360
günlərdə «QAPP-Poliqraf» nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan buraxılan
«Azərbaycan mühacirəti mətbuatı» (I hissə) kitabı da onun gərgin axtarışlarının
bəhrəsidir. Müəllif əsəri Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda,
Polşada, ABŞ-da, Argentinada son nəfəsinədək vətənimizin istiqlal idealına sadiq
qalan və onun uğrunda fəal ideoloji mübarizə aparan azadlıq mücahidlərinin
ruhuna ithaf edib.
Kitab mühacir nəşrlərlə bağlı araşdırmaları bir topluda buraxmaq sahəsində
ilk təşəbbüsdür.
Mirəvəz RƏHĠMOV
27 sentyabr 2002
«525-ci qəzet».
Belçikada Azərbaycan dostluq və kültür
cəmiyyəti qurulacaq
Azərbaycan Dostluq və Kültür Cəmiyyəti qurulacaq
Abid Tahirli «Bu gün Azərbaycan üzərində oyunlar oynanılır. Qarabağ
bizim canımızdır» - dedi
Brussel (Tercüman) – Qlasnost və perestroyka işığında əmələ gələn bir
qrupla Avropaya gələn Sovet qrupundakı qazeteçi Abid Tahirli ilk iş olaraq
Avropada yaşayan azərilərlə türkləri tapıb onlarla dərdləşmək oldu.
Yeni quruluş vaxtında son dərəcə məmnun qaldıqlarını ifadə edən Abid
Tahirli: «Bu gün Azərbaycan üzərindən bir neçə ssenarilər qurulur. Qafqazlarda
Azəri-erməni məsələsi bu ssenarinin məhsulu olaraq ortaya çıxarıldı. Bizdən
Qarabağı istəyirlər… Qarabağ bizim canımızdır. Heç kim həvəslənməsin» deyərək,
özbəklərlə vuruşan və yurdsuz qalan Məshəti türklərinə qucaq açdıqlarını söylədi.
Belçikada qaldığı müddətdə türklər tərəfindən yalnız buraxılmayan
azərbaycanlı qazeteçi Abid Tahirlinin də qoşulduğu bu yığıncaqda Belçikada
Azərbaycan ilə əlaqələri qüvvətləndirəcək bir cəmiyyət qurulmasına qərar verildi.
Yusif ÇĠNAL
«Tercüman» qəzeti (Türkiyə)
29 noyabr 1989
Yaradan, yaĢadan tədqiqatçı-alim
İstedadlı tədqiqatçı-publisist Abid Tahirlini 1988-ci ildən – «Odlar yurdu»
qəzetinin redaktor müavini vəzifəsində işlədiyi müddətdən tanıyıram. O, öz