357
böyük əksəriyyəti müstəqil Azərbaycanla əlaqə saxlayır, onun bayrağını uca tutur,
onunla qürurlanır və imkanları daxilində bu dövlətin mənafeyini müdafiə edirlər.
Lakin müxtəlif siyasi baxışlar və maliyyə problemi Azərbaycan naminə daha
irimiqyaslı, ardıcıl, coşqun fəaliyyət göstərməyə maneçilik törədir. Xaricdəki
mədəniyyət mərkəzləri yalnız müxtəlif tədbirlər zamanı fəallaşırlar. Fasiləsiz,
proqramlı fəaliyyətdən bəhs etmək hələlik bir xoş arzudur.
Müsahibəni apardı: Qüdrət Piriyev
«Xalq qəzeti» 14 oktyabr 2003
Söz sərhəd tanımır
Abid müəllimlə ilk tanışlığım qiyabi olub. Onun dəyərli alim, istedadlı
yazıçı, gözəl insan, təcrübəli mütəxəssis, vəfalı dost-yoldaş, ləyaqətli ailə başçısı
olduğunu mənə neçə-neçə ziyalı danışmışdı. Elə oldu ki, özü ilə tanışlıqdan xeyli
öncə dostları, həmsöhbətləri ilə görüşdüm. Onların mərifətindən, davranış
mədəniyyətindən məmnun oldum. Özü ilə ilk görüşümdə onun səbirlə, təmkinlə,
həyatdan gətirdiyi misallarla etdiyi söhbətlərini məmnuniyyətlə dinlədim. Bir neçə
dəfə müxtəlif məclislərdə olan görüşlərimizdən sonra əmin oldum ki, daha bir
dostum, qardaşım artıb.
...İndi mənim şəxsi kitabxanamda Abid Tahirlinin avtoqrafla hədiyyə etdiyi
bir çox kitabı var...
Ramin MƏMMƏDOV
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
«Kredo» qəzeti, 28 sentyabr 2002
«Azərbaycan mühacirəti» - sanballı tədqiqat iĢləri
Yaradıcılıq qabiliyyətindən söz açarkən istər-istəməz mənəviyyat göz önünə
gəlir. Atalar demiş: «Alim olmaq asandır, insan olmaq çətin».
Abid Həmid oğlu Tahirli insan kimi yüksək mənəvi dəyərlərə, əxlaqi
keyfiyyətlərə malik olan bir ziyalı. Müəllim kimi doğru istiqamət verən, humanist
bir öyrədici, dostluğunda sədaqətli və təmənnasız bir insan və ən nəhayət jurnalist,
publisist, yazıçı, tədqiqatçı alim kimi istedadlı bir qələm sahibi.
Abid Tahirli! 20 ildən çoxdur ki, Azərbaycan mətbuatında özünəməxsus
yeri, üslubu, deyim tərzi olan, kövrək duyğulara bələnən bir imza. Və 20 ildən
çoxdur ki, Abid müəllim yorulmaq bilmədən kitabxanalarda, arxivlərdə,
səyahətlərdə, muzeylərdə axtarır, arayır. Hər axtarışından sonra sanballı,
diqqətəlayiq bir əsər, kitab yaranır. Bu günlərdə «Tural-Ə» Nəşriyyatı Poliqrafiya
Mərkəzi tərəfindən yüksək tərtibatla nəşr olunan «Azərbaycan mühacirəti» adlı
əsəri onun oxuculara yeni töhfəsidir.
358
Qərənfil DÜNYAMĠN qızı
«New press» qəzeti 2 iyun 2001
«Azərbaycan mühacirət mətbuatı»
Abid Tahirlinin əsərinin ikinci hissəsi də nəşr olunub
zərbaycan mühacirət mətbuatının ilk və sanballı araşdırıcılarından olan
filologiya elmləri namizədi Abid Tahirlinin «Azərbaycan mühacirət mətbuatı» adlı
əsərinin ikinci hissəsi bu günlərdə çapdan çıxıb.
«Ozan» nəşriyyatında buraxılan 276 səhifəlik bu əsərin əvvəl nəşr olunmuş
birinci hissəsində Azərbaycan mühacirətinin «Yeni Qafqasya», «Odlu yurd»,
«Azərbaycan yurd bilgisi» (İstanbul), «Azərbaycan» (Paris), «İstiqlal», «Qurtuluş»
(Berlin), «Azərbaycan» (Ankara) kimi mətbu orqanları, onların nəşr tarixi, milli
istiqlal uğrunda ideoloji mübarizəsi, mövzusu, ideya istiqaməti, habelə yazarları,
dərc olunmuş materialların dil-üslub, sənətkarlıq xüsusiyyətləri haqqında
məqalələr verilib.
Kitabda həmçinin ayrı-ayrı mühacir publisistlərin, fərdi yaradıcılıq və
fəaliyyəti ilə əlaqədar maraqlı materiallar, mühacirət mətbuatının tədqiqi ilə bağlı
müxtəlif müəlliflərin araşdırılmalarına münasibəti əks etdirən yazılar da oxucuların
diqqətinə təqdim olunub.
Kitabda müəllifin mühacirətin digər problemləri ilə bağlı mətbuatda dərc
olunmuş bir sıra aktual məqalələri də verilib. Kitab ölkənin ali məktəblərinin
jurnalistika fakültəsinin tələbələri və Azərbaycan mühacirəti problemi ilə
maraqlananlar üçün nəzərdə tutulub.
«ġərq» qəzeti
23 oktyabr 2003
«Azərbaycan mühacirəti»
Abid Tahirlinin yeni kitabında mühacirətdə yaşamaq məcburiyyətində
qalan tanınmış soydaşlarımızın fəaliyyətindən söhbət açılır.
«Tural-Ə» Nəşriyyat Poliqrafiya Mərkəzi bu yaxınlarda Azərbaycan
Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Həsən bəy Zərdabi mükafatının
laureatı, filologiya elmləri namizədi Abid Tahirlinin «Azərbaycan mühacirəti»
kitabını çapdan buraxıb.
359
Kitabda Azərbaycan mühacirətinin təşəkkül tarixi, coğrafiyası, həyat tərzi,
sosial tərkibi, sayı, mədəniyyət mərkəzləri, mətbuat, eləcə də taleyin hökmü ilə
qürbətdə məskunlaşan soydaşlarımızın bir qisminin vətən yolunda fəaliyyətindən
ətraflı bəhs olunur, mühacirətin problemləri zəngin qaynaqlar əsasında araşdırılır.
Kitab mühacirət problemi ilə maraqlanan tarixçi, filoloq, jurnalist, tələbə və
aspirantlar, habelə xaricdəki həmvətənlərin həyat və düşüncə tərzi ilə maraqlanan
oxucular üçün nəzərdə tutulub.
Mirəvəz RƏHĠMOV
«525-ci qəzet» 20 may 2001
«Sözlə yarananlar, sözü yaĢadanlar»
Tanınmış alim və jurnalist Abid Tahirlinin yeni kitabı çapdan çıxıb.
Söz sehrli bir aləmdir. Bu kəlmə səslənəndə təsəvvürümüzdə Nizami, Füzuli,
Vaqif, Sabir… və digərləri canlanır, onların sözlə yaratdıqları, sözə verdikləri
qiymət yada düşür. Nizamini Nizami, Füzulini Füzuli, Vaqifi Vaqif, Sabiri Sabir
edən də söz olub, onları yaşadan da…
«…Sözdən yaranan insan həmişə sözlə yaşamağa səy edib, təxəyyül və
təfəkkürünün imkan verdiyi çərçivədə ecazkar bir «dünya» yaradıb. İnsanın ən
böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarındadır» - bu fikirlər söz aləmində öz
yeri olan, sözü ilə seçilən, tanınmış jurnalist, mətbuat tariximizin araşdırıcısı,
filologiya elmləri namizədi Abid Tahirlinin «Əbilov, Zeynalov və oğulları»
mətbəəsində nəfis şəkildə yenicə çapdan çıxan «Sözlə yarananlar, sözü
yaşadanlar» kitabından götürülüb.
«Azərbaycan mühacirəti» kitabıyla geniş oxucu kütləsinin rəğbətini
qazanmış A.Tahirlinin «Sözlə yarananlar, sözü yaşadanlar» adlı yeni kitabı
oxuculara dəyərli töhfədir.
Zaur ZEYNALLI
Elçin ƏLĠOĞLU
«525-ci qəzet» 17 noyabr 2001
Mühacirət mətbuatı ilə bağlı dəyərli kitab
Tədqiqatçı Abid Tahirlinin yeni çapdan çıxan kitabı Azərbaycan mühacir
mətbuatının tarixinə işıq salır.
Mühacirət ədəbiyyatı problemləri, xüsusilə də mühacir mətbuatı ilə bağlı
maraqlı tədqiqatların müəllifi, filologiya elmləri namizədi Abid Tahirli bu
mövzuda dövri nəşrlərdə sanballı məqalələrlə ardıcıl çıxışlar edir. Alimin bu
Dostları ilə paylaş: |