95
Sanitar – Fuad Osmanov iş yoldaşlarından “bir baş yuxarıdır” – o həm də,
oğrudur. Xəstələrin ərzağını mənimsəyir. Mövcud mühiti əsas gətirərək özünün
alçaq hərəkətlərinə bəraət qazandırır. Lakin klinikada cərəyan edən hadisələr
ondan da yan keçmir, o da Yer kürəsindən uzaqlaşmağı üstün tutur. Tamaşadakı
dəlilərin hər biri fərdi cəhətləri ilə fərqlidir. Stalin –Siyavuş Aslan ciddi,
təkəbbürlü, ağır çəkilidir; Sara Bernar – Şükufə Yusupova çoxyüklü obrazdır, -
Cülyetdadır, diqqət mərkəzində olan heykəltəraşdır, Parislilərin kumiridir: Ər-
Arvad –Ayan Mirqasımova zənnim məni aldatmırsa, ədəbiyyatda yeni hadisədir:
Bir orqanizmdə iki nəfərin mövcudluğu. Bədii əsərdə, təsvirdə bu obrazın
yaradılması Elçin kimi yazıçıya bir o qədər problem yaratmaz, lakin səhnədə bir
bədəndə iki nəfəri “gəzdirmək” – bu, kişi-qadın maneraları, səs dəyişmələri əlbəttə,
ifaçıdan xüsusi məharət tələb edir. Drob-13, başqa sözlə, Van-der-pran-dur-
Firdovsi Atakişiyev digərlərinə nisbətən səhnədə gec görünür, lakin yaddaşlara
həmişəlik həkk olunur. Sara Bernarla bal rəqsi, maraqlı fikirləri onu tamaşaçıya
bağlayır. Veneralını – Rafiq Əliyevi dialoq və monoloqla səhnədə iştirakı
baxımından epizodik rol hesab etmək olar: nisbətən az danışır, digər qəhrəmanlarla
az təmasda olur. Lakin əvvəldən axıra kimi o, tamaşaçının nəzərində, diqqətində
qalır. Veneralı səhnənin bir küncündə çox tələsən, avtobusun gəlməməməsindən
əndişələnən, həyəcanlanan sərnişinə bənzəyir. Əslində onun digərləri ilə
danışmağa nə həvəsi, nə də vaxtı var o, bir an tez Yer kürəsini tərk etmək istəyir.
Tamaşadakı hər bir aktyorun ifası ayrıca söhbətin mövzususdur. Odur ki,
aktyorlarla bağlı qısaca söylənilənləri yekunlaşdırsaq, bu qənaətə gəlmək olar ki,
yaradıcı heyət “ağıllı” və “dəli” personajlardan ibarət mükəmməl, bütöv ansambl
yarada bilmişdir. İnsanları, bəşər övladlarını, kiçik Yer kürəsində o cümlədən
bizim həmvətənlərimizi kiciçik, Azərbaycanda ali dəyərlərlə yaşamağa, hər cür
hiylə və məkrdən, uzaq, xeyirxah, ədalətli əməl sahibləri kimi iz qoymağa səsləyən
tamaşanı mübaliğəsiz, müstəqillik dövrünün ən uğurlu səhnə əsəri hesab etmək
olar.
“Kaspi” qəzeti, 10 aprel 2007
Söz və sənətkar qüdrəti haqqında düĢüncələr
(Elçinin 60 illiyinə)
Göydən tək-tək iri, ilıq damcılar düşməyə başlayanda dünyagörmüş qocalar
üstlərindən ağır yük götürülürmüş kimi dərindən köks ötürər, uca dağların
arxasından sürtələ kəndin üzərinə axışan parçalı qara buludlara işarə vuraraq,
təbəssümlə dillənərdilər:
- Yer-yurd qurumuşdu. Toz, bürkü nəfəsimizi kəsmişdi. Axır ki, yağacaq.
Sərinləyərik. Təbiət də dirçələr, canlanar.
96
Yayın uzun cırhacırından sonra yağış həsrəti ilə göyə boylanan, dua edən,
qurbanlar kəsən əzabkeş, dözümlü, fədakar sakinlərin istəyi nəhayət ki, həyata
keçərdi…
… «Azərbaycan cəmiyyətinin qaranlıq dövrü» (H.Zərdabi «Kəşkül»dən,
«Şərqi-Rus»adək olan müddəti nəzərdə tutaraq, belə yazırdı – T.A.) başa çatdıqdan
sonra «Həyat», «İrşad», «Tərəqqi», «Füyüzat», «Molla Nəsrəddin» nəşrə başladı»,
«Nəşri-maarif», «Nicat», «Səadət» xeyriyyə cəmiyyətləri yarandı, fəaliyyətlərini
genişləndirdilər. Məhəmməd Ağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşı,
Məhəmməd Hadi, İbrahim Tahir, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu,
Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Haşım bəy
Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Əbdürrəhim bəy Haqverdiyev,
Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə qələmə sarıldılar,
xalqın tarixinə və taleyinə qızıl səhifələr yazdılar…
«Şərqi-Rus» nəşrə başlayandan 15 il sonra Şərqdə, türk-islam dünyasında ilk
dünyəvi, demokratik respublika Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu
cəmiyyətdə gedən təbii, tarixi prosesin məntiqi nəticəsi idi. Azərbaycan Xalq
Cümhuriyyəti xalqın həyat və düşüncə tərzinin məhsulu, yetkinləşmiş, formalaşmış
ideoloji, siyasi, ədəbi-mədəni, mənəvi mühitin yetirməsi idi.
XX əsrin ilk onuncuları 1918-ci ildə başları üzərində üçrəngli bir bayraq
yüksəltdilər. Amma regiondakı təbəddülatlar, böyük dövlətlərin Qafqazda
toqquşan maraqları Azərbaycan xalqına baha başa gəldi: Azərbaycan Xalq
Cümhuriyyəti süqut etdi. Sonra cəmiyyət təzadlı, bir-birinə zidd axın və
cərəyanlarla, təqib, təzyiq, terror, edam, sürgün və qanlarla dolu 20-30-cu illəri
yaşamağa məcbur və məhkum edildi. Həmin dövrün ədəbi mühiti bəlkə heç vaxt
olmadığı kimi ictimai həyatın aynasına çevrilmişdi. Ədəbi proses cəmiyyətlə nəfəs
alırdı, cəmiyyətin nəbzi ədəbi mühitdə vururdu. 30-cu illərin sonlarına doğru ədəbi
çarpışmalara, əqidə və ideya mücadiləsinə son qoyuldu. Milli və istiqlalçı
ədəbiyyatın, həqiqi söz sənətinin nəfəsi kəsildi. Sosializm realizmi «qələbə» çaldı,
hamı «ələmdən nəşəyə» keçdi, ədəbiyyat «kolxozlaşdı», «fəhlələşdi» (staxanovçu
oldu), söz çərçivəyə salındı, senzura ehkamların keşiyində ayıq-sayıq durmağa
başladı. Yeni ideoloji qəliblər, mənəvi-estetik ölçülər ədəbiyyatı partiyalaşdırmış,
onun proqramının bədii sözlə icraçısına çevrilmişdi. Kolxoz fermasında ictimai
mal-qara yetişdirildiyi kimi, ədəbiyyat sexinin şablon bədii forma və üslub
konveyerində də sovet rejimi və ideologiyasına xidmət edən ədəbi nümunələr
buraxılırdı.
Böyük Vətən müharibəsindən qalib çıxan Sovet imperiyası ABŞ-ın liderlik
etdiyi Qərb dünyasına soyuq müharibəni – ideoloji mübarizəni uduzmağa başladı.
Qərbin təbliğat maşını – xüsusilə radiodalğaları dəmir pərdəni deşərək SSRİ-ni
silkələyirdi. İmperiyadakı proses Azərbaycan SSR-dən də yan keçmirdi. Stalinin
ölümü ilə ictimai mühitdə və münasibətlərdəki dəyişiklik ədəbiyyata, sənətə də
sirayət edirdi. Azərbaycanın, bütün türk dünyasının şah əsəri «Kitabi-Dədə
Qorqud» bəraət aldı. 50-ci illərin sonunda Azərbaycan SSR Ali Soveti Rəyasət
heyəti Azərbaycan dilinin dövlət dili olduğu barədə fərman verdi. Bəxtiyar
Vahabzadənin «Gülüstan»ı yarandı və ictimai rəyə təsir edəcək qədər diqqət çəkdi.
Dostları ilə paylaş: |