
etdiriləcəkdir. Elçinin ədəbi irsi bu hüquqa sahib olmuşdur. 
Son dövr ədəbi mühitində də hadisəyə çevrilən əsərləri göstərir ki, tükənməz 
enerji və ehtirasla yazmaqda olan Elçin hələ neçə-neçə yeni yaradıcılıq uğurlarına 
imza atacaqdır. 
 
 
 
 
 
 
 
  «Mars» jurnalı, № 3-4, aprel 2003 
 
 
 
«Dəli ər» sərhəd tanımır 
 
Sovet  dövründə  «Yaxın,  uzaq  Türkiyə»  ilə  qardaş  ölkəyə  sonsuz 
məhəbbətini izhar edən Xalq yazıçısı Elçin son illər Azərbaycan-Türkiyə  mədəni, 
ədəbi  əlaqələrinin genişlənməsinə, keyfiyyətcə  yeni  mərhələyə  qədəm  qoymasına 
öz töhfəsini verməkdədir… 
Ədibin  Ərzurum  Teatrında  fevralın  3-də  səhnəyə  qoyulan  «Mənim  ərim 
dəlidir» adlı tamaşası şəhərin mədəni həyatında hadisəyə çevrilmişdir. Tamaşanın 
rejissoru  Ankara  Dövlət  Teatrının  sənətçi  və  rejissoru  Ensar  Kılıncın  təbiri  ilə 
desək, «600 kişi əsəri ayaqda seyr edirdi». Premyeradan bu günədək əsər hər gün 
oynanılmış və hər dəfə tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır. 
Tamaşa Türkiyənin demək olar ki, bütün kütləvi informasiya vasitələrinin – 
qəzet,    məcmuə,  televiziya  şirkətlərinin  diqqətini  çəkmiş,  əsər  haqqında  maraqlı 
resenziyalar hazırlanmışdır. 
Rejissor  Ensar  Kılınc  tamaşanın  il  ərzində  Türkiyənin  əksər  teatrlarında 
səhnəyə qoyulacağını bildirdi və əlavə etdi: 
- Əsər fevralın 20-də Qarsda, 27-də Ərzincanda, martın 1-7-də Sivasda, 20-
27-də  Konyada,  apreldə  Antalya,  Adana  və  Ankarada  oynanılacaqdır.  Tamaşanın 
həmçinin  Qazaxıstan,  Özbəkistan,  Qırğızıstan,  Türkmənistan,  habelə  Çin  və 
Yaponiyada  səhnələşdirilməsi  nəzərdə  tutulmuşdur.  Bu  məqsədlə  may  ayında 
truppamız həmin ölkələrə 45 günlük səfərə çıxacaqdır. 


 
100 
Sovet  imperiyası  dağıldıqdan  sonra  keçid  dövrü  yaşayan  adamların 
problemlərinin,  güzəranının  və  həyat  tərzinin  bədii  təcəssümü  olan  «Mənim  ərim 
dəlidir» əsəri şübhəsiz, hələ minlərlə tamaşaçı qəlbini fəth edəcəkdir. 
 
 
 
 
 
 
 
«Azadlıq» qəzeti, 11 fevral 2000 
 
 
Sənətə, ədəbiyyata xidmət 
 
Azərbaycan  Yazıçılar  Birliyinin  «Yurd»  nəşriyyatı  Xalq  yazıçısı,  Əməkdar 
incəsənət  xadimi,  filologiya  elmləri  doktoru,  professor  Elçinin  həyat  və 
yaradıcılığından bəhs edən bülleten çap etmişdir. Maraqlı tərtibatı və materialları 
ilə  diqqəti  çəkən  nəşrdə  Azərbaycan  ədəbi-nəzəri  fikrinin  görkəmli  nümayəndəsi 
Elçin haqqında tanınmış tədqiqatçıların, söz ustalarının müxtəlif dövrlərdə qələmə 
aldıqları yazılardan seçmələr verilmiş, yeri gəldikcə Elçinin yaradıcılıqla, sənətlə, 
ədəbi  tənqidlə  bağlı  fikirlərindən  sitatlar  verilmişdir.  Anarın,  Bəxtiyar 
Vahabzadənin,  Məmməd  Cəfərin,  Məmməd  Arifin,  Həmid  Araslının,  Əziz 
Mirəhmədovun,  Kamal  Talıbzadənin,  Bəkir  Nəbiyevin,  Yaşar  Qarayevin,  Mirzə 
İbrahimovun  Elçinin  yaradıcılığı  ilə  bağlı  söylədikləri  onun  müasir  Azərbaycan 
ədəbiyyatındakı yeri və rolu barədə aydın, dolğun təsəvvür yaradır. 
«Mahmud  və  Məryəm»,  «Ağ  dəvə»,  «Ölüm  hökmü»  adlı  romanları,  «Bir 
görüşün  tarixçəsi»,  «Toyuğun  diri  qalması»,  «Dolça»  və  s.  kimi  povestləri, 
«Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim», «Mənim ərim dəlidir» və s. 
kimi 
pyesləri, 
onlarla 
hekayəsi 
çoxlu  kinossenariləri,  sanballı  elmi 
monoqrafiyaları,  uğurlu  tərcümələri  ilə  ədəbi  mühitdə  özünəməxsus  yer  tutan 
Elçinin  təbirincə  desək,  bədii  yaradıcılıqla,  tədqiqatlarla  məşğul  olarkən  ən  əsas 
qayəsi,  məqsədi,  amalı  ideologiyaya  yox,  ədəbiyyata,  sənətə  xidmət  etmək 
olmuşdur. 
Elə  buna  görədir  ki,  onun  əsərlərini  azərbaycanlılarla  bərabər  rus,  ingilis, 
fransız,  alman,  ispan,  macar,  ərəb,  türk,  fars  … oxucuları da  məhəbbətlə  mütaliə 
edir,  elə  buna  görədir  ki,  onun  pyeslərinin  tamaşaları  anşlaqla  keçir,  elə  buna 
görədir ki, onun ssenarilərinin əsasında çəkilən filmlər ekranlardan düşmür. Elçinin 
əsərləri  məhz  müəllifin  ədəbiyyat  və  sənətə  xidmət  amalı  ilə  yazıldığı  üçün 
yaşamaq hüququ qazanmışdır. 
 
 
 
 
 
 
 
    «Ədəbiyyat qəzeti», 7 iyul 2000 
 
 
 
 
Senzura, yoxsa “bədii-estetik qamçı”?! 
 
“Tarixi  mərhələ,  xronoloji  əhatə  baxımından  o  da  (60-cı  illər  ədəbiyyatı 
nəzərdə tutulur – T.A.) “sovet ədəbiyyatı” idi, amma artıq klassik anlayışda “sovet 
ideologiyasına”  xidmət  etmirdi”  (Yaşar  Qarayev.  Azərbaycan  ədəbiyyatı  XIX  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə