350
toplanan materiallar bir-birindən maraqlı, sanballı, dəyərli tədqiqat əsərlərinə
çevrilib.
«Azərbaycan mühacirəti» (2001), «Azərbaycan mühacirət mətbuatı» I hissə
(2002), «Azərbaycan mühacirət mətbuatı» II hissə (2003), «Azərbaycan mühacirət
mətbuatında publisistika» (2005) və barəsində söz açdığımız «Azərbaycan
mühacirət mətbuatı» kitabları bu baxımdan ciddi bir boşluğu doldurur.
Həmkarımız tədqiqatlarla yanaşı, müəllimlik fəaliyyətini də davam etdirir.
A.Tahirlinin namizədlik dissertasiyasının mövzusu da mühacirət tariximizlə
bağlıdır. Azərbaycan mətbuat tarixində silinməz iz qoyan Ceyhun Hacıbəylinin
həyat və yaradıcılığına həsr olunmuş bu işi elmi rəhbəri professor Yaşar Qarayev
«doktorluq işinə bərabərdir» deyərək, yüksək qiymətləndirib. Professor Xeyrulla
Məmmədov isə Abid Tahirlini mühacirət mövzusunun tədqiqinin lokomotivi
adlandırıb. Abid müəllim «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-
1991)» mövzusunda doktorluq dissertasiyasını da uğurla müdafiə edib. O, beş
yüzdən çox publisistik və elmi məqalənin müəllifidir. «Sözlə yarananlar, sözü
yaşadanlar» (2001), «Deyilən söz yadigardır» (2003), «İlyas Əfəndiyevin
publisistikası» (2005) kitabları onu oxuculara istedadlı publisist kimi tanıdıb.
Tədqiqatçı barədə xarici ölkələrin mətbuatında yetərincə materiallar çap
olunub. Respublikanın görkəmli alimlərindən Yaşar Qarayev, Bəkir Nəbiyev,
Nizami Cəfərov, Hüseyn Əhmədov, Xeyrulla Məmmədov, Şamil Qurbanov, Şamil
Vəliyev, Nizaməddin Şəmsizadə, Məhərrəm Qasımlı, Nizami Məmmədov, Vaqif
Sultanlı, Xaləddin İbrahimli, Cahangir Məmmədli, İsmayıl Vəliyev, Qulu
Məhərrəmli, Nazif Qəhrəmanlı, Aydın Dadaşov və başqaları onun elmi-publisistik
yaradıcılığı barədə söhbət açıblar.
Abid müəllimi neçə illərdi tanıyıram. Ondakı elmi-pedaqoji təcrübəyə,
tükənməz yaradıcılıq həvəsinə, tələbələrə fərdi yanaşmaq qabiliyyətinə heyran
qalmışam. Abid Tahirli tədqiqatçı alim, təcrübəli pedaqoq, yaxşı dost, nümunəvi
ailə başçısı, xalqımıza başucalığı gətirən ziyalıdır.
Qərənfil DÜNYAMĠNQIZI
«Xalq qəzeti», 2 fevral 2008.
Sözü yaĢadanlar
Söz sarıdan heç vaxt korluq çəkməmişəm. Nə yazanda, nə də danışanda.
Ancaq heç vaxt düşünməmişəm ki, mən də sözü yaşadanlardan biriyəm.
2000-ci ildə – 20 ildən sonra – jurnalistika fakültəsinin tələbələrilə (3792-
37-94-cü qruplar) görüşməliydik. İş elə gətirdi ki, gözümüz yolda, qulağımız səsdə
qaldı. Mətbuata çıxarılası olmayan bir çox səbəblərdən görüş baş tutmadı.
Bu yaxınlarda tələbə yoldaşlarımızdan biri bizi 45 yaşının bayramına
çağırdı. Bəlli oldu ki, bu yubiley bizi bir yerə yığmaq üçün bəhanəymiş. Abid
bizim üçün əvəzsiz hədiyyə – son vaxtlar çapdan çıxmış iki kitabını hazırlamışdı.
O axşam çox xatirələr dilə gəldi, çox sirlər açıldı. Abid bizə kitablarını
351
bağışlayanda qonaqların sayı ikiqat çox olduğundan, bəzilərinə (eləcə də mənə) bir
kitab çatdı. Filologiya elmləri namizədi, jurnalist Abid Tahirlinin «Sözlə
yarananlar, sözü yaşadanlar» kitabı.
Öncə kitabı varaqladım, sonra oxudum, düşündüm… bu sətirləri yazmağa
başladım. Bunlar nə kitabla bağlı rəydi, nə Abidə tərif. Sadəcə olaraq, tələbə
yoldaşımın yazılarına mənim münasibətimdi.
Kitab «1988-ci il: Meydana, azadlığa doğru» yazısıyla başlayır, sonacan bu
ovqatda davam edir. Baş verən olaylara hazır olmayan xalqın keçirdiyi iztirablara,
rast gəldiyi eybəcərliklər, köməksizliyi, gücsüzlüyü nə yamanmış… Bu yazılar
mətbuat işçisinin, qələm yiyəsinin milli azadlıq hərəkatında rolu, ona verdiyi
dəyərdir. A.Tahirlinin bu hərəkatda rolu «Odlar yurdu» qəzetindən başlanır. Bir
zamanlar bizim sevə-sevə oxuduğumuz, əl-əl gəzən bir qəzet vardı ki, adını
ləyaqətlə doğruldur, yurduna sədaqətlə xidmət edirdi. Nə yaxşı ki, Abidin
jurnalistik yolu «Odlar yurdu»ndan başlanıb. Hansısa şərəşür qəzetdən yox. O,
burada gördüyünü götürüb, «Vətən» Cəmiyyətindən, «Odlar yurdu»ndan VƏTƏN
sözünün özünü dəyərləndirməyi öyrənib.
Mühacirət mətbuatını, yer üzünə səpələnən azərbaycanlıları yurddaşlarına
tanıtmaq, ellərdən-ellərə körpü salmaq xeyirxah işdi. Mənim tələbə yoldaşım o
xeyirxahların, Azərbaycan gerçəklərini dünyaya yayanların sırasında olub.
1988-ci il olayları, 20 Yanvar qırğınları, Qarabağ savaşı, suverenlik uğrunda
çarpışma-yazıların ana xətti bunlardı. O yazıların çoxu od-alova tuşlanan
Qarabağın qara günlərindən, hökumətdən kömək uman insanlardan danışır. O
yerləri qarış-qarış gəzən müəllifin yazılarında Mərzili və Novruzlunun, Turşsu və
Şuşanın, Kərkicahan və Qaybalının son nəfəsi yaşayır.
Əbülfəz Elçibəy, Süleyman Rəhimov, Həmid Araslı, Bəxtiyar Vahabzadə,
Şirməmməd Hüseynov, Əzizə Cəfərzadə, Sabir Rüstəmxanlının müsahibi olmaqsa
hər bir jurnalistə sevinc gətirər.
«Son ucu ölümlü dünya» bir oxucu kimi mənim görmək və oxumaq
istədiyim son fəsildi kitabda. «Bu bahar sənsiz gələcək», «Səninlə» adlı yazılarla
Abid ata-anasına az da olsa, borcunu ödəyib. O, vətəndaşlıq borcunu da qismən
verib, atalıq borcunu da. Və hələ çox borcları qalıb.
Jurnalistika maraqlı və gərəkli sahədir. Bunu son illər bu sahəyə kütləvi axın
da sübut edir. Ancaq gördüklərimizin çoxu nə sözü yaradandı, nə də yaşadan.
Abidin kitabını onlar oxumasalar da olar, təki başqaları oxusun.
Abid – ibadət edən deməkdir. Abid Tahirli 45 illik ömrünün tən yarısını
vətəninə, xalqına ibadətlə keçirib. Böyük və müqəddəs diləklərlə yaşayır. O
diləklərə yetişməsinin 40 səbəbi var (el sözüdü). Birincisi torpaqlarımızın azad
edilməsidi. 39-u isə elə bu birinciyə bağlıdır. İbadəti Tanrı dərgahına yetsin,
mənim tələbə dostum!
Bir də Abidin kiçik diləyini gerçəkləşdirməyə kömək edən dostlarına,
yazılarına əbədi kitab ömrü verən sinif yoldaşlarına heç olmasa «Sağ ol!» demək
istəyirəm. Abidin tələbə yoldaşları adından.
Fimar OĞUZ
«Azadlıq» qəzeti 19 fevral 2002
Dostları ilə paylaş: |