368
Jurnalist Abid Tahirlinin «Azərbaycan mühacirəti» adlı kitabı çapdan çıxıb.
Kitabda Azərbaycan mühacirətinin təşəkkül tarixi, coğrafiyası, həyat tərzi, sosial
tərkibi, sayı, mədəniyyət mərkəzləri, mətbuatı, eləcə də taleyin hökmü ilə qürbətdə
məskunlaşan soydaşlarımızın bir qisminin Vətən naminə fəaliyyətindən ətraflı bəhs
olunur, mühacirətin problemləri zəngin qaynaqlar əsasında araşdırılır. Bundan
əlavə, əsərdə mühacirətimizin önəmli şəxslərinin, o sıradan Azərbaycan
Demokratik Cümhuriyyətinin banilərinin siyasi, publisistik, ədəbi irsinə də geniş
yer verilir.
Əsər mühacirət problemi ilə maraqlanan tarixçi, filoloq, jurnalist, tələbə və
alimlər, habelə xaricdəki həmvətənlərimizin həyat və düşüncə tərzi ilə maraqlanan
oxucular üçün nəzərdə tutulub.
«Ayna» qəzeti,
25 may 2001.
Bir daha «Əli və Nino»nun əsl müəllifinin
kimliyi haqqında
Hörmətli xanım Yaqut Rza qızı Məmmədovaya bu məqalə hava-su kimi
gərəkdir. Çünki öz ölkəmizdə və xarici ölkə universitetlərində təhsil alıb, alman dil
mütəxəssisi şərəfinə çatmış bu hörmətli müəllif «Əli və Nino»ya dair Almaniya
mətbuatındakı məqalələri şəxsən öyrənməyə vaxt tapmayıbsa, heç olmasa Abid
Tahirlinin Almaniyada buraxılan bir qəzetdəki bircə məqaləsini oxumağa bəlkə
vaxt tapa.
Pənah XƏLĠLOV
«525-ci qəzet», 25 may 2002.
Yeni kitablar
Abid Tahirli. Sözlə yarananlar, sözü yaĢadanlar, Bakı, «Əbilov,
Zeynalov və oğulları», 2001, 308 səh.
Filologiya elmləri namizədi, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Həsənbəy Zərdabi mükafatı laureatı Abid Tahirli müxtəlif mövzularda yazılmış
500-dən çox məqalənin və «Azərbaycan mühacirəti» kitabının müəllifidir.
İxtisasca jurnalist olan Abid Tahirli «Odlar yurdu» qəzetində redaktorun müavini,
«Vətən» Cəmiyyətində Avropa və Amerika ölkələri şöbəsinin müdiri vəzifəsində
işləmişdir. 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul
işçisidir.
Müəllifin «Sözlə yarananlar, sözü yaşadanlar» kitabı dörd fəsildən ibarətdir.
Əvvəlki üç fəsildə XX əsrdə, xüsusilə ötən yüzilliyin 80-ci illərinin sonu və 90-cı
illərinin əvvəllərində Azərbaycan xalqının tarixində və taleyində iz qoyan
369
hadisələrə milli şüur, milli hərəkat, milli ideologiya kontekstində nəzər salınır,
cəmiyyətdə cərəyan edən proseslərə ciddi münasibət bildirilir, söz, sənət
sahiblərinin, siyasət adamlarının fəaliyyətindən, həmçinin müəllifin son illərdəki
tədqiqatlarından söhbət açılır.
Kitabın sonuncu fəsli «Son ucu ölümlü dünya» adlanır. Valideynlərinin
vəfatına həsr etdiyi bu yazılarda müəllif şəxsi kədər və düşüncələrə qapanıb
qalmır, daha çox sadə insanların cəmiyyətdə tuta biləcəyi yerdən və roldan bəhs
edir.
«Respublika» qəzeti
16 yanvar 2002.
Jurnalistika fakültəsinə qəbulda
qabiliyyət imtahanı
Publisist-tədqiqatçı Abid Tahirli də jurnalistika fakültəsinə tələbə qəbulu
zamanı yaradıcılıq müsabiqəsinin keçirilməsini vacib sayır: «Əgər biz jurnalistika
fakültəsinə qəbul zamanı qabiliyyət imtahanı tətbiq olunan illərin nəticələrini
xatırlasaq, görərik ki, o illərin məzunlarının çox böyük əksəriyyəti bu gün də
jurnalistika sahəsində uğurla çalışır. Son illərdə bu fakültəni bitirmiş məzunların
fəaliyyəti isə həm kəmiyyət, həm də keyfiyyət baxımından, göz qabağındadır.
«525-ci qəzet», 26 oktyabr 2002
Vəli MƏMMƏDOV
Bir daha Ceyhun Hacıbəyli ilə bağlı həqiqətlər
«…Bu baxımdan qələminə hörmət etdiyim sənətşünas Ziyadxan Əliyevin
«Azadlıq» qəzetinin 24 iyul 2002-ci il tarixdə dərc olunmuş «Ceyhun Hacıbəyli
neçənci ildə anadan olub?» məqaləsi diqqətimi çəkdi. Yazı filologiya elmləri
namizədi A.Tahirlinin iyun ayının 15-də «Ədalət» və «525-ci qəzet»in
səhifələrində çap olunan «Susmaq olmur» tənqidi məqaləsinə cavab olaraq
yazılmışdır.
Bu yazı haqqında fikir söyləməyə də bilərdim, lakin Z.Əliyevin əməkdaşı
olduğum S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində olan sənədlərə
istinad etdiyini, C.Hacıbəylinin həyat və yaradıcılıq fəaliyyəti haqqında müəyyən
təsəvvürə malik olduğumu, A.Tahirlinin arxivimizdə nəinki Ceyhun bəy, hətta
xaricdə yaşamış bir çox mühacirlər haqqında uzunmüddətli araşdırma aparmış bir
tədqiqatçı olduğunu, ən əsası yazıda təhriflərə yol verildiyini nəzərə alıb, bir
arxivşünas və vətəndaş kimi bu addımı atmağa məcbur qaldım.
370
Aslan KƏNAN
«Ədalət» qəzeti, 3 avqust 2002.
Sənətkarın ikinci ömrü
İlyas Əfəndiyevin dünyasını dəyişdiyi gündən düz altı il keçib, yazıçı ürəyi
artıq döyünmür, lakin o, özünün ikinci ömrünü yaşayır. Bu müddət ərzində
ədəbiyyatşünas alimlər onun haqqında bir neçə kitab yazıb çap etdirmiş, sənət
adamları, yazıçılar, jurnalistlər, adi oxucular İlyas Əfəndiyev haqqında yüzlərlə
xatirələr söyləmiş, məqalələr yazmış, maraqlı faktlarla zəngin olan məlumatlar
dərc etdirmişlər ki, bunları bir yerə yığsaq, neçə cilddən ibarət sanballı nəşr alına
bilər. Belə materialların yalnız az bir hissəsi Dilsuz və A.Tahirli tərəfindən
toplanılaraq, 1999-cu ildə «Gənclik» nəşriyyatı tərəfindən ayrıca kitab halında
buraxılmışdır.
Emin ƏFƏNDĠYEV
«Ədəbiyyat qəzeti», 4 oktyabr 2002.
Kitab rəfi
(Abid Tahirli. Sözlə yarananlar, sözü yaĢadanlar
Bakı, «Əbilov, Zeynalov və oğulları», 2001)
Abid Tahirlinin «Sözlə yarananlar, sözü yaşadanlar» kitabı dörd fəsildən
ibarətdir. Əvvəlki üç fəsildə XX əsrdə, xüsusilə ötən yüzilliyin 80-ci illərinin sonu
və 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının tarixində və taleyində iz qoyan
hadisələrə milli şüur, milli hərəkat, milli ideologiya kontekstində nəzər salınır,
cəmiyyətdə cərəyan edən proseslərə ciddi münasibət bildirir, söz, sənət
sahiblərinin, siyasət adamlarının fəaliyyətindən, həmçinin müəllifin son illərdəki
tədqiqatlarından söhbət açılır.
Kitabın sonuncu fəsli «Son ucu ölümlü dünya» adlanır. Valideynlərinin
vəfatına həsr etdiyi bu yazılarda müəllif şəxsi kədər və düşüncələrə qapanıb
qalmır, daha çox sadə insanların cəmiyyətdə tuta biləcəyi yerdən və roldan bəhs
edir.
«Azərbaycan» jurnalı, № 6, 2002.
Arxiv həqiqətin qarantıdır
Dostları ilə paylaş: |