364
«Gənc jurnalist»in ilk nömrəsi
Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinin II kurs
tələbələri xüsusi mövzulara həsr olunmuş qəzet buraxmağı qərara almışdılar. Artıq
bu ideya reallaşmış, ilk mövzusu «Bakı küçələri» olan «Gənc jurnalist» qəzetinin
birinci nömrəsi çapdan çıxmışdır. Mövzunun eyni olmasına baxmayaraq, qəzetdə
yer almış yazılar çox rəngarəng, müəlliflərin yazı tərzi isə müxtəlifdir. Dərc
olunmuş materiallarda hər gün paytaxtımızın küçələrində qarşılaşdığımız
problemlər ətraflı işıqlandırılmış, onların həlli yolları araşdırılmışdır. Qəzet 6
səhifədən ibarətdir və gözəl tərtibata malikdir. Gənc yazarlar sözün əsl mənasında
öz məharətlərini göstərməyə çalışmışlar. Yazılar müxtəlif janrlarda işlənilib. Son
səhifədə isə yumoristik parçalar özünə yer tapmışdır.
Qeyd etmək lazımdır ki, bu təşəbbüs fakültədə dərs deyən Abid Tahirliyə
məxsusdur.
«Xalq qəzeti», 13 dekabr 2000
Anar HÜSEYNOV
ABU-nun tələbəsi
Məcburi cavab
«Ədəbiyyat qəzeti»nin 12 may tarixli 19 sayında Abid Tahirlinin
«Missionerlik bəlası» başlıqlı məqaləsini oxudum. Yazı məndə qəribə
assosiasiyalar yaratdı. Yadıma Səlib müharibələri, beş yüz il bundan əvvəl Avropa
gəmilərinin Yava və Hind-Çin sahillərinə yan alıb Şərqi soymaları, 1869-cu ilin
noyabrında Süveyş kanalının açılışından sonra Şərqin bütünlüklə Qərbin
müstəmləkəsinə çevrilməsi, törədilən təxribatlara qarşı Şeyx Cəmaləddin
Əfqaninin başçılığı altında Yaxın və Orta Şərqdə müqavimət hərəkatının
başlanması çar hökumətinin Qafqazda yeritdiyi ruslaşdırmaq siyasəti, Volqaboyu,
Şimal türkləri arasında onların ana dilində xristianlığa məhəbbət təlqin edən
ədəbiyyat yaymaqları və Azərbaycan reallığı – xalqın düşdüyü ağır maddi
çətinlikdən sui-istifadə edib, müxtəlif süni vasitələrlə, maddi şirnikləndirmə yolu
ilə əhalinin müəyyən qismini xristian dininin katolik və pravoslav təriqətlərinə cəlb
etmək cəhdləri düşdü. İslam dininə mənsub olan xalqlar arasında missioner
təxribatına dair yazı yazmaq fikrinə düşdüm. Materialları sistemə salarkən əlimə
məşhur Əhməd bəy Ağayevin XIX əsrin ikinci yarısından sonra Türkiyədə geniş
vüsət almış missioner məktəblərinə qarşı yazılmış və 1912-ci ildə Bakıda «İqbal»
qəzetində kiçik bir müqəddimə ilə dərc olunmuş «Məcburi cavab» məqaləsi keçdi.
Yazıda Avropa missionerlərinin məqsədi və onların mənəvi təxribatları haqqında
kifayət qədər aydın məlumatın olduğunu nəzərə alıb, onun yenidən nəşrini daha