Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   49   50   51   52   53   54   55   56   ...   176

 
108 
Mürşidin  arvadı  ondan  bir  neçə  il  sonra  vəfat  etdi.  Ölümündən  bir  qədər 
əvvəl məni, ailəmizin digər üzvlərini yanına çağırdı. Hamımıza tək-tək nəzər salıb 
qəribə  bir  tərzdə  gülümsədi,  bir  an  gözlərini  yumub  fikrə  daldı.  Sonra  qəfildən 
gözlərini açdı və ərinin adını söyləyərək qışqırdı: «Gəldi, gəldi. Məni çağırır. Xeyr, 
mən sənin yanına gəlmək istəmirəm»… 
Maltada  birgə  keçirdikləri  uzun  əsarət  həyatında  mürşidin  ruh  sükunətini, 
durğunluğunu  anladan  səhifələr  atamın  bu  illərə  aid  xatirələrinin  gözəl 
parçalarındandır.  Mütəfəkkir  həbsxananın  bir  küncündə  vaxtı  ilə  hökumətdə 
mənsəb  sahibi  olan  əsirlərə  səbir,  sükunət,  hüquqlarından  imtina  etmək  dərsi 
deyirdi.  Mürşid  danışanda  hər  kəs  sakitcə  onu  dinləyir,  dərsin  sonunda  onu 
dinləyənlər  bu  ağır  əsarət  həyatına  bir  neçə  gün  də  dözə  bilmək  üçün  ruhlarında, 
qəlblərində imkan və güc toplayırdı. 
Mürşid  dövrünün  sahib  olduğu  qüdrətə  rəğmən  ən  sadə  yaşayan 
insanlarından biri idi. Ortabab evi öz görkəmini heç vaxt dəyişmədi. Lakin mürşid 
ictimai  əxlaq  sahəsində,  dərslərinin  xaricinə  qətiyyən  çıxmır,  partiyasının  bir  sıra 
ikinci,  üçüncü  dərəcəli  adamlarının  göstərdiyi  şəxsi  mənfəət  ehtirasları  qarşısında 
səssiz-səmirsiz qalırdı. Onun bu sükutu dövrünün əsgər, mülki diktatorları üçün də 
davam  edirdi.  «Gözlərimi  yumaram,  vəzifəmi  yerinə  yetirərəm»  deyimini  mütləq 
bir intizam və itaət əmri şəklində ən əvvəl öz üzərində tətbiq edirdi. 
Bu  sətirlərim  heç  bir  zaman  filosof  mürşidi  Birinci  Dünya  Müharibəsi 
dövründəki  davranışına  görə  tənqid  deyildir.  Sadəcə  həyatının  bir  dövründəki 
görünüşünü  yazıram.  O,  illərdən  uzaqlaşdıqca  hadisələr,  hərəkətlər,  sözlər 
sahiblərinin məqsədlərini tam ifadə edən mənalarını alır. Əslində, insanın şəxsi və 
ictimai  həyatında  səbəb,  əlaqə  və  ya  şahid  olduğu  bütün  hadisələr  eyni  dəyişməz 
qanuna  tabedir.  Bunların  həqiqi  dəyəri,  əmələ  gətirdikləri  dedi-qodular, 
dalğalanmalar  bitdikdən,  silindikdən,  sakitliyə  qovuşduqdan,  bir  sözlə  zamanın 
təmizləyici əli təsirini göstərdikdən sonra bəlli olur. 
İndi  soruşuram:  əgər  mürşid  üzərinə  düşən  vəzifəni  gözlərini  yumaraq 
yerinə  yetirməsəydi,  ətrafının  doğru-yalan  müxtəlif  rəvayətləri,  yolsuzluqları, 
fenaları ilə məşğul olaraq onları düzəltməyə çalışsaydı, istəyinə çata biləcəkdimi? 
Yox!  Bu  təqdirdə  böyük  mənfəət  çəkişmələrinin  ortasına  atılacaq,  mücadilədə 
bəlkə də ən yaxın dostlarından belə xəyanət görəcəkdi. O zaman da əsl vəzifəsini 
yerinə  yetirə  bilməyəcəkdi.  O,  türk  millətini  Qərb  mədəniyyətinə  qovuşdurmaq 
üçün yollar axtarırdı. Bu yollar tapıldıqdan sonra ona tuşlanan pisliklər öz-özünə 
yox olacaq. 
Tarixi bir həqiqəti etiraf etmək lazımdır. Bəlkə də, mürşidin elə düşünməsi, 
belə  hərəkət  etməsi  sayəsindədir  ki,  «İttihad  və  tərəqqi»  dövrünün  elm,  sənət, 
düşüncə sahiblərindən fərqli mövqeyə yüksəlmişdir. Fikir və qənaətləri ilə «İttihad 
və  tərəqqi»nin  düşməni  sayılan  şairlər,  filosoflar,  yazıçılar  mürşidin  və  rəhbərlik 
etdiyi  «Yeni  Məcmuə»nin  ətrafında  toplana  bilmişdilər,  yanında  səmimi  və  əmin 
sığınma  yeri  tapmışdılar.  Gənc  istedadlar  onun  açdığı  qapıdan  şöhrət  dünyasına 
daxil oldular. Şerdə əruzdan hecaya, səhnədə ortabab oyundan həqiqi teatra keçid, 
tarixdə Osmanlıdan öncə türk millətinin varlığını qəbul, dində Quranın tərcüməsi, 
batil, yalan, etiqadlar ilə mücadilə, islahat hərəkatları bütünlüklə onun rəhbərliyi ilə 
oldu.  Dövrünün  ən  böyük,  ən  əzəmətli  siyasi  şəxsiyyətləri  mürşidi  gördükləri 


 
109 
zaman  kiçik  uşaq  kimi  əllərini  öpür,  öpdüklərini  də  hər  kəsə  nümayiş  etdirməyə 
çalışırdılar. 
Yenə  bəlkə  də  mürşidin  elə  düşünməsi,  belə  hərəkət  etməsi  sayəsində 
«İttihad  və  tərəqqi»  zamanında  yaradılmış  ictimai  hərəkatların  şərəfini  siyasət 
adamları  öz  adlarına  çıxarmaq  istəklərini  üzə  çıxara  bilmədilər  və  bunlar  bir 
dövrün, bir partiyanın əsəri olaraq qaldılar. 
Maltadan  –  sürgündən  sərbəst  buraxıldıqdan  sonra  Ankaraya  gəldi.  Ankara 
ittihadçıları əsarətdən milli heysiyyət düşüncəsinə görə qurtarmışdı, lakin onlardan 
ehtiyatlanırdı.  Anadoluya  gələn  digərləri  kimi  mürşidə  də  çox  gülər  üz 
göstərməyərək,  doğulduğu  yerdə,  Diyarbəkirdə  yerləşməsini  tövsiyə  etdi. 
Milliyyətçilik, Qərb dünyası, geri və irəli cəmiyyət məsələlərinin beynində bir-bir 
gizli,  lakin  çox  diqqətçəkən  anlayışlar  halında  ilk  dəfə  bildirdiyi  bir  ortaçağ 
şəhərinə,  indi  adı  bütün  türk  dünyasında  tanınmış  alim  kimi  dönürdü.  Bu  dönüş 
onun  həyatında  yeni  bir  mərhələnin  başlanğıcıdır.  Diyarbəkir  və  ətrafı  şeyxlər, 
müəllimlər, dərəbəylər diyarı idi. O da bu şeyxlər, hətta dərəbəylər arasında həqiqi 
bir şeyx kimi öz oturacağı yeri görürdü.  Onun postu ceylan dərisi yox, bir məcmuə 
olacaqdı: şəhərdəki yeganə daşbasma mətbəəsində çap olunacaq əl içi boyda, adı 
boyuna  uyğun  bir  məcmuə,  «Kiçik  məcmuə!»  O  bu  məcmuədə  çökmüş  Osmanlı 
imperiyasının  yerinə  gələcək  yeni  türk  dövlətinin  ideoloji  rəhbərliyinə  cəsarətlə 
başlayacaqdı. Buna nail olmaq üçün yenə də eyni səmimiyyətlə, vaxtı ilə «İttihad 
və tərəqqi» Partiyasının digər liderlərinə qarşı seçdiyi iş prinsipini təkrar etməkdən 
çəkinmədi.  Milli  mücadilənin  başçılarını  bir-bir  qəhrəman  kimi  qəbul  və  elan 
etdikdən sonra əsl vəzifəsinə qoyuldu. 
Burada  bir  məqama  işarə  vurmaq  yerinə  düşər:  mürşid  türk  millətinin  hər 
zaman  qəhrəmanlara  heyran  olduğunu,  onların  ətrafında  və  arxasınca  cahanın 
fəthinə  çıxdığını,  bütün  türk  tarixinin  də  beləcə  keçdiyini  düşünürdü.  Məşrutə 
inqilabından sonra imperiyanı yalnız bir qəhrəman qurtara bilərdi. O halda Ənvər 
bir qəhrəman olmalı idi. Onu tərəddüdsüz qəhrəman kimi tərənnüm etdi. İmperiya  
yıxıldı.  İndi  türk  milləti  yeni  bir  qəhrəmana  möhtacdır.  Bu  da  Mustafa  Kamal 
olacaqdı.  Ənvər  üçün  yazdığı  şeirləri  eynən  Mustafa  Kamal  üçün  də  təkrarladı. 
Ona  dövlət,  cəmiyyət,  fərd,  vətəndaş  olaraq  türk  millətini  Qərb  mədəniyyəti 
səviyyəsinə  gətirmək  yollarını  göstərəcəkdi.  Diyarbəkirdə  çıxarmağa  başladığı 
«Kiçik məcmuə»nin də vəzifəsi elə bu idi. Məcmuəni araşdırın, latın hərflərindən 
say  adlarına  qədər,  dövlət  anlayışından  türk  dilinin  sadələşdirilməsinə  qədər, 
sonralar  Atatürkün  bir-bir  gerçəkləşdiyi  islahatların  nəzəri  izahlarını  məqalələr 
şəklində  orada  tapacaqsınız.  Mürşid  bu  işi  görərkən  «İslam  ümmətindən,  Türk 
millətindən,  Qərb  mədəniyyətindən  olmaq»  düsturunun  «İslam  ümmətindən 
olmaq»  hissəsinə  «diqqətsizlik»  göstərmiş,  fikirləri  türkün  islamaqədərki  tarixinə 
yönəltmək  niyyətilə  Xilafətin  artıq  türk  milləti  üçün  əhəmiyyətini,  mənasını 
getdikcə  itirən  bir  müəssisə  halına  gəldiyi  düşüncəsini  qeyri-müəyyən  bir  şəkildə 
ortaya atmışdı. 
O,  bütün  müddəalarında  əski  türk  tarixini,  tezislərinin  mənbələrini  tapmaq, 
təqdim etmək üçün hər vasitəyə əl atırdı. Lakin bu elmi qüsur sayıla bilməz. Türk 
millətçiliyini oyandırmaq, türkü bütün şərtlərlə həqiqi bir millət halında dirçəltmək 
üçün  18-ci  əsrdə  Napoleon  istilalarına  qarşı  Alman  milli  şüurunun  oyanması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə