Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   47   48   49   50   51   52   53   54   ...   176

 
103 
Bəzən yaradıcılığın psixologiyasını sənətdəki psixologiya ilə qarışdırıldığını 
göstərən  Elçin  yaradıcılıq  psixologiyasının  öyrənilməsinin  də  ciddi  elmi  uğurlara 
gətirib  çıxaracağına  şübhə  etmir.  Müəllif  müasir  ədəbi  tənqidin  qarşısında  duran 
digər  ən  ciddi  problemlərdən  biri  kimi  dünya  elmi-nəzəri  ədəbiyyatının 
Azərbaycan  dilinə  tərcümə  edilməsinin  vacib  olduğunu  yazır.  Bu  sözləri  «ədəbi-
bədii fikrimizin qarşısında duran heç bir problemi də məhdud milli çərçivədə həll 
etmək  mümkün  deyil»in  (Əsəd  Cahangir)  təsdiqi  hesab  etmək,  yaxud  tənqid 
idxalının vacibliyi kimi anlaşmaq yox, elə Elçinin təbirincə desək, «…bu, əlbəttə, 
heç  vəchlə  o  demək  deyil  ki,  sənətdə  və  ictimai  fikirdə  millilik  arxa  plana 
keçməlidir». 
Elçin «Tənqid xobbi deyil» – yazanda çox haqlıdır. Sözün həqiqi mənasında 
tənqidçi,  resenzist  səlahiyyət  sahibidir:  o,  əsərin  mövzusuna,  məzmununa, 
ideyasına  münasibət  bildirir,  obrazlar  qalereyasını  təhlil  süzgəcindən  keçirir, 
onların xarakterik cəhətlərini, dialoqlarını, davranışlarını, həyat və düşüncə tərzini 
izləyir,  əsərdə  cərəyan  edən  hadisələrin  ardıcıllığını,  dinamizmini,  təbiiliyini 
dəyərləndirir, əsərin süjet  və kompozisiyasını qiymətləndirir,  bədii təsvir  və  ifadə 
vasitələrinə,  dil-üslub  xüsusiyyətlərinə,  müəllifin  sənətkarlıq  məharətinə, 
yeniliklərə, fərqli, orijinal xüsusiyyətlərə diqqəti çəkir, müqayisələr aparır, nəhayət 
elmi-nəzəri-ədəbi  qənaətlərə  gəlir.  Bütün  bunlar  üçün  Elçinin  təbirincə  desək, 
tənqidçinin «baqajı», zəngin mütaliəsi olmalıdır. 
Əks  təqdirdə  «sovet  vaxtı  oxunmayıb  söyülənlər  (Ə.Ağaoğlu, 
Ə.Hüseynzadə, Məmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşov və onların 
silahdaşları nəzərdə tutulur – T.A.), bu gün oxunmayıb təriflənirlər» (Ə.Ağaoğlu, 
Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və onların silahdaşları 
-  nəzərdə  tutulur  –  bunu  təkrar  yox,  təkrir  kimi  qəbul  edin  –  T.A.).  Fikrimizcə, 
tənqidçi bir müəllifin ümumən yaradıcılığına müraciət edəndə də, yaxud müəllifin 
bir əsəri haqqında yazanda da üz tutduğu əsərlərlə, yaxud əsərlə kifayətlənməməli, 
mütaliə  dairəsini  genişləndirməlidir.  Belə  olmayan  halda  uğurlu  resenziyadan, 
tənqiddən  söhbət  gedə  bilməz.  Tutaq  ki,  tənqidçi,  Anarın  bədii  yaradıcılığına 
müraciət edir. Heç şübhəsiz ki, o ilk əvvəl yazıçının bütün irsi ilə, onun haqqında 
yazılanlarla  tanış  olmalıdır.  Bu,  sanballı  tənqid  üçün  kifayət  deyildir.  Tənqidçi 
dövrün  xarakteristikasını,  ictimai-siyasi-ədəbi  mənzərəsini  və  ona  aparan  yolu 
öyrənmək, 
yazıçının 
toxunduğu 
mövzunun 
aktuallığını, 
əhəmiyyətini 
dəyərləndirmək üçün əlavə tarixi-bədii əsərlər də mütaliə etməlidir. 
Fikrimizcə, bunlar da kifayət deyil. Yazıçının toxunduğu mövzunun, ortaya 
qoyduğu problemin, yaratdığı obrazların yerli və xarici ədəbi nümunələrlə oxşar və 
fərqli  cəhətlərini  açmaq,  araşdırmaq,  qiymətləndirmək  üçün  yenə  oxumağa, 
mütaliə  etməyə  ehtiyac  yaranır.  Belə  «baqaj»la  Anarın,  yaxud  istənilən  qələm 
sahibinin irsinə obyektiv ədəbi-elmi-nəzəri qiymət vermək olar. Bu, o demək deyil 
ki, belə «baqaj»ı olmadan yazıçı, yaxud əsər haqqında heç nə demək olmaz. Söhbət 
professional  tənqiddən,  Belinski  tənqidindən  gedir,  adi  oxucu  rəyindən,  fikrindən 
yox!  Heç  adi  yox,  dahi  oxucunun  rəyi  də  (Elçinin  məqaləsindən:  «Lev  Tolstoy 
Şekspir  haqqında  kəskin  tənqidi  fikirlər  söyləyirdi.        …  İvan  Turgenev  əksinə, 
Şekspir haqqında heyranlıqla danışırdı…») ictimai fikri formalaşdırmaq qüdrətində 
deyil – fikrini irəli sürən Elçin haqlıdır. 


 
104 
Elçinin «Mən son illərdə mətbuatda bircə dənə də olsa, prinsipial və səriştəli 
məqaləyə gəlmişəm ki, kobud şəkildə desəm, ən elementar ədəbi-estetik meyarlara 
söykənərək,  vətəndaş  cəsarəti  ilə  həmin  müəllifin  (qrafoman-yazarlar  nəzərdə 
tutulur  –  T.A.)  yaxasından  yapışıb  silkələsin:  Şəhidlərdən  bu  cür  zəif  şerlər, 
Qarabağ  ağrısından  bu  cür  primitiv  hekayələr,  milli  hissiyyatdan  bu  cür  dar  və 
məhdud  düşüncənin  məhsulu  olan  esselər  yazmaq  olmaz»  –  desin»  -  fikri  ilə 
razılaşmamaq  olmur.  Digər  tərəfdən  Elçinin  artıq  istedadlı  tənqidçi  kimi  özünü 
təsdiq  etmiş  Tehran  Əlişanoğlunun,  Əsəd  Cahangirin,  Arif  Əmrahoğlunun, 
Fərqanə  Zülfüqarovanın  …  tədqiqatlarını,  tapıntılarını,  təşəbbüslərini  təqdir  edir, 
dəyərləndirir.  Bunu  əvvəlki  fikrin  inkarı,  yaxud  təkzibi,  toqquşması  kimi  yox, 
davamı kimi qəbul etmək lazımdır. Elçin tənqiddə işıq, işartı axtarır. Bununla da o, 
bir  tərəfdən  tənqidçiləri  yeni  axtarışlara  həvəsləndirir,  ruhlandırır,  digər  tərəfdən 
hərdən bir qədər də səxavətlə gözlədiyi, inandığı gələcək uğurların avansını verir… 
Elçinin YB ilə bağlı qeydləri, iradları haqlı və yerindədir. Ədəbi ictimaiyyəti 
təngə  gətirmiş  bu  mövzuya  ətraflı  toxunmaq  niyyətimiz  yoxdur.  Yalnız  iki 
məsələyə  münasibət  bildirəcəyəm.  Əvvəla,  alternativ  qurumların  YB-nə  soyuq, 
qısqanc,  kobud  münasibətinə.  YB-ni  söyməklə  özünü  təsdiq  etmək  təşəbbüsü 
perspektivsizdir. Bu, təbii seçimdən qorxanların, onun ziddinə  gedənlərin - iddiası 
ilə  istedadı  arasında  yerlə  göy  qədər  fərq  olanların  yoludur:  qaranlıq  və  iflasa 
məhkum. 
Toxunmaq  istədiyim  ikinci  məsələ.  Bir  neçə  il  bundan  əvvəl  səhv 
etmirəmsə,  Pekində  tarixi  100  ilə  yaxın  bir  körpünün  uçması  ilə  əlaqədar  şəhər 
meri  istefa  vermişdir.  Halbuki,  əslində  faciə  ilə  nəticələnən  bu  hadisədə  şəhər 
merinin  heç  günahı  da  yox  idi.  Amma  o,  rahatlıq  üçün  mənəvi  məsuliyyəti  öz 
üzərinə  götürdü.  Bu  gün  ölkədə  iki  populyar,  nüfuzlu  qəzet  varsa,  biri  «525-ci 
qəzet»dir,  hər  nömrəsində  mədəniyyət,  ədəbiyyat  mövzusuna  toxunan  «Ədalət» 
həftədə  3  dəfə  ədəbiyyat  əlavəsi  buraxır,  «Yeni  Azərbaycan»  uğurlu  ədəbiyyat 
səhifəsi ilə oxucuların böyük rəğbətini qazanmışdır və s. və i. 
Bütün bunlar bir tərəfdən ədəbi mühitdəki çalxalanmaya, canlanmaya dəlalət 
edir,  digər  tərəfdən  oxucularda  daha  ciddi  mövzulara  meylin,  marağın  artdığını 
deməyə əsas verir. YB-nin üzvləri, rəhbərliyi də daxil olmaqla qələm sahiblərinin 
böyük  əksəriyyəti  «525»-ə  üz  tutur.  Bütün  bunları  YB-nin  orqanlarının  – 
«Azərbaycan»  jurnalının,  «Ədəbiyyat  qəzeti»nin  redaktorları  görür,  müşahidə 
edir…  Lakin  təəssüf  ki,  nəticə  çıxarmırlar.  Təbii  sual  çıxır:  onların  nəticə 
çıxaracaqlarının tənqidə təsiri və dəxli varmı?! Cavab sadə, aydın və birmənalıdır: 
var,  özü  də  birbaşa,  həm  tənqidə  və  həm  də  ümumiyyətlə,  ədəbiyyata.  Əkrəm 
Əylislinin «Azərbaycan»ını, Anarın «Qobustan»ını, Sabir Əhmədovun «Ədəbiyyat 
qəzet»ini xatırlamaq kifayətdir. 
 
 Elçinin  müasir  ədəbi  tənqidin  yaradıcılıq  problemləri  haqqında  yazısı  ilə 
bağlı  təəssüratların  yekunu  kimi  bir  məsələyə  də  toxunmaq  istərdim.  Bir  qism 
qələm  əhli  ədəbi  xaosdan  xilas  olmaq  üçün  geriyə-senzuraya,  bədii  şuraya,  digər 
inzibati-cəza  aparatına  qayıtmağın  zəruriliyindən  bəhs  edirlər.  Təbii  ki,  bu  haqlı 
qayğının,  narahatlığın  ifrat  təzahürüdür.  Elçinin  haqqında  bəhs  etdiyimiz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə