Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   48   49   50   51   52   53   54   55   ...   176

 
105 
məqaləsini mən həm də, müasir dövrün senzurası, bədii şurası, müəllifin öz ifadəsi 
ilə desək, «bədii-estetik qamçı»sı adlandırardım. 
 
*  *  * 
 
Və  sonda.  Elçin  bu  məqaləni  Yaşar  Qarayevin,  müəllif  üçün  həmişə  əziz 
olacaq  xatirəsinə  ithaf  etmişdir.  Bu  fakt  təqdirəlayiq  olduğu  qədər  də  ibrətamiz, 
düşündürücüdür, səmimi və təbii duyğuların təzahürüdür. Fikrimizcə, bu, həm də 
XX  əsr  Azərbaycan  xalqının  qadir  olduğu  təfəkkür  qüdrətinin,  nəhayətsiz 
təxəyyülünün,  dərin  və  nadir  analitik  düşüncə  tərzinin  təzahüratı  Yaşar  Qarayevə 
başqa bir böyük sənətkarın «Nigaran qalma, rahat uyu» deməsidir. 
 
 
“525-ci qəzet”, 10 dekabr 2002  
 
 
 
Səməd Ağaoğlu və onun “Atamın dostları” kitabı 
 
Türk-islam dünyasının parlaq simalarından sayılan Əhməd bəy Ağaoğlunun 
həyat və fəaliyyətindən, zəngin və dəyərli irsindən, polad xarakterindən, tükənməz 
enerjisindən, qeyri-adi istedadından, türk toplumu qarşısında böyük xidmətlərindən 
çox  yazılmışdır,  bundan  sonra  da  çox  yazılacaqdır.  Ə.Ağaoğlu  şəxsiyyətinə 
azalmayan maraq onun fəaliyyətinin çoxşaxəli, məhsuldar, faydalı, həyat yolunun 
mürəkkəb  və  qeyri-adiliyindən  qaynaqlanır.  Digər  tərəfdən  Əhməd  bəyin 
tərcümeyi-halının, fəaliyyətinin öyrənilməsi dövrünün ədəbi-mədəni, ictimai-siyasi 
mənzərəsini  işıqlandırmağa,  türk  tarixinə  əbədi  möhür  vurmuş  bir  sıra  digər 
qüdrətli insanları da axıra kimi, bütün cizgiləri və detalları ilə xarakterizə etməyə 
də imkan verir. 
Bu  baxımdan  oğlu  Səməd  Ağaoğlunun  Türkiyədə  dörd  dəfə  (1956,  1958, 
1969,  1998)  nəşr  edilmiş  «Babamın  arkadaşları»  kitabı  xüsusilə  diqqəti  çəkir. 
Burada  müəllif  Ə.Ağaoğlunun  ünsiyyətdə  olduğu,  əməkdaşlıq  etdiyi  Mustafa 
Kamal  Atatürkün,  Ziya  Göyalnın,  Nuri  Paşanın,  Yusuf  Akçuranın,  Əli  bəy 
Hüseynzadənin,  Fuad  Köprulunun,  ümumiyyətlə,  30  nəfərədək  şan-şöhrətli  elm 
adamının, şair və yazıçının, partiya və dövlət xadiminin, millət vəkilinin, eləcə də 
Ağaoğlular  ailəsinin  bəzi  üzvlərinin  həyatının  unudulmaz  məqamlarından  bəhs 
edir. 
Yeri gəlmişkən, qısaca da olsa, Səməd Ağaoğlu haqqında. Səməd Ağaoğlu (1909 – 
Şuşa, 1982 – İstanbul) zəngin, mənalı olduğu qədər də çətin, ağır, əzablarla dolu 
şərəfli  bir  həyat  yolu  keçmişdir.  Demokrat  Partiyasının  liderlərindən  biri 
S.Ağaoğlu  Türkiyə  Cümhuriyyəti  Baş  nazirinin  müavini  vəzifəsinədək 
yüksəlmişdir.  Mendereslə  birlikdə,  o  da  mühakimə  edilmiş  və  ömürlük  cəzaya 
məhkum olunmuşdur. Sonradan ona da bəraət verilmişdir. 


 
106 
Səməd Ağaoğlu hüquqşünas kimi Türkiyədə çox məşhur idi (bacısı Sürəyya 
Ağaoğlu  isə  türk-islam  dünyasının  ilk  qadın  hüquqşünası  olmuşdur).  Lakin 
S.Ağaoğlu yazıçı-publisist kimi də Türkiyədə böyük nüfuz qazanmışdı. O, «Aşina 
üzlər»  (1965),  «Dostum  Menderes»  (1968),  «Mərmərədə  bir  ada»,  «Strasburq 
xatirələri»  (1945),  «Zürriyyət»  (1950),  «Qafur  müəllim»  (1953),  «Böyük  ailə» 
(1957),  «Hücrədəki  adam»  (1964),  «Qatırın  ölümü»  (1965)  kimi  əsərlərin 
müəllifidir. 
Səməd  Ağaoğlu  Əhməd  Muhip  Dranas  və  Behçət  Kamal  Çağlarla  birlikdə 
«Həp  gənclik»  adlı  qəzet  də  nəşr  etmişdir.  Doğrusu,  S.Ağaoğlu  kimi  böyük  bir 
siyasət xadiminin, istedadlı  yazıçı və mahir publisistin ölkəmizdə hələ də kifayət 
qədər tanınmaması acı təəssüf doğurur…  
Maraqla qarşılanacağını nəzərə alaraq, əsərdən bir parçanı – Atatürk və Ziya 
Göyalpla bağlı hissəni oxucuların diqqətinə təqdim edirəm. 
 
Kitabı  əldə  etməyimə  köməklik  göstərdiyi  üçün  Türkiyə  səfirliyinin 
mədəniyyət üzrə müşaviri Fəthi bəy Gədikliyə minnətdarlığımı bildirirəm. 
 
 
Atamın  dostları 
 
* * * 
 
 
Çeşidli  dostluqlar  vardır:  yol,  məktəb,  həyat  dostluğu,  əyləncə,  səyahət, 
qumar dostluğu, qara gün, yaxşı gün, siyasət, fikir, ideal dostluğu! 
Bir  insan ömrü  boyunca  bu dostlardan  bir  və  ya  bir  neçəsini  tapa  bilər.  Bu 
bir nəsibdir, onlar bir-birlərini mütləq tapacaqlar, bir yerdə olmaları sanki əzəldən 
qərarlaşmışdır.  Yenə  hər  insanın  taleyinə  bu  dostlardan  kədərlər,  fəlakətlər, 
xəyanətlər, nankorluqlar, yaxşılıqlar, alicənablıqlar yazılmışdır. Gözlərimizi əbədi 
yummadan bir saat əvvəl bütün həyatımızı xatırlamaq mümkün olsaydı, bu həyatın 
dostluqlardan,  yaxşı  və  puç  xatirələrdən  ibarət  olduğunu  anlaya  bilərdik.  Mən  də 
indi  atamın  dostlarını  onun  həyatının  bir  parçası,  telləri  kimi  görürəm.  Onların 
əksəri vəfat etmiş, qalanları da kim bilir, harada öz ölümlərini gözləyirlər,  bəziləri 
ilə ara-sıra rastlaşıram: küçələrdə özlərini göstərməmək üçün divar dibindən keçib 
gedirlər. 
Vaxtı ilə küçələrə, meydanlara sığmayan onlarmı idi?! Səsləri, qəhqəhələri, 
hiddətləri,  qəzəbləri  üfüqləri  bürüyən  qəhrəmanlar  onlarmı  idi?!  Ən  yaraşıqlı,  ən 
şux, ən gözəl, ən zəki, ən bəsirətli olduqlarını aləmə car çəkən onlarmı idi?! İndi 
gəlinlərinin, kürəkənlərinin, nəvələrinin, məhəllə uşaqlarının ətrafında bir oyuncaq 
kimidirlər.  Fürsət  düşəndə  özlərini  təqdim  etmək,  yaxud  etdirmək  imkanı  olsa,  o 
zaman qarşısında sabiq baş nazir, sabiq nazir, sabiq millət vəkili, sabiq səfir, sabiq 
müşavir  olduqlarını  xatırlatmağa  çalışırlar,  bitib-tükənməyən  xatirələrlə 
qarşılarındakılara  necə  təsir  etdiklərini  fərsiz,  yorğun  gözləri  ilə  anlamağa 
çalışırlar… 


 
107 
Ah  həyat!  Səfil,  gülünc,  həzin  mənzərələrlə  dolu  qəribə  macəra!  Dünyaya 
kənardan  baxan  şüurlu  bir  varlıq  nə  görə  bilər?  Bir  qarmaqarışıqlıq,  bir-birinin 
yanında  gah  gülən,  gah  ağlayan  insanlar!  Doğumlarla  ölümlər  eyni  anda  olur! 
Səbəbsiz davalar, səbəbsiz səadətlər, səbəbsiz kədərlər… 
Nifrət  etdiyimiz  üçün  öldüyünə  sevindiyimiz  insanın,  onu  sevsəydik, 
arxasından  ağlayacaqdıq.  Nə  üçün  onu  sevirik,  nə  üçün  ona  nifrət  edirik?!  Bizə 
etdiyi pislik onu xoşbəxt etmişsə, ona düşmən kəsilməyə haqqımız çatırmı?! 
Atamın  dostları  kimlərdir?  İlk  gənclik  çağlarından  tanıdığı,  siyasi  həyatda 
qarşılaşdığı,  ixtiyar  illərini  bir  yerdə  keçirdiyi  bir  çox  insanlar!  Onların  hamısını 
uşaqlıqdan  tanıyıram.  Üzərimdəki  təsirləri,  izləri  ta  o  zamandan  başlayır.  İndi 
onları  düşünərkən,  görürəm  ki,  rəsmi  mahiyyətindən,  sifətlərindən  ayrıldıqdan 
sonra insan heç bir zaman yox olmur, ölmür. Onu ailə, cəmiyyət, millət içində pis 
insan kimi tanıdan səbəblər toplum içindəki mövqelərindən doğur. Qocalıqdan, ailə 
başçılığından  ta  dövlət  rəhbərliyinə  qədər  cəmiyyətin  verdiyi  bütün  rəsmi  adlar 
insanın taleyində özü haqda yaxşı, yaxud pis hökmlərin sıralanmasına səbəb olur. 
Atamın fikir adamı və filosof dostlarından biri deyir ki, nazir kürsüsü firon 
kürsüsüdür. Oraya mələk və ya Musa əyləşdiyi zaman firona çevrilir. 
Bunu  söyləyən  insan  indi  gözlərimin  önünə  gəlir:  alçaq  boylu  və  şişman 
vücudunu  bir  çətinliklə  iki  yana  sallana-sallana  çəkirdi.  O,  siyasi  və  əsgər 
diktatorların  Dövlət  gəmisini  qarşılıqlı  ehtirasların  yaratdığı  tarazlıq  sayəsində 
sürdükləri  bir  dövrdə  öz  sahəsinin  tək  diktatoru  idi.  İstanbul  Universitetindəki 
kürsüsündə necə danışırdısa, mənsub olduğu partiyanın mərkəzi təşkilatında da elə 
danışırdı: sakit, bir qaydada, saf, tələffüzü yerində olan dil, etirazı qəbul etməyən, 
özününkündən başqa fikirlərin yanlış olduğunun hökmünü əvvəlcədən verən insan. 
Onu yalnız əmr vermək, yol göstərmək üçün ağzını açan bir sfinksə və ya bir 
Buddaya bənzətmək mümkündür. Sükut içində hakimliyi təmsil edən bir heykəl də 
sayıla bilərdi. Türk cəmiyyətini Qərbli olmağa təşviq edən bu mürşid işini Şərqli 
bir  şeyx  metodu,  zehniyyəti  və  ruhu  ilə  görürdü.  Onun  ruh  və  düşüncə  tərzi  ilə 
inanışları  arasındakı  təzad  fikirlərinin  azmasına  səbəb  olur.  Özünə  aid  olmayan 
«Qərb  mədəniyyətindən,  Türk  millətindən,  İslam  ümmətindən  olmaq»  ideyasını 
təlqin  edərkən,  Qərb  mədəniyyətinin  təməli  olan  insan  haqq  və  azadlıqlarını 
dövlətin mütləq nəzarəti altında olmasını tərəddüd etmədən «haqq yox, vəzifə var» 
- deyə qışqırırdı! 
Onun qədər cəmiyyətə təsir edə bilən insanlar azdır. Lakin cəmiyyət içində, 
cəmiyyət üçün bu qədər mühüm olan bu adamın öz ailəsi içində bir kölgədən fərqi 
yoxdur.  Şikəst  bir  qadın,  onun  doğduğu  və  atalarına  bənzəyən  qızlar!  Mürşid  üç 
uşaq  və  bir  qadının  arasında  birinin  şıltaqlığından  digərinkinə  qaçmaqdan  halsız 
qaldığı zaman dincəlmək  üçün bir yer döşəyindən başqa bir şey tapa bilmirdi. Bu 
döşəyin üstü, eyni zamanda, yazılarını yazdığı, kitablarını oxuduğu yerdi. 
Evin içində bu kölgə  mələyin zaman-zaman çox çətin, hiddət böhranları da 
olurdu.  Bunlardan  birini  xatırladıqca,  indi  də  heyrətlə  gülməkdən  özümü  saxlaya 
bilmirəm.  Ankarada, Keçiörəndə qonşu  idik.  Evlərimiz  arasında  məsafə  300  metr 
olardı.  Bir  səhər  bağın  içində  fəryadlar  yüksəldi.  Gördüyümüz  mənzərə:  öndə 
mütəfəkkirin  uşağı,  iri  yarıqarabəniz  Urfalı  «yetişin,  bəy  məni  öldürür»  -  deyə 
qışqıraraq qaçır, mürşid də ayaqyalın, əlində çəlik onu qovur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə