346
mənzil aldıq. Nə sənin bundan xəbərin oldu, nə mənim. Təsadüfən görüşdük və
xəbər tutduq. İkimiz də sevindik bu tale qismətinə.
Sən də altı saylı binaya tez köçənlərdən oldun, mən də. Övladlarımız bir-
birini tanıdı. Heç geniş təmirə ehtiyac qalmadı. Çünki Bakıda evsizlik bizi
bezikdirmişdi, kirəkeş yaşadığımız məhəllələrin sayı-hesabı yox idi. Xoşbəxtlikdən
bəxtimiz gətirmişdi. Binamızda xeyli tanınmış ziyalı mənzil almışdı; görkəmli şair
Famil Mehdi (mənzili oğluna verdi), publisist Məhəmməd Baharlı, şairlərdən
Zəlimxan Yaqub, Məmməd Kazım, professor Nizaməddin Şəmsizadə, filologiya
elmləri doktoru Zaman Əsgərli, mərhum iqtisadçı Cavanşir Hüseynov, tarixçi
Mübariz Əmirov, tibb elmləri doktoru Şakir Musayev və s.
Atalar sözüdü: «Uzaq qohumdan yaxın qonşu yaxşıdır». Mən deyərdim, lap
ən yaxın qohumun özündən də, həmişə, hər gün ünsiyyət saxladığın, könül
bağladığın insan qiymətlidi. Sən bunu sonra əməllərinlə sübuta yetirdin, yaxşı od
qonşusu oldun. Halal bir ocaqdan çıxdığını qabiliyyətinlə, səxavətinlə,
mədəniyyətinlə təsdiqlədin. İndi hamı başına and içir. Həyətin «sakinlərindən
eşidəndə «Abid qızıl oğlandı, yaxşı insandı», - ürəyim dağa dönür.
…Şəlalə və Günay kimi gözəl-göyçək qızlar böyütdün, onların hər cür
qayğısına qaldın. Sonbeşik Həmid Xanı ərköyünlüyə öyrətmədin. Bir ayağın işdə,
bir ayağın kitabxanada, bir ayağın da müəllimlik etdiyin tədris ocağında oldu.
Hərdən mənə gileylənirdin də: «Vaxt tapmaq müşkül məsələyə dönüb, bilmirəm,
necə çatdırım. Hökumət işi, yazı-pozu, ailə-məişət qayğısı, digər adsız problemlər.
Başımı qaşımağa vaxtım olmur».
Vallah, Abid, əzizim, indi hər kişinin hövsələsi çatmır kitabxanaya getsin, ya
toz basmış arxiv eşələsin. «Əldən düşmüş» köhnə kitabları vərəqləsin, müxtəlif
əlyazmalara «dirilik» versin, onları ziyalı qayğısıyla oxusun, tədqiqatçı sayğısıyla
araşdırsın. Ömrünü həm məsul dövlət qulluğuna sərf eləsin, həm də tələbə
auditoriyasında keçirsin. Mətbuat tariximizin keşməkeşli, sanballı, möhtəşəm bir
dövrünün mənzərəsini yaratsın, bu haqda məqalələr yazsın, kitab nəşr etdirsin.
Dalbadal beş kitabın nəşr olundu. Elə bildin daha beş övladın dünyaya gəldi.
Filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədov əməyini
«fədakarlıq», folklorşünas-alim Məhərrəm Qasımlı «elm aləminə müraciət,
səyahət» adlandırdı.
«Sözlə yarananlar, sözü yaşadanlar» (Əbilov, Zeynalov və
oğulları, Bakı, 2001), «Azərbaycan mühacirəti» (Bakı – «Tural-Ə» Nəşriyyat-
Poliqrafiya Mərkəzi – 2001), «Azərbaycan mühacirət mətbuatı» («QAPP-
Poliqraf», Bakı – 2002), «Deyilən söz yadigardır» (Bakı, «Azərbaycan» nəşriyyatı,
2003), «Azərbaycan mühacirət mətbuatı» (II hissə, Bakı, «Ozan», 2003). Sən sözlə
ovundun, sözə tapındın, sözlə nəfəs dərdin və ilk kitabına yazdığın müqəddimədə
yaratdığını böyük Allahın adına bağladın: «Müsəlmanların müqəddəs kitabı
Qurani-Kərimin Əl-Bəqərə surəsinin (İnək) 117-ci ayəsində deyilir ki, göyləri və
yeri icad edən, yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona – O
işə yalnız: «Ol» - deyər, o da fövrən olar. Deməli, bəşər övladı da daxil olmaqla,
onun gördükləri və görmədikləri, duyduqları və duymadıqları, dərk etdikləri və
etmədikləri, toxunduqları və toxunmadıqları, eşitdikləri və eşitdirmədikləri nə
varsa, hamısı «ol» sözü ilə yaranmışdır». Doğrudur, qardaş, qələm işi – Tanrı işidi,
insan yalnız müqəddəs icraçıdı!
347
Bu da Məhərrəm Qasımlının sənin kitablarının birində yazdığı «Mən eldən
ayrılmazdım» ön sözündən parça: Fakt və hadisəni məharətli mənalandırmaq,
informasiyanın orijinal cizgilər, qeyri-adi maneralar, özünəməxsus publisist
gedişlərlə təqdim etmək, yazılarının təsirli alınmasında və oxucu qəlbinə yol
tapmasında sirli bir açarıydı. Sonralar o, mühacirəti təkcə jurnalist marağı
səviyyəsində deyil, həm də sırf elmi əsaslarla öyrənməyə başladı. Azərbaycan
mühacirətinin nəhəng simalarından olan Ceyhun Hacıbəylinin irsini araşdıraraq
namizədlik dissertasiyası da müdafiə etdi». Bilirik ki, doktorluq işin də hazırdı, bu
gün-sabahlıqdı, çap növbəsi gözləyən yeni əsərlərin də var.
Abid Tahirli həm də özünün əsl bəndəlik missiyasını şərəflə yerinə yetirir:
xeyirxah insandır, hər kəsə kömək əlini uzadandı, məclis adamı, dərd adamıdır,
sözü havadan tutmağı bacarandı. Ancaq mən nə qədər gəlişi gözəl kəlmələr Abidin
ünvanına işlətsəm də, onun özünün elmdə, ədəbiyyatda ayrıca «mühacir ömrünü»
fərqləndirsəm də, yenə şəxsiyyət kimi portretini tamamlaya bilmədim.
Ağacəfər HƏSƏNLĠ
«Humanitar» qəzeti,
20 aprel 2005
ABĠD TAHĠRLĠ – 50
Hörmətli Abid müəllim!
Sizi – tanınmış ədəbiyyatşünasımızı, yazıçı və publisistimizi anadan
olmanızın 50 illiyi münasibətilə ürəkdən təbrik edirik. Hələ orta məktəbdə
oxuduğunuz illərdən sizin imzanız mətbuat aləmində tanınıb. IX sinifdə oxuyarkən
«Sinoptiklər» hekayənizlə «Azərbaycan pioneri» jurnalının keçirdiyi Respublika
yaradıcılıq müsabiqəsinin qalibi olmusunuz. Bu yol sizi Azərbaycan Dövlət
Universitetinə gətirib. Jurnalistika fakültəsini bitirmisiniz.
Vaxtilə tanınmış qəzetlərdən biri olan «Odlar yurdu» qəzetindəki
fəaliyyətiniz indi də oxucuların yaddaşındadır. Siz həmin qəzetdə müxbir, məsul
katib, redaktor müavini vəzifələrində çalışarkən böyük təcrübə məktəbi keçmisiniz.
Mühacir mətbuatı mövzusuna ciddi marağınız da həmin illərdən başlayıb. «Ceyhun
Hacıbəylinin həyat və yaradıcılığı» mövzusunda namizədlik dissertasiyanız da bu
marağın təzahürüdür. Sizin tərtibinizlə C.Hacıbəylinin «Hacı Kərim» povesti,
«Dədə Qorqud», «Dədə Qorqud aliliyi» kitabları, Tofiq Vəndamlının «Qandal
qolda nə yazım», görkəmli sənətkarımız İlyas Əfəndiyev haqqında «Sən həmişə
bizimləsən» adlı xatirələr topluları və s. kimi kitablar nəşrə hazırlanmışdır.
Azərbaycan mətbuat tarixi ilə bağlı araşdırmalarınız böyük maraq doğurur. Bu
günlər həmin silsilədən «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-
1991)» fundamental tədqiqat əsəriniz işıq üzü görmüşdür. Bu mövzuda yazdığınız
doktorluq işi müdafiəyə buraxılmışdır. Bundan əvvəl isə sizin «Azərbaycan
mühacirəti», «Sözlə yarananlar, sözü yaşadanlar», «Deyilən söz yadigardır», «İlyas
Əfəndiyevin publisistikası» və iki hissədən ibarət «Azərbaycan mühacirət
Dostları ilə paylaş: |