Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   46   47   48   49   50   51   52   53   ...   176

 
101 
XX  yüz  illər,  Bakı,  “Elm”,  2002-ci  il,  səh.699).  Bədii  yaradıcılığı  ilə  sovet 
ədəbiyyatı,  ideologiyası  və  rejiminə  xidmət  etməyən  ədəbi  nəslin  görkəmli 
nümayəndələrindən  sayılan  Elçinin  ədəbiyyatşünaslığın  və  ədəbi  tənqidin  aktual 
problemlərinə dair sanballı və çoxsaylı məqalələri də həqiqi ədəbiyyatın yaranması 
və inkişafı naminə yazılırdı. “… öz varlığı, öz mövcudluğu ilə qeyri-bəşəri, qeyri-
humanist cəmiyyətə qarşı həmişə daxili bir müxalifətdə duran həqiqi ədəbiyyat”ın 
(Yaşar  Qarayev,  yenə  orada,  səh.  699)  yaradıcılarından,  təəssübkeşlərindən  və 
nəhayət,  keşiyində  duranlardan  və  bütün  bunları  özünün  vətəndaş-yazıçı-tənqidçi 
borcu bilən Elçin bu gün də – “ədəbi mühitin 80-ci illərin meydan havalığı” (Bəsti 
Əlibəyli.  “Bastiliya”  pilləkanında  təzad  və  ya  yoxluqdan  tənqid,  «525-ci  qəzet», 
№92,  18  may  2002-ci  il)  dövründə  də  əqidəsinə,  amalına  sadiqdir,  sədaqətlidir: 
eyni  istək,  eyni  həvəs  və  eyni  məsuliyyətlə  həmin  vəzifəni  yerinə  yetirməkdədir. 
Bu  mənada  Elçinin  yaxınlarda  qələmə  aldığı  «Müasir  dövrdə  Azərbaycan  ədəbi 
tənqidinin  yaradıcılıq  problemləri»  («525-ci  qəzet»  №224, 225, 226, 227, 26, 27, 
28,  29  noyabr  2002-ci  il)  adlı  son  dərəcə  ciddi  elmi-nəzəri  əhəmiyyət  kəsb  edən 
əsəri diqqəti çəkir. Yeri gəlmişkən, qeyd edək ki, əgər Elçinin «Ədəbi düşüncələri» 
(QAPP-Poliqraf, Bakı, 2002, 295 səh.) «bədii aysberqlərin görünməyən hissəsinin 
duymağın  yollarını  öyrədir»sə  (Həsən  Həsənov.  Elçinin  düşüncələr  doğuran 
«düşüncələr»i,  «Xalq  qəzeti»,  11  yanvar  2002-ci  il),  yaxud  bəşərin  ədəbi  irsinə 
kamil bir baxış, nəzərdirsə, onun bu məqaləsi ədəbi-tənqid tarixinə, ədəbi tənqidin 
yaranması  və  inkişafı  yoluna,  bugünkü  ağır  vəziyyətinə  və  ondan  çıxış  yollarına 
dair təcrübə və istedadın diqtəsi ilə hasil olan yazıdır, «ədəbiyyat yoxdursa, deməli 
millət yoxdur» söyləyən müəllifin narahatlığı, harayıdır.  
Tənqidçinin  təşvişi,  təlaşı,  həyəcanı  nədənsə  böyük  Mirzə  Cəlilin  «Molla 
Nəsrəddin»  jurnalının  birinci  nömrəsinə  yazdığı  proqram-məqaləsini,  onun  ilk 
cümlələrini xatırlatdı: «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O 
kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən 
qaçıb gedirlər,  məsələn,  fala baxdırmağa,  it boğuşdurmağa,  dərviş nağılına qulaq 
asmağa,  hamamda  yatmağa  və  qeyri-növ  vacib  əməllərə.  Çünki  hükəmalar 
buyurublar:  «Sözünü  o  kəslərə  de  ki,  sənə  qulaq  vermirlər  («Molla  Nəsrəddin», 
№1, 7 aprel 1906-cı il). Bütövlükdə cəmiyyətə xitabən deyilən bu sözlər konkret 
fərdlərə aiddir, onlara ünvanlanmışdır və həmin tipləri, xarakterləri hər kəs görür, 
tanıyır.  XX  əsrin  əvvəllərində  bu  cür  «fala  baxdıranlar»,  «it  boğuşduranlar» 
«dərviş nağılına qulaq asanlar», «hamamda yatanlar» XXI əsrin başlanğıcında elə 
bil ki, məşğuliyyət sahələrini, həyat və düşüncə tərzini bir qədər dəyişmişlər: indi 
onlar  şair-ədib,  yaxud  tənqidçi  adı  ilə  müxtəlif  qəzet  səhifələrində  cürbəcür 
«izmlərlə»  baş  girləyir,  dedi-qodu  edir,  ünvanlı-ünvansız  böhtan  yağdırır,  vaxt 
keçirirlər.  Bu  bir  yana  qoçaqlar  –  yaratmaqdan  daha  çox  dağıtmaq  hərisləri  – 
herisçilər,  alatorandan  işığa  getmək  əvəzinə,  geriyə-zülmətə  qayıdanlar,  «azad 
yazarlar»  –  təkəbbür  və  hikkə,  təməlsiz  iddia  sahibləri  «mətbuatımızın  piri» 
(M.Ə.Rəsulzadə),  «mədəniyyətimizin  pioneri»  (C.Hacıbəyli)  H.Zərdabini,  onun 
işinin  davamçılarını  –  xalqın  tarixində  və  taleyində  əvəzsiz  xidmətlər  göstərmiş 
böyük  xadimləri,  onların  irsini  özlərini  xarakterizə  edən,  öz  tərbiyə  və 
səviyyələrinə uyğun ifadələrlə yumşaq desək, təftiş edirlər. 


 
102 
Nadanlığın,  nankorluğun,  əsilsizliyin  intişarı  üçün  münbit  zəmin,  şərait 
yaranmışdır:  bazar  iqtisadiyyatının  problemləri  sözü  də  divara  qısnamışdır,  ona 
təklif də, tələb də azalmışdır, qəzet səhifələri xarabazarı, yazılar bayquş ulamağını 
xatırladır.  Savadsız  müəlliflər  meydan  sulayır,  ədəbi  mühit  bulanıq,  çirkli  suya 
çevrilmişdir.  Reket-jurnalistlər  ciblərə,  «izm»bazlar  beyinlərə  təcavüz  edir, 
mənəviyyatı, şüurları zəhərləyir, zədələyirlər. Bax, belə bir şəraitdə zaman Elçinin 
sözünü  yetişdirdi,  onu  zəruri  etdi,  Elçinin  haqqında  bəhs  etdiyimiz  əsəri  bir 
tərəfdən  dərin  analitik  təhlili,  zəngin  müşahidələri,  dolğun  və  faydalı  elmi-nəzəri 
mülahizə  və  mühakimələri,  qənaətləri  ilə,  digər  tərəfdən  etik-estetik  biçimi, 
təmkinliliyi,  müdrikliliyi  və  aqilanəliyi,  fikirlərin  aydınlığı,  ardıcıllığı,  dilinin  və 
üslubunun sadəliyi, eyni zamanda kəskinliyi ilə yadda qalır. 
Elçin  bir  tərəfdən  klassik  irsin  –  istər  ədəbiyyat,  istərsə  tənqid  –  fərqi 
yoxdur,  təəssübünü  çəkirsə,  digər  tərəfdən  ədəbi  mühitə  yenilik  gətirmək 
istəyənləri təqdir edir, üçüncü bir tərəfdənsə, sözün yaxşı mənasında vurnuxanlara, 
təzə nə isə demək istəyənlərə, istedadlara özlərini ifadə üçün meydan göstərir. O, 
M.F.Axundov satirası ilə «Molla Nəsrəddin» ədəbi məktəbi arasında təbii və üzvü 
bağlılıqdan, varislikdən bəhs etdikdən sonra yazır: «Mən yalnız kiçik bir nümunə 
gətirdim,  ancaq  klassik  Azərbaycan  ədəbiyyatı  ilə  bağlı  nə  qədər  kəşflər,  sovet 
ideologiyasının  ört-basdır  etdiyi  və  bu  gün  üzə  çıxa  bilməsi  üçün  minbir  zəmin 
yaranmış  nə  qədər  bədii-estetik  qatlar,  laylar  hələ  də  açılmamış  qıfıllar 
arasındadır». 
Yaxud, Elçin «60-cılar» barədə yazanda haqlı olaraq bu istilahı «Azərbaycan 
ədəbiyyatı tarixində daha artıq dərəcədə bədii-estetik anlayış, bədii-estetik məktəb» 
adlandırır və  qeyd edir: «Azərbaycanda «60-cılar»dan çox yazıblar və bu gün də 
yazırlar  (mən  avam  və  sadəlövh  kin-küdurəti  nəzərdə  tutmuram),  amma,  elə 
bilirəm  ki,  bu  ədəbi  (və  ictimai!)  hadisəni  vəhdətdə,  xalqın  XX  əsrdə  həm  bədii-
estetik,  həm  də  ictimai-fəlsəfi  və  siyasi  tarixi  kontekstində  araşdırılması,  təhlil 
olunması da müasir tənqidimizin qarşısında dayanan məsələlərdən biridir”. 
60-cı  illərin  ədəbi  tənqidi,  ədəbi  mühitin  tələbatını  kifayət  qədər  ödəyirdi. 
Bununla belə, diqqəti 80-90-cı illərin ədəbi tənqidçilərinin də daha çox 60-cılardan 
yazmasına  yönəldən  Elçin  bu  faktorun,  hadisənin,  faktın  ədəbi  tənqid  tərəfindən 
obyektiv qiymətinin verilməsini, müqayisəli elmi təhlilin və bədii-estetik təsnifatın 
aparılmasını, ideoloji xüsusiyyətlərinin açıqlanmasını da vacib hesab edir. 
Elçin ədəbi-tənqidi ədəbiyyatda kövrək addımlarını atan yazarlara diqqətlə, 
həssaslıqla  yanaşmağa,  onların  hisslərinin  «bədii  ifadəsinə  gözüyumulu  «söz 
yığını» damğası» vurmamağa, əksinə ciddi, obyektiv, elmi, qərəzsiz təhlilə dəvət 
edir:  «Ədəbi  tənqid  cavan  ədəbiyyatı,  cavan  qələm  sahiblərini  qiymətləndirə 
bilmək  üçün  onları  başa  düşməyi  bacarmalıdır  və  bu,  cavan  istedadlara 
münasibətdə əsas prinsiplərdən biri, bəlkə də başlıcası olmalıdır». 
Ədəbi tənqidin rolu, vəzifəsi barədə çox deyib, çox yazıblar. Amma indiki 
şəraitdə – «bu gün bir sıra hallarda ədəbi tənqidin yerini yazıçılara qarşı nadan və 
qatı bir kin-küdurətin ifadəsi tutmağa başlayanda» ədəbi tənqidə verilən tələblər də 
bir  qədər  artır:  «…  ədəbi  tənqid  yaxşıya  da,  pisə  də  qiymət  vermək  iqtidarında 
olmalı,  ədəbiyyatın  inkişafı  naminə  yaxşıdan  istifadə  etməyi,  pisə  qarşı  isə 
mübarizə aparmağı, onu ədəbiyyata yaxın buraxmamağı bacarmalıdır». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə